Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-591/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.04.2024 Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2447/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı q aydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Bakı şəhəri Cavabdeh arasında 09 oktyabr 2015-ci il tarixli notariat qaydasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 6 saylı yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar cavabdehdən aldığı 45.860 manat məbləğində kompensasiyaya görə cavabdehin xeyrinə imtina etmişdir.
2. Cavabdeh İddiaçı müraciətinə cavab olaraq ünvanladığı 18 iyun 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunik asiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC müstəqil qiymətləndirmə ekspertlərin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metri üçün onların konstrukiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olubolmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişin yerinə yetirilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küç, dalan 11 ünvanında yerləşən 6 saylı mənzil 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar ona düşən əlavə məbləğin cavabdeh tərəfindən tam ödənilməsini xahiş etmişdir.
4. İd dia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəf olan Cavabdeh xeyrinə imtina edilmişdir. Həmin alqı-satqı müqaviləsi ilə Cavabdeh tərəfindən ona 45 860 (qırx beş min səkkiz yüz altmış) manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı bildirir ki, bu məbləğ real bazar qiymətlərinə müqayisədə olduqca aşağıdır. Belə ki, Cavabdeh 18 iyun 2021-ci il tarixli məktubunda qeyd edilir ki, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr nəzərə alınmaqla 1500 manat kimi müəyyənləşdirilmişdir. Ekspert rəyinin mənzili bu cür qiymətləndirilməsi nəticəsində məlum olur ki, mənzilin ümumi dəyəri əslində 61500 manat məbləğindədir. Odur ki, qarşı tərəfin üzərinə vəzifə kimi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar kompensasiya kimi ödənişi tam edilməsi qoyulmalıdır.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 07 oktyabr 2022-ci il tarixli, 2-1(112)-11773/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə görə əlavə 4540 (dörd min beş yüz qırx) manat kompensasiya məbləği və 1000 (min) manat köç pulu verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 24 fevral 2023-cü il tarixli, 2-1(112)-2176/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələ bi “ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin əsas sahəsi və köməkçi sahəsinə görə (30.5 kv.m + 8.9 kv.m=39.4 kv.m) 1500 manatdan hesablanmaqla 13.240 manat əlavə fərq məbləğinin ödənilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 16 mart 2023-cü il tarixli, 2-1(112)-2176/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin əlavə 39,4 kv.m əsas və köməkçi sahəsinə görə fərq məbləğinin - 15.760 manat ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
8. Cavabdeh tərəfindən iddiaya qarşı birinci instansiya məhkəməsinə yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, Yasamal Rayonu İcra Hakimiyyə ti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin faktiki ümumi sahəsi 41,3 kv.m ölçüdə olan əmlak X1 istifadəsində olmuşdur. Komissiya tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və həmin əmlakın faktiki yaşayış, köməkçi sahəsinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlav ələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq X1 istifadəsində olan sahəyə görə ona 45860 (qırx beş min səkkiz yüz altmış) manat kompensasiya məbləğləri hesablanmışdır. 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə görə 45860 (qırx beş min səkkiz yüz altmış) manata Cavabdeh mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-824/2021 nömrəli qərarında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış və notariatda təsdiq edilmiş müqaviləyə əsasən iddiaçı cavabdehdən kompensasiya almaqla müvafiq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina edir. Müqavilənin şərtinə görə, həmin məbləğə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr d axildir. Beləliklə, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddəsinin tələbi baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qoruna n maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.1-ci maddəsi belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia izibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüqu qi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir
9. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 16 mart 2023-cü il tarixli, 2-1(112)-2176/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə ünvan 3 ünvanında yerləşən 6 saylı yaşayış evinin 39,4 kv.m. əsas və köməkçi sahəsinə görə 15.760 (on beş min yeddi yüz altmış) manat məbləğində kompensasiya fərqinin tutulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən mənzilin əsas və köməkçi sahəsi 39,4 kv.m təşkil edir. Cavabdeh orqan tərəfindən evin əsas və köməkçi sahəsi nin hər kv.m. üçün 1500 (bir min beş yüz) manat ödənilməli olduğu halda 1100 (bir min yüz) manat ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, kompensasiya ödənilən və iddiaçının istifadəsində olan evin əsas və köməkçi sahəsi cəmi 39,4 kv.m. olmuşdur. Həmin mənzilin iddiaçının yaşayış sahəsi olması və iddiaçının həmin mənzilə dair mənzil hüquqlarının olması işin mübahisəsiz halıdır. Artıq formalaşmış inzibati praktikaya əsasən “Sovetski” adlanan ərazidə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat müəyyən edilməsi həm də cavabdeh qurum tərəfindən iddia çıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla da təsdiqlənmişdir. İddiaçının yaşayış sahəsinə münasibətdə vaxtilə (xx.xx.2009-cu ildə) Bakı şəhəri Cavabdeh tərəfindən təşkil olunmuş komissiya tərəfindən tərtib olunmuş rəyə əsasən iddiaçı həmin mənzildə öz vəsaiti hesabına əsaslı təmir-bərpa işləri apararaq yararlı vəziyyətə gətirmişdir. Cavabdeh tərəfindən mənzilin əsas və köməkçi sahəsinə görə (39,4 kv.m) iddiaçıya ödənilmiş kompensasiya məbləği hər kvadrat metri üzrə 1100 manat olmuşdur. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, kompensasiya məbləğinin qəbul edilmiş inzibati praktikaya uyğun olaraq 1500 manat deyil, 1100 manat olması cavabdeh tərəfindən hər hansı şəkildə əsaslandırılmamışdır. Məhkəmə cavabdeh qurum tərəfindən mənzilin əsas və köməkçi sahəsinə görə (39,4 kv. m) ödənilməmiş 400 (dörd yüz) manat məbləğində kompensasiya fərqinin iddiaçıya ödənməli olduğu qənaətindədir (39,4x400=15.760 manat).
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümükün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov (sədrlik edən), A.N.İmanov və S.X.Bəhrəmzadə) 5 oktyabr 2023-cü il tarixli, 2-1(103)2447/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümükün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi öz qərarında evin əsas və köməkçi sahəsinin cəmi 39,4 kv.m olması, həmin mənzilin iddiaçının yaşayış sahəsi olması və iddiaçının həmin mənzilə dair mənzil hüquqlarının olmasının işin mübahisəsiz halı olduğunu bildirmişdir. Bildirir ki, 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə görə 45860 (qırx beş min səkkiz yüz altmış) manata Cavabdeh mülkiyyətinə vermişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan evə görə ədalətli kompensasiy a almışdır. Lakin, məhkəmə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmamasına baxmayaraq tərəflərindən cavabdehə əlavə kompensasiya məbləğinin ödənilməsi barədə nəticəyə gəlməklə AR Mülki Məcəlləsinin 178.2-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə isə digər hüquqlar kimi istifadə hüququ da habelə daşınmaz əmlaka digər hüquqlar kimi qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, iddiaçının tikililərə dair istifadə və ya mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bundan əlavə, “Torpaqların dövlət ehtiyacları üçün ödənilməsi haqqında” AR Qanununun 20.3-cü maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. İddiaçının isə torpağın alınması ilə bağlı qərar qəbul edilənədək əlavə tikililərə dair mülkiyyət hüquqlarını əldə etmədiyi üçün əlavə tikililərə görə kompensasiya hüququ yaranmır. Artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya ş ikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Q anuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. Maddə 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə 2 3.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği ba rədə qərar qəbul edir; Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Maddə 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclud ur. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazı mi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
23. Hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı iddia verməkdə hüquqi marağı alqısatqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar ona düşən kompensasiya məbləğinin cavabdeh tərəfindən tam ödənilməsindən ibarətdir.
24. Tərəflər arasında bağlanmış və notariatda təsdiq edilmiş 09 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən iddiaçı cava bdehdən 45860 manat məbləğində kompensasiya almaqla müvafiq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina etmişdir.
25. İddiaçı könüllü olaraq cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlamış, həmin müqavilə də onun tərəfindən mülki icraat qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir, lakin iddiaçı həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola, artıq özgəninkiləşirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüşdür.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbə münasibətdə heç bir hüquqi marağı yoxdur.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir k i, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
28. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nə zərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd).
29. Bundan əlavə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
30. Hazırki işə münasibətdə məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq bildirir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küç, dalan 11 ünvanında yerləşən 6 saylı mənzil 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəf olan Cavabdeh xeyrinə imtina edilmişdir. Həmin alqı-satqı müqüaviləsi ilə Cavabdeh tərəfindən ona 45 860 (qırx beş min s əkkiz yüz altmış) manat məbləğində kompensasiya ödənilmişdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına duyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “Azər Expert MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiy mətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir.
32. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
33. Beləliklə, məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbini, eləcə də Plenum Qərarını rəhbər tutaraq qeyd edir ki, iddiaçının hazırki iddiaya münasibətdə hər hansı hüquqi marağı olmadığından iddia mümkün sayıla bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 21(103)-2447/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir.