Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-590/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəliyi və X18) qarşı “torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2-1(103)-26/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya ayrılmış torpaq sahəsinə dair
1. X9 Sovetinin İcrayyə Komitəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli B 000369 nömrə li “X17 X38”na əsasən, 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı – iddiaçı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmış və həmin akt xx.xx.1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(102)6123/2016 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 15 ha torpaq sahəsi pulsuz və müddətsiz “Kommunist” nəşriyyatına (hazırda iddiaçı) verilmiş, xx.xx.1981-ci il tarixdə X17 dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilmiş “X17 dair” Dövlət Aktında göstərilən sərhədlər daxilində olan 15 ha torpaq sahəsin dən oranı zəbt edən vətəndaşların çıxarılmaları qərara alınmışdır. Üçüncü şəxs X10 ayrılmış torpaq sahəsinə dair
3. Üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli 02/121 nömrəli qərarına əsasən X11 Nardaran qəsəbəsi, sahə 3, yer 127 ünvanda 2500 kv.m torpaq sahəsi ayrılmışdır.
4. Üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli 02/129 nömrəli qərarına əsasən X10 Nardaran qəsəbəsi, sahə 3, yer 128 ünvanda 2500 kv.m torpaq sahəsi ayrılmışdır.
5. Üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli 02/169 nömrəli qərarına əsasən X12 Nardaran qəsəbəsi, sahə 3, yer 132 ünvand a 2500 kv.m torpaq sahəsi ayrılmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)4870/2014 nömrəli qərarı ilə, 02/169 nömrəli xx.xx.2005-ci il tarixli qərara və taktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq, sahəsi 2.500 kv.m, sahə 3, yer 132 torpaq sahəsinin X4, 02/121 nömrəli xx.xx.2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq, sahəsi 2.500 kv.m, sahə 3, yer 127 torpaq sahəsinin X5, 02/131 nömrəli xx.xx.2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq, sahəsi 2.200 kv.m. sahə 3, yer 130 torpaq sahəsinin X3, 02/156 nömrəli xx.xx.2005-ci il tarixli qərar və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq, sahəsi 2.500 kv.m, sahə 3, yer 129 torpaq sahəsinin X2, 02/131 nömrəli xx.xx.2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq, sahəsi 2.500 kv.m. sahə 3, yer 131 torpaq sahəsinin X15, 02/129 nömrəli xx.xx.2005-ci il tarixli və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2.500 kv.m, sahə 3, yer 132 torpaq sahəsinin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bunlara müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir.
7. Bundan sonra, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 132 ünvanda yerləşən 0.25 ha torpaq sahəsi üzərində (yaşayış məntəqələrinin torpaqları) X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınmış və ona xx.xx.2014-cü il qeydiyyat tarixli, **********18 reyestr nömrəli çıxarış verilmişdir. X19 xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən həmin torpaq sahəsini üçüncü şəxs X10 bağışlamış, sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, **********18 reyestr nömrəli çıxarış verilmişdir.
8. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 127 ünvanda yerləşən 0.25 ha torpaq sahəsi üzərində (yaşayış məntəqələrinin torpaqları) X5 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2014cü il qeydiyyat tarixli, **********15 reyestr nömrəli çıxarış verilmişdir. X20 xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən həmin torpa q sahəsini üçüncü şəxs X10 bağışlamış, sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, **********15 reyestr nömrəli çıxarış verilmişdir.
9. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 128 ünvanda yerləşən 0.25 ha torpaq sahəsi üzərində (yaşayış məntəqələrinin torpaqları) üçüncü şəxs X6 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2014-cü il qeydiyyat tarixli, **********17 reyestr nömrəli çıxarış verilmişdir.
10. Üçüncü şəxs X10 verilmiş **********15 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 3 nömrəli sahə, yer 127-də yerləşən torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=416296.19, Y=4492739.75; 2 nömrəli döngəsinin koordinatl arı X=416296.62, Y=4492729.7; 3 nömrəli döngəsinin koordinatları X=416296.78, Y=4492697.56; 4 nömrəli döngəsinin koordinatları X=416237.17, Y= 4492693,01-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 10.06; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 32.14; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 59.78; 4 nömrəli döngədən 5 nömrəli döngəyə qədər məsafə 39.04 metrdir.
11. Üçüncü şəxs X10 verilmiş **********17 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 3 nömrəli sahə, yer 128-də yerləşən torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=416294.5, Y=4492780.3; 2 nömrəli döngəsinin koordinatları X=416348.9, Y=4492789.22; 3 nömrəli döngəsinin koordinatları X=416352.9, Y=4492767; 4 nömrəli döngəsinin koo rdinatları X=416379.79, Y=4492771.21; 5 nömrəli döngəsinin koordinatları X=416382.09, Y=4492760.83; 6 nömrəli döngəsinin koordinatları X=416311.39, Y=4492749.01; 7 nömrəli döngəsinin koordinatları X=416312.57, Y=4492731.39; 8 nömrəli döngəsinin koordinatları X=416296.62, Y=4492730.24-dür. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 55.12; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 22.58; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 27.22; 4 nömrəli döngədən 5 nömrəli döngəyə qədər məsafə 10.63; 5 nömrəli döngədən 6 nömrəli döngəyə qədər məsafə 71.68; 6 nömrəli döngədən 7 nömrəli döngəyə qədər məsafə 17.66; 7 nömrəli döngədən 8 nömrəli döngəyə qədər məsafə 15.99; 8 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 50.1 metrdir.
12. Üçüncü şəxs X10 verilmiş **********18 reyes tr nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 3 nömrəli sahə, yer 132-də yerləşən torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=416294.51, Y=4492779.76; 2 nömrəli döngəsinin koordinatları X=416296.19, Y=4492739.75; 3 nömrəli döngəsinin koordinatları X=416233.12, Y=4492731.84; 4 nömrəli döngəsinin koordinatları X=416229.08 Y= 4492769,02-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 40.05; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 63.56; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 37.4; 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 66.31 metrdir. İddiaçının təqdim etdiyi mütəxəssis rəyi 13. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, xx.xx.1981-ci il tarixli “X17 X38”na əsasə n, iddiaçının qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə, 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə, şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 nömrəli xəritə üzərində göstərilmiş 1 nömrəli döngəsinin koordinatları X=416049.63, Y=4492833.10; 2 nömrəli döngəsinin koordinatları X=416347.10, Y=4492886.90; 3 nömrəli döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32; 4 nömrəli döngəsinin koordinatları isə X=416086.62, Y=4492334.47-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 302.3; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 499.9; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 302.2; 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 500 metrdir. Üçüncü şəxs X6 təqdim etdiyi mütəxəssis rəyi 14. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ərazinin qərb tərəfindəki yaşayış massivinin konturları sözügedən yerquruluşu layihəsində ziddiyyətli formada əks olunur. Belə görünür ki, xəritənin bu hissəsi kopya edilərkən şərqqərb istiqamətində xeyli açılaraq sürüşmüşdür. Bu səbəbdən də ölçüləri şərq istiqamətindən qərbə doğru hesablamaq daha düzgün hesab olunur. Təqdim olunmuş Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi “Google Earth” tətbiqindən əldə edilən eyni yerin peyk görüntüsü ilə hazırlanan layihə qarşılaşdıraraq əksər mövcud yol cizgiləri üst-üstə düşür. Həmin layihənin AB və CD işarələri tam sübuta yetirir ki, Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində əks olunan şimal-şərq nöqtəsi 19-cu dalanla uyğun gəlir. Bundan əlavə, nəzərə alınsa ki, Maştağa südçülük-tərəvəzçilik sovxozu Nardaran qəsəbəsinin ərazisində yerləşmişdir və Bilgəh ərazisinə aidiyyəti olmamışdır, burada müəyyən etmək olar ki, 19-cu dalan Nardaran-Bilgəh sərhədi sözügedən layihənin şərq konturunu təsbit edir. Eyni zamanda, həmin sərhəddən qərb istiqamətinə 700 metr məsafədən Hüseyniyyə məscidinə gedən yol öz əksini tapmışdır. Layihədə şərti xətlə qeyd olunsa da, hazırda asfalt örtüklü həmin yol dairəvi yolun kəsişməsindən Hüseyniyyə məscidinə qədər uzanaraq fak tiki məsafə ilə uyğun gəlir (2 km). Həmin yoldan qərb istiqamətinə 240 metr məsafədən sonra layihədə Hİ işarələri də, Maştağa südçülüktərəvəzçilik sovxozunun qərb tərəfdən Nardaran hissəsində yerləşən konturunu təsbit edir. Layihənin şimal-qərb nöqtəsindən şərqə tərəf 240 metr məsafədən sonra iddiaçıya ayrılmış 15 ha torpaq sahəsinin şimal-qərb nöqtəsini müəyyən edir və həmin nöqtədən 300 metr şərqə doğru uzanaraq, sahənin enini təşkil edərək şimal-şərq nöqtəsini təsbit edir. İddiaçıya ayrılmış 15 ha torpaq sahəsinin qərb divarı Hüseyniyyə məscidinə gedən yola paralel olduğu üçün layihədə həmin sahə paraleloqram şəklində işarələnmişdir. Layihənin şimal konturunu təşkil edən 940 metr məsafənin şimal-qərb nöqtədən Hüseyniyyə məscidinə gedən 240 metr və həmin yoldan 700 metr şərqə tərəf uzana n məsafə Nardaran-Bilgəh sərhədi ilə birləşən 19-cu dalan nöqtəsi - idealdır və bu kontur peyk vasitəsi ilə digər sahələrdə uzlaşmamaqdadır. Bu səbəbdən iddiaçıya ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1 nömrəli döngənin koordinatları X=415836.9, Y=4492819.3; 2 nömrəli döngə nöqtələrinin koordinatları X=416135.3, Y=4492854.4; 3 nömrəli döngə nöqtələrinin koordinatları X=416248.8, Y=4492381.7; 4 nömrəli döngə nöqtələrinin koordinatları X=415953.8, Y=4492337.9dur. 1 nömrəli döngədən 2 nömrəli döngəyə 301; 2 nömrəli döngədən 3 nömrəli döngəyə 486; 3 nömrəli döngədən 4 nömrəli döngəyə 300; 4 nömrəli döngədən 1 nömrəli döngəyə 494 metr məsafə var.
15. İddiaçının müraciətinə cavab olaraq cavabdeh xx.xx.2018-ci il tarixli **********97 nömrəli məktubda qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, bu qərarlar barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada məlumat daxil olmamışdır. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, üçüncü şəxs Nigar Abbasbəyliyə verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş, əvvəllər X12 və X11 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin plan ı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 6 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı, Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli “X17 X38” verilmişdir. X37 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonunun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə müəyyən edilmişdir. Həmçinin, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X6 adına Nardaran qəsəbəsi 3-cü sahə, yer 132 ilkin qeydiyyata alınmış 0.25 ha, X19 tərəfindən bağışlanmış 0.25 ha və X20 tərəfindən bağışlanmış 0.25 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona **********17, **********18 və **********15 reyestr nömrəli çıxarışlar və həmin reyes tr nömrələri olan torpaq sahələrinin planı və ölçüləri verilmişdir. Cavabdeh tərəfindən verilmiş **********17, **********18 və **********15 reyestr nömrəli çıxarışlarda torpaq sahələrinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. X1 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X12 və X11 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Mübahisəli torpaq sahələri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2005-ci il tarix li qərarları ilə “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsindən heç bir halda ayrıla bilməzdi. Belə ki, “X24” Azərbaycan Respublikasının Qanununa əsasən, 01 yanvar 2001-ci il tarixdən İcra Hakimiyyəti orqanları tərəfindən vətəndaşlara bağ sahələri üçün torpaqayırma səlahiyyətləri nəzərdə tutulmamışdır. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli X17 X36 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. Bundan başqa, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. Belə olan halda, torpaqayırma səlahiyyəti olmayan Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 2005-ci il tarixdə “Azərbaycan” Nəşriyyatının yard ımçı təsərrüfatının yerləşdiyi dövlət mülkiyyətində olmaqla, qanuni istifadəsində olan 15 ha ölçüdə torpaq sahəsindən ayrılması və həmin torpağın reyestrdə qeydiyyatı yalnız təəccüb doğurur. Cavabdehin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda, cavabdehin verdiyi torpaq sahələrinin planı və ölçüləri eti barsız hesab edilməlidir. Lakin “Azərbaycan” Nəşriyyatının müraciətinə cavabdeh müxtəlif bəhanələr gətirərək, yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir.
18. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazın məzmunu cavabdehin imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdehə rəsmi daxil olmuş müraciətdə X10 münasibətdə qeyd olunanlarla iddia ərizəsində göstərilən tələb arasında fərq mövcuddur. Belə ki, iddiaçının İdarəyə müraciətində qeydiyyatdan keçmiş çıxarışların ləğv edilməsi barədə qərarın çıxarılması, iddia ərizəsində isə torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi xahiş olunmuşdur. X10 yuxarıda adı çəkilən dövlət reyestrindən çıxarışlar və plan-ölçülər q anuni əsaslarla verilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin qərarından 02/129 nömrəli xx.xx.2005-ci il çıxarışa uyğun olaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-4870/2014 nömrəli, 11 noyabr 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qərarına əsasən, X10 Nardaran qəsəbəsi sahə 3, yer 128-də yerləşən torpaq sahəsinə aid **********17 reyestr nömrəli çıxarış və plan-ölçü verilmişdir. Bundan əlavə, **********18 reyestr nömrəli çıxarışın və plan-ölçünün verilməsinə əsas kimi isə X19 ilə X18 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli bağışlama müqaviləsi olmuş, X12 isə sözügedən torpaq sahəsinə (Nardaran qəsəbəsi sahə 3, yer 132) dair çıxarış və plan-ölçü Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin qərarından 02/169 nömrəli xx.xx.2005-ci il çıxarışa uyğun olaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-4870/2014 saylı 11 noyabr 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qərarına əsasən verilmişdir. Həmçinin, X16 və X18 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən, sonuncuya **********15 reyestr nömrəli çıxarış və plan-ölçü verilmiş, eyni zamanda, X7 torpaq sahəsinə (Nardaran qəsəbəsi sahə 3, yer 127) dair çıxarış və plan-ölçü də Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin qərarından 02/121 nömrəli xx.xx.2005-ci il çıxarışa uyğun olaraq, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəmənin 2-1(81)-4870/2014 saylı 11 noyabr 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qərarına əsasən verilmişdir.
19. Üçünc ü şəxs X18 iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, torpaq sahələrinin planı və ölçüləri heç bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. İddiaçı üçüncü şəxsin torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbi ilə İnzibati-İqtisadi Məhkəməyə müraciət etsə də, nəzərə almamışdır ki, İPM-ə əsasən inzibati mübahisələndirmə haqqında icraat yalnız şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi halında mümkün hesab oluna bilər. Torpaq sahələrinin planı və ölçüləri inzibati akt hesab edilmədiyinə görə, bu iddia mümkün sayıla bilməz. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən və onun iddia etdiyi 15 ha torpaq sahəsindən V.Ə.Əzimovun çıxarılmasına və həmin torpaq sahəsində inşa edilmiş istixana və özbaşına tikililərin onun hesabına sökülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və onun əsasında Bakı Apellyasiya Məhkəməsinin MK-nin xx.xx.2016-cı il tarixli icra sənədi olmuş və bu icra sənədi tam icra olunduğuna görə Sabunçu rayonu İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə bu icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunan icra sənədi üzrə başlanmış icraata xx.xx.2017-ci il tarixli qərarla xitam verilməsi bu anlama gəlir ki, qətnamə tam olaraq icra edilmiş və iddiaçının iddia etdiyi 15 ha torpaq sahəsi bütünlüklə ona təhvil verilmiş, iddiaçı da bu torpaq sahəsini qəbul etmişdir. Belə olan halda, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin hüdudları iddiaçının iddia etdiyi bu 15 ha torp aq sahəsinə müdaxilə etmiş olsaydı, iddiaçı bu barədə ən azı xx.xx.2017-ci il tarixdən etibarən məlumatlı olardı. Lakin, iddiaçı bu mübahisələndirmə iddiası ilə qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ən azı 7 ay ötürmüşdür. İddiaçı eyni cavabdehə və üçüncü şəxslərə qarşı eyni əsaslı iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, bu şəxslərə verilmiş çıxarışların ləğv olunmasını tələb etmiş və bu iddia üzrə başlanmış 2-1(82)2233/2018 saylı iş 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin hakimi Etibar Mustafayevin icraatına verilmiş və o, bu işlə əlaqədar xx.xx.2018-ci il tarixli sərəncam göndərmişdir. Lakin 2-1(82)2233/2018 saylı iş üzrə icraat barədə heç bir məlumat yoxdur. Belə ki, iddiaçı bu iş üzrə verdiyi iddia tələbindən imtina etmişsə və bu səbəbdən icraata xitam verilmişsə, onda eyni əsasla, eyni tərəflərə qarşı yenidən məhkəməyə müraciət etməsi yolverilməzdir. Əgər bu iş üzrə icraat davam edirsə, onda eyni hakimin icraatında olan hazırki 2-1(82)3195/2018 saylı və öncəki 2-1(82)2233/2018 saylı işlərin bir icraata birləşdirilməsi tələb olunur. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3152 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinə istinadən iddia edir ki, hazırki iş üzrə üçüncü şəxslərin mülkiyyətində olmuş sahələr istifadəsinə verilmiş 15 ha torpaq sahəsinin hüdudları daxilindədir. Lakin, bu cür istinad tamamilə əsassızdır. Belə ki, hazırki iş üzrə üçüncü şəxslərin mülkiyyətində olmuş bu sahələr iddiaçının istifadəsinə verilmiş 15 ha torpaq sahəsinin hüdudlarına daxil olmamış və bu fakt öz təsdiqini tapmışdır. Bundan başqa, sözügedən qətnamədə iddiaçıya ayrılmış torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olmuş torpaq sahələri ilə üstüstə düşməsini təsdiq edən heç bir müddəa və ya döngə nöqtələrinin koordinatları qeyd edilməmişdir. Ümumiyyətlə, bu qətnamə və orada mübahisələndirilən (iddiaçının istifadəsinə verilmiş) 15 ha torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olmuş torpaq sahələri hər hansı bir əlaqəsi olsaydı, o işə baxan məhkəmə orqanları bu şəxsləri mütləq işə cəlb etmiş olardı. Qeyd olunanlar, habelə iddiaçının istinad etdiyi qətnamənin qəbulu üçün keçirilmiş məhkəmə araşdırmalarına hazırkı iş üzrə üçüncü şəxslərin cəlb edilməməsi bir daha sübut edir ki, bu qətnamənin və bu qətnamədə sözügedən 15 ha torpaq sahəsinin onlara və onların mülkiyyətinə olmuş to rpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Bu isə hazırkı iş üzrə üçüncü şəxslərə qarşı irəli sürülmüş iddianın tamamilə əsassız və mümkünsüz olmasını sübut edir. 20. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim E.M.Mustafayev) xx.xx.2018ci il tarixli, 2-1(82)-3195/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, X10 verilmiş **********17 nömrəli və ona, digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş, əvvəllər X13 və X11 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri etibarsız hesab edilmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına ( indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-6123/2016 nömrəli qanuni qüvvəyə minmiş qərarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən sözügedən torpaq sahəsinin hüdudlarının (parametrlərinin) müəyyən olunması və həmin sahənin zəbt edilməsi hallarının mövcud olub-olmamasının müəyyənləşdirilməsi məqdəsilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu edilmişdir. Həmin komitənin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində, “X17 aid Dövlət Aktı” ilə “Azərbaycan” Nəşriyyatına Abşeron rayonunun (indiki Sabunçu rayonunun) ərazisində ayrılmış 15.0 ha torpaq sahəsinin Nazirlər Kabineti tərəfindən geri alınmadığı və həmin sahənin Azərbaycan Respubl ikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə keçmiş “Kommunist” (indiki Azərbaycan) Nəşriyyatına daimi istifadə üçün ayrılmış 15,0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olduğu və cavabdehlər tərəfindən torpaq sahəsinin özbaşına zəbt edilməsi hallarının mövcud olduğu göstərilmişdir. Məhkəmədə dindirilərkən də həmin rəyin müəllifi olan mütəxəssis torpaq sahəsinə baxış keçirildiyini, torpaq sahəsinin ölçülərinin müəyyənləşdirildiyini və həmin torpaq sahəsinin Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi olduğunu, həmin sahədə torpağı zəbt edənlərə məxsus müxtəlif tikililərin olduğunu bildirmişdir.
22. Birinci instansiya məhkəməsi göstərmişdir ki, məhkəmə araşdırması zamanı X10 verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş, əvvəllər X12 və X11 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilmiş torpaq sahəsinin koordinatlarının, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış, Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin koordinatları ilə ust-üstə düşməsi öz təsdiqini tapmışdır. Halbuki, N.Abbasbəyliyə verilmiş **********17 nömrəli və ona, digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş, əvvəllər B.Yusubova və L.Əliyevaya verilmiş **********18 və **********15 nömrəli torpaq sahəsinin planı və öl çüləri tərtib olunarkən, həmin torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı, istinad nöqtələri göstərilmiş, torpağın yerləşmə sxemi və mərz nişanları qoyulmuş, torpağın təhvil verilməsi barədə akt arxiv qovluğunda aşkar edilməmişdir. Lakin buna baxmayaraq, həmin torpaq sahələrinə plan və ölçülər tərtib olunarkən, həmin torpaq sahələrinə göstərilən koordinatlar “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüşdür. Halbuki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu üçün əvvəllər B.Yusubov və L.Əliyevaya ayrılmış, hazırda isə N.Abbasbəylinin mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikilməsi üçün ayrıla bilməzdi. Məhkəmə araşdırması zamanı isə L.Əliyeva və B. Yusubova ayrılmış, hazırda isə N.Abbasbəylinin mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Buna görə də, L.Əliyevaya və B.Yusubova ayrılmış, hazırda isə N.Abbasbəylinin mülkiyyətində olan torpaq sahələri “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi ilə üstüstə düşə bilməz və bu hal həmin torpaq sahələrinin yerləşmə sxemləri və plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və səhlənkarlıq nəticəsində yaranmışdır.
23. Üçüncü şəxs X18 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmi şdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, Ü.A.Mayılov və C.A.Yusifov) 27 mart 2019-cu il tarixli, 2-1(103)-579/2019 nömrəli qərarı ilə üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)3195/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Üçüncü şəxs X18 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2-1(102)-2345/2019 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.K.Hüseynov) ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2-1(103)-579/2019 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
28. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 nömrəli qərarı ilə bağlı iş üzrə tərəflər «Azərbaycan» Nəşriyyatı, X22 və X23 olmuşdur. Hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından, həmin qərarla müəyyən edil miş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz.
29. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, tərəflərin verdiyi vəsatətləri əsassız olaraq rədd edərək, iş üzrə "xxxx" MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/2016 nömrəli qərarına, cavabdehin imtina məktubunda qeyd etdiklərinə istinad etməklə, iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmişlər. Halbuki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, bu barədə məlumatın əldə e dilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli idi. Bundan əlavə, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinastlı torpaqlara aid olmuşdur, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. İşə baxan aşağı instansiya məhkəmələri tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqamətində də hər hansı araşdırma aparmamışlar.
30. Bundan başqa, işə baxan apellyasiya instansiyası məhkəməsi üçüncü şəxslər X10, X12, X11 məxsus torpaq sahələrinə dair plan-ölçü və çıxarışların 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli, 2-1(81) -4870/2014 saylı qərarı əsasında verildiyini nəzərə almamış, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallara yenidən qiymət vermişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-511/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühəndislik ekspertizası təyin edilmişdir.
32. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/411 nömrəli rəyində qeyd edilmişdir ki: - Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadə çiliyinin planı əsasında Abşeron rayon X14 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X17 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B 000369 nömrəli “X17 aid Dövlət Aktı”nda göstərilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmamışdır. - X10 məxsus **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələrinin hazırda faktiki yerləşmə koordinatları ilə həmin torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatlar üst-üstə düşür. - Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X14 İcraiyyə Komitəsi tərəfi ndən “Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X17 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B 000369 nömrəli “X17 aid Dövlət Aktı”nda göstərilən, iddia edilən, 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, sözügedən dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən, bu torpaq sahəsi ilə X10 məxsus **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X14 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” Nəşriyyatın a yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X17 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B 000369 nömrəli “X17” aid Dövlət Aktı”nda göstərilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, sözügedən dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən, 15 ha torpaq sahəsinin ayrıldığı vaxt hansı kateqoriya torpaqlara aid olmasını müəyyən etmək mümkün olmamışdır. - X10 məxsus **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələri faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşir. X10 məxsus **********17, **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin, ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyest rində qeydiyyata alınan vaxtlardan əvvəl yerləşdiyi ərazinin kateqoriyası və kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar edilmədi. X10 məxsus **********17, **********18 və **********15 reyestr nömrəli torpaq sahələri, ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlardan əvvəl də və hal-hazırda da dövlət mülkiyyətində olmuşdur.
33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.Ə.Baxışova) 14 noyabr 2022-ci il tarixli, 2-1(103)-26/2022 nömrəli qərarı ilə üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)3195/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişd ir.
34. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını təqdim etməmişdir. Odur ki, işə məhkəmədə baxılarkən bu istiamətdə araşdırma aparılmışdır. İş materiallarında iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin döngə koordinatlarını ehtiva edən iki mütəxəssis rəyi mövcud olsa da, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş həmin rəylər arasında ziddiyyətlər mövcuddur. Hər iki rəydə sözügedən ərazinin döngə nöqtələrinin koordinatlarının fərqli olması görünsə də, birinci instansiya məhkəməsi bu halı araşdırmadan qərar qəbul edilmişdir. Ali Məhkəmənin iş üzrə qərarının başlıca göstərişi də bu məsələnin araşdırılması ilə bağlı olmuşdur.
35. Ali Məhkəmənin qərarının göstərişlərinin icrası ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühəndislik ekspertizası təyin edilmişdir. Ekspert rəyində mübahisəli 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən, həmin sahənin üçüncü şəxsə verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bundan əlavə, həmin rəylə N.Abbasbəyliyə məxsus torpaq sahələrinin koordinatları ilə həmin torpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatların üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin, iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, N.Abbasbəyliyə ayrılmış torpaq sahələri fərdi yaşayış evlərinin tikilməsi üçün ay rılmışdır. Əgər iddiaçı ona ayrılmış torpaq sahəsinin sonradan üçüncü şəxsə verildiyini irəli sürürsə, o halda keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi məqsədilə verilməsi üçün torpağın kateqoriyası dəyişdirilmiş olmalı idi. Lakin məhkəmə araşdırmaları zamanı N.Abbasbəylinin mülkiyyətinə verilmiş torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Nazirlər Kabinetinin qərarının olduğu aşkar edilməmişdir. Beləliklə də, üçüncü şəxsə verilmiş torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmamışdır.
36. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KA SSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
37. İddiaçı qeyd edir ki, ona torpaq sahəsi ayrılan vaxt (1971-ci ilin yanvarın 1-dən) qüvvədə olmuş Torpaq Məcəlləsinin 24-cü maddəsində qeyd edilirdi ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. İddiaçının 15 ha torpaq sahəsinə istifadə hüququ Abşeron rayon XDS İK tərəfindən verilmiş X17 X38 ilə rəsmiləşdirilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə X36 torpaq sahəsinin sərhədləri və ölçüləri qeyd edilmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyini mörtəbər sübut kimi qəbul edərək, mübahisəli 15 ha tor paq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin üçüncü şəxsə verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsini müəyyən etməyin mümkün olmadığı göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Azərbaycan” Nəşriyyatının müraciətinə cavab olaraq ünvanladığı məktubu işə baxan məhkəməyə təqdim edilmiş, həmin məktubda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti qeyd edilən torpaq sahəsinin kadastr baza məlumatlarında mövcud olduğunu bildirmiş və qeyd edilən torpaq sahəsinə çıxarış alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməli olduğunu bildirmişdir. Göründüyü kimi, məhkəmənin qərarında əsaslandırmağa cəhd etdiyi hal, məhz cavabdehin özünün təqdim etdiyi məktubla tamamilə təkzib olunmuşdur.
38. Həmçinin məhkəmə qərarında qeyd edilir ki, iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, N.Abbasbəyliyə ayrılmış torpaq sahələri fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmışdır. Bununla bağlı iddiaçı bildirir ki, mübahisəli torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olduğu halda, bu təyinatın dəyişdirilməsi, yəni digər (yaşayış məntəqələrinin torpaqları) təyinata keçirilməsi barədə səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmamış, bundan başqa, Sabunçu rayon İcra Hakimiyyə ti tərəfindən üçüncü şəxslərə Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılmasına dair sərəncamlar verilsə də, sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin qeyd olunan normanın tələbinə müvafiq olaraq yerində naturada ayrılmasına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc aktları iş materiallarına əlavə edilməmişdir.
39. Məhkəmə aidiyyətinin pozulduğunu iddia edən üçüncü şəxs, məhkəmə aidiyyəti qaydalarının pozulması yolu ilə hazırki torpaq sahəsinə mülkiyyət sənədi əldə etmişdir. Belə ki, hazırki işdə olan üçüncü şəxsin iddiası üzrə işə baxan 1 saylı İnzibati-İqtisadi məhkəmə ərazi aidiyyəti qaydalarını pozmaqla 11 noyabr 2014-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarın bu ğun də qüvvədə olmasına baxmayaraq, 1 saylı İnzibati-İq tisadi Məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydası pozulmuşdur. Belə ki, qeyd edilən torpaq sahəsi Bakı şəhərinin Sabunçu rayonunda yerləşməsinə və cavabdeh təşkilatın Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi olmasına baxmayaraq, hansı əsasla iş 2 saylı deyil, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmışdır? Bakı şəhər Ərazi İdarəsi həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını əsas gətirərək imtina verdiyi halda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verməmiş və qərarı qəbul edildiyi vaxtdan qısa müddət sonra tələsik icra edərək N.Abbasbəyliyə çıxarış vermişdir.
40. Ümumiyyətlə, 2005-ci ildə qəsəbə nümayəndəliklərinin torpaq ayrılması barədə səlahiyyətləri olmamışdır. İkinci bir məqam nümayəndəliyin to rpaq ayırmaq barədə həmin dövrdə səlahiyyəti olmasa da, həmin torpağı fərdi yaşayış evinin tikintisi üçün ayırmışdır, yəni torpağın təyinatı tikinti məqsədli olmuşdur. Lakin “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsi isə bütövlükdə kənd təsərrüfatı təyinatlıdır və həmin torpağın təyinatını dəyişmək səlahiyyətinə malik olan Nazirlər Kabineti tərəfindən isə belə bir qərar qəbul olunmamışdır.
41. İşə baxan məhkəməyə, iddiaçı tərəfindən təkcə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/2016 nömrəli qərarı deyil, iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçülər inin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-385/2019 nömrəli, 27 fevral 2019-cu il tarixli qərarından üçüncü şəxs X8 verdiyi kassasiya şikayətinə əsasən baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı da, işə baxan məhkəməyə təqdim edilmişdir. Ali Məhkəmənin qüvvədə olan xx.xx.2019-cu il tarixli qərarı ilə “Azərbaycan” Nəşriyyatının torpaq sahəsinin koordinatları öz təsdiqini tapmışdır.
42. Ekspertiza barədə qərardad qəbul edilən zaman israrla, iş üzrə tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin rəy alınması üçün işə cəlb edilməməsi, Xidmətin haz ırki işdə tərəf olduğu və qərəzli rəy verəcəyi bildirilsə də, Xidmətin mütəxəssisləri rəyin tərtib olunması prosesinə cəlb edilmiş və məlum olduğu kimi qərəzli, qanunsuz və əsassız rəy təqdim etmişlər. Belə ki, qərardadda qoyulan Nəşriyyatın 15 ha torpaq sahəsi ilə bağlı suallara torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmadığı əsası ilə cavab verilməmiş, lakin bir neçə sot torpaq sahəsini əhatə edən N.Abbasbəylinin torpaq sahəsinin coğrafi yerləşməsi müəyyən olmuşdur. Halbuki, Ali Məhkəmənin qərarında qoyulan ən birinci göstəriş və eləcə də, məhkəmənin ekspertiza barədə qərardadındakı əsas məqam iddiaçının torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi olmuşdur. İddiaçının torpaq sahəsinin koordinatları müəyyən edilmədən, üçüncü şəxslərin torpaq sahəsinin həmin sahə ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. Bütün bunlar iş üzrə tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin hansı dərəcədə qanunsuz olduğunu göstərir. İlk növbədə, “Azərbaycan” Nəşriyyatının torpaq sahəsinin coğrafi yerləşməsi barədə iş materiallarında təqdim edilmiş kifayət qədər xəritələr mövcuddur. İkincisi, hazırki rəyi tərtib edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Azərbaycan” Nəşriyyatının müraciətinə cavab olaraq ünvanladığı məktubunda qeyd edilən torpaq sahəsinin kadastr baza məlumatlarında mövcud olduğunu bildirmiş və qeyd edilən torpaq sahəsinə çıxarış alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli olduğunu bildirmişdir. Həmin məktub iş materiallarına əlavə edilmişdir. İki ildən artıq müddətdə hazırki işi icraatında saxlayan və sonda qanunsuz və əsassız mütəxəssis rəyini əsas götürərək, əsassız və ədalətsiz qərar qəbul edən apellyasiya instansiyası məhkəməsi İPM-nin 12.1-ci maddəsinin də tələblərini kobud şəkildə pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
43. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanun la qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı... 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.... 46. “Azərbaycan Respublikas ının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanı:
1. Müəyyən edilsin ki:... Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin altıncı və on ikinci abzaslarında, 12-ci maddəsinin 4-cü hissəsində, 16-cı maddəsinin 1-ci hissəsində, 23-cü maddəsinin 5-ci hissəsində, 24-cü maddəsinin 1-ci hissəsində, 38-ci maddəsinin beşinci abzasında (abzasda sadalanan sənədlərin təsdiq edilməsi hissəsində), 75-ci maddəsində (dövlət ehtiyacları üçün torpaq sahəsi üzərində mülkiyyət və icarə hüququna xitam verilməsi hissəsində), 96-cı maddəsinin 8-ci hissəsində, 99-cu maddəsinin 4cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra ha kimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;...
47. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi...
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir....
48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müb ahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hal larda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassiya mümkün hesab edilmişdir.
50. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunve riciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
53. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
54. Mübahisəyə dair işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin əvvəlki göstərişləri nəzərə alınmaqla, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sa həsinin plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
55. Bununla belə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyi natlı torpaq sahəsi olduğu halda, üçüncü şəxslərə məxsus torpaq sahələri yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahələridir. İddiaçıya ayrılmış torpaq sahəsi sonradan üçüncü şəxslərə verilmiş olsaydı, o halda torpaq sahəsinin iddiaçıya ayrıldığı tarixdən keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi kimi üçüncü şəxslərə verilməsi üçün həmin torpaqların təyinatı və kateqoriyası dəyişdirilməli idi.
56. Hazırkı mübahisəyə münasibətdə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının mövcudluğu müəyyən edilməmiş, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hans ı sübut təqdim olunmamışdır.
57. Digər tərəfdən, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli torpaq sahələri üçüncü şəxsə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli 02/121 nömrəli, xx.xx.2005-ci il tarixli 02/129 nömrəli və xx.xx.2005-ci il tarixli 02/169 nömrəli qərarları ilə ayrılmışdır. Həmin qərarların ləğv edildiyi və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi müəyyən olunmamışdır. Yəni, həmin qərarlar qüvvədədirlər və etibarlı sayılır.
58. Bu baxımdan nəzərə almaq lazımdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1 və 8.0.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olar aq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
59. Bu səbəbdən hüquqmüəyyənedici sənədlər əsasında üçüncü şəxsin adına reyestrdə qeydiyyata alınmış torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilməsi ilə bağlı cavabde hin hərəkətləri qanunvericiliyin tələblərinə zidd sayıla və həmin sənədə uyğun tərtib olunmuş müvafiq plan və ölçü sənədi ləğv edilə bilməz. Bu zaman həmçinin, hər bir plan və ölçü sənədinin hüquqmüəyyənedici sənədə əsaslandığı, onun əsasında tərtib edildiyi və digər şəxslərə münasibətdə müstəqil olaraq hər hansı hüquqi təsirə malik olmadığı da nəzərə alınmalıdır.
60. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 21(103)-26/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidi