Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-589/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bərabər yanaşma və inzibati praktikaya etimadın qorunması prinsipləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 27 oktyabr 2022-ci il tarixli, 21(103)-2144/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanılmış 14 noyabr 2005-ci il tarixli, 36390 nömrəli müqavilə ilə Ləhiş bağlar massivində 945 saylı 0,12 ha bağ torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir.
2. İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi barədə cavabdeh ə müraciət etmişdir.
3. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya məxsus 945 saylı bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq mövcud olduğundan, bağ sahəsi öz həqiqi yerindən 40 metr aralıda yerləşdiyindən, göstərilən ərazi sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağ sahələrinin ərazilərinin bir hissəsi olduğundan iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması mümkün hesab edilımir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 945 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq X1 və İstismarı Birliyi ilə bağladığı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ona ayrılmış 945 nömrəli bağ sahəsinə dair hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh müxtəlif tarixlərdə ona göndərdiyi cavab məktublarında (sonuncu:xx.xx.2016) onun ərizəsinin icrasından imtina etmiş və imtinanın əsası kimi isə sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olduğunu bildirmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmiş və etirazda qeyd etmişdir ki, bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır, eləcə də bağ sahəsi sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağ sahələrinin ərazisinə düşür və öz həqiqi yerindən 40 metr aralıda yerləşir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1202/2019 nömrəli,xx.xx.2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olmuş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq X1 və İstismarı Birliyi ilə bağlanılmış müqavilənin ləğv olunması, dəyişdirilməsi və ya məhkəmə qaydasında etibarsız hesab edilməsi barədə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir və qeyd olunan torpaq sahəsi 4 tərəfdən hasara alınmaqla, iddiaçının faktiki istifadəsindədir. Bundan əlavə, həmin torpaq sahəsinin təyinatının yaşayış məntəqələri torpaqlarına aid olması və Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşməsi iş materiallarında olan mütəxəssis rəyi ilə təsdiq edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğ v edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-162/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1202/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1336/2020 saylı, xx.x x.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-162/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamışdır. Belə ki, mütəxəssis rəyini nəzərə almaqla ən azından 1044 saylı bağ sahəsinin icarəçisi X3 üçüncü şəxs qismində cəlb edilməli idi, çünki cavabdehin xx.xx.2019-cu il tarixli cavab məktubunda Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 945, 1044, 1043 və 1042 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın və 1042,1043 saylı bağ sahələrinə dair sənədlərin İdarənin arxivində a şkar edilmədiyi bildirilmişdir. Həmin məktubla məhkəməyə təqdim edilmiş 945 və 1044 saylı bağ sahələrinə dair sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X1 və İstismarı Birliyi ilə bağlanmış 14 noyabr 2005-ci il tarixli, 36390 nömrəli müqavilə ilə Ləhiş bağlar sahəsində 0,12 hektar sahəsi olan 945 saylı bağ sahəsi İddiaçı, həmin Birliklə bağlanmış 9 noyabr 1998-ci il tarixli, 21862 nömrəli müqavilə ilə 0,12 hektar sahəsi olan 1044 saylı bağ sahəsi X2 icarəsinə verilmişdir.
15. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə həqiqətə nail olunması üçün sözügedən bağ sahələri və onların yerləşmələrinin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza keçirilməli və bu məsələ öz dəqiq və düzgün həllini tapmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2021-ci il tarixli, 21(103)-122/2021 nömrəli qərardadı ilə X3 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2-1(103)-122/2021 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-1202/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 1044,1043 və 1042 saylı bağların xüsusi mülkiyyətdə olub-olmaması, 945 saylı bağ sahəsinin ərazisi ilə həmin bağların ərazilərinin üst-üstə düşməsi ilə həmin bağ sahiblərinin hüquqlarının pozulubpozulmaması müəyyənləşdirilməli, həmin bağ sahibləri inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalıdırlar. Buna görə də məhkəmə kollegiyasının 21(103)- 122/2021 saylı, 03 mart 2021-ci il tarixli qərardadı ilə 1044 saylı bağ sahəsinin icarəçisi X3 üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmiş, onun ölümü ilə əlaqədar məhkəmə iclasında onun hüquqi varisi X10 iştirak etmişdir. X10 məhkəmə iclasında iştirak edərək iddiaçının çıxarış verilməsini iddia etdiyi 945 saylı bağ sahəsinin 40 kv.m sahəsinin onlara məxsus 1044 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Ona görə də mübahisələndirilən məhkəmə qərarının onun əmlak hüquqlarını pozduğuna görə ləğv edilməsini və işə cəlb olunmaqla yenidən baxılmasını xahiş etmişdir.
19. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, bağ sahələrinin üst-üstə düşübdüşməməsin i müəyyən etmək məqsədilə ilə məhkəmə-texniki ekspertizası təyin edilsə də, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin olmaması səbəbindən ekspertizanın keçirilməsindən imtina olunmuşdur. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı məhkəmə həmin rəyin alınması üçün müvafiq sorğular verməli və mübahisənin həlli üçün vacib olan digər prosessual hərəkətləri yerinə yetirməlidir. birinci instansiya məhkəməsində ikinci icraat
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsi A zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qurum nə sxematik xəritəni, nə də qeyd etdiyi halların mövcudluğunu təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda isə bildirilmişdir ki, 1043 və 1042 saylı bağ sahəsinə dair sənədlər İdarənin arxivində aşkar edilməmişdir. İddiaçıya məxsus 945 saylı bağ sahəsi ilə qonşu olan 945a saylı bağ sahəsinə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış iş materiallarına əlavə edilmişdir. Cavabdeh qurumun 945 saylı bağın göstərilən sahədən 70 me tr aralıda olmasına dair dəlili ağlabatan deyil. Belə ki, nə 1042 və 1043 nömrəli bağın arxiv sənədləri (İdarənin arxivində aşkar edilmədiyindən), nə də etirazının əsasında duran həmin ərazidə bağların sxematik xəritəsi qeyd edilən müddətdə cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırkı işin yenidən araşdırılması ilə əlaqədar mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılmasından həmin arxiv sənədlərinin məhz cavabdeh qurumda olması ilə əlaqədar imtina edilmişdir. Məhkəmə həm də nəzərə alır ki, 1044 nömrəli bağ sahəsinin sahibi ilə iddiaçı arasında hər hansı mübahisə mövcud deyildir.
22. Bundan başqa məhkəmə qeyd etmişdir ki, qeyd edilən 945 saylı bağ sahəsinə dair müqavilədə göstərilən ailə üzvləri (X5, X7, X6) bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsinə et iraz etmədiklərinə dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişlər. İddiaçının ailə üzvü kimi göstərilən oğlu X8 isə vəfat etmişdir.
23. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəm əsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
27. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın, iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam veril məsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas lardan biri hesab olunur.
30. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsind ə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məs ələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsini n araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının müqavilə əsasında ona icarəyə verilmiş bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması (və bu barədə müvafiq çıxarışın verilməsi) ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzrə göstərişləri nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
38. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona ayrılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
39. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq 14 noyabr 2005-ci il tarixdə X1 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanıl mış 36390 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin ərazisində 945 nömrəli bağ sahəsi iddiaçının icarəsinə verilmişdir.
40. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
41. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
42. Hazırkı qərarın 30-cu bəndində istinad edilən normaya görə 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzə rində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
43. İstinad olunan normanın məzmunundan göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün təsbit edilmiş əsaslar sırasına aid edilmişdir. Hazırkı mübahisəyə münasibətdə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq 14 noyabr 2005-ci il tarixdə X1 və İstismarı Birliyi ilə iddiaçı arasında 36390 saylı müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən mübahisəli bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. Qeyd olunan icarə müqaviləsi əsasında şəxsin bağ sahəsi üzərində hüququ cavabdeh tərəfindən hazırkı qərarın 30-cu bəndində istinad edilən normaya uyğun olaraq qeydiyyata alınmalı və bu barədə ona müvafiq çıxarış verilməlidir.
44. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur (bununla bağlı bax Ali Məhkəmənin 2-1(102)-472/2023 nömrəli qərarı).
45. Belə ki, iddiaçıya məxsus bağ sahəsi ilə hasar qonşusu olan 945a saylı bağ sahəsinə dair cavabdeh tərəfindən X4 adına müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıx arışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.
46. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 47. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
48. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik p rinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
49. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
50. Nəzərə al maq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati pra ktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
51. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
52. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmal ıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 21(103)-2144/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.