Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-591/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu-məruzəçi,Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (AA 0816164, FİN-xxxxxxx) qızının cavabdeh Təhsildə X1rşı (Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs olmaqla) “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(103)-2233/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Rusiya Federasiyasının X8 Universiteti tərəfindən 05 iyul 2019-cu il tarixdə verilmiş 8/1135 qeydiyyat nömrəli bakalavr diplomuna əsasən, iddiaçı həmin Universitetin “İqtisadiyyat” istiqaməti üzrə bakalavriat kursunu (38.03.01) tam mənimsəmiş və yekun dövlət attestasiyasından uğurla keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir (protokol № 20/15, 25 iyun 2019-cu il). Diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Dağıstan Respublikasının Elm v ə Təhsil Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə 514751 nömrəsi ilə apostil edilmişdir.
2. Rusiya Federasiyasının X8 Universiteti tərəfindən 05 iyul 2019-cu ildə verilmiş 8/1135 qeydiyyat nömrəli bakalavr diplomuna 106124 ******* nömrəli əlavəyə əsasən, iddiaçı həmin Universitetdə “İqtisadiyyat” üzrə ali təhsil aldığı zaman proqram fənlərindən kafi, yaxşı, əla və məqbul qiymətlər almış, tədris təcrübəsini keçmiş, 4 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir.
3. İddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə elektron qaydada müraciətin təmin edilməsindən imtin a olunduğu bildirilmiş və qeyd edilmişdir ki, Rusiya Federasiyasının Voljsk X10 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları’’nın 3.7-ci bəndinə əsasən, A78D5A3A7D33686 nömrəli müraciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 17 mart 2020-ci il tarixdə Bakı İnzibati Məhkəmə sinə müraciət edərək, Rusiya Federasiyası X8 Universiteti (RDİU) tərəfindən 5 iyul 2019-cu il tarixdə verilmiş 8/1135 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və nostrifikasiyası haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2 oktyabr 2019-cu il tarixdə diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifıkasiya İdarəsinə elektron qaydada müraciət ünvanlanmışdır. Həmin müraciət üzrə mərhələli şəkildə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmış, lakin araşdırmaların sonunda 17 fevral 2020-ci il tarix də iddiaçıya ünvanlanmış məktubda elektron müraciətə baxılaraq diplom üzrə ixtisasın ölkə ərazisində tanınmasından imtina edildiyi bildirilmişdir.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, ekspert qrupu tərəfindən iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 2-1(112)- 4099/2020 nömrəli iş üzrə qərardadı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirl iyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 4099/2020 saylı qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulmuş hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, iddiaçının diplomunun tanınmasından cavabdehin imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b)apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.B.Nuriyeva -məruzəçi, V.M.Ağayev və A.Ə.Hüseyn) 3 mart 2021-cu il tarixli, 2-1(103)-626/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. c)kassasiya instansiya məhkəməsində birinci icraat
13. Azər baycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov -məruzəçi, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 16 iyun 2021-cu il tarixli, 21(102)-1012/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin 3 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının təhsil aldığı tədris proqramının həcmi 240 saat olsa da, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumatdan iddiaçının təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 8 gün, ikinci il - 14 gün, üçüncü il - 1 ay 5 gün, dördüncü il - 16 gün və beşinci il - 22 gün ol duğu görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir (iddiaçıya verilmiş diploma əlavənin 1-ci səhifəsində iddiaçının əyani təhsil aldığı qeyd edilmişdir). Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftə müəyyən edildiyi halda, iddiaçının qısa müddət ərzində (iddiaçı təhsil aldığı 5 il müddətində cəmi 95 gün Rusiya Federasiyasının ərazisində olmuşdur) tədris yükünü mənimsəməsinin mümkünlüyü məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdehin iş materiallarına əlavə edilmiş imtina məktubunda Rusiya Federasiyasının Volj sk X10 Universitetinin qeyd edildiyi müəyyən edilmişdir. Lakin iş materiallarında olan bakalavr diplomundan görünür ki, iddiaçı X8 Universitetini bitirmişdir. İmtina məktubundan görünür ki, cavabdeh Rusiya Federasiyasının Voljsk X10 Universitetinin tədris normativini təhlil etmiş, apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmişdir. ç)apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4məruzəçi, X2 və X3) 25 noyabr 2021-cu il tarixli, 2-1(103)-2233/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.
16. Apellyasiya instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaç ının təhsil aldığı tədris proqramının həcmi 240 saat olsa da, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumata əsasən, iddiaçı təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 8 gün, ikinci il 14 gün, üçüncü il - 1 ay 5 gün, dördüncü il - 16 gün və beşinci il - 22 gün olmuşdur. görünür. Məhkəmə kollegiyası hesab edir ki, 5 il əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftə müəyyən edildiyi halda, iddiaçının qısa müddət ərzində tədris yükünü mənimsəməsi mümkün deyildir. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, cavabdehin iş materiallarına əlavə edilmiş imtina məktubunda Rusiya Federasiyasının Voljsk X10 Universiteti qeyd olunmuşdur. Lakin iş materiallarında olan bakalavr diplomundan görünür ki, iddiaçı X8 Univ ersitetini bitirmişdir. İmtina məktubundan göründüyü kimi, cavabdeh Rusiya Federasiyasının Voljsk X10 Universitetinin tədris normativini təhlil etmiş, apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin imtinasında həmin yanlışlığın texniki səhv nəticəsində baş verdiyi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şifahi və eyni zamanda yazılı izahatında bildirmişdir ki, cavabdehin imtinasında Rusiya Federasiyasının X8 Universiteti əvəzinə texniki səhv olaraq Rusiya Federasiyasının Voljsk X10 Universiteti qeyd edilmişdir. Odur ki, həmin yanlışdığın texniki səhvin nəticəsi olduğunun nəzərə alınması məhkəmədən xahiş edilmişdir.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİAY ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
18. Məhkəmə öz qətnaməsində qeyd edilən maddi hüquq normasına istinad edərək 5 illik əyani təhsil forması üzrə tədris ilinin müddətinin 40 həftə müəyyən edildiyi halda, iddiaçının qısa müddət ərzində tədris yükünü mənimsəməsinin mümkün olmadığı nəticəsinə gəlmiş və iddiaçının sessiya müddətində təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması səbəbindən diploma əlavədə qeyd olunmuş tədris yükünü onun yerinə yetirməsinin qeyri - mümkün olduğuna əsaslanaraq iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından cavabdehin imtinasını əsaslı saymışdır. Halbuki, iş materiall arından iddiaçının qiyabi təhsil alması müəyyən edildiyi halda, apellyasiya instansiyası məhkəməsi əyani təhsil normativlərini iddiaçıya şamil etməklə qanunsuz qərar qəbul etmişdir.
19. İş materiallarına əlavə edilən təhsil müəssisəsinin sənədlərindən və tərəflərin mübahisəsiz olaraq qəbul etdiyi hallardan müəyyən olunur ki, iddiaçı qiyabi təhsil almışdır. Qiyabi təhsil alan şəxsin tədris yükünün həcmi 240 saat olan təhsil müəssisəsində iddiaçının hansı səbəbdən tələb olunandan artıq həmin ölkədə olmasının zəruriliyi başa düşülən deyildir. Cavabdeh inzibati orqan imtina versə də, bunun əsaslarını sübut edə bilməmişdir, məhkəmənin isə fakta əsaslanmaqla iddianı təmin etməməsi əsassızdır. Təhsil aldığı Rusiya Federasiyasının ərazisində 95 gün olmaqla qiyabi təhsil almağın hansı normativlər ə uyğun olmadığı əsaslandırılmamışdır. Cavabdeh inzibati orqan iddiaçının neçə gün Rusiya Federasiyasında olmalı olduğunu da əsaslandıra bilməmişdir.
20. Məhkəmənin qərarında istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən, əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. İddiaçının təhsil aldığı tədris proqramının həcminin 240 saat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabi netinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqram”a əsasən əyani təhsil forması üzrə tədris ilinin müddətinin 40 həftə olduğu qeyd edilmişdir, lakin əyani təhsil üzrə tədris proqramının da iddiaçının tədris proqramına aidiyyəti müəyyən edilməmişdir. Çünki iş materiallarına görə iddiaçının əyani deyil, qiyabi təhsil aldığı müəyyən olunur. Bununla əlaqədar təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 8 gün, ikinci il - 14 gün, üçüncü il - 1 ay 5 gün, dördüncü il - 16 gün və beşinci il - 22 gün olduğu işin mübahisəsiz halıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. “Təhsil haqqında” Qanun Maddə 1.0.4. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” Maddə 1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Maddə 2.3 Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisas lar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Maddə 4.1 “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmal ı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" Maddə 1.5. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionund a ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsi l sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilə n təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
24. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instan siyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.
28. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini, yeni qərarın qəbulunu və iddianın təmin olunmasını şə rtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, Rusiya Federasiyasının X8 Universitetini bitirmiş iddiaçının hüquqi marağı X8 Universiteti tərəfindən 05 iyul 2019-cu il tarixdə verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.
30. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, İddiaçı Rusiya Federasiyasının X8 Universitetində “İqtisadiyyat” üzrə tam bakalavriat kursunu bitirmişdir və Dövlət İmtahan Komissiyasının 25 iyun 2019-cu il tarixli qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir (protokol № 20/15). X8 Universiteti tərəfindən iddiaç ıya verilmiş diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Dağıstan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə 514751 nömrəsi ilə apostil edilmişdir.
31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının diplomunun tanınmasından və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtinasının əsas və yeganə dəlili ondan ibarətdir ki, Rusiya Federasiyasının X8 Universitetinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğu üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. Başqa sözlə, cavabdehin mübahisələndirdiyi yeganə məqam X8 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı nın həmin ölkədə qısa müddət ərzində olması və bu baxımdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin mümkünlüyü ilə bağlıdır.
32. Bununla bağlı nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kə narda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yuxarıda istinad olunan normada nəzərdə tutulmuş qaydaya görə, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır.
33. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 8 gün, ikinci il - 14 gün, üçüncü il - 1 ay 5 gün, dördüncü il - 16 gün və beşinci il - 22 g ün olmuşdur. Onun qeyd olunan müddətlərdə təhsil aldığı Rusiya Federasiyasının ərazisində olması Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş arayışla təsdiq olunur.
34. Bundan əlavə, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir.
35. İş üzrə materiallara əlavə edilmiş X8 Universiteti tərəfindən verilmiş 05 iyul 2019-cu il tarixli diploma 106124 ******* nömrəli əlavəyə əsasən, iddiaçı həmin Uni versitetdə təhsil aldığı zaman proqram fənlərindən kafi, yaxşı, əla və məqbul qiymətlər almış, tədris təcrübəsini keçmiş, 4 kurs işi yazmış, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir.
36. X8 Universiteti tərəfindən iddiaçıya verilmiş 05 iyul 2019-cu il tarixli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş və iş üzrə materiallara əlavə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Rusiya Federasiyasının X8 Universitetində “İqtisadiyyat” üzrə qiyabi formada 5 il təhsil almışdır.
37. Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci maddəsinə görə, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Nəzərə almaq lazımdır ki, cavabdehin imtinasında və apellyasiya instansiyası məhkəməsinin qərarında iddia olunanların əksinə olaraq, iddiaçının qiyabi formada təhsil aldığı, təhsil müddətinin 5 il olduğu, ona aid diplomun verdiyi hüquqların Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğun olduğu müəyyən edilmişdir. İş üzrə materiallarla həmçinin iddiaçının təhsil müddətinin, eyni zamanda sə nədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Həmçinin iddiaçıya məxsus diplomla verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmamışdır.
38. Cavabdeh diplomun tanınmasından imtina olunması barədə məktubunda iddiaçının diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyə n edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olmadığına istinad etməsinə rəğmən, həmin uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamış və bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, konkret halda bununla bağlı sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Eyni zamanda iddiaçının qiyabi təhsil aldığının müəyyən edildiyi nəzərə alındıqda, əyani təhsil normativlərinin iddiaçıya şamil edilməsi də əsassız sayılmalıdır.
39. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlarla (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasında z iddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 40. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq haqqında 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunla Azərbaycan Respublikası 05 oktyabrın 1961-ci il tarixli həmin Haaqa Konvensiyasına qoşulmuşdur.
41. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fizi ki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).
42. Konvensiyanın 2-ci maddəsinə əsasən, razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.
43. Konvensiyanın 3-cü maddəsinə görə, im zanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.
44. Konvensiyanın 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.
45. İş üzrə materiallardan görünür ki, Rusiya Federasiyası da qeyd olunan Konvensiyaya qoşulmuşdur və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, həmin diplomun qanuniliyi Rusiya Federasiyası tərəfindən tanınmışdır.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ta nınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliy i haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiz a keçirilmədən verilir. Qaydaların 1.7-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.
47. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə.
48. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zərur idir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.
49. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydal arın 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisaslar) üzrə təhsil qiyabi və ya əyani-qiyabi formada olduqda, lakin A zərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
50. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli, 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onları n sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.
51. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
52. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia təmin edilməli, Rusiya Federasiyasının X8 Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, 8/1135 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməlidir.
53. Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 21(103)-2233/2021 saylı qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddiaçı adına Rusiya Federasiyasının X8 Universiteti tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 8/1135 qeydiyyat nömrəli (106124 4493954) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilir. Qərar qətidir.