Məhkəmə qərarları › İş №2-1(102)-592/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-592/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-592/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-592/2022) (Açar sözlər: xidmətə uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi; vəzifəyə bərpa olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Аzərbаycаn Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarə sinə qarşı “xidmətə uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2705/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 22 iyun 2018-ci il tarixli, 62 nömrəli əmri ilə leytenant İddiaçı (şəxsiyyət vəsiqəsinin nömrəsi - ********, FİN kodu - xxxxxxx, doğum tarixi - 1 yanvar 1997-ci il, doğum yeri - Azərbaycan, Beyləqan ray., Dünyamallar kəndi, yaşayış yeri - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İnqilab küçəsi, ev 5, m. 1) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş hesab edilərək, N saylı hərbi hissənin təminat bölüyündə rabitə tağımının komandiri vəzifəsinə təyin edilmişdir.

2. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının N noyabr 2019-cu il tarixli, 165 nömrəli əmr ilə İddiaçı hərbi hissəyə N saylı hərbi hissəyə keçirilmişdir.

3. İddiaçı xidmət etdiyi müddət ərzində yol verdiyi intizam pozuntularına görə aşağıda qeyd olunan vaxtlarda intizam məsuliyyətinə cəlb olunmuşdur: - 12 noyabr 2018-ci il tarixdə bölük komandiri tərəfindən bölük üzrə məsul cavabdeh şəxs olduğu müddətdə xidməti zəif təşkil etdiyinə görə “Töhmət”; - N may 2019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksiona l vəzifə borclarının yerinə yetirilməsində və briqada üzrə növbətçi köməkçisi qismində xidməti düzgün təşkil etmədiyinə görə “Töhmət”; - 27 iyul 2019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və verilən tapşırıqlara laqeyd münasibət bəslədiyinə görə “Şiddətli töhmət”; - 21 oktyabr 2019-cu il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən bölmənin döyüş hazırlığını aşağı saldığına, eləcə də, məsul cavabdeh şəxs olduğu bölükdə vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşdığına görə “Şiddətli töhmət”; - 31 yanvar 2020-ci il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən 30 yanvar 2020-ci il tarixdə xidmət yerinə gecikdiyinə, həmçinin tutulan iradlardan düzgün nəticə çıxarma dığına görə “Şiddətli töhmət”; 4. Аzərbаycаn Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin 4 fevral 2020-ci il tarixli 22 ş/h nömrəli əmrinə əsasən leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2020-ci il 23 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının barəsində qəbul etdiyi 4 fevral 2020-ci il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı mad dəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunması barədə cavabdehin üzərinə öhdəliyin qoyulması, həmçinin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr verildiyi tarixdən hərbi xidmətə bərpa olunacağı tarixədək olan müddətin qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 noyabr 2019-cu il tarixdə Daxili İşlər Nazirliyi X7 şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət aparmağa başlamışdır. Həmin dövrdə tərəfin dən hər hansı nöqsana yol verilməmişdir. Həmin ərəfələrdə, kəskin formada xəstələnmişdir (soyuqdəyməsi olmuşdur). Belə ki, o, 2014cü ilin avqust-sentyabr aylarında (Daxili İşlər Nazirliyinin X9 Hərbi Məktəbində kursant olduğu dövrdə) Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalında “kəskin bronxit " diaqnozu ilə stasionar qaydada müalicə almışdır. Xəstə olduğu müddət ərzində isə tabor komandirinə dəfələrlə bu barədə məlumat verərək, müalicə olunması üçün müvafiq qaydada tədbirlər görülərək onun hərbi hospitala yerləşdirilməsinin təmin olunmasını xahiş etsə də, lakin tabor komandiri tərəfindən qeyd olunanlarla bağlı heç bir tədbir görülməmişdir. Ayrı-ayrı vaxtlarda 3 dəfə Bərdə rayonu X2 və X3 Xidmətinə aparılaraq, orada ambulator qaydada müalicə almışdır. Nəticədə, bu xəstəliyi dövründə xidmətində bəzi kiçik nöqsanları olmuşdur. Valideynləri hərbi hissə komandirinin qəbulunda olmuş və onun stasionar şəkildə müalicəsini davam etdirməli olduğunu bildirmiş, lakin sonuncu tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Hospitalına müayinə üçün göndərmişlər. Hərbi hospitalın həkimi 10 dəqiqə onunla fərdi söhbət apardıqdan sonra, səhhətində heç bir narahatçılıq olmadığını bildirmişdir. 1-2 fevral 2020-ci il tarixdə “səhər yerbəyer mərasimi” zamanı hərbi hissənin şəxsi heyəti sıra meydanında düzülərkən hərbi hissə komandiri tərəfindən müəyyən tapşırıqlar verilmiş, zabitlər lazımi qaydada sıradan çıxmış, lakin o, xəstəliyinə görə əmri yerinə yetirmək bilməmişdir. Daha sonra, y enidən əmr verilmiş, eyni qaydada o, əmri xəstə olduğu üçün icra edə bilməmişdir. Daha sonra, o yenidən tibb məntəqəsinə göndərilmiş, lakin, tibb məntəqəsində ona lazımi tibbi yardımlar göstərilməmişdir. Yuxarıda qeyd olunanları hərbi hissə komandiri onun xidmətdən yayınmağı kimi qiymətləndirmişdir. Hərbi hissənin tərbiyə işləri üzrə müavinin 4 fevral 2020-ci il tarixli əmr ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) tərxis olunmağı barədə məlumat vermişdir. Hesab edilməlidir ki, səhhətində ciddi narahatçılıqlar olduğunu nəzərə alaraq müalicə olunmağı üçün aidiyyəti hospitala göndərilməsi təmin edilməli olduğu halda, cavabdehin səlahiyyətli nümayəndələri qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq “Hərbi xidmətkeçmə haqqın da” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) tərxis olunmağı barədə əmr vermişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, ehtiyatda olan leytenant İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi” barədə iddiası əsassız və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Məlum olmuşdur ki, iddiaçı xidmət etdiyi müddət ərzində dəfələrlə yol verdiyi intizam pozuntularına görə müxtəlif vaxtlarda (“töhmət” Şiddətli töhmət”) intizam cəzaları ilə cəzalandırılmışdır. Xidmət etdiyi müddətdə heç bir mükafatla təltif edilməmişdir. İddiaçı N saylı hərbi hissənin zabit yığıncağına dəvət olunmuş, yol verdiyi nöqsanlar ona izah olunmuş, xidməti döyüş fəaliyyətində dönüş yaratması ilə əlaqədar ona 1 ay sınaq müddəti verilərək ictimai təsir tədbiri kimi “Yoldaşlıq xəbərdarlığı” elan edilmişdir. İddiaçı yol verdiyi intizam pozuntuları ilə əlaqədar tətbiq olunmuş intizam cəzalarından, ictimai təsir tədbirlərindən, həmçinin daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının onunla apardığı söhbətdən nəticə çıxartmayaraq xidməti döyüş fəaliyyətində və hərbi intizamında dönüş yaratmamış, xidməti vəzifələrinin yerinə yetirilməsinə laqeyd münasibət bəsləmiş, verilmiş tapşırıqların icrasına məsuliyyətsiz yanaşmış, xidmətə davamiyyətində pozuntulara yol vermişdir. İddiaçı xidmətdə yol verdiyi intizam pozuntuları, xidməti vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi nöqsanları xəstəliyi ilə əlaqələndirsə də, onun ixtisaslı tibbi müayinəsi zamanı sağlamlığında və psixi vəziyətində heç bir potologiya aşkar olunmamışdır. Həmçinin iddiaçı hərbi hissədə keçirilən ümumi yerbəyer mərasimində hərbi hissə komandirinin verdiyi komandaya qeyri-adekvat cavab vermiş, komandanı icra etməmiş, səbəbini hərarətinin olması və huşunun olmaması ilə izah etmiş, hərbi hissə komandirinin tapşırığına əsasən tibb məntəqəsinə yerləşdirilmiş müayinə zamanı qeyd etdikləri təsdiq edilməmişdir. Verilmiş intizam cəzalarından, görülmüş ictimai təsir tədbirlərindən nəticə çıxararaq hərbi intizamında, xidməti döyüş fəaliyyətində, vəzifə borclarının icrasında dönüş yaratmadığına görə iddiaçı hərbi hissə komandirinin N nömrəli, 3 fevral 202 0-ci il tarixli əmrinə əsasən hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilmişdir. N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Şərəf Məhkəmələri haqqında Əsasnamə”nin 5.1-ci maddəsinin 5.16-cı bəndinə əsasən 4 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında hissə komandiri qarşısında vəsatət qaldırmışdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 4 fevral 2020-ci il tarixli, 22 nömrəli əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı ərizəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə uyğun olaraq 2 ay əvvəl və digər vaxtlarda onunla söhbətlər aparılmadığını bildirsə də, onunla aparılmış söhbət vərəqindən məlum olmuşdur ki, 4 fevral 2020-ci il tarixdə hərbi hissə komandiri tərəfindən onunla söhbət aparılmış, lakin iddiaçı söhbət vərəqəsində imza etməkdən imtina etmişdir. Beləliklə, iddia ərizəsində qeyd olunan tələblərin tamamilə əsassız və göstərilən normativ aktların tələblərinə zidd olduğunun nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-1(112)-2827/2021 nömrəli qərarı (hakim: X4) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və bir sıra qanunvericilik normalarını sadalamış, sonda qeyd etmişdir ki, m əhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2705/2021 nömrəli qərarı (hakimlər: X5 (məruzəçi və sədrlik edən), X1 və X11) ilə Bakı İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq bildirmişdir ki, iddiaçı yol verdiyi intizam pozuntuları ilə əlaqədar tətbiq olunmuş intizam cəzalarından, ictimai təsir tədbirlərindən, həmçinin daxili işlər nazirinin müavini daxili qoşunların komandanının onunla apardığı söhbətdən nəticə çıxartmayaraq xidməti döyüş fəaliyyətində və hərbi intizamında dönüş yaratmamış, xidmətə davamiyyətində pozuntulara yol vermiş və nəticədə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılarkən cavabdeh inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilməsi iş materialları ilə müəyyən olunmur.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı ilə hər hansı fərdi söhbətlərin aparılmamasına baxmayaraq, sonradan (geri tarixlə) 4 dekabr 2019-cu il tarixli söhbət vərəqəsi tərtib olunmuş və iddiaçı həmin söhbət vərəqəsini imzalamaqdan imtina etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, əgər iddiaçı 4 dekabr 2019-cu il tarixdə fərdi söhbət vərəqəsini imzalamaqdan əsassız olaraq imtina etsəydi, buna görə iddiaçı barəsində müvafiq intizam tədbiri görülməli idi, lakin belə bir hal baş vermədiyinə görə iddiaçı barəsində heç bir intizam tədbiri görülməmişdir. Əlavə olaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə əsasən, hərbi qulluqçularla ən azı iki fərdi söhbət aparılması məhz onların həqiqi hərbi xidmətdən buraxılışı hazırlanması zamanı nəzərdə tutulmuşdur. Hesab edilməlidir ki, cavabdehin səlahiyyətli nümayəndələri artıq 2 ay qabaqcadan iddiaçını xidməti uyğunsuzluqla tərxis edəcəklərini planlaşdıraraq sözügedən fərdi söhbəti məhz əmrin verildiyi gündən 2 ay qabaqcadan (4 dekabr 2019- 4 fevral 2020) apar mışlar və yaxud söhbət vərəqəsini sonradan, yəni 4 fevral 2020-ci il tarixdə geri tarixlə (4 dekabr 2019) tərtib etmişlər və hər iki halda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri kobud surətdə pozulmuşdur.

15. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər arasında olan ziddiyyətlər barədə məhkəməyə həm şifahi, həm də yazılı olaraq məlumat verilməsinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamışdır. Belə ki, 4 fevral 2020-ci il tarixli şərəf məhkəməsinin iclasının 1 saylı Protokolundan çıxarışa əsasən, “İddiaçı çıxış etmək üçün söz verilərkən o, ona istinad olunanlarla razı olduğunu və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istədiyi” qeyd edilməsinə baxmayaraq, 4 fevral 2020-ci il tarixli, 573 nömrəli Aktda isə “İddiaçı tutulan iradlardan və göstərilən nöqsanlardan nəticə çıxarmaq əvəzinə zalda olan iştirakçılara qarşı davranış qaydalarını pozaraq özbaşına iclas zalını tərk etməsi” qeyd edilmişdir. O cümlədən, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər içərisində eyni tarixli və eyni nömrəli fərqli məzmunda olan “N saylı hərbi hissə komandirinin əmrindən çıxarış”lar mövcud olmuşdur və 2 iyun 2021-ci il tarixdə məhkəmə baxışı zamanı cavabdehin səlahiyyətli nümayəndəsinə həmin sənədlərin hansı səbəbə eyni tarixli, eyni nömrəli, lakin fərqli məzmunda olması ilə bağlı suallar verilməsinə baxmayaraq, sonuncu bununla bağlı yalnız şifahi münasibət bildirməklə kifayətlənmiş və qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üç ün məhkəməyə heç bir sübut təqdim etməmiş və bildirmişdir ki, “yəqin ki, texniki səhv olmuşdur”. Qeyd olunan bu hallar, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı, cavabdeh orqana müvafiq məhkəmə sorğusu göndərilməli, orada olan müvafiq qeydiyyat kitabları tədqiq edilməli və sözügedən ziddiyyətlərin doğrudan da texniki səhv ucbatından və ya başqa səbəbdən baş verdiyini araşdırmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını cavabdehin iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edi lmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Bənd

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: “... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)...” Bənd

161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvaf iq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir Bənd 162 Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.

18. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməs ini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. A li Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuni liyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İş materialları ilə müəyyən olunur ki, Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 22 iyun 2018-ci il tarixli, 62 nömrəli əmri ilə leytenant İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş hesab edilərək, N saylı hərbi hissənin təminat bölüyündə rabitə tağımının komandiri vəzifəs inə təyin edilmişdir. İddiaçı N saylı hərbi hissə komandirinin N oktyabr 2019-cu il tarixli, 551 nömrəli əmrinə əsasən hissənin kiçik zabitlərin şərəf məhkəməsinə cəlb olunmuşdur. Hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsində 26 oktyabr 2019-cu il tarixli iclasında o, dinlənilmiş, barəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olunmuşdur. N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin qərarı ilə əlaqədar daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının qarşısında vəsatət qaldırılmış, lakin daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı leytenant iddiaçını qəbul edərək onunla söhbət aparmış, ona öz hərbi intizamında, funksional vəzifə və xidməti vəzifə borclarının icrasında dönüş yaratması üçün tapşırıq vermiş, gələcəkdə bu kimi intizam pozuntularına və nöqsanlara yol verəcəyi halda daha ciddi tədbirlər görəcəyini bildirərək, xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçrilməsi barədə N noyabr 2019-cu il tarixli, 165 nömrəli əmr verilmişdir. Verilmiş intizam cəzalarından, görülmüş ictimai təsir tədbirlərindən nəticə çıxararaq hərbi intizamında, xidməti döyüş fəaliyyətində, vəzifə borclarının icrasında dönüş yaratmadığına görə iddiaçı hərbi hissə komandirinin N nömrəli, 3 fevral 2020-ci il tarixli əmrinə əsasən hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilmişdir. N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirl iyinin Daxili Qoşunlarında Şərəf Məhkəmələri haqqında Əsasnamə”nin 5.1-ci maddəsinin 5.16-cı bəndinə əsasən 4 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında hissə komandiri qarşısında vəsatət qaldırmışdir. 23. Аzərbаycаn Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin 4 fevral 2020-ci il tarixli, 22 ş/h nömrəli əmrinə əsasən leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən N saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunun təminat bölüyündə təminat taqımının komandiri vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

24. İddiaçı kassasiya şikayətində qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə əsasən, hərbi qulluqçularla ən azı iki fərdi söhbət aparılması məhz onların həqiqi hərbi xidmətdən buraxılışı hazırlanması zamanı nəzərdə tutulmuşdur. Hesab edir ki, cavabdehin səlahiyyətli nümayəndələri artıq 2 ay qabaqcadan iddiaçını xidməti uyğunsuzluqla tərxis edəcəklərini planlaşdıraraq sözügedən fərdi söhbəti məhz əmrin verildiyi gündən 2 ay qabaqcadan (4 dekabr 2019- 4 fevral 2020) aparmışlar və yaxud söhbət vərəqəsini sonradan, yəni 4 fevral 2020-ci il tarixdə geri tarixlə (4 dekabr 2019) tərtib etmişlər və hər iki halda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri kobud surətdə pozulmuşdur. 25. ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci bəndində qeyd olunmuşdur ki, Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qa yda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir 26. ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.

27. İddiaçı ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinin pozulmasını qeyd etməsinə baxmayaraq əsasnamənin hər hansı normasının pozuntusu aşkar edilmir. Həmçinin iddiaçı pozuntunun olması barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçı ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda ol araq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. İddiaçı ilə fərdi söhbət əmrin verildiyi gündən 2 ay qabaqcadan 4 dekabr 2019-cu il tarixdə aparılmışdır. Beləliklə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri kobud surətdə pozulması barədə dəlil əsassızdır.

28. Həmçinin məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, İddiaçı xidmət etdiyi müddət ərzində - 12 noyabr 2018-ci il tarixdə bölük komandiri tərəfindən bölük üzrə məsul cavabdeh şəxs olduğu müddətdə xidməti zəif təşkil etdiyinə görə “Töhmət”, N may 2019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının yerinə yetirilməsində və briqada üzrə növbətçi köməkçisi qismində xidməti düzgün təşkil etmədiyinə görə “Töhmət”, 27 iyul 2019-cu il ta rixdə hərbi hissə komandiri tərəfindən funksional vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və verilən tapşırıqlara laqeyd münasibət bəslədiyinə görə “Şiddətli töhmət”, 21 oktyabr 2019-cu il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən bölmənin döyüş hazırlığını aşağı saldığına, eləcə də, məsul cavabdeh şəxs olduğu bölükdə vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşdığına görə “Şiddətli töhmət”, 31 yanvar 2020-ci il tarixdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən 30 yanvar 2020-ci il tarixdə xidmət yerinə gecikdiyinə, həmçinin tutulan iradlardan düzgün nəticə çıxarmadığına görə “Şiddətli töhmət” intizam məsuliyyətlərinə cəlb olunmuşdur. Beləliklə, İddiaçı xidməti dövründə 2 dəfə “Töhmət”, 3 dəfə “Şiddətli töhmət” intizam məsu liyyətlərinə cəlb olunmuşdur.

29. Beləliklə, cavabdeh inzibati orqan İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, qərarının tətbiq edilən hüquq hissəsində göstərilənlər hüquq normalarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2705/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 21(103)-2705/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar