Məhkəmə qərarları › İş №2-1(102)-590/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-590/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-590/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkə zi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2573/2021 saylı, 3 noyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasında doğulmuşdur, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5, mənzil 62-də qeydiyyatdadır.

2. İddiaçı 1974-cü ildən 1981-ci ilə kimi təhsil almış, xx.xx.1975-ci il ta rixdən xx.xx.1977-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir.

3. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1974-cü ildən - xx.xx.1975-ci ilədək “Xüsusi Təmir-Tikinti Tresti”nin 1 №li Xüsusi Təmir Tikinti İdarəsində, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Azərbaycan SSR DİN-nin Tikinti Trestinin 3 №li Tikinti İdarəsində, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək Azərbaycan SSR DİN-nin Tikinti Trestinin 3 №li Tikinti İdarəsində, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Azkooptikinti Trestinin Bakı Təmir-Tikinti Kontorunda, xx.xx.1979- cu ildən xx.xx.1986-cı ilədək “Azərbaycan kənd təsərrüfatı su kəməri tikintisi”ndə, xx.xx.1986cı ildən xx.xx.1987-ci ilədək “Mənzil Təsərrüfatı DPİ yanında Mərkəzi Qəzadispetçer x idməti”ndə, xx.xx.1987-ci ildən xx.xx.1994-cü ilədək “Azərbsutikinti”də, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı ilədək “Azərsutikinti Konserninin Fəhlə Təchizatı Birliyi”ndə işləmiş, xx.xx.1996-cı il tarixdə “Azərenerjimənziltikinti” QTSC-də təchizatçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1998-ci ildə cəmiyyətin adı dəyişdirilərək "xxxx" olduğu üçün həmin idarənin işçisi sayılmış, xx.xx.2001-ci ildə işdən azad edilmişdir.

4. Mingəçevir şəhəri "xxxx" X7 Cəmiyyəti tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçı 22 noyabr 1996-cı il tarixdən 26 dekabr 2001-ci il tarixədək Cəmiyyətin Təchizat şöbəsinin təchizatçısı vəzifəsində işləmişdir. Cəmiyyətin ümumi yığıncağının 3 aprel 1998-ci il tarixli protokoluna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 aprel 19 98-ci il tarixli qeydiyyatına əsasən cəmiyyətin əvvəlki adı (“Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyəti) dəyişdirilərək "xxxx" QTSC adlandırılmışdır.

5. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş əmək kitabçasına əsasən onun xx.xx.2006-cı ilədək ümumi iş stajı 21 il 10 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 15709,66 manat olmaqla, qanunla tələb olunan məbləğdən (28.800 manat) azdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının 22 yanvar 2021-ci il tarixli aktına əsasən xx.xx. 1998-ci ildən xx.xx.2001-ci ilə qədər işləmiş olduğu "xxxx" QSC sənədlərini Dövlət Arxiv İdarəsinin Mingəçevir filialına təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, “ona xx.xx.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə əmək pensiyasını n təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciəti onun ümumi iş stajının qanunla tələb olunan müddətdən az hesablanmasına istinad edilərək təmin olunmamışdır. O, müxtəlif idarələrdə işləmiş və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdeh inzibati orqan onun xx.xx.2020-ci ilədək 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda xx.xx.2020-ci ildə 64 yaş 6 ayının tamam olmasını nəzərə almadan, onun ərizəsini təmin etməməklə əsassız olaraq yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyası 64 il 06 ayd an təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 il 06 ayda, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud f ərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-5166/2021 saylı iş) 27 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında və arxiv arayışında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən nəz ərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya sı məhkəməsindəki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X2, 2-1(103)-2573/2021 saylı iş) 3 noyabr 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçıya yaşa görə əmək pensiyası 64 il 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalı dır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda.

15. İddiaçı 25 il sığorta stajına malik olduğunu hesab edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır.

16. İddiaçının 1974 - 1981-ci illər ərzində təhsil aldığı dövr, xx.xx.1996 xx.xx.2001- ci illər ərzində "xxxx" QSC-də işlədiyi müddət işin mübahisələndirilən hallarını təşkil edir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta İxtisas, tex niki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 18. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı- ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.

19. İddiaçıya məxsus əmək kitabçasında edilmiş qeydlərdən iddiaçının təhsil aldığı dövrlərlə işlədiyi dövrlərin üst-üstə düşməsi müəyyən edilir. Belə olan halda həmin dövrlər sosial sığorta stajına daxil edildiyindən, yuxarıda qeyd edilən qanunvericilik normasını rəhbər tutaraq qeyd edilməlidir ki, təhsil aldığı dövrlər əmək kitabçasında qeyd e dilmiş iş illəri ilə üst-üstə düşdüyündən və həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alındığından ikinci dəfə nəzərə alınması yolverilməzdir.

20. Bundan əlavə olaraq ("xxxx" QSC-də işlədiyi xx.xx.1996 - xx.xx.2001-ci illər) müəssisənin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialına təhvil verilməmişdir. Həmin illərə dair təqdim edilmiş xx.xx.2021-ci il tarixli 03 nömrəli arayışın mötəbərliyinə əsaslı şübhələr olduğundan nəzərə alına bilməz. Belə ki, sözügedən arayış latın qrafikası ilə yazılmış, lakin üzərinə vurulmuş möhür kiril əlifbası ilə olmuşdur. Belə olan halda onu düşünməyə əsas verir ki, ləğv edilmiş və arxivə təhvil verilməyən müəssisəyə aid olan möhür istifadə edilir.

21. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunu n 7 və 21-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 24. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliy yət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxs lərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının t am formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkə məsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

28. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual h üquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh təqdim olunmuş əmək kitabçasına əsasən onun xx.xx.2006-cı ilədək ümumi iş stajı 21 il 10 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olduğuna, eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 15709,66 manat olmaqla, qanunla tələb olunan məbləğdən (28.800 manat) az olduğuna, Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının 22 yanvar 2021-ci il tarixli aktına əsas ən xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər işləmiş olduğu "xxxx" QSC-nin sənədlərinin Dövlət Arxiv İdarəsinin Mingəçevir filialına təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ona pensiya təyin edilməsindən imtina etmişdir.

32. İddiaçı “ona xx.xx.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddia ilə məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

33. Cavabdehin kassasiya şikayətində dəlillərinə görə iddiaçının 1974 - 1981-ci illər ərzində təhsil aldığı dövr, xx.xx.1996 - xx.xx.2001- ci illər ərzində "xxxx" QSC-də işlədiyi müddət işin mübahisələndirilən halları nı təşkil edir. Cavabdeh 1974 - 1981-ci illər ərzində təhsil aldığı dövrlə bağlı qeyd edir ki, həmin illər iddiaçının işlədiyi illərlə üst-üstə düşdüyündən təkrar olaraq hesablana bilməz, "xxxx" QSC-də işlədiyi illərlə bağlı (xx.xx.1996 - xx.xx.2001-ci illər) müəssisənin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialına təhvil verilməmişdir. Həmin illərə dair təqdim edilmiş xx.xx.2021-ci il tarixli 03 nömrəli arayışın mötəbərliyinə əsaslı şübhələr olduğundan nəzərə alına bilməz. Belə ki, sözügedən arayış latın qrafikası ilə yazılmış, lakin üzərinə vurulmuş möhür kiril əlifbası ilə olmuşdur. Bu hal onu düşünməyə əsas verir ki, ləğv edilmiş və arxivə təhvil verilməyən müəssisəyə aid olan möhür istifadə edilir.

34. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur, xx.xx.2020-ci ildə onun 64 yaş 6 ayı tamam olmuş, həmin dövrdə qanunvericiliklə tələb olunan pensiya yaşı da 64 yaş 6 ay olmuşdur.

36. İddiaçı ona 64 yaş 6 aydan pensiya təyin edilməsi üçün tələb edilən 25 il iş stajına malik olmuşdur.

37. Belə ki, iddiaçı 1974-cü ildən 1981-ci ilə kimi təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir.

38. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1974-cü ildən - xx.xx.1975-ci ilədək “Xüsusi Təmir-Tikinti Tresti”nin 1 №li Xüsusi Təmir Tikinti İdarəsində, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Azərbaycan SSR DİN-nin Tikinti Trestinin 3 №li Tikinti İdarəsində, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək Azərbaycan SSR DİN-nin Tikinti Trestinin 3 №li Tikinti İdarəsində, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Azkooptikinti Trestinin Bakı Təmir-Tikinti Kontorunda, xx.xx.1979- cu ildən xx.xx.1986-cı ilədək “Azərbaycan kənd təsərrüfatı su kəməri tikintisi”ndə, xx.xx.1986cı ildən xx.xx.1987-ci ilədək “Mənzil Təsərrüfatı DPİ yanında Mərkəzi Qəzadispetçer xidməti”ndə, xx.xx.1987-ci ildən xx.xx.1994-cü ilədək “Azərbsutikinti”də, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı ilədək “Azərsutikinti Konserninin Fəhlə Təchizatı Birliyi”ndə işləmiş, xx.xx.1996-cı il tarixdə “Azərenerjimənziltikinti” QTSC-də təchizatçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1998-ci ildə cəmiyyətin adı dəyişdirilərək "xxxx" olduğu üçün həmin idarənin işçisi sayılmış, xx.xx.2001-ci ildə işdən azad edilmişdir.

39. İddiaçının 1974-cü ildən 1981-ci ilə kimi təhsil aldığı dövrlə işlədiyi illərin üstüstə düşməsi ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, onun təhsil aldığı dövr nəzərə alınmadan əmək kitabçasında qeyd edilmiş iş illəri və hərbi xidmət dövrü ümumilikdə 26 il 6 ay 14 gün təşkil edir.

40. Cavabdeh Mingəçevir şəhəri "xxxx" X7 Cəmiyyəti tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli arxiv arayışının saxta olmasına istinad etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

41. Digər tərəfdən cavabdehin mübahisə açdığı dövr (xx.xx.1996 - xx.xx.2001-ci illər) iddiaçının əmək kitabçasında da qeyd edilmişdir.

42. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə əmək kitabçası iş stajını təsdiq edən sənəddir.

43. Odur ki, iddiaçının "xxxx" QTSC-də 22 noyabr 1996-cı il tarixdən 26 dekabr 2001-ci il tarixədək Cəmiyyətin Təchizat şöbəsinin təchizatçısı vəzifəsində işlədiyi müddəti onun iş stajına daxil etməklə məhkəmə haqlı olmuşdur.

44. Bu dövr də nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranan zaman 25 ildən az olmayan stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, iddiaçı ona xx.xx.2020-ci ildən, yəni 64 yaş 6 aydan pensiya tələb edilməsi barədə tələbində haqlı olmuşdur.

45. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2573/2021 saylı, 3 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar