Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-591/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-591/19) Bakı şəhəri 23 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Binəqədi rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 10 oktyabr 2018-ci il tarixli 2-1(103)-2022 /2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1960-cı ildə doğulmuşdur. O, uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan vəzifələr xüsusi ağır işlər olduğundan güzəştli şərtlərlə iş stajına daxil edilməlidir. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin onlar pensiya təyin olunmasından imtina etmişdir. Halbuki, işlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. İddiaçı cavabdeh DSMF-nin Binəqədi rayon şöbəsinə qarşı 09 n oyabr 1981-ci ildən 01 yanvar 2006-cı ilədək işlədiyi dövrü ümumi və güzəştli iş stajına daxil etməklə 52 yaşı tamam olduğu tarixdən, yəni 19 iyun 2012-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 29 iyun 2018-ci il tarixli iş № 2-1(81)-3129/2018, (sədrlik edən hakim T.Əsədova) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-2022/2018 (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 29 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,həm birinci instansiya məhkəməsı həm də, apelyasiya instansiyası məhkəməsi işə düzgün mövqedən qiymət verməmiş İddiaçı ərizəsini əsaslı sayaraq, apelyasiya şikayətindəki dəlillərə qiymət verməmiş və iddia tələbini təmin etmişlər. Lak in nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddia tələbini təmin edərək qərar qəbul etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə. onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq işi həll edir. Lakin məhkəmə qeyd edilənləri və məhkəməyə təqdim edilən sübutları nəzərə almayaraq, yanlış iddiaçının mülahizə lərinə əsaslanaraq, qanunu kobudcasına təhrif etmişdir. Apelyasiya instansiyası məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2-1(81)-3129/2018 saylı qərarına əsaslanıb, mübahisəli məsələyə birtərəfli mövqedən yanaşaraq, mahiyyəti üzrə qiymət vermədən, hüquq normalarını düzgün tətbiq etməyərək və cavabdehin xeyrinə şərh edərək əsassız qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2-1(103)2022/2018 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, a pelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 10 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2022/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2-1(81)-3129/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konst itusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 7.1-ci maddəsinə, 01 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.1, 9.8, 31, 37.7-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 24.1, 24.2, 24.5, 73.1, 87.7-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin «mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri» adlanan 91-ci maddəsində deyilir ki, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində İnzibati Prosessual Məcəllənin 8 prosessual hüquq normasına istinad etsə də (onlardan üçü kasasiya instansiyası məhkəməsində şikayət üzrə icraata aid olan normalarıdır), yerdə qalan həmin 5 prosessual hüquq normalarının apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin qənaətinə görə düzgün tətbiq edilməməsinin konkret olaraq nədən ibarət olmasını ümumiyyətlə göstərməmiş, sadəcə olaraq sözügedən prosessual hüquq normalarının mətnlərini İnzibati Prosessual Məcəllədən səliqəli şəkildə kasasiya şikayətinə köçürülmüşdür ki, bu da cavabdehin dəlillərinin sırf formal və deklarativ xarakter daşıdığına dəlalət edir. Digər tərəfdən, cavabdehin kasasiya şikayətində apelyasiya instan siyası məhkəməsi tərəfindən ümumiyyətlə hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi göstərilməmişdir. Başqa sözlə, cavabdeh apelyasiya instansiyası məhkəməsinin hazırki mübahisəni həll edərkən yuxarıda göstərilmiş maddi hüquq normalarının düzgün tətbiq edilməsi anlamına gəlməklə, cavabdehin bu xüsusda apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşdığını göstərir. Buna görə də heç də təsadüfi deyildir ki, cavabdeh kasasiya şikayətinin bir neçə yerində yazmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya məhkəməsi işin hallarına qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddia tələbini təmin edərək qərar qəbul etmişlər. Məhkəməyə təqdim edilən sübutları nəzərə almayaraq, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq, qanunu kobudcasına t əhrif etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlilləri tamamilə əsassızdır, belə ki, cavabdeh yuxarıda artıq yazıldığı kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən onun qənaətinə görə hansı maddi hüquq normalarının pozulmasını heç göstərməmiş, apelyasiya instansiyası məhkəməsinin hansı qanunu kobudcasına təhrif etdiyini qeyd etməmiş, bununla yanaşı hansı halları və sübutları nəzərə almadığını da ümumiyyətlə kasasiya şikayətində yazmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti formal olmaqla tam əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2-1(103)2022/2018 saylı qərarı dəyişdirilmədən qüvvəd ə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 21(103)-2022/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-591/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-591/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver