Məhkəmə qərarları › İş №2-1(102)-588/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-588/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-588/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yeni açılmış hallar; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə icraatın təzələnməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-810/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə bir inci instansiya məhkəməsinə müraciət edərək iddiaçıya 50 yaşdan, yəni 22 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və onun 01 mart 1974-cü ildən 30 noyabr 1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X5 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyi nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədən çıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)1343/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 iyun 2018-ci il tarixli, 2-1(105)-340/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)1343/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2018-ci il tarixli, 2-1(102)-641/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2018-ci il tarixli, 2-1(105)-108/2018 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır.

5. Qərar qanuni qüvvəyə minmişdir. 6. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və ərizəçi Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərardadı ilə cavabdehin iş üzrə icraatın təzələnməsi barədə ərizə rədd edilmişdir.

8. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və “yeni açılmış hallarla” bağlı ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2-1(105)-250/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, ərizəçinin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır.

10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(102)-1389/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 21(105)-250/2024 nömrəli qərardadı l əğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

12. Ali Məhkəmənin İnzibati kollegiyası qeyd etmişdir ki, hüquqi faktı təsdiq edən hakim X2 həmin dövrlərdə yol verdiyi ciddi qanun pozuntuları əsasında hakimlik fəaliyyətinə xitam verilmiş, eyni zamanda o, CM-in müxtəlif maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hal sabiq hakimə verilmiş ittihamda qeyd edilən iddiaçı ilə əlaqədar qəbul edilmiş qətnamənin saxta olması ilə bağlı hər hansı məlumatın aydınlaşdırılmasına yönəlməlidir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-810/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci insta nsiya məhkəməsinin qərardadı ləğv edilmiş, ərizəçinin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır.

14. Apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinin icrası ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə sorğu ünvanlanaraq X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295.1, 308.2, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-227/2023 nömrəli hökmünün surətinin Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilməsi və sözügedən hökmün qanuni qüvvəyə minib-minməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)227/2023 nömrəli hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmin tarixdən də qanuni qüvvəyə minmiş İddiaçı güzəştli şərtlərlə əmək pensiyası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)1343/2018 nömrəli, 10 aprel 2018-ci il tarixli qərarı ilə təyin edilmişdir. İddiaçının sosial sığorta stajının mövcudluğu faktını müəyyən edən Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 nömrəli qətnaməsi məhkəmə tərəfindən sübut qismində qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddiası üzrə Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 nömrəli qətnaməsi ilə bağlı sabiq hakimə ittiham verilməmiş, həmin ittihamla əlaqədar qanuni qüvvəyə minmiş hökm mövcud deyil.

15. Apellyasiya məhkəməsi ərizənin mümkün sayılmaması barədə qərardadını həmçinin onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbinə dair müvafiq məhkəmə qərarı 10 aprel 2018-ci il tarixdə qəbul edilmiş və 30 iyul 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir.... inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verilməsinin mümkün olduğu hal kimi yalnız bir hal (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda) qeyd edilmişdir. İndiki halda isə hazırki iş üzrə həmin halın mövcud olması müəyyən edilməmişdir. Həmçinin, İPM-in 103.3-cü maddəsinə əsasən qeyd edilən müddətin bərpasına yol verilmir. Belə olan halda hazırki iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağl ı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır. 1

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində dava mlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

19. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (xx.xx.2022-ci il tarixli, 2-1(102)312/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-603/2022 nömrəli, xx.xx.2022-cü il tarixli, 2-1(102)-638/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-101 5/2022 nömrəli qərarlarda) yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-in 103-cü maddəsindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr m əhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. İPM-in 103-cü maddəsində tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir.

21. Hazırkı işdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərarı qanuni qüvvəyə minmiş və cavabdeh həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra – xx.xx.2023-cü il tarixdə yeni açılmış hallarla bağlı əri zə ilə məhkəməyə müraciət etmişdir.

22. Kollegiya hesab edir ki, 5 il keçdikdən sonra pensiya işində olan tədqiqat obyektini təşkil etmiş hər hansı bir sənəd, yeni açılmış halların predmeti kimi istifadə olunaraq iş üzrə icraatın təzələnməsi barədə məhkəməyə verilmiş ərizənin icraatını mümkünsüz edir.

23. Beləliklə İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsasların mövcudluğu müəyyən olunmamışdır.

24. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsə ləni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-810/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar