Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-592/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X6 Balakən rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 70 yaşına çatmış şəxsə qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Dövlət X6 Balakən rayon şöbəsinə qarşı “70 yaşından yuxarı anasına qulluq etdiyi 1990-cı il tarixdən 2015-ci il tarixədək olan müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dai r inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 dekabr tarixli 2-1(107)-679/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1957-ci il 26 oktyabr tarixdə doğulmuş, 1975-ci ildən 1996-cı ilədək Balakən rayonunun M.F.Axundov kolxozunda işləmiş, 1987, 1988, 1990, 1991, 1992, 1993, 1994, 1995 və 1996-cı illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirdiyindən həmin illərdə 9 il, 1975-1986 və 1989-cu illərdə minimum əmək iştirakı normasını yetirmədiyindən işlədiyi faktiki müddət nəzərə alınmaqla 7 il 6 ay, cəmi 16 il 06 ay sosial sığorta stajı vardır. Bundan başqa, iddiaçı 1920-ci il təv əllüdlü anası X2 1990-2015-ci illərdə qulluq etmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciət təmin olunmamışdır. Cavabdeh bildirmişdir ki, qulluq edilən şəxs vəfat etdiyindən 70 yaşdan yuxarı ona xidmət etdiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınması qanunauyğun deyil. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, iddiaçı 1920-ci il təvəllüdlü anasına 1990-cı ildən 2015-ci il 29 oktyabr tarixədək qulluq etdiyindən və “Əmək pensiyaları haqqında” Qanuna görə 70 yaşına çatmış qocalara qulluq edilməsi sosial sığorta stajına aid edildiyindən, cavabdehin üzərinə həmin müddətin onun sosial sığorta stajı na daxil edilməsi öhdəliyi qoyulmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 70 yaşdan yuxarı qocaya qulluq dövrü sosial sığorta stajına daxil edilərkən həmin müddət qulluq edilən şəxsin ifadəsinə əsasən nəzərə alınır. İddiaçının anası 2015-ci ildə vəfat etdiyindən və onun ifadəsi alınmadığından, həmin dövrün sığorta stajına daxil edilməsi qanuna uyğun deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsini 2019-cu il 11 oktyabr tarixli, 2-1(84)-1214/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2015-ci il tarixədək 70 yaşından yuxarı anasına qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliy inin qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 dekabr tarixli 2-1(107)-679/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, 2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.3.2-ci bəndinə görə, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti, onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumlarının (himayəçilərinin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir. Hazırkı iş üzrə iddiaçının anası üzərində qəyyum (himayəçi) təyin olunması faktı məhkəmə tərəfindən araşdırılmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında şikayəti müdafiə edərək təmin o lunmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə-İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblər dən irəli gəlir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı 1920-ci il təvəllüdlü anası X2 1990-cı ildən 2015-ci il tarixədək qulluq etmişdir. İddiaçının anasına qulluq etməsi isə DSMF-nin Balakən rayon şöbəsinin Pensiya sektorunun müdiri, məsləhətçisi, İtitala kənd inzibati dairəsi üzrə nümayəndəsi və 2 nəfər İtitala kənd sakinlərinin (qonşuların) iştirakı ilə tərtib və təsdiq edilmiş müayinə aktı ilə öz təsdiqini tapır. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən, İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edi lir. Həmin Qanunun tətbiqi ilə bağlı Əmək və X4 Nazirliyi Kollegiyasının 1996-cı il 11 dekabr tarixli 10-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair bəzi məsələlər haqqında izahatın 4-cü bəndinə əsasən, qulluğa görə iş stajı müəyyən olunarkən qulluq göstərilənlə qulluq göstərənin qohumluq münasibətində olması tələb edilmir. Yəni faktiki olaraq qulluğu yerinə yetirən şəxsə qulluğa görə iş stajı müəyyən olunmalıdır... İş stajı müəyyən olunan vaxt xidmət göstərilənin vəfat etməsi qulluğa görə iş stajının müəyyən olunmasına maneçilik törətmir. Bu halda iş stajı mənzil idarələrinin arayışına, qulluq göstərilənin ailə üzvlərinin və qonşularının ifadələrinə əsasən müəyyən oluna bilər. Qulluğa görə iş stajının müə yyən olunması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamədə açıqlanmışdır. Həmin Əsasnamənin 10-cu bəndinə əsasən, qulluğa görə iş stajı xidmətin faktiki olaraq həyata keçirilməsi barədə X4 Mərkəzi tərəfindən tərtib olunan müayinə aktı ilə rəsmiləşdirilir. Müayinə aktı xidmətin faktiki olaraq həyata keçirilməsi barədə yaşayış yeri üzrə mənzil idarələrindən alınan məlumatlara, xidmət edilən şəxsin qonşularının ifadələrinə, əlillikdə olmanı (İ qrup əlillər və uşaqlar üçün) və yaşı (qocalar və əlillər üçün) təsdiq edən sənədlərə istinad olunmaqla tərtib edilir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının anasının 2015-ci ildə vəfat etməsi q ulluğa görə iş stajının müəyyən olunmasına maneçilik törətmir. Bundan başqa, istinad edilən Qanunun 67-ci maddəsində qanunverici qulluq edən şəxsin qulluq edilənlə hər hansı qohumluq və ya qəyyumluq (himayəçilik) münasibətlərində olmalarını şərt kimi nəzərdə tutmamışdır. İddiaçı isə həmin Qanunun qüvvədə olduğu müddətdə 70 yaşına çatmış şəxsə qulluq etmiş, həmin Qanuna əsasən əmək stajını qazanmışdır. 2006-cı il 1 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (70 yaşına çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Bu normanın da məzmunundan göründüyü kim i, qanunverici qulluğa görə sosial sığorta stajının müəyyən edildiyi anda qulluq edilən şəxsin sağ olmasını, habelə qulluq edən şəxsin qulluq edilənlə hər hansı qohumluq və ya qəyyumluq (himayəçilik) münasibətlərində olmasını şərt kimi nəzərdə tutmamışdır. Cavabdeh inzibati orqan şikayətində ifadə etdiyi dəlilin əsası kimi iddiaçının ahıl şəxsə qulluq etdiyi müddətin başa çatdığı 2015-ci ildə qüvvədə olmuş, Azərbaycan Respublikası Dövlət X6 Kollegiyasının 2011-ci il 21 noyabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın (Azərbaycan Respublikasının Əmək və X4 Na zirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə ləğv edilmişdir)3.3.2-ci bəndinə istinad edir. Həmin bəndə görə, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti, onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumlarının (himayəçilərinin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini və istinadını aşağıdakı səbəblərə görə iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının ahıl şəxsə qulluq müddətində qüvvədə olmuş, istər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində qanunverici qulluq edən şəxsin qulluq ed ilənlə hər hansı qohumluq və ya qəyyumluq (himayəçilik) münasibətlərində olmalarını məcburi şərt kimi nəzərdə tutmamışdır. Bu məzmunda şərtin cavabdehin istinad etdiyi Qaydalarda nəzərdə tutulması isə təkcə “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsi ilə deyil, həm də qəyyumluğun (himayəçiliyin) mahiyyətini və təyinatını müəyyən edən Mülki Məcəllənin normaları ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin Məcəllənin 33-cü maddəsinin (Qəyyumluq və himayəçilik) müddəalarına əsasən: 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. (...) 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. 33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlama ğa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Normaların məzmunundan göründüyü kimi, qəyyumluq on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində təyin edilir. Bu təyinat qəyyumluq altında olan şəxslərə qulluq etməni deyil, onların hüquq və mənafelərinin müdafiəsini, onları üçüncü şəxslərlə münasibətlərdə təmsil etməni nəzərdə tutur. Ahıl şəxsə qulluq etmək qəyyumun vəzifəsi kimi təsbit olunmamışdır. Digər tərəfdən, şəxsin əmək qabiliyyətsizliyi, 70 yaşına çatması özü-özlüyündə həmin şəxsin fə aliyyət qabiliyyətsizliyinə, buradan, onun üzərində qəyyumluq təyin edilməsinə səbəb olmur. Hazırkı iş üzrə iddiaçının qulluq etdiyi 70 yaşına çatmış şəxsə qəyyum təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş heç bir hal mövcud olmamış, lakin həmin şəxsin özgəsinin qulluğuna ehtiyacı olmuş və onun bu ehtiyacı iddiaçı tərəfindən bilavasitə təmin olunmuşdur. Beləliklə, cavabdehin istinad etdiyi müddəada ifadə edilən yanaşma, 70 yaşına çatmış fəaliyyət qabiliyyətli, qəyyumluqda olmayan, lakin başqasının (fiziki) qulluğuna ehtiyacı olan şəxsin başqasının qulluğundan faydalanmaq hüquqlarının, qəyyum təyin edilməyən, lakin 70 yaşına çatmış şəxsə faktiki qulluq edən sığortaolunanın isə əmək pensiyası hüququnun (sosial sığorta stajına malik olmaq hüququnun) pozulmasıdır. Apellyasiya instansiyası mə hkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 sentyabr tarixli 2-1(103)-1950/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-592/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-592/2020
25.02.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver