Məhkəmə qərarları › İş №2-1(102)-59/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-59/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-59/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı2 (xx.xx.1981-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarə sinə qarşı “qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2-1(105)-478/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X4 adına Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi (yaşayış sahəsi: 59,6 kv.m, köməkçi sahəsi:14,8 kv.m) üzərində mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli, 22853 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 4Ə3-524 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin yaşayış sahəsi 29,8 kv.m, köməkçi sahəsi 7,4 kv.m olan hissəsi X1 adına özgəninkiləşdirilmişdir. Həmin fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququna dair xx.xx.2003-cü il tarixdə 22853а reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, həmin qeydiyyat vəsiqəsinə, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 04 nömrəli qərarından çıxarışa və ləğv edilmiş DTXK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 23836 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən sözügedən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0084 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ daşınmaz əmlakı n dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********97-10301 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-2445 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi İddiaçı1 adına özgəninkiləşdirilmişdir. Sözügedən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0084 ha torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********97-10301 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci ıl tarixli, 4Ə-1194 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin 18,5 kv.m hissəsi və 0,0042 ha torpaq sahəsi İddiaçı2 adına özgəninkiləşdirilmişdir. Həmin fərdi yaşayış evi üzərində İddiaçı2 (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2017-ci il terixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı1 (1/2 hissə) mülkiyyət hüququ isə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, E1911 reyestr nömrəli ərizəyə əsasən həmin fərdi yaşayış evi üzərində İddiaçı2 və İddiaçı1 mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. 0,0084 ha torpaq sahəsi üzərində İddiaçı1 (1/2 hissə) və İddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********97 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və halh azırda mülkiyyətlərindədir.

2. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 227-T nömrəli və xx.xx.2016-cı il tarixli, 847-T nömrəli məktublarına əsasən, İddiaçı1 məxsus mövcud fərdi yaşayış evinin qeyri-yaşayış obyektinə keçirilməsinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və baş planı və mövcud bir mərtəbəli qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsinin və mansard mərtəbəsinin artırılmasının tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və baş planı müəyyən şərtlər daxilində razılaşdırılmışdır.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində, 2+mansarda mərtəbəli qeyri-yaşayış binasının yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi b arədə xx.xx.2018-ci il tarixli akta əsasən, tikinti obyektinə yerində yanğıntexniki müayinə keçirilmiş, obyektin qüvvədə olan norma və qaydalara uyğun inşa edildiyi müəyyən olunmuşdur. 4. xx.xx.2018-ci il tarixli, 001924 nömrəli istismara hazırlıq aktına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində, 2+mansarda mərtəbəli qeyri-yaşayış binasının tikintisinin başlanma vaxtı xx.xx.2016-cı il, qurtarma vaxtı xx.xx.2018-ci il kimi qeyd edilmişdir.

5. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 92 nömrəli tikinti obyektinə icazə sənədinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində, 2+mansarda mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilmişdir.

6. İddiaçılar sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmişlər.

7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçıların müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar olunmuşdur. Belə ki, sözügedən sənəddə tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Bundan başqa, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus olması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və mülkiyyətlərində olan 0,0084 ha torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0,0084 ha olan torpaq sahəsinin 1/2 hissəsi İddiaçı1, 1/2 hissəsi isə İddiaçı2 Tapqdıq oğluna məxsusdur. Torpaq sahəsinin ünvanı Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 41A kimi göstərilmişdir. Həmin torpa q sahəsi 2016-cı ildən birinci iddiaçı olaraq İddiaçı1 mülkiyyətində olmuş və həmin torpaq sahəsində fərdi yaşayış evi olmuşdur. İddiaçı 2016-cı ildə xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini kommersiya məqsədi ilə qeyri-yaşayış sahəsinə keçirilməsi və əlavə tikinti işlərinin aparılması üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 227-T nömrəli məktubuna əsasən, iddiaçıya məxsus mövcud fərdi yaşayış evinin qeyri-yaşayış obyektinə keçirilməsi və həmin qurumun xx.xx.2016-cı il tarixli, 847-T nömrəli məktubu ilə mövcud bir mərtəbəli qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsinin və mansard mərtəbəsinin artırılmasının tikinti layihəsi müəyyən şərtlər daxilində razılaşdırılmışdır. Abş eron rayon İcra Hakimiyyəti başçsının sərəncamı ilə iddiaçılara həvalə edilmiş bütün tapşırıqları yerinə yetirmişlər. Bütün müvafiq icra hakimiyyəti orqanlarından, o cümlədən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin işçi layihəsi, həmçinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun texniki rəyi və “Azərdövlətlayihə” Dövlət Baş Layihə institutunun Mühəndisi-Geoloji Mərkəzinin rəyi alınmış, ümumi tikinti prosesi yekunlaşmışdır. Daha sonra xx.xx.2018-ci il tarixli, 001924 nömrəli istismara hazırlıq aktı tərtib olunmuş və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Bundan sonra iddiaçılar hüquqlarının qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdirlər. xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügüdən sənəddə tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Cavabdeh təşkilat imtinanın səbəbi kimi qeyd etmişdir ki, tikinti obyektinə kod verilməli idi. Lakin bunun əvəzinə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına icazə sənədi verilməsi iddiaçıların səhvi deyil. Hər iki sənəd mahiyyət etibarı ilə eynidir və adı çəkilən kod ilə sadəcə standart forma müəyyən olunmuşd ur. Tikinti obyektinin istismarına icazə üçün tələb olunan bütün sənədlər iddiaçılar tərəfindən əldə olunmuşdur. Ona görə də iddiaçılar hesab edirlər ki, xx.xx.2018-ci il tarixli, 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün kifayət edə bilər.

10. Cavabdeh imtina məktubundakı dəlillərə istinadən iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında əlavə olaraq qeyd etmişdir ki, cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd e dilənlərə əsasən, iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 03 fevral 2023-cü il tarixli, 2-1(118)-361/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus olması imtina üçün əsas təşkil etmir. İnzibati orqanın imtinası ümumlikdə əsaslı olmuşdur. Təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Hazırkı iş üzrə tikintiyə icazə verən və tikintini istismara qəbul edən orqanın hərəkətlərinin qanunsuz olduğu, iddiaçının hüquqlarının həmin orqan tərəfindən pozulduğu halda, iddiaçı həmin orqanın hərəkətlərini d eyil, cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Halbuki cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz olmamışdır. Cavabdeh inzibati orqan inzibati akt qəbul edən orqan deyil və qanunvericiliyə uyğun olaraq yaranmış hüquqların qeydiyyatını aparan inzibati orqandır. İddiaçının hüquqları pozulduğu açıq olsa da, bu hüquqları pozan orqan cavabdeh inzibati orqan deyildir. İddiaçıya tikintiyə icazə ilə bağlı müvafiq sərəncam verilməli olsa da, bu sərəncam qanuvericiliyə uyğun olaraq verilməmişdir. Tikinti başa çatıb istismara qəbul edildiyi halda, həmin tikintiyə sonradan icazə verilməsi mümkün olmayan bir haldır. Bu baxımdan iddiaçının həmin sənədin səlahiyyətli orqan tərəfindən veriməsini tələb etməsinin hüquqi əsası və praktik olaraq zəruriliyi ola bilməz.

13. İddiaçılar a pellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zahid Məmmədov) 06 iyun 2023-cü il tarixli, 2-1(105)-478/2023 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və iddiaçıların mülkiyyətlərində olan 0,0084 ha torpaq sahəsinin üzərində inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, 2+ mansarda mərtəbəli, tikintialtı sahəsi 77,76 kv.m, ümumi tikinti sahəsi 218 kv.m olan qeyri-yaşayış binası üzə rində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıların müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun paylı mülkiyyət hüququ kimi mövcud olması halı, onların həmin torpaq sahəsində tikili ucaltmaq hüququnu aradan qaldırmamaqla, bu hüququn həyata keçirilməsinə maneə kimi çıxış etmir. Başqa sözlə, xüsusi mülkiyyət hüququ və ümumi paylı mülkiyyət hüququ mahiyyət etibarilə mülkiyyət hüququnun növləri kimi çıxış edir, mülkiyyət hüququnun paylı mülkiyyət hüququ qismində çıxış etməsi halı isə mülkiyyət hüququnun məhdudlaşdırılmasına, o cümlədən mülkiyyət hüququ əsasında şəxsə məx sus olan torpaq sahəsində tikili ucaltmaq hüququnun məhddulaşdırılmasına səbəb olan hal hesab edilmir, əks halda bu hal qanunvericiliyin tələbinə və mülkiyyət hüququnun mahiyyətinə zidd olmuş olardı. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinanın əsası kimi istinad etdiyi torpaq sahəsinə dair paylı mülkiyyət hüququnun mövcudluğu ilə bağlı hal əsassız olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuş olsa da, digər əsaslarla bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

16. Cavabdeh inzibati orqan müvafiq tikiliyə dair icazə sənədində tikinti obyektinə verilmiş kodun qeyd edilmədiyindən, həmin icazə sənədinin qanunvericiliyə uyğun tərtib edilməməsi halına istinad etmişdir. İşin müə yyən edilmiş hallarından görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçılar tərəfindən ümumi paylı mülkiyyətlərində olan torpaq sahəsində müvafiq tikili inşa edilmiş və Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi tərəfindən həmin tikiliyə dair xx.xx.2018-ci il tarixdə istismara hazırlıq aktı tərtib edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən isə xx.xx.2018-ci il tarixdə tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Qeyd olunmalıdır ki, həmin icazə sənədində tikinti obyektinin kod nömrəsi dövlət reyestri tərəfindən verilir və həmin orqanın özü tərəfindən veriləcək kod nömrəsinin 92 saylı icazə sənədində göstərilməməsi halı isə özlüyündə müvafiq qeyri-yaşayış obyektinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz, qanunvericilikdə bununla bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Həmçinin, qeyd edilən kod nömrəsi müvafiq qeydiyyat orqanının özü tərəfindən də müəyyən edilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004cü il 14 oktyabr tarixli, 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən, dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - “Dəyişikliklərin (düzəlişlərin) məzmunu” qrafasına daxil edilir. Müvafiq fəslin “Sənədlər - əsaslar” qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Göründüyü kimi, indiki halda qeyd olunan dəyişikliklər cavabdeh inzibati orqanın özü tərəfindən edilə bildiyi halda, inzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh inzibati orqan tərəfindən imtina üçün əsas gətirilir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əsasən hesab etmişdir ki, hazırkı iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları mövcud olmadığından, cavabdehin imtinası qanunazidd və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçıların hüquqlarının pozulduğunu hesab etsə də, cavabdeh inzibati orqanın hərəkətlərinin buna səbəb olmadığını hesab etmişdir. Belə olan halda, isə birinci instansiya məhkəməsi cavabdehin imtinasının əsası kimi çıxış edən halın yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtləri ilə uzlaşmaması, habelə inzibati orqanın formal xəta olaraq yol verdiyi yalnışlığın cavabdeh inzibati orqanın imtinası üçün əsas götürülməsi halının mülkiyyət hüququnun toxunulmazlığı və qorunması kimi fundamental konstitusion prinsiplərin, habelə inzibati icraatın mahiyyətinə və prinsiplərinə zidd olması halını və onun düzəldilməsinin mümkünlüyünü diqqətdən qaçırmış, bu halları isə mütənasiblik prinsipi baxımından təhlil etməmişdir. Qeyd olunan hallar birinci instansiya məhkəməsinin iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbində müvafiq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə aid məlumatlar qeyd edilsə də, qeyri-yaşayış binasına aid məlumatlar qeyd olunmamışdır. Məhkəmə kollegiyası İPM-in 52-ci maddəsini tələbini əsas götürərək, hesab edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, gələcəkdə müvafiq məhkəmə qərarının icrası ilə b ağlı yarana biləcək anlaşılmazlığın qarşısının alınması üçün müvafiq qeyri-yaşayış binasına dair ünvan məlumatlarının qərarın nəticə hissəsində qeyd edilməsi məqsədəmüvafiqdir

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətində təkrar olaraq qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən qeyriyaşayış binasına dair Abşeron rayon İcra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına dair 92 nömrəli icazə sənədi verilmiş, lakin tikintilərin dövlət reyestri t ərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na Əlavəyə əsasən “Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə” Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir. Həmin pozuntunun aradan qaldırılması cavabdehin üzərinə qoyula bilməz, yəni bu dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər (düzəlişlər) edilməsi üçün əsas ola bilməz. Buna görə də cavabdeh qanunvericiliyin tələblərinə əsasən bununla bağlı dəyişikliklər (düzəlişlər) edə bilməz. Belə olan halda isə iddiaçılar həmin kodun alınması və cavabdehə təqdim edilməsi əvəzinə əsassız iddia qaldırmağa üstünlük verm iş, apellyasiya instansiyası məhkəməsi də əsassız məhkəmə qərarı çıxarmışdır. Göründüyü kimi, iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsində tikinti işlərini şəhərsalma və tikinti normalarının və qaydalarının pozulması ilə aparmış və bununla da mülki qanunvericiliyin tələblərini pozmuşlar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçm əsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqların ın əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əs asən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 24. “İnzibati icraat haqqında” Azərbay can Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şə xslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edil ənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkət lər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxıl ması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, x üsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıların qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi onlara məxsus olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

35. İddiaçılar müvafiq torpaq sahəsi üzrə mülkiyyət hüququna malik olduqlarına, həmin hüququn müvafiq qaydada dövlət qeydiyyatına alındığına, həmin torpaq sahəsində tikinti norma və qaydalarına uyğun olaraq qeyri-yaşayış binası inşa edildiyinə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin tikiliyə dair istismara icazə sənədi verildiyinə istinad edərək, qeyd olunan iddia tələbini irəli sürmüşlər.

36. Cavabdeh inzibati orqan tərəfindən imtinanın əsas kimi müvafiq qeyri-yaşayış bin asının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilməməsi, təqdim edilmiş icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, həmin sənəddə tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi, habelə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olması hallarına istinad edilmişdir.

37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçılar tərəfindən ümumi paylı mülkiyyətlərində olan torpaq sahəsində müvafiq tikili inşa edilmiş və Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi tərəfindən həmin tikiliyə dair xx.xx.2018-ci il tarixdə istismara hazırlıq aktı tərtib edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən isə xx.xx.2018-ci il tarixdə tikinti obyekt inin istismarına icazə sənədi verilmişdir.

38. Cavabdeh kassasiya şikayətində tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin kod nömrəsinin qeyd edilmədiyini, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na Əlavəyə əsasən “Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”nin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verildiyini, həmin pozuntunun aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmasının yolverilməz olduğunu, iddiaçıların isə həmin kodun alınması və cavabdehə təqdim edilməsi əvəzinə ona qarşı əsassız iddia qaldırdıqlarını bildirmişdir.

39. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, hazırkı mübahisənin həlli baxımından icazə (hə m tikintiyə, həm də istismara) icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul olunmuş yekun qərar – inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz. Hazırkı mübahisəyə münasibətdə səlahiyyətli inzibati orqan həm tikintiyə, həm də istismara icazə verilməsi ilə bağlı iradəsini açıq və dəqiq şəkildə ifadə etmişdir və cavabdeh həmin iradə ifadəsinə uyğun davranmağa borcludu r. Bu səlahiyyətli inzibati orqan tərəfindən qəbul olunmuş qərarın ümumi-məcburi hüquqi qüvvəsindən və inzibati orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

40. Cavabdehin kassasiya şikayətinin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə görə, tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil e dilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qadaları”nın 4.2-ci bəndinə əsasən, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir.

42. Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci maddəsinə görə, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblər inə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.

43. Həmin Məcəllənin 102-ci maddəsi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı məsələləri, o cümlədən istismara icazə üçün müraciətə əlavə olunan sənədlərin tərkibini tənzimləyir. Həmin norma baxımından tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Mə cəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: tikinti sənədləri; şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər.

44. İstinad olunan Məcəllənin 103-cü maddəsinə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzi ndə Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir.

45. İstinad olunan normaların məzmunundan göründüyü kimi, tikintiyə icazə verilməsi ilə bağlı müvafiq sənəd və məlumatları Reyestrə məhz tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində təqdim edir. Həmin məlumatlar Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir.

46. Yəni tikinti obyektinə kodun verilməsi inzibati orqanlar arasında sənəd mübadiləsi qaydasında və şəxsin iştirakı olmadan həll edilməli olan məsələdir. Bu baxımdan kodun verilməsi üçün müvafiq sənədlərin təqdim olunmamasının və koda dair şəhadətnamənin verilməməsinin məsuliyyəti iddiaçının üzərinə qoyula və onun ziyanına təfsir oluna bilməz. Şəxsin üzərinə bununla bağlı mütləq öhdəliyin qoyulması və ya inzibati icraatın müvafiq səlahiyyətli orqan tərəfindən inzibati aktın mahiyyətinə təsir etməyən şəkildə qüsurlu həyata keçirilməsinin neqativ nəticələrinin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır.

47. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabd ehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zə rbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

49. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2-1(105)-478/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar