Məhkəmə qərarları › İş №2-1(102)-589/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-589/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-589/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64,5 yaşdan əmək pensiyasının təyin olunması; əmək kitabçasındakı qeydlərin mötəbərliyi) Hakimlər: Səyyad Kərimov – məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pens iyasının təyin olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 21(103)-2790/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE № 0*******; FİN xxxxxxx) XXX il tarixində Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı, 1971-1975-ci illərdə Bakı Energetika Texnikumunda təhsil almış, 12 may 1975-ci il tarixindən 14 may 1977-ci il tarixinədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. 04 fevral 1974-cü ildən əmək fəaliyyətinə başlamış, 24 oktyabr 2008-ci il tarixinədək fasilələrlə müxtəlif müəssisələrdə çalışmışdır.

3. İddiaçı ona 64,5 yaşdan əmək pens iyasının təyin edilməsi üçün 22 sentyabr 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 06 noyabr 2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi bildirilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş 01 yanvar 1992-ci il tarixindən 01 yanvar 2006-cı il tarixinədək işlədiyi 2702 nömrəli X3, 2702 nömrəli Avtomobil Səhmdar Cəmiyyəti Avto-Qarant Açıq tipli Səhmdar Cəmiyyətinin arxiv sənədlərinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsi səbəbindən həmin illər üzrə iş stajının düzgünlüyünü yoxlamaq mümkün olmamış, ona görə də həmin illər iddiaçının ümumi iş stajına daxil edilməmişdir. 01 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 19 il 5 ay olmaqla qanunla tələb edilən müddətdən (25 il) azdır. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2018ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, 01 yanvar 2006-cı il tarixinədək olan sığorta stajına uyğun (19 il 5 ay) sığorta kapitalı 14424,20 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 1 yanvar 1992-ci il tarixindən 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının ümumi iş stajına daxil edilərək ona 13 fevral 2020-ci ildən, yəni 64,5 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onun iş stajı 1 yanvar 2006-cı ilə qədər 30 il 5 ay 8 gün və 24 oktyabr 2008-ci ilə qədər isə 33 il 3 ay 15 gün təşkil edir. 64,5 yaşının tamam olduğu vaxt qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməli idi. Onun 25 ildən çox sosial sığorta stajına malik olmağı isə ona məxsus əmək kitabçasındakı qeydlərlə təsdiq olunur. Əmək kitabçasındakı qeydlərdən görünür ki, o, 4 fevral 1974-cü il tarixindən 24 oktyabr 2008-ci il tarixinədək müxtəlif müəssisələrdə işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1992-2 006-cı illərdə əmək fəaliyyəti ilə bağlıdır. Onun həmin dövrlərdə işləməsi isə əmək kitabçasında bu barədə müvafiq qeydlər aparılmaqla təsdiqlənmişdir. Odur ki, sözügedən dövr Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasına, Vətəndaşların pensiya təminatı haqqında Qanunun 69-cu maddəsinə, həmçinin Əmək pensiyaları haqqında Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdehin istinad etdiyi sənədlərin arxivə təhvil verilməməsi isə iddiaçının təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmur.

6. Cavabdeh etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, 14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 1992-2006-cı illərdə 2702 nömrəli X1, 2702 nömrəli Avto Qarant Açıq tipli Səhmdar Cəmiyyətinin dövlət qeydiyyatından keçib-keçməməsi, təşkilati-hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə ətraflı məlumatların təqdim edilməsinə dair sorğu göndərilmiş və həmin sorğuya 29 yanvar 2021-ci il tarixli, **********98 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, 2702 nömrəli X3, 2702 nömrəli Avtomobil Səhmdar Cəmiyyəti və Avto Qarant ASC barədə heç bir dövlət müəssisəsi, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə dövlət əmlakının registrində qeydiyyata alınmamışdır. Bununla yanaşı, 14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 2702 nömrəli X2, 2702 nömrəli Avtomobil Səhmdar Cəmiyyəti Avto Qarant Açıq tipli Səhmdar Cəmiyyətində işləyib-işləməməsi, işlədiyi təqdirdə şəxsin işə daxil olma və işdən azad olunma əmrləri, sözügedən dövrlər üzrə əmək haqqı cədvəlləri və digər məlumatların təqdim edilməsinə dair sorğu göndərilmiş və 29 yanvar 2021-ci il tarixli, 4/118 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan müəssisənin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasınd a əks olunmuş 2702 nömrəli X2 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdeh etirazın hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 7-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1 və 3.2-ci bəndlərində istinad etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 7 iyul 2021-ci il tarixli, 2-1(112)-2881/2021 nömrəli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia tələbi təmin edilmiş, iddiaçının 1 yanvar 1992-ci il tarixindən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə iş stajının ümumi iş stajına daxil edilərək ona 64,6 yaşının tamam olduğu vaxtda n, yəni 13 fevral 2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçası mötəbərdir və həmin əmək kitabçasında iddiaçının 1 yanvar 1992-ci il tarixindən 1 yanvar 2006-cı il tarixinədək işlədiyi dövr əks olunmuşdur. Həmin dövrə dair əmək stajı əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. İddiaçının hərbi xidmət müddəti, eləcə də 1 yanvar 1992-ci il tarixindən 1 yanvar 2006-cı il tarixinədək işlədiyi müddət nəzərə alındıqda, onun 1 yanvar 2006-cı il tarixinədək 33 il 5 ay 26 gün ümumi iş stajı mövcuddur.

9. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddia tələbi nin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Səadət Bəktaşi-sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) 30 noyabr 2021-ci il tarixli, 2-1(103)-2790/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2881/2021 nömrəli, 7 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(103)-2790/2021 nömrəli qərarının ləğv edilməsini və ya inzibati işin yenidən araşdır ılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. 14. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və 25-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti i tirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinin məzmunundan görünür ki, əsasən şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Eyni zamanda, əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir.

15. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehin sorğusu əsasında təqdim etdiyi 29 yanvar 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, 2702 nömrəli X3, 2702 nömrəli Avtomobil Səhmdar Cəmiyyətinə və "xxxx" ASC barədə heç bir dövlət müəssisə, idarə və təşkilatı tərəfi ndən məlumat daxil olmadığına görə dövlət əmlakının registrində qeydiyyata alınmamışdır. Bununla yanaşı, Milli Arxiv İdarəsinin 29 yanvar 2021-ci il tarixli 4/118 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan müəssisənin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Lakin məhkəmə araşdırması zamanı eyni orqanın verdiyi cavabdan məlum olmuşdur ki, 3 aprel 2009-cu il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" ASC “Azəravtonəqliyyat” Dövlət Konserninin 2702 nömrəli Avtomobil Dəstəsinin hüquqi varisidir və 25 mart 1999-cu il tarixində qeydiyyata alınmışdır. Fəaliyyəti dayandırılmamışdır və aktivdir. Belə olan halda iddiaçının həmin müəssisədə işləməsini təsdiq edən digər sənədlərin (əmək haqqı cədvəllə rinin, işə daxil olma və işdən azad edilmə əmrlərinin) təqdim edilməsi barədə sorğular ünvanlansa da, sorğuya cavab verilməmişdir. Hər iki məhkəmə göstərilən ziddiyyətli cavabları, eləcə də iddiaçının həqiqətən də həmin müəssisədə əmək fəaliyyətinin olub-olmamasını təsdiq edən digər faktları araşdırmamış, sübutlara hüquqi qiymət verməmişdir.

16. İddiaçıya məxsus olan əmək kitabçası özlüyündə qanunvericiliklə müəyyən edilən qaydada digər sübutlarla təsdiq edilmədiyindən, eləcə də inzibati orqana verilmiş cavablar ziddiyyətli olduğundan iddiaçının həqiqətən də əmək fəaliyyətinin olması məhkəmə tərəfindən digər sübutlarla araşdırılmamışdır. Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatlarıln hansı sübutlar əsasında qeyd edilməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş üzrə heç bir təşkilata sorğu verilməmişdir. Yalnız Vergi Xidmətinə sorğu verilmiş, həmin Xidmətin cavab məktubuna əsaslanmaqla iddia təmin edilmişdir. Halbuki, həmin Xidmət tərəfindən bundan əvvəl müəssisənin qeydiyyata keçmədiyi barədə cavab məktubu məhkəməyə təqdim edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı qanunla müəyyən edilmiş (64 il 6 ay) yaş həddinə çatmış və minimum pensiya kapitalı toplamasa da, əmək kitabça sı üzrə 25 ildən artıq iş stajına malik olmuşdur. Ona məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı 4 fevral 1974-cü il tarixindən 24 oktyabr 2008-ci il tarixinədək müxtəlif müəssisələrdə işləmişdir. Cavabdeh 1 yanvar 1992-ci il tarixindən 1 yanvar 2006-cı il tarixinədək olan dövrün ümumi iş stajına daxil edilməsinin mümkün olmadığını bildirsə də, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiya 62yaşına çatmış kişilərin və57yaşına çatmış qadınlarınazı 12ilsığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa g örə əmək pensiyası hüququ vardır. 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd.Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1.Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1.Qanunun qüvvəyə mindiyi 01.01.2006-cıil tarixədəksığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi işstajı; 3.1.2.Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığortastajı. 3.2.2006-cı il yanvarın 1-dək sığortaolunanları n qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmişməlumatlaraəsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası; (-) 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur) Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

21. Əmək Məcəlləsi Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 22. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun Maddə

1. Sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

24. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında veri lmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 01 yanvar 1992-ci il tarixindən 01 yanvar 2006-cı il tarixinədək işlədiyi 2702 saylı X1, 2702 saylı Avtomobil Səhmdar Cəmiyyəti "xxxx" Açıq tipli Səhmdar Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Y üksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən, həmin illər üzrə iş stajının düzgünlüyünü araşdırmaq mümkün deyildir. Bu səbəbdən həmin illər iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Məhkəmə isə bu istiqamətdə hərtərəfli araşdırma aparmamış, göstərilən halları nəzərə almamışdır.

30. Şikayətin bu dəlilinə münasibətdə nəzərə almaq lazımdır ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yet irilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

31. Hazırkı qərarın 19-21-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədl ərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.

32. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iş illərinə dair qeydləri ilə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının 01 yanvar 1992-ci il tarixindən 01 yanvar 2006-cı il tarixinədək müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İ nzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

33. Əlavə olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi dəlillərlə bağlı ətraflı araşdırma aparılmış, aidiyyəti qurumlara müvafiq sorğular göndərilmiş və 03 aprel 2009-cu il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azəravtonəqliyyat” Dövlət Konserninin 2702 saylı Avtomobil Dəstəsinin hüquqi varisi olduğu müəyyən edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş "xxxx" ASC-nin yeni redaksiyada nizamnaməsi və qeydiyyat sənədləri əsasında müəyyən edilmişdir ki, cəmiyyət keçmiş dövlət müəssisəsi olan “Azəravtonəqliyyat” Dövlət Konserninin 270 2 saylı avtomobil dəstəsinin hüquqi varisidir və 25 mart 1999-cu il tarixində qeydiyyata alınmışdır.

34. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 aprel 2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin (VÖEN: **********) 27 aprel 2021-ci il tarixə olan məlumatlarına əsasən qeydiyyata alındığı tarixdən bu günədək fəaliyyəti dayandırılmamışdır və hal-hazırda fəaliyyəti aktivdir.

35. Göründüyü kimi, cavabdehin qeyd olunan dəlillərinə dair məhkəmələr tərəfindən hərtərəfli araşdırma aparılmış və araşdırma nəticəsində cavabdehin dəlilləri təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlillərini əsassız hesab edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin sosial sığorta haqqının ödənilməməsi barədə dəlilinə münasibətdə hazırkı qərarın 23-cü bəndində göstərilən normalarda təsbit edilmiş hüquqi tənzimləmə nəzərə alınmalıdır. Həmin normalara görə, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

38. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

39. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ca vabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 21(103)-2790/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar