Məhkəmə qərarları › İş №2-1(102)-591/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-591/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-591/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əml ak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2545/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən 3 mənzili qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamələrə əsasən iddiaçı mərhum atası X1 mirası kimi qəbul etmişdir.

2. Nizami rayon İcra Hakimiyyəti başçıs ının 483 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən, həmin fın tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyü nəzərə alınaraq, sökülüb təsdiq olunmuş baş plana uyğun sahədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə, 7-26247 sayda razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən qurulmasına icazə verilmişdir.

3. Bakı şəhəri, 8-ci km. Qəsəbəsi, Şərifli 42 ünvanında yerləşən yaşayış evinin xx.xx.2003-cü il tarixdə Amerikanın Tikinti Dizayn İnstitutunun üzvü İlqar Əliyev tərəfindən eskiz layihəsi tərtib edilmişdir.

4. Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 57-E/8 saylı 24 yanvar 2008-ci il tarixli rəyindən görünür ki, iddiaçının tikdiyi ünvan 3 ünvanda 2 mərtəbəli, zirzəmili, mansardlı fərdi yaşayış evinin işçi layihəsi ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırılmış və tikinti üçün tövsiyə edilmişdır.

5. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında komissiyanın aktından görünür ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi istismara qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ayrı-ayrılıqda verilmiş Seriya RX ******* saylı, RX ******* saylı və RX ******* saylı çıxarışların surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 mənzil, ümumi sahəsi müvafiq olaraq 61.7 kv.m., 23.5 kv.m. və 19.4 kv.m. olan mənzillər üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

7. İddiaçı yuxarıda qeyd olunan mənzillərin sökülüb, yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir.

8. Belə ki, cavabdeh tərəfindən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarış verilməsinə dair iddiaçının müraciətinə və əlavə edilmiş sənədlərə baxılaraq xx.xx.2013-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən ünvan 4 ünvanında yerləşən mənzillər ümumilikdə yaşayış sahəsi 45.0 kv.m olan 3 otaq kimi qeydiyyatdan keçmişdir. N izami rayon İcra Hakimiyyəti Başçısının 483 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamında mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiq edilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktına əsasən fərdi yaşayış evinin ümumi sahəsi 555.2 kv.m, eskiz layihəyə əsasən isə fərdi yaşayış evinin yaşayış sahəsi 88.8 kv.m, ümumi sahəsi 545.9 kv.m olmaqla 5 otaqdan ibarətdir. Yoxlama -ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki yaşayış sahəsi 93.7 kv.m, köməkçi sahəsi 190.1 kv.m, ümumi sahəsi 283.8 kv.m, zirzəmi sahəsi 152.9 kv.m, mansard sahəsi 133.3 kv.m, eyvan sahəsi 26.2 kv.m təşkil edir. Eskiz layihə ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur, mansardda yerləşən 2 saylı sahədən yaşayış otağı kimi istifadə olunmaqdadır.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubla bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəhər Ərazi İdarəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi ümumilikdə 45.0 kv.m. olmaqla 3 otaq kimi qeydiyyatdan keçmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən, yaşadığı həmin fın tipli evin sökülərək yerində tikilmiş fərdi yaşayış evi yaşayış sahəsi 88.8 kv.m, ümumi sahəsi 545.9 kv.m olmaqla 5 otaqdan ibarətdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər sözügedən ünvanda olarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki olara q yaşayış sahəsi 93.7 kv.m, köməkçi sahəsi 190.1 kv.m, ümumi sahəsi 283.8 kv.m, zirzəmi sahəsi 152.9 kv.m, mansard sahəsi 133.3 kv.m., eyvan sahəsi 26.2 kv.m. təşkil edir. Eskiz layihəsi ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur. Eyni zamanda torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən, mənzil ümumi sahəsi 19.4 kv.m, yaşayış sahəsi 12.0 kv.m olan 1 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzil sökülmüş, yerində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edilmişdir. Əlavə olaraq istifadədə olan 900.0 kv.m a rtıq torpaq sahəsinə və aparılmış dəyişikliklərə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-cü il tarixli və xx.xx.2015-ci il tarixli məktublarla bildirilmişdir ki, təqdim edilmiş texniki pasporta əsasən mənzilin ümumi sahəsi 23,5 kv.m, yaşayış sahəsi 12,0 kv.m, 1 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzil sökülmüşdür və əlavə 900,0 kv.m torpaq sahəsi istifadəndədir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2016-ci il tarixli məktubla bildirilmişdir ki, Xidmətin Bakı Şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən, sözügedən ünvanda yerləşən mənzillər ümumilikdə yaşayış sahəsi 45.0 kv.m olan 3 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzillər sökülmüş, yerində hündürlüyü 12 metrdən yüksək olan 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərdə qeyd edilən sahələr ilə faktiki sahələr arasında fərqlər mövcuddur. Əlavə olaraq istifadədə olan 900.0 kv.m artıq torpaq sahəsinə və aparılmış dəyişikliklərə dair idarəyə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 8 ünvanında sökülmüş mənzillərin yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ nun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X2 şəxsi mülkiyyətində olmuş fin tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyünü və qəza şəraitinin yarandığını nəzərə alaraq, fərdi yaşayış evinin yenidən qurulmasına Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 avqust 2003-cü il tarixli, 7- 2624/7 nömrəli məktubu ilə razılıq verilmiş, həmin tarixdə tikiləcək evin layihəsi Bakı şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və tikintinin aparılmasına dair Bakı şəhəri Nizami rayonu icra Hakimiyyətinin Başç ısı 18 noyabr 2004cü il tarixli, 483 nömrəli sərəncamı imzalamışdır. Fərdi yaşayış evinin tikintisi 2004-cü ilin noyabr ayında başlanılmış f2007-ci ilin iyun ayında başa çatdırılmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Baş İdarəsinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Nizami rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin də tərkibinə daxil olduğu tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyası tərəfindən ev istismara qəbul edilərək müvafiq akt tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, Xidmətin və Bakı şəhər Ərazi idarəsinin imtina məktublarında eskiz layihə ilə faktiki vəziyyət arasında fərqlərin mövcudluğu, mansard mərtəbəsində yerləşən 2 saylı sahədən yaşayış otağı kimi istifadə edildiyi, sökülmüş mənzillərin ümumilikdə yaşayış sahəsinin 45 kv.m olmaqla 3 otaqdan ibarət olduğu, digər məktubda isə sökülmüş mənzillərin ümumi sahəsinin 19.4 kv.m olmaqla 1 otaq kimi qeydiyyatdan keçdiyi, həmçinin torpaq sahəsinə və aparılmış dəyişikliyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, torpağın zəbt olunduğu kimi əsassız, müraciətin mahiyyətinə uyğun olmayan və yalan məlumatlara söykənən səbəblər göstərilərək, mülkiyyət hüququnun qeydiyyata alınmasından qanunsuz olaraq imtina edilmişdir. Belə ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktında n da göründüyü kimi, fərdi yaşayış evi zəbt olunmuş torpaq sahəsində deyil, təsdiq olunmuş layihəyə uyğun səlahiyyətli orqanların rəsmi razılığına əsasən şəxsi mülkiyyətdə olan sökülmüş fin tipli evin məhz yerində tikilmiş, tikilialtı sahə layihə üzrə 177.52 kv.m, faktiki göstərici 177.52 kv.m təşkil etmişdir. Deməli, evin layihədə göstərilmiş xarici ölçüləri faktiki xarici ölçüləri ilə eynidir, lakin binanın konstruktiv sxemi karkas tipli, sütunlar monolit dəmir-betondan olduğu üçün sonradan zirzəmidə, İ mərtəbədə və mansard mərtəbəsində bəzi arakəsmələrə ehtiyac olmadığına görə obyektiv olaraq ümumi sahə tikilməyən divarların yeri qədər, yəni zirzəmidə 5.3 kv.m, İ mərtəbədə 1.7 kv.m, mansard mərtəbəsində 1.9 kv.m sahə artmışdır və bu barədə, istismar aktında da qeyd edilmişdir. Belə texn iki məsələlərin, o cümlədən mansard mərtəbəsindən yaşayış sahəsi və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin mülkiyyət hüququ ilə heç bir əlaqəsi yoxdur və bu kimi hallar mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasına səbəb ola bilməz. Həmçinin, imtina məktubunda göstərilən sökülmüş mənzilin ümumi sahəsi barədə məlumatlar da yalandır. Belə ki, atasının vəfatından sonra, daha doğrusu 2015-ci ilin dekabr ayının sonlarında ona miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə 31 oktyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri təqdim edilmiş, cavabdeh tərəfindən yeni qurulmuş binanın tikintisi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş bütün sənədləri təqdim etməyinə baxmayaraq, inşa edilmiş mi ras ev üzərində deyil, sökülmüş mənzillər üzərində mülkiyyət hüquqlarını tanıyaraq, ona ümumi sahəsi 104.6 kv.m (yuxarıda göstərildiyi kimi 45 kv.m və ya 19.4 kv.m yox) olan 03 mart 2016-cı il tarixli 0820057, ******* və ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən sökülmüş 3 mənzilin çıxarışı verilmişdir. Yuxarıda göstərildiyi kimi, mənzil yenidən qurularkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşd ırılması Qaydaları”nda göstərilən bütün hüquqi prosedurlara əməl edildiyi halda, təqdim edilmiş sənədləri görməməzliyə vuraraq imtina məktublarında qanunvericiliyin bu tələbləri hər dəfə əsassız olaraq xatırlanır. Eyni zamanda, bu qaydalar mülkiyyət formasından asılı olmayaraq, bina və qurğularda aparılan yenidənqurma işləri üzrə müvafiq orqanlarla razılaşdırılma qaydalarını müəyyən edir və bu qaydalarda obyektin yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi nəzərdə tutulmur. Bununla yanaşı, 1961-ci ildə tikilmiş mənzillərin yerləşdiyi və yalnız dövlət mülkiyyətinin mövcud olduğu sovet dövründən bəri müxtəlif ailələrin istifadəsində olan təqribən 700 kv.m torpaq sahəsi necə zəbt olunmuş torpaq hesab oluna bilər. Bu məsələlərin araşdırılması məqsədi ilə Bakı şəhə r Ərazi İdarəsi rəisinin müavinlərinin 2016-cı ilin yanvar və fevral aylarında qəbulunda olarkən evin tikintisinə dair sənədlərin mərhum atasının adına olmasını əsas gətirərək (artıq əvvəlki bəhanələr göstərilmirdi) ona bildirilmişdir ki, abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində mülkiyyətdə olan evin sahəsində və digər göstəricilərində, habelə mülkiyyətçilər ilə bağlı baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi məsələsinə evin yerləşdiyi ərazi üzrə rayon İcra Hakimiyyəti tərəfindən bu dəyişikliklər qeydə alındıqdan sonra baxıla bilər. Məhz buna görə 2016-cı ilin aprel ayında Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının aparat işçilərinin qəbulunda olarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinin Bakı şəhər Ərazi idarəsi işçilərinin bu tələbinin əsassiz və qanunsuz olduğu və bu dəyişikliklərin aparılmasının məhz Rayon İcra Hakimiyyətinin müvafiq sənədləri ilə rəsmiləşdirildiyi bildirilmiş və İcra hakimiyyəti aparatının hüquq şöbəsinin rəisinin 26 may 2016-cı il tarixdə imzaladığı məktubda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək tövsiyə edilmişdir. Cavabdehin etirazı:

15. İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan ünvanda 3 ədəd 1 mərtəbəli həyət tipli mənzil olmuş, söküldükdən sonra yerində 2 mərtəbə+mansardlı, ümumi sahəsi 565.9 kv.m olan fərdi yaşayış evi inşa olu nmuşdur. Torpaq sahəsinin faktiki ölçüsü 956.4 kv.m təşkil edir. İddiaçı tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinə dair Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi ilə bağlı ərizə İdarəyə təqdim edilməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 11 may 2022-ci il tarixli, 21(112)-6010/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Nizami rayonu, M.Şərifli 42 ünvanında sökülmüş mənzillərin yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

17. Birinci instansiy a məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, işin faktiki hallarına əsasən, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi ev üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır.

18. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Ta ğızadə və A.P.Oruczadə) 2-1(103)-2545/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh kasasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Şikayətdə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci, 67-ci, 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci, 8-ci, 9-cu, 10-cu 11.1-ci, 23cü, 67-ci maddəsinə istinad edilərək qeyd edilm işdir ki, İddiaçı müvafiq tələblə bağlı idarəyə xx.xx.2015-ci il, xx.xx.2015-ci İİ və xx.xx.2015-ci il tarixlərində müraciətlər etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 61.7 kv.m, 19.4 kv.m və 23.5 kv.m olan mənzillər daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlaka texniki baxış keçirilmiş və müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən, qeyd olunan ünvanda 3 ədəd 1 mərtəbəli həyət tipli mənzil olmuş, söküldükdən sonra yerində 2 mərtəbə + mansardlı, ümumi sahəsi 565.9 kv.m olan fərdi yaşayış evi inşa olunmuşdur. Torpaq sahəsinin faktiki ölçüsü 946.4 kv.m təşkil edir. İddiaçı tərəfindən torpaq sahəsi və fərdi yaşayış ev inə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi ilə bağlı ərizə İdarəyə təqdim edilməmişdir.

23. Yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) kasasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ər izəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda......

26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüq uqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla belə, məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 33. ünvan 1 ünvanında yerləşən 3 mənzildən ibarət fin tipli evi qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamələrə əsasən iddiaçı mərhum atası X1 mirası kimi qəbul etmişdir. Bundan əvvəl, Nizami rayon İcra Hakimiyyəti başçısının 483 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən, həmin fın tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyü nəzərə alınaraq, sökülüb təsdiq olunmuş baş plana uyğun sahədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə, 7-26247 sayda razılaşdırılmış eskiz lay ihəsinə uyğun yenidən qurulmasına icazə verilmişdir. Bundan sonra həmin yaşayış evinin eskiz layihəsi hazırlanmış, Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 57-E/8 saylı 24 yanvar 2008-ci il tarixli rəyi ilə ünvan 11 ünvanda 2 mərtəbəli, zirzəmili, mansardlı fərdi yaşayış evinin işçi layihəsi ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırılmış və tikinti üçün tövsiyə edilmişdır. Daha sonra 2007-ci ildə yaşayış evinin tikintisi başa çatdırılmış, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında komissiyanın aktı ilə yeni tikilmiş yaşayış evi istismara qəbul edilmişdir.

34. Beləliklə də, fərdi yaşayış evi səlahiyyətli inzibati orqanın sərəncamı və təsdiq etdiyi layihə əsasında sökülüb yenidən tikilmiş və inzibati orqan yeni inşa edil miş fərdi yaşayış evinin istismarına icazə vermişdir. Qeyd edilənlər sözügedən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmasına əsas verir. Odur ki, iddiaçı tələbində haqlıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə əsasən apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarda qeyd olunan maddi hüquq normalarını da düzgün tətbiq etmişdir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 21(103)-2545/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar