Məhkəmə qərarları › İş №2-1(102)-588/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-588/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-588/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “əlilliyə görə əmək pensiyası nın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2679/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. 2. xx.xx.2007-ci il tarixli qərar ilə əlillik səbəbi - “Ümumixəstəliklə əlaqədar” olmaqla İİİ dərəcə müddətsiz əlillik müəyyən edilmişdir.

3. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 4 saylı DOST Mərkəzinə müraciət edərək ona hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi və ötən dövlər üzrə ödənilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyi ndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3400,97 manat olmaqla qanunvericilikdə (39 yaş üçün) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) azdır və minimum pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı vaxtdan əmək pensiyası təyin olunmasını və həmin vaxtdan indiki tarixə qədər ödənilməyən məbləğin ona ö dənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məlum olmuşdur ki, stajı olduğu üçün əslində sosial müavinət yox, əlilliyə görə pensiya ala bilər. Buna görə də, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 4 saylı DOST Mərkəzinə müraciət edib. Lakin 25 noyabr 2022-ci il tarixində cavabdeh onun müraciətinə imtina cavabı vermişdir. İmtina cavabında qeyd olunur ki, təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 8 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (8 il) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 3400,97 manat olmaql a qanunvericiliklə (39 yaş üçün) tələb olunan pensiya kapitalından (16588,80 manat) azdır və minumum pensiya təminatına imkan vermir. Cavabdehin imtinası əsassızdır. Belə ki, imtina cavabından da göründüyü kimi ona 39 yaşa görə imtina verilib, bu yaş üçün tələb olunan pensiya kapitalı istənilib. Halbuki o, 39 yaşından yox, hüququnun yarandığı vaxtdan pensiya istəyir. Yəni onun qanunvericiliklə tələb olunan 5 il stajı tamam olduğu vaxt - 2016-cı ildə pensiya kapitalı tələb olunmurdu

6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, sosial sığorta stajının 8 il 10 ay olmaqla tələb olunan müddətdən (8 ildən) çox olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3400,97 manat olmaqla qanunvericiliklə (39 yaş) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) az olması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ilə İddiaçı xx.xx.2007-ci il tarixli qərarı ilə əlillik səbəbi “Ümumixəstəliklə əlaqədar” olmaqla İİİ dərəcə müddətsiz əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur. 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı ol duqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komi təsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2018-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı ümumilikdə 8 il 10 aydır. İddiaçının 8 il 10 ay sosial sığorta stajı olmağına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3400,97 manat pensiya kapitalı qanunvericiliklə (39 yaş) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) azdır. İddiaçıya İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim B.M.Cəlalov) 2-1(112)-6019/2023 saylı, 05 may 2023-cü il tarixli q ərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2016-cı ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və xx.xx.2019cu il tarixdən ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüququ xx.xx.2017-ci il tarixdən əvvəl yarandığı üçün ona Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normasına istinad edilməli idi ki, həmin vaxt qüvvədə olan normaya görə, əlilliyə görə əmək pensiyasının təmin edilməsi üçün pensiya kapitalının olması tələb edilmirdi. Belə ki, həmin vaxt qüvvədə olan normaya görə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şə rtin olması kifayət edirdi: - 1) iddiaçının əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunan olması; - 2) sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. Hazırkı işdə hər iki şərtin mövcud olması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda, iddiaçı inzibati orqana pensiya təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə müraciət edib. Ona görə də, məhkəmə hesab edir ki, ona təyin edilmiş pensiya məbləği, iddiaçının cavabdeh orqana müraciət etdiyi 4.11.2022-ci il tarixdən əvvəlki üç il dövr üçün, 4.11.2019-cu ildən hesablanıb ödənilməlidir.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. b) Apellyasiya in stansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2679/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, imtina məktubunun dəl illəri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının qanunvericiliklə tələb olunan pensiya kapitalından az olması ilə bərabər, eyni zamanda o, xx.xx.2016-cı il tarixdə qanunvericiliklə tələb olunan sosial sığorta stajına da malik olmamışdır. Konkret mübahisəyə münasibətdə qeyd etmək lazımdır ki, məhkəmə həmin mövqeyində haqlı sayıla bilməz. Çünki İddiaçı hüququnun yarandığı tarix xx.xx.2016-cı il kimi nəzərə alınmamalıdır. Həmçinin onu da qeyd edək ki, məhkəmə cavabdehin imtinasından fərqli olaraq iddiaçının hüququnun yaranmasını xx.xx.2017-ci il tarixdən əvvələ aid etdiyi üçün ona “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvəd ə olan norması üzrə pensiya təyin olunmasını əsaslı sayır. Bu səbəbdən də hesab edir ki, iddiaçının 5 il sığorta stajının olması və əlil olması ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. İş materiallarında olan Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı məhkəmə sorğusunun cavablandırılması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/275375/2023 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2016-cı il tarixədək 4 il sığorta stajı mövcuddur. Bundan başqa məhkəməyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemindən çıxarış təqdim edilmişdir. Qeyd olunan cədvələ məhkəmənin mövqeyindən baxdıqda belə iddiaçını n xx.xx.2016-cı il tarixədək ən çoxu 4 il 7 ay stajının tamam olması görünür. Digər tərəfdən həm işə birinci instansiya məhkəməsi qismində baxmış Bakı İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli 2-1(112)-6019/2023 nömrəli qərarı, həm də onu qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 2-1(103)-2679/2023 nömrəli qərarında iddiaçının hüququnun xx.xx.2016-cı il tarixdə yarandığı və onun həmin tarixədək 5 ilinin mövcud olması qeyd olunsa da, həmin 5 ilin hüquqi əsası kimi heç bir sübut göstərilməmişdir. Odur ki, məhkəmə iddiaçının hüququnun xx.xx.2016-cı il tarixdə yaranması qənaətinə gəlməkdə haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (hazırda qüvvədə olan redaksiyada) Maddə 12.1 Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyə n edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

17. Ali Məhkəmənin İnzibati Kollegiyasının 03/2020 saylı, 2020-ci il 8 oktyabr tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və y a qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cə fərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Bu mənada, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün onun müvafiq iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə g örə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

26. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

28. İşin hallarından görünür ki, iddiaçıya 2000-ci ildən İİ qrup əlillik, 2007-ci ildən isə İİİ dərəcə müddətsiz əlillik təyin edilib.

29. Şəxsin əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün hüququn yarandığı dövr üzrə aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: 1) iddiaçının əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunan olması; 2) sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta s tajının olması.

30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

31. Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 07 aprel 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək 5 il 6 ay sığorta stajı mövcud olmuşdur.

32. Belə ki, 2011-ci ildə 2 ay, 2012-ci il ildə 10 ay, 2013-2016-cı illərdə tam, xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixədək 6 ay məcburi dövlət sosial sığorta haqları ödənildiyindən sosial sığorta stajı kimi qəbul edilməlidir.

33. Odur ki, xx.xx.2017-ci il tarixədək iddiaçının 5 ildən artıq sığorta stajı mövcud olmuşdur. İddiaçı xx.xx.1983-cü ildə doğulduğundan və 2007-ci ildə əlilik müəyyən edildiyindən, 15 yaşdan sonra əmək qabiliyyətli yaş dövrü 9 il təşkil edir və 9 ilin hər ilinə görə azı 4 ay, yəni 36 ay (3 il) sığorta stajına malik olmalıdır.

34. Qeyd olunanları nəzərə alaraq müəyyən edilir ki, xx.xx.2017-ci il tarixə kimi iddiaçı qanunvericiliklə tələb olunan sığorta stajına malik olmuşdur.

35. Kollegiya qeyd edir ki, iddiaçının hüququ xx.xx.2017-ci il tarixədək yarandığı üçün ona Qanunun 12.1-ci maddəsinin həmin tarixədək qüvvədə olan norması tətbiq olunmalı, bu norman ın şərtləri mövcud olduğundan əlilliyə görə əmək pensiya təyin edilməlidir.

36. Pensiya məbləğinin ödənilməsi tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana ilk dəfə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən ona təyin edilmiş pensiya məbləği, onun cavabdeh orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il dövr üçün, xx.xx.2019-cu ildən hesablanıb ödənilməlidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

38. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda q eyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2679/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar