Məhkəmə qərarları › İş №2-1(102)-589/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-589/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-589/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-589/2019) Bakı şəhəri 27 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı inzibati xəta ilə bağlı bütün qərarların sistemdən silinməsi, texniki baxış talonunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2797/2018 saylı, 22 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iddiaçıya məxsus xxxxdövlət qeydiyyat nişanlı “X1” markalı avtomobilə 2018-2019-cu il üçün texniki baxış talonunun verilməsi, həmin nəqliyyat vasitəsilə bağlı mərkəzi informasiya sistemində olan inzibati xəta ilə bağlı qərarlar qüvvəyə minmədiyi üçün sistemdən silinməsi öh dəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2-1(81)3736/2018 saylı qərardadı ilə (hakim: M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus xxxxdövlət qeydiyyat nişanlı X1 markalı avtomobillə bağlı mərkəzi informasiya sistemində olan inzibati xəta ilə əlaqədar qərarların sistemdən silinməsi tələbi inzibati xətalara dair işlər üzrə fəaliyyətə aid olduğu üçün həmin hissədə iddiaya 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində inzibati icraat qaydasında baxılması mümkün deyildir. Həmçinin, cərimələrin mövcud olduğu təqdirdə iddiaçının cavabdehdən iddiaçıya məxsus xxxxdövlət qeydiyyat nişanlı “X1” markalı avtomobilə 2018-2019-cu il üçün texniki baxış talonunun verilməsini tələb etmək kimi subyektiv hüququ yaranmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2-1(103)-2797/2018 saylı qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3736/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. K assasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən prosessual hüquq normalarını pozmuş, heç bir əsas olmadan birinci instansiya məhkəməsinin qanunsuz qərardadını qüvvədə saxlamışdır. Belə ki, iddia o zaman mümkünsüz hesab edilə bilər ki, şəxsin müəyyən inzibati hüquq münasibətlərindən irəli gələn subyektiv hüququ ümumiyyətlə mövcud olmasın. Yəni, müəyyən tələbi irəli sürməyə dair şəxsin ümumiyyətlə, mütləq mənada hüququ olmasın. Əgər müvafiq subyektiv hüquq qanunla nəzərdə tutulursa, sadəcə həmin subyektiv hüququ həyata keçirmək üçün qanunla müəyyən edilmiş şərtlər hələ mövcud deyilsə belə iddia mümkünsüz hesab edilə bilməz, sadəcə rədd edilə bilər. “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 30-cu m addəsinin Vİİİ hissəsinə əsasən, texniki baxışdan imtina yalnız müvafiq nəqliyyat vasitəsi barəsində qüvvəyə minmiş cərimələrin mövcud olması halında mümkündür. Bu o deməkdir ki, əgər müvafiq cərimələr barədə qərarlar qüvvəyə minməmişdirsə, iddiaçının texniki baxış talonunu əldə etmək hüququ var. İddiaçı hesab edir ki, həmin qərarlar qüvvəyə minməmişdir, çünki müvafiq qərar və ya protokollar ona İXM-in 57-ci maddəsində göstərilmiş qaydada təqdim edilməmişdir. Bu halda, həmin qərarların ona təqdim edilməməsi barədə sübutetmə vəzifəsinin onun üzərinə qoyulması məntiqsizdir. Bu mövqe məhkəmənin qərarında İPM-in 35.1-ci maddəsinə verdiyi şərhdən irəli gəlir. Həmin şərhdən çıxan nəticə budur ki, mübahisənin subyektiv tərkibinin əsas elementi iddiaçının öz iddiasını sübut etməsidir. Belə çıxır k i, iddiaçı qərarların qüvvəyə minməməsini sübut edə bilmədiyi üçün müvafiq iddiası mümkünsüz hesab edilir. Bu mövqe İPM-in 35.1-ci maddəsinin açıq şəkildə yanlış təfsir və tətbiq olunmasıdır. Şikayət müəllifi daha sonra qeyd edir ki, tələbin mümkünsüz hesab edilməsi ilə bağlı həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi “İnzibati icraat haqqında” qanunun 3.2.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən inzibati icraat dövlət orqanlarının inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmənin bu mövqeyi ilə ona görə razı olmaq mümkün deyil ki, 2-ci tələb cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid deyil. Bəli, qəbul edilməlidir ki, müvafiq tələb inzibati xətalara dair işlər üzrə fəaliyyətlə sıx əlaqəlidir. Lakin heç b ir halda inzibati xətaya dair iş üzrə fəaliyyətin özü deyil. Tətbiq olunan cərimələrin vahid elektron informasiya sisteminə daxil edilməsi, oradan silinməsi üzrə cavabdehin hərəkətləri inzibati xətaya dair iş üzrə icraatın hər hansı mərhələsi deyil. İnzibati xətaya dair iş üzrə icraat çərçivəsində cavabdehin elektron sistemlə bağlı hərəkətlərinə dair tələb irəli sürülməsi hüquqi olaraq mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri ha lda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla ve rildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi, iddia tələbi ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə 2018-2019-cu il üçün texniki baxış talonunun verilməsi, həmin nəqliyyat vasitəsi ilə bağlı mərkəzi informasiya sistemində olan inzibati xəta ilə bağlı bütün qərarların sistemdən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədardır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus xxxxdövlət qeydiyyat nişanlı “X1” markalı avtomobillə bağlı mərkəzi informasiya sistemində olan inzibati xəta ilə əlaqədar qərarların sistemdən silinməsi tələbi inzibati xətalara dair işlər üzrə fəaliyyətə aid olduğu üçün həmin hissədə iddiaya inzibati icraat qaydasında baxılması mümkün deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin Vİİİ hissəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi müayinə aparan orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə həmin orqanlar təxirəsalmmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şas si nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüq uqu olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiy yətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyə n edilmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn i kinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaları haqqında işlər üzrə tətbiq edilən ödənilməmiş cərimələri barədə “ASAN ÖDƏNİŞ” sistemində qeydlər mövcuddur. Belə o lan halda, həmin cərimələrin mövcud olduğu təqdirdə iddiaçının cavabdehdən iddiaçıya məxsus xxxxdövlət qeydiyyat nişanlı “X1” markalı avtomobilə 2018-2019-cu il üçün texniki baxış talonunun verilməsini tələb etmək kimi subyektiv hüququ yaranmamışdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. Hazırkı halda, mübahisələndirilən inzibati aktın – sərəncamın qəbul edilməsi ilə iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamışdır. Odur ki, hazırkı iddia tələbi ilə iddiaçının hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından iddianın mümkün sayılmaması barədə apellyas iya instansiyası məhkəməsinin mövqeyi düzgündür. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2797/2018 saylı iş üzrə 22 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar