Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-588/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-588/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil3, cavabdehin vəkili Vəkil1 üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakları, İ.Murado vun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın və plan ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-2509/2018 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və vəkili Vəkil1, üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyəti və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, keçmiş Bakı şəhəri XDS İK-nin xxxx 1985-ci il tarixli 16/358 saylı qərarı və 5/377 “b” №-li 1986-cı il fevral tarixli ayrıc aktı ilə Bakı Məişət kondisionerləri zavodunun bağçılıq yoldaşlığının 600 üzvü üçün Hövsan bağ massivində 36,7 ha torpaq sahəsinin ayrıldığını, Bakı Məişət kondisionerləri zavodunun rəhbərliyinin, partiya və həmkarlar təşkilatının ümumi yığıncağının 2 sentyabr 1986-ci il tarixli (41№-li protokoldan çıxarış) qərarı ilə bağıçılıq-yoldaşlığın yaradıldığını, həmin yoldaşlığa üzvlüyə qəbul olunduğunu, həmin zavodda (“master”) işlədiyini, ona ümumi sahəsi 600 kv.m olan 1937 №-li bağ sahəsinin ayrıldığını və bağçılığın üzv lük kitabçası verildiyini, istifadəsinə verilmiş bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə etdiyi müraciətə sonuncu, xxxx 2016-cı il tarixli məktubla təqdim edilmiş sənədlərin surət olduğuna və İdarənin elektron baza məlumatlarına əsasən bağ sahəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənara düşdüyünə istinad etməklə, imtina etdiyini bildirərək, Bakı şəhəri, Sabunçu rayonu, Hövsan bağ massivində yerləşən, ümumi sahəsi 600 kv.m olan 1937 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reystirndə qeydiyyata alınması və plan-ölçünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016- cı il tarixli, 2-1(82)3071/2016 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Hövsan bağ massivində yerləşən, ümumi sahəsi 600 kv.m olan, 1937 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Z.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)994/2017 saylı, xxxx 2017-ci il tarixli qərarı ilə (E.Vəliyeva sədrlik edən məruzəçi, hakimlər E.Nağıyeva və H.Həmidov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməmiş, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarı icra edilmiş və mübahisəli bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququ xxxx 2017-ci il tarixdə (qeydiyyat №-si:**********) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona RX ******* №-li reyestrdən çıxarış, eyni zamanda, xxxx 2017-ci il tarixli plan-ölçü tərtib edilmişdir. xxxx 2018-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan xxxx 2016-cı il tarixli qərarının ləğv edilməsini və icra hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilərək, işin təzələnməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3244/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə yenidən iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Hövsan bağ massivində yerləşən, ümumi sahəsi 600 kv.m olan, 1937 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyul muşdur (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2509/2018 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barə də yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmin qərardan üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyəti və vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı müvafiq bağ sahəsinə çıxarış və plan-ölçü almaq məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsi “Kondisioner” bağçılıq yoldaşlığının ayrıc akt ından kənarda yerləşir, həmçinin müvafiq ərazi dövlət mülkiyyətində olan dənizkənarı ərazi olduğundan, ərizənin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsi “Kondisioner” bağçılığına ayrılmış ərazinin hüdudlarından kənarda yerləşən, dövlət mülkiyyətində olan, dənizkənarı ərazidir, məhkəmə isə həmin sahənin kimə ayrılması barədə DƏDRX-in elektron baza məlumatlarında heç bir məlumat olmamasını, torpağın dövlət mülkiyyəti olmasını və yüklü olmamasını əsas gətirərək həmin t orpaq sahəsinə dair müvafiq çıxarışın və plan-ölçünün tərtib olunub verilməsini cavabdehin üzərinə qoymaqla, faktiki olaraq yerli icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyətlərini mənimsəmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin eilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil3, cavabdehin vəkili Vəkil1, üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, vəkili Vəkil 2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2509/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin kassasiya şikayətləri qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, keçmiş Bakı şəhəri XDS İK-nin xxxx 1985-ci il tarixli 16/358 saylı qərarına və 5/377 “b” №-li 1986-cı il xxxx ayrıc aktının, Bakı məişət kondisionerləri zavodunun rəhbərliyinin, partiya və həmkarlar təşkilatının ümumi yığıncağının xxxx 1986-ci il tarixli, 41 №-li protokolundan çıxarışa əs asən Bakı Məişət kondisionerləri zavodunun bağçılıq yoldaşlığının 600 üzvü üçün Hövsan bağ massivində 36,7 ha torpaq sahəsi ayrılmış, zavodda (“master”) işləyən X1 da həmin yoldaşlığın üzvlüyünə qəbul olunan şəxslərin siyahısına daxil edilərək, ona ümumi sahəsi 600 kv m olan 1937 №-li bağ sahəsi ayrılmış və bağçılığın üzvlük kitabçası verilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış xxxx 2016-cı il tarixli mütəxəssis rəyinə görə həmin torpaq sahəsi bağlar üçün ayrılmış dövlət mülkiyyəti torpağıdır və yüklü deyildir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun qeyd olunan 8.0.7-ci maddəsinin tələbinə müvafiq olaraq, bağçılığın üzvlük kitabçasının iddiaçıya bağçıl ıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi öz təsdiqini tapdığı halda, cavabdeh qeydiyyat orqanı tərəfindən həmin bağ sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinasının qanunsuz olduğu və onun qanunla qorunan hüquqlarını pozduğu aydın görünür, həmçinin iddiaçıya ayrılmış bağ torpaq sahəsinin dənizdən kənarından 60-70 metr məsafədə yerləşməsi, işin mübahisələndirilməyən halıdır, həmin torpaq sahəsinin iddiaçıya keçmiş Azərbaycan SSR dövründə ayrıldığını və dəniz kənarından sözügedən məsafədə yerləşməsinin torpaqayırmanın həmin vaxt qüvvədə olan torpaq qanunvericiliyinə zidd olmadığı halda, üçüncü şəxsin apellyasiya şikayətinin, hazırkı qüvvədə olan xxxx 1999-cu il tarixdə qəbul edilmiş (695-İQ №-li Qanu nun) Torpaq Məcəlləsinə istinad olunan dəlilləri tamamilə əsassızdır, iddiaçıya ayrılmış torpaq sahəsi qanunun müəyyən etdiyi 20-50 metrlik sahilboyu zolaqda deyil, həmin zolaqdan kənarda yerləşir, eyni zamanda məhkəmə üçüncü şəxs tərəfindən “Yerli icra hakimiyyətləri haqqında” haqqında Əsasnamə»nin 4.16.3 və 4.16.1-ci maddəsinə istinad etməsini, bir hazırkı mübahisədə maraqlı olmasında subyektiv hüquqa malik olmasını əsaslandırmağa çalışması kim qəbul edir, bu halda da onun ərizəsi nəzərə alınaraq, iş təzələnib onun iştirakı ilə yenidən baxılmış, bununla da qanunla səlahiyyətinə aid olan çərçivədə ona tapşırılan sahədə dövlət maraqlarının müdafiəsi üçün kifayət qədər hüquqi imkanlar yaradılmış, lakin onun istinad etdiyi həmin Əsasnamənin qeyd olunan bəndləri, eyni zamanda ərizəsində və ap ellyasiya şikayətində irəli sürdüyü dəlilləri, işin tədqiq olunan sübutlarla və torpaq qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə olan hüquqlarının qeyd alınmasından imtina üçün əsas verə bilməz, əks halda, ən azından hüquqi müəyyənlik prinsipinin və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmış olar, beləliklə, iddiaçının təqdim etdiyi sənədlərin və dəlillərin, eləcə də iş üzrə toplanan iddiaçının xeyrinə olan digər sənədlərin həqiqətə uyğun olmadığı həm cavabdeh, həm də üçüncü şəxs tərəfindən sübuta yetirilməmiş, sübutlarla müəyyən edilən hallar birmənalı olaraq iddiaçının ona ayrılmış olan, öz torpaq sahəsində yerləşdiyini bir daha təsdiq edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasi ya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və iş materiallarındakı sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanusuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 103.1 və 103.2-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Cavabdehin imtinasının, apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, İdarənin elektron kadas tr baza məlumatlarına əsasən bağ sahəsi “Kondisioner” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir, həmçinin müvafiq ərazi dövlət mülkiyyətində olan dənizkənarı ərazidir. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci maddəsinin tələbinə müvafiq olaraq, bağçılığın üzvlük kitabçasının iddiaçıya bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi öz təsdiqini tapdığı halda, cavabdeh qeydiyyat orqanı tərəfindən həmin bağ sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinasının qanunsuz olduğunu, həm cavabdeh, həm də üçüncü şəxs tərəfindən iddiaçının təqdim etdiyi sənədlərin və dəlillərin, eləcə də iş üzrə toplanan iddiaçının xeyrinə olan digər sənədlərin həqiqətə uyğun o lmadığının sübuta yetirilmədiyini qeyd etməklə kifayətlənmiş, iş üçün əhəmiyyətli olsa da, cavabdehin, eləcə də üçüncü şəxsin apellyasiya şikayətlərində göstərilən dəlillərə müfəssəl hüquqi qiymət, aydın cavab verməmişdir. Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinin tələblərini pozaraq, “Kondisioner” bağçılıq yoldaşlığı üçün ayrılmış torpaq sahəsinin ona verilmiş ayrıc aktına əsasən hüdudlarını, iddiaçının istifadə etdiyi 1937 №-li bağ sahəsinin həmin bağçılığın ərazisi daxilində yerləşib-yerləşmədiyini mötəbərliyi şübhə doğurmayan konkret sübutlara istinad etməklə dəqiq müəyyən etməmiş, bu məqsədlə müvafiq məhkəmə ekspertizası təyin etməmiş, beləliklə, cavabdehin irəli sürdüyü və işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən dəlilə düzgün hüquqi qiymət və adekvat cavab verilməmişdir. İş materiallarının 47-ci vərəqindəki mütəxəssis rəyində də həmin suala cavab verilməmiş, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin kimə ayrılması, həmçinin hər hansı mülkiyyətçiyə texniki və ya hüquqi sənədin verilməsi barədə məlumat olmadığı, bağlar üçün ayrılmış dövlət mülkiyyəti torpağı olmaqla, yüklü olmadığı qeyd edilmişdir. Həmin rəydə mübahisəli torpaq sahəsinin məhz “Kondisioner” bağçılıq yoldaşlığı üçün ayrılmış torpaq sahəsi olduğu göstərilməmiş və işdə bu torpağın məhz həmin bağçılıq üçün vaxtilə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini təsdiq edən mötəbər sübut yoxdur. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlilləri ilə razılaşır. Azərbaycan Respublika sı İPM-nin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik v ə aydın cavab tələb edir (X2rşı, xxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Məhkəmə kollegiyası həmçinin işin mübahisələndirilməyən halları ilə iddiaçıya ayrılmış torpaq sahəsinin dəniz kənarından 60-70 metr məsafədə yerləşdiyi təsdiq olunduğu halda, üçüncü şəxsin kassasiya şikayətinin bağ sahəsinin dəniz kənarında yerləşdiyini vurğulamaqla torpaq sahəsi ayrılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması barədə dəlilinə tənqidi yanaşır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, “Kondisioner” bağçılıq yoldaşlığı üçün ayrılmış torpaq sahəsinin ona verilmiş ayrıc aktına əsasən hüdudları, mübahisəli torpaq sahəsinin məhz həmin bağçılığın hüdudları daxilində olub-olmadığı müvafiq məhkəmə ekspertizası təyin edilməklə dəqiq müəyyən edilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə hərtərəfli araşdırma aparılması, müvafiq məhkəmə ekspertizası təyin edilməsi, yeni sübutlar əldə edilməsi və qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şi kayətlərinin tam təmin edilməsini mümkün hesab etmir. Beləliklə, işə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2509/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin kassasiya şikayətləri qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2509/2018 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin kassasiya şikayətləri qismən təmin olunsun. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-588/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-588/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver