Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-590/2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə 30.01.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı və vəkili Vəkil, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1239/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə Ali Məhkəmənin binasında 30.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 2012-ci ildə Türkiyə Respublikasının Sakarya Universitetinin bakalavr səviyyəsini «menecment» ixtisası üzrə bitirmiş və iddiaçının adına verilmiş 21.03.2012-ci il tarixli diplom 2016-cı ildə Azərbaycan Respublikasında tanınmış və Təhsil Nazirliyi tərəfindən həmin diplomun tanınmasına və ekvivalentliyinə dair müvafiq şəhadətnamələr verilmişdir. Həmçinin iddiaçı İstanbul Ticarət Universitetində təhsilini magistratura səviyyəsində davam etdirərək, 2015-ci ildə həmin Universitetin Sosial Elmlər Fakültəsini beynəlxalq ticarət hüququ və Avropa İttifaqı ixtisası üzrə bitirmiş, 04.03.2015-ci il tarixdə iddiaçıya magistr diplomu verilmişdir. Bundan so nra iddiaçı həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsil Nazirliyinə müraciət etmiş, cavabdehin 07 sentyabr 2017-ci il tarixli, **-**-**/ *** nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.7-ci maddəsinə əsasən diplomun tanınması mümkün deyildir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının İstanbul Ticarət Universiteti tərəfindən iddiaçının adına verilmiş 04 mart 2015-ci il tarixli ***** nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalnetliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-271/2018 saylı 25 yanvar 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-271/2018 saylı 25 yanvar 2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1239/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-271/2018 saylı 25 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının aldığı bakalavr təhsili Beynəlxalq Ticarət hüququ və Avropa Birliyi ixtisası üzrə magistr təhsili alması üçün nəzərdə tutulan ixtisaslara uyğun olmadığından cavabdeh inzibati orqan tərəfindən düzgün olaraq müvafiq şəhadətnamənin verilməsi mümkün olmamışdır. Cavabdehin inzibati orqanın imtinası «Xarici dövlətlərin alı təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» nın tələblərinə uyğun olduğundan, iddia tələbi əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1239/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya ş ikayətinin dəlillərinə görə iddiaçının aldığı magistr təhsili onun bakalavr təhsilinə uyğun olmuşdur. Bundan əlavə iddiaçının bakalavr təhsilinin məzmunu ilə magistr təhsilinin məzmunu uyğun olmuşdur. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)" Qaydalarının 3.7-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığı üçün iddiaçıya mənfi rəy verilməsi qanunsuzdur. Kassator İPM-nin 90,94-cü maddələrinə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)" Qaydalarının 1.3, 1.4, 3.3, 3.5, 3.7-ci bəndlərinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1239/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarının ləğ v edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1239/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1239/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarının dəyişdiri lmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1239/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı Iddiaçı 2012-ci ildə Türkiyə Respublikasının Sakarya Universitetinin bakalavr səviyyəsini «menecment» ixtisası üzrə bitirmiş və iddiaçının adına verilmiş 21.03.2012-ci il tarixli diplom 2016-cı ildə Azərbaycan Respublikasında tanınmış və Təhsil Nazirliyi tərəfindən həmin diplomun tanınmasına və ekvivalentliyinə dair müvafiq şəhadətnamələr verilmişdir. Həmçinin iddi açı İstanbul Ticarət Universitetində təhsilini magistratura səviyyəsində davam etdirərək, 2015-ci ildə həmin Universitetin Sosial Elmlər Fakültəsini beynəlxalq ticarət hüququ və Avropa İttifaqı ixtisası üzrə bitirmiş, 04.03.2015-ci il tarixdə iddiaçıya magistr diplomu verilmişdir. Bundan sonra iddiaçı həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsil Nazirliyinə müraciət etmiş, cavabdehin 07 sentyabr 2017-ci il tarixli, **-**-**/ *** nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.7-ci maddəsin ə əsasən diplomun tanınması mümkün deyildir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)" Qaydalarının 3.6-cı maddəsinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hal larda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafıq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırkı iş üzrə iddiaçı İstanbul Ticarət Universitetində təhsilini magistratura səviyyəsində davam etdirərək, 2015-ci ild ə həmin Universitetin Sosial Elmlər Fakültəsini beynəlxalq ticarət hüququ və Avropa İttifaqı ixtisası üzrə bitirmiş, 04.03.2015-ci il tarixdə iddiaçıya magistr diplomu verilmişdir. Hazırkı iş üzrə cavabdehin imtinasının əsasını iddiaçının bakalavriat təhsilinin ixtisası ilə magistr təhsilinin ixtisası ilə bir-birindən fərqlənməsi təşkil edir. Halbuki bu əsas Qaydaların 3.6-cı bəndində göstərilən əsaslardan birinə aid olmadığından iddiaçıya mənfi rəy verilməsi Qaydaların tələblərinə uyğun olmamışdır. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırma ğa borcludur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati -Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1239/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-590/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-590/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver