Məhkəmə qərarları › İş №2-1(102)-591/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-591/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-591/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının pensiya kapitalına görə təyin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X7, X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “22.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-664/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində doğulmuş, 07.11.1973-cü il tarixdən 03.11.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. O, 23.12.1975-ci il tarixdən 16.08.1976-cı il tarixədək, 20.10.1976-cı il tarixdən 01.11.1977-ci il tarixədək, 18.11.1977-ci il tarixdən 01.01.1989-cu il tarixədək, 04.01.1989-cu il tarixdən 16.08.1993-cü il tarixədək, 01.04.2002-ci il tarixdən 01.10.2002-ci il tarixədək, 01.06.2012ci il tarixdən 02.07.2012-ci il tarixədək müxtəlif işlərdə işləmişdir. İddiaçının qeyd olunan illərdə hərbi xidmətdə olması hərbi bilet, işləməsi isə adına açılmış 14.09.1976-cı il tarixli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 05.04.2019-cu il tarixli məktubla bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən 01.07.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sosial sığorta stajı olmadığına görə ona yaşa pensiya təyin edilməsi qanunvericiliklə mümkün deyil. İddiaçı 8 may 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci il tarixdə doğulmuş və əmək pensiyaları haqqında qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, əmək kitabçasına və arxiv arayışına əsasən onun kifayət qədər əmək stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmiş, lakin, cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Səbəbi isə 01 iyul 2018-ci il tarixə pensiya kapitalının olmamasıdır. Lakin, o, 2012-ci ilin iyun ayında Baş Qafqaz X2 işləmiş və əmək haqqı almışdır. Ona əmək haqqı ödənilmişdirsə deməli sosial sığ orta haqqı, eyni zamanda pensiya fonduna ödəniş edilmişdir. 01 iyun 2018-ci il tarixə kimi pensiya fondunda məbləğdən asılı olmayaraq pensiya kapitalı varsa bu 25 il əmək stajına bərabər tutulur. Cavabdeh 19.06.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasına əsasən onun 17 il 11 ay, hərbi xidmətlə birlikdə 19 il 11 ay sığorta stajı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında 01.06.2012-ci il tarixdən 02.07.2012-ci il tarixədək Baş Qafqaz X2 işləməsi qeyd edilmişdir. Milli Geoloji Kəşfiyyat Xidməti bildirir ki, iddiaçıya 2012-ci ilin yalnız iyun ayında 150 manat əmək haqqı hesablanmış və onun 3 % - i (4,50 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı cavabdehə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası tərəfindən köçürülmüşdür. Cavabdeh orqan isə məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məktubda iddiaçının adına sosial sığorta haqqının ödənilmədiyini bildirmişdir. Bununla əlaqədar olaraq Milli Geoloji Kəşfiyyat Xidmətindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı mühasibat sənədlərinin məhkəməyə təqdim edilməsi tələb edilmiş, həmin orqan məhkəmə kolle giyasına ünvanladığı 26.11.2019-cu il tarixli məktubunda bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30.07.2018-ci il tarixli 512/ü nömrəli əmri ilə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası yenidən təşkil yolu ilə X15 Ekspedisiyasına birləşdirilmişdir. Milli Geoloji Kəşfiyyat Xidmətinin Baş Qafqaz X2 2012-ci ilin yalnız bir ayı (iyun ayı) fəhlə peşəsində işləmiş və əmək haqqı 150 manat olan İddiaçı əmək haqqı səhvən X4 əmək haqqında göstərilib, bu məsələ ilə bağlı aidiyyəti orqanlarla dürüstləşmə aparıldıqdan sonra əlavə məlumat veriləcəkdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin X15 ekspedisiyasının ləğv edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2019-cu il 12 aprel tarixli 285/ ü nömrəli əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının 29.04.2019-cu il tarixli arayışından da müəyyən edilir ki, ləğv edilmiş Baş Qafqaz X2 iddiaçı 2012-ci ilin iyun ayında işləmiş və ona 210 manat əmək haqqı hesablanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(84)-901/2019 saylı iş) 27 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 22.02.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, tutulan məcburi sosial sığorta haqqının işəgötürən tərəfindən cavabdehə düzgün köçürülməməsi iddiaçının təqsirindən baş verməmiş və buna görə də məsuliyyəti o daşımamalıdır. Belə ki, məcburi dövlət sosial sığorta haqqı iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən ödənilir və cavabdeh inzibati orqan həmin məlumatın düzgünlüyü yoxlamalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X8 və X9, 2-1(107)-664/2019 saylı iş) 26 noyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 8 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Məhkəmə məcburi dövlət sosial siğorta haqlarının düzgün köçürülməsi məsuliyyətinin iddiaçının deyil, məhz işəgötürənin daşımalı olduğunu bildirmiş, bu səbəbdən iddiaçının 2006-cı il yanvarın 1-dək olan siğorta stajının 25 il hesablanmalı olması və ona pensiya hüququ yarandığı 22.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməli olması qənaətinə gəlmişdir. Cavabdeh 05.04.2019-cu il tarixli məktubda iddiaçının fərdi hesabında 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olmadığından onun 2006-cı ilin yanvarın 1-dək olan siğorta stajının 25 il kimi hesablanmasından imtina edilmişdir. Şikayətdə əlavə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 7, 22-1.1, 22-1.2-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçının 01.06-02.07.2012-ci il tarixlərdə olan müddət ərzində Baş Qafqaz X2 əmək fəaliyyəti ilə məşğul olması faktının əmək kitabçasına əsasən müəyyən olunmasına baxmayaraq, o nun fərdi hesabında faktiki olaraq qeydə alınmış pensiya kapitalı toplanmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. tərəflərin izahatları: İddiaçı kasasiya şikayətinə dair etiraz göndərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məktub ünvanlayaraq iştirakı olmadan içə baxılmasını və cavabdehin şikayətinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirak ı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, təqdim edilmiş sənədlərə əsasən 01.07.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sosial sığorta stajı olmaması əsası ilə cavabdeh müraciəti təmin etməmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş və onun 64 yaşı 22.02.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının 64 yaşı tamam olduğu tarixə hərbi xidmətdə olduğu və işlədiyi illər daxil olmaqla 19 il 9 ay 18 gün (07.11.1973-03.11.1975, 23.12.1975-16.08.1976, 20.10.1976-01.11.1977, 18.11.1977-01.01.1989, 04.01.1989-16.08.1993, 01.04.200201.10.2002, 01.06.2012-02.07.2012) sosial sığorta stajı vardır. İşin mübahisə olunmayan halına görə iddiaçı 64 yaşda, yəni 22 fevral 2019-cu ildə pensiya yaşına çatmışdır. Bu dövrdə (hazırda) qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək ola n sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırkı vəziyyətdə araşdırılmalı və mübahisə olunan hal iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalına malik olubolmamasıdır. Daha dəqiq deyilsə, iddiaçının 01.06.2012-ci il tarixdən 02.07.2012-ci il tarixədək Baş Qafqaz X2 işləməsi və həqiqətən onun əmək haqqından sosial sığorta stajının tutulması müəyyən edilməlidir. İddiaçının əmək kitabçasında 01.06.2012-ci il tarixdən 02.07.2012-ci il tarixədək Baş Qafqaz X2 işləməsi qeyd edilmişdir. Milli Geoloji Kəşfiyyat Xidməti bildirir ki, iddiaçıya 2012-ci ilin yalnız iyun ayında 150 manat əmək haqqı hesablanmış və onun 3 %-i (4,50 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı cavabdehə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası tərəfindən köçürülmüşdür. Cavabdeh orqan isə məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məktubda iddiaçının adına sosial sığorta haqqının ödənilmədiyini bildirmişdir. Bununla əlaqədar olaraq Milli Geoloji Kəşfiyyat Xidmətindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı mühasibat sənədlərinin məhkəməyə təqdim edilməsi tələb edilmiş, həmin orqan 26.11.2019-cu il tarixli apelyasiya məhkəməsinə ünvanladığı məktubunda bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30.07.2018-ci il tarixli 512/ü nömrəli əmri ilə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası yenidən təşkil yolu ilə X15 Ekspedisiyasına birləşdirilmişdir. Milli Geoloji Kəşfiyyat Xidmətinin Baş Qafqaz X2 2012-ci ilin yalnız bir ayı (iyun ayı) fəhlə peşəsində işləmiş və əmək haqqı 150 manat olan İddiaçı əmək haqqı səhvən X4 əmək haqqında göstərilib, bu məsələ ilə bağlı aidiyyəti orqanlarla dürüstləşmə aparıldıqdan sonra əlavə məlumat veriləcəkdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin X15 ekspedisiyasının ləğv edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2019-cu il 12 aprel tarixli 285/ü nömrəli əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının 29.04.2019-cu il tarixli arayışından da müəyyən edilir ki, ləğv edilmiş Baş Qafqaz X2 İddiaçı 2012-ci ilin iyin ayında işləmiş və ona 210 manat əmək haqqı hesablanmışdır. Milli Geoloji Kəşfiyyat Xidməti məktublarında iddiaçının qeyd edilən işdə işləməsini təsdiq etmiş, lakin iddiaçının əmək haqqının səhvən başqa şəxsin adına göstərilməsi fakt ı mövcud olsa belə iddiaçının özünə əmək haqqının hesablanmasında və tutulmaların aparılmasında təqsirinin olmadığı və bu vəzifələr işəgötürənin vəzifə səlahiyyətlərinə aid olması mübahisə doğurmamışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, işdə olan sənədlərlə iddiaçının həm 2012-ci ildə işləməsi və əmək haqqı alması, həmçinin həmin əmək haqqından DSMF-yə məcburi dövlət sosial sığorta haqqı tutulması sübuta yetir. İddiaçının əmək haqqından tutulmuş sığorta haqqının aidiyyəti üzrə səhv köçürülməsi isə iddiaçının təqsirindən baş vermədiyindən bu hal onun pensiya hüququna təsir edə bilməz. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikay əti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-664/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar