Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-592/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(107)327/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1974xx.xx.1976-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus AT 007207 nömrəli diploma əsasən o, xx.xx.1974-xx.xx.1978ci illərdə Bakı Əczaçılıq məktəbində təhsil a lmışdır.
3. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən o: - xx.xx.1978-ci il tarixdə Ağsu rayon 69 nömrəli aptekə reseptor vəzifəsinə təyin olunmuş, xx.xx.1999-cu il tarixdə ərizəsinə əsasən Ağsu rayon 69 nömrəli aptekdə tutduğu vəzifədən azad edilmiş (20 il 9 ay 23 gün); - xx.xx.2004-cü il tarixdə Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzində qida laborantı vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (1 il 3 ay 5 gün).
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdeh 30 iyun 2021-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1978-xx.xx.1999-cu illər üzrə 69 nömrəli aptekdəki əmək fəaliyyəti dövrünün araşdırı lması zərurəti yarandığını qeyd etmiş, araşdırma nəticələndikdən sonra müraciətə baxılacağı bildirilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialının xx.xx.2021ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən xx.xx.1982-ci il tarixli əmək kitabçasına, diploma və hərbi biletə əsasən iddiaçının ümumi sığorta stajı 18 il 6 ay olmaqla tələb olunan müddətdən azdır. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 31 nömrəli arxiv arayışına əsasən Ağsu rayon 69 nömrəli aptekin arxiv sənədləri təhvil verilmədiyinə görə əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx. xx.1990-cı il (1999-cu il olmalıdır) tarixədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, daha sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1978-ci ildən xx.xx.1999-cu il tarixədək Ağsu rayon 69 nömrəli aptekdə işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yo llanmış və 1974-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1974-cü ildə Bakı Əczaçılıq Məktəbinə daxil olmuş və 1978-ci ildə Bakı Əczaçılıq Məktəbini əczaçıprovizor köməkçisi ixtisası üzrə bitirmişdir. Təhsil aldıqdan sonra 2 avqust 1978-ci ildə Ağsu rayonu 69 nömrəli aptekə reseptor vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. 2 avqust 1978-ci ildən 1999-cu ilə kimi Ağsu rayon 69 nömrəli aptekdə fasiləsiz olaraq işləmişdir. 25 may 1999-cu ildə öz ərizəsinə əsasən Ağsu rayon 69 nömrəli aptekdə tutduğu vəzifədən azad edilmişdir. Bir müddət sonra xəstəliyi ilə əlaqədar əlilliyə görə əmək pensiyasına çıxmış və 2020-ci ilin yanvar ayına kimi əlilliyə görə əmək pensiyası almışdır. 2020-ci ilin yanvar ayından isə ona 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Təyin olunmuş sosial müavinətlə razılaşmayaraq, yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ona xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh cavabını belə əsaslandırır ki, onun ümumi sığorta stajı 18 il 6 ay olmaqla tələb olunan müddətdən azdır və əlavə olaraq da bildirilir ki, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli arxiv arayışına əsasən Ağsu rayon 69 nömrəli aptekin arxiv sənədləri təhvil verilmədiyinə görə əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.1990-cı il tarixədək olan dövrlərin sığorta stajına əlavə edilməs i qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh təşkilatın imtinası əsassızdır və məktubdan da görünür ki, müraciəti ciddi araşdırılmamış, hansı dövrdəki sığorta stajının əlavə edilməməsi düzgün göstərilməmişdir.
9. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq etirazda göstərilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşdan, yəni xx.xx.2019-cu ildən yaranmışdır. İddiaçının əmək kitabçasında, təhsil haqqında diplomuna və hərbi biletinə əsasən ümumi sosial sığorta stajı 18 il 6 ay təşkil edir və qanunvericiliklə tələb edilən minimum sosial sığorta stajını (25 il) tamamlamır. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 13366,62 manat təşkil etməklə qanunvericiliklə tələb edilən pensiya kapitalından azdır. Əlavə olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.
10. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-982/2022 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1999-cu il tarixədək Ağsu rayon 69 nömrəli aptekdə işlədiyi müddətin ümumi iş stajına daxil etməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 yaşda, yəni xx. xx.2019-cu il tarixdə yaranmışdır. İddiaçının əmək kitabçasına əsasən ümumilikdə əmək stajı 22 il 28 gün təşkil edir. Cavabdeh həmin müddətin xx.xx.1992-xx.xx.1999-cu illərini mübahisələndirir və bunu müəssisəyə dair sənədlərin arxivə təhvil verilməməsi, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə əsaslandırır. Cavabdeh əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına alm aq üçün heç bir əsas yoxdur. Məhkəmə iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını əmək stajını təsdiq edən sübut kimi qəbul etmişdir. Müəssisənin sənədlərinin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, sənədlərin təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İddiaçının əmək kitabçasında qeyd edilmiş 22 il 28 gün əmək fəaliyyəti müddəti ilə hərbi xidmətdə olduğu (2 il) və təhsil aldığı müddət (3 il 10 ay 5 gün) toplandıqda 27 il 11 ay 3 gün sosial sığorta stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsi ndə icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(107)-327/2022 nömrəli qərarı (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-982/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və ya işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassas iya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 12.1 və 58.7-ci maddələrinin tələbləri pozularaq, işin halları tam və hərtərəfli araşdırılmadan, qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır və buna görə də ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyas ı hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaoluna nların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi b ərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta y etirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmas ının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iş illərinin sosial sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının mübahisəli iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
31. Cavabdeh iddiaçının Ağsu rayon 69 nömrəli aptekdə işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan müddəti mübahisələndirir və imtinanın əsası kimi arxiv sənədlərinin təhvil verilmədiyin i göstərir. Bununla bağlı, nəzərə alınmalıdır ki, iddiaçının əmək kitabçasına əsasən o, Ağsu rayon 69 nömrəli aptekə peşə fəaliyyətinə xx.xx.1978-ci il tarixdə başlamış və fasiləsiz olaraq xx.xx.1999-cu il tarixə qədər işləmişdir. Cavabdeh iddiaçının qeyd edilən iş stajının 1978-1991-ci illərini qəbul etsə də, 1992-1999cu illərini qəbul etməkdə haqlı olmamışdır.
32. Belə ki, iddiaçının mübahisələndirilən iş stajı ilə əlaqədar arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Bu hal iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini aradan qaldırmır. Ona görə də, arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir.
33. Hazırkı qərarın 23-cü bəndində qeyd edilən normanın tələbinə əsas ən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məhz 1992-1999-cu illərə aid məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur və cavabdeh tərəfindən bununla bağlı hər hansı dəlil təqdim edilməmişdir.
34. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
35. Qərarın 20-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
36. Göründüy ü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi iş stajının mövcudluğunu araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə, iddiaçının 27 il 11 ay 3 gün sosial sığorta stajına malik olmasını nəzərə alıb ona 64 yaşdan, yəni xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarix li, 21(107)-327/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.