Məhkəmə qərarları › İş №2-1(102)-588/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-588/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-588/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ayrı-ayrı illəri sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun 1 saylı X1 qarşı “xx.xx.1974-xx.xx.1974, xx.xx.1978-xx.xx.2001-ci illərdə X6 Pensər kino qurğusunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(106)-244/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus H3 307177 nömrəli hərbi biletə əsasən, o, xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək hərbi xidmət keçmişdir. 2. 0081552 nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1974-cü il tarixdə Pensər kəndi kino qurğusu na 0,5 svarka motorçu – mexanik köməkçisi təyin edilmiş, xx.xx.1974cü il tarixdə sovet ordusu sıralarına səfərbərliyə alındığı üçün vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci il tarixdə Pensər kənd kino qurğusuna kinomexanik vəzifəsinə təyin edilmiş və xx.xx.2001-ci il tarixdə “Azərkinovideo” istehsalat birliyi ləğv edildiyindən tutduğu vəzifədən azad edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, ona əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətini, həmçinin hərbi xidmətdə olduğu müddəti nəzərə almaqla, 65 yaşının bitdiyi tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 24 iyun 2021-ci il tarixli, **********0 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1971xx.xx.1974 və xx.xx.1978-xx.xx.2001-ci il illər ərzindəki əmək haqlarının yoxlanılması mümkün olmadığından ona əmək pensiyası təyin edilməsi Qanuna müvafiq deyil.

5. Astara rayon Mədəniyyət Mərkəzinin 14 oktyabr 2021-ci il tarixli arayışında bildirilmişdir ki, həqiqətən “Azərkinovideo” istehsalat birliyi ləğv edildiyindən, Astara kino birliyi də müvafiq olaraq ləğv edilmiş və keçmiş Mədəniyyət şöbəsinə təqdim edilmiş əmr kitablarına əsasən iddiaçı X6 01 avqust 1974-cü il tarixli 236 saylı əmri ilə Pensər kənd kino qurğusuna 0,5 stavka ilə matorçu-mexanik köməkçisi vəzifəsinə qəbul olunmuş, hərbi xidmətə çağrıldığından X6 01 noyabr 1974-cü il tarixli 277 saylı əmri ilə daşıdığı vəzifəsindən azad edlmişdir. X6 12 iyun 1978-ci il tarixli 74 saylı əmri ilə Pensər kənd kino qurğusuna kinomexanik vəzifəsinə qəbul olunmuş, Az ərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ei il tarixli 688-nömrəli Sərəncamı ilə ’’Azərkinovideo’' istehsalat birliyi ləğv edildiyindən 08 oktyabr 2001-ci il tarixli 02 saylı əmrlə həmin tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Ləğv edilərək Astara rayon Mədəniyyət şöbəsinə birləşdirilmiş ’’Azərkinovideo” istehsalat birliyi işçilərinin əmək haqqı barədə heç bir cənəd təhvil verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.1974-xx.xx.1974, xx.xx.1978-xx.xx.2001ci illərdə X6 Pensər kino qurğusunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pe nsiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin hərbi xidmət illəri nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Astara Rayon Mədəniyyət Mərkəzinin 01 iyun 2020-ci il tarixli arayışı ilə cavabdehə müraciət etmiş, lakin onun işlədiyi dövrün əmək haqlarının yoxlanılmasın mümkün olmaması səbəbi ilə pensiya təyin olunmasından imtina olunmuşdur.

8. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı xx.xx.1974-ci ildən 2.11.1977-ci ilədək (3 il 14 gün) hərbi xidmət dövrüdür, mübahisəli sosial sığorta stajı əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-ci ildən xx.xx.1974-cü ilədək və xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək (23 il 6 ay 26 gün) olan müddətdir. Belə ki, həmin illərdə işə girmə və işdən çıxma əmrlərinin əmək kitabçasında olmasına baxmayaraq əmək haqqlarının yoxlanılması mümkün olmamışdır. Astara rayon Mədəniyyət Mərkəzinin arayışına əsasən əmək haqqları kitabları saxlanılmır. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi “Azərkinovideo” İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli müvafiq sərəncamı ilə ləğv edilmişdir. Müəssisənin arxiv sənədlərindən lazımı məlumatları təqdim edilməsi üçün xx.xx.2012-ci il tarixli **********8 nömrəli sorğu ilə Milli Arxiv idarəsinə müraciət edilmişdir. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyası təyi n edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

9. Şirvan İnzibati Məhkəməsinin Astara rayon Mədəniyyət Mərkəzinə ünvanlanmış sorğusuna cavab olaraq 19 oktyabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, hazırda X6 əmr kitabları Astara rayon Mədəniyyət Mərkəzində saxlanılır. Mədəniyyət şöbəsinə təqdim edilmiş əmr kitablarına əsasən iddiaçı X6 01 avqust 1974-cü il tarixli 236 saylı əmri ilə (kitab 11, səh. 16, əmr 236 §2) Pensər kənd kino qurğusuna 0,5 stavka ilə motorçumexanik köməkçisi vəzifəsinə qəbul olunmuş, hə rbi xidmətə çağrıldığından X6 01 noyabr 1974-cü il tarixli 277 saylı əmri ilə (kitab 11, səh.36, əmr 277 §1) daşıdığı vəzifəsindən azad edilmişdir. X6 12 iyun 1978-ci il tarixli 44 saylı əmri ilə (kitab 14, səh.63, əmr 44 §1) Pensər kənd kino qurğusuna kinomexanik vəzifəsinə qəbul olunmuş, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ci il tarixli 688- nömrəli Sərəncamı ilə ’’Azərkinovideo” istehsalat birliyi ləğv edildiyindən 08 oktyabr 2001-ci il tarixli 02 saylı əmrlə (kitab 26/08, səh.86-87, əmr 02) həmin tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Ləğv edilərək Astara rayon Mədəniyyət şöbəsinə birləşdirilmiş ’’Azərkinovideo” istehsalat birliyi işçilərinin əmək haqqı barədə heç bir sənəd təhvil verilməmişdir.

10. Şirvan İnzibati Məhkəməsinin Dövlət Vergi Xidmətinə ünvanlanmış sorğusuna cavab olaraq 14 dekabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, dövlət reyestrində “Azərkinovideo” İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixdə 599 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir.

11. Şirvan İnzibati Məhkəməsinin Astara rayon Dövlət Arxivinə ünvanlanmış sorğusuna cavab olaraq 8 iyun 2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ci il tarixli 688 nömrəli Sərəncamı ilə ' Azərkinovideo' istehsalat birliyi ləğv edildiyindən Astara kino birliyi də müvafiq olaraq ləğv edilmiş və kino birliyinin əmr kitabları Astara rayon Mədəniyyət şöbəsinə təhvil verilmişdir. Əm r kitablarına əsasən rayonun Pensər kənd sakini Nəhmətov X2 birliyinin 01 avqust 1974-cü il tarixli 236 saylı əmri ilə Pensər kənd kino qurğusuna 0.5 stavka ilə motorçumexanik köməkçisi vəzifəsinə qəbul olunmuş, hərbi xidmətə çağırıldığından X6 01 noyabr 1974-cü il tarixli 277 saylı əmri ilə daşıdığı vəzifəsindən azad edilmişdir. X6 12 iyun 1978ci tarixli 74 saylı əmri ilə Pensər kənd kino qurğusuna kinomexanik vəzifəsinə qəbul olunmuş, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ci il tarixli 688 nömrəli Sərəncamı ilə 'Azərkinovideo' istehsalat birliyi ləğv edildiyindən 08 oktyabr 2001-ci il tarixli 02 saylı əmrlə həmin tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. ləğv edilərək Astara rayon Mədəniyyət şöbəsinə birləşdirilmiş 'Azərkinovideo' istehsalat birliyi işçilərinin o cüml ədən İddiaçı əmək haqqı cədvəlləri, eləcədə digər maliyyə sənədləri rayon Mədəniyyət şöbəsinə təhvil verilməmiş və bu barədə heç bir məlumat yoxdur.

12. Şirvan İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli, 2-1(120)-196/2022 nömrəli qərarı ilə (hakim H.Nəcəfov) iddia təmin edilərək iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi “Azərkinovideo” İstehsalat Birliyi əvvəllər Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsi kimi adlandırılmış və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ci il tarixli 688 nömrəli Sərəncamı il ə ləğv edilərək funksiyaları Mədəniyyət Nazirliyinə verilmiş, başqa sözlə fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxiv və Mədəniyyət Nazirliyində saxlanılmaması iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və Mədəniyyət Nazirliyində məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etməmişdir. Belə ki, əgər arxiv və Mədəniyyət Nazirliyində yalnız iddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən “Azərkinovideo” İstehsalat Birliyi işçilərinin o cümlədən iddiaçının əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxiv və Mədəniyyət Nazirliyinə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almamışdır, əksinə həmin qeydlər əsasında iddiaçının “Azərkinovideo” İstehsalat Birliyində (keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsi) işlədiyi illəri onun sığorta stajına daxil etmişdir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(106)-244/2022 nömrəli qərarı ilə (hakimlər O.İsmayılov – sədrlik edən və məruzəçi, M.Həsənov və Z.Allahyarov) Şirvan İnzibati Məhkəməsinin 5 avqust 2022-cı il tarixli, 2-1(120)-196/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cav abdeh kassasiya şikayətini iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda tərtib etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının “Azərkinovideo” İstehsalat Birliyinin 1989-2001-ci illər üzrə əmrlər kitabı və əməkhaqqı cədvəllərində adı aşkar edilməmiş, həmçinin “Azərkinovideo” İstehsalat Birliyinin xx.xx.2001-ci il tarixdə ləğv olunmasına baxmayaraq əmək kitabçasına əsasən iddiaçının xx.xx.2002-ci il tarixdə həmin müəssisədən işdən azad edilməsi qeyd edilmişdir. Göstərilən hallar iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının mötəbərliyinə əsaslı şübhə yaradır.

19. Kassasiya şikayətinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 21.1, 31.2, 31.2-1-ci maddələri və İPM-in 12.1, 12.2, 12.3-cü maddələri təşkil etmişdir. b. Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

23. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələ rdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üç ün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidm ət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 25. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

26. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə m übahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayə tinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kas sasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının xx.xx.1974-xx.xx.1974, xx.xx.1978-xx.xx.2001-ci illərdə X6 Pensər kino qurğusunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiy asının təyin edilməsindən ibarətdir.

33. Nəzərə alınmalıdır ki, hazırkı qərarın 21-ci bəndində istinad olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 25 il sığorta stajı olmalı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlili iddiaçının işlədiyi müəssisədə işə daxil olma və işdən çıxma əmrlərinin aşkar olunmasına baxmayaraq, arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən işlədiyi dövrlərdə əməkhaqqlarının yoxlanılması mümkün deyil.

35. Bununla bağlı qeyd etmək lazımdır ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həmin dövrlərd əki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

36. Belə ki, hazırkı qərarın 22-24-cü bəndlərində istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, i nzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsinin ətraflı araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçının X6 Pensər kino qurğusunda işlədiyi illərə dair sənədlər Astara rayon Mədəniyyət Mərkəzinə təhvil verilmiş və Astara rayon Mədəniyyət Mərkəzinin çoxsaylı məktubları və iddiaçı barədə işə girmə, işdən çıxma əmrləri ilə o mübahisə olunan dövrdə sığorta stajına, nəticədə yaşa görə pensiya təyin olunması üçün tələb olunan 25 il sığorta stajına malik olmuşdur.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanun i və əsaslıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 21(106)-244/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar