Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-592/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X2 (VÖEN **********) qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 643,81 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış əmlakının (4000 manat dəyərində, işlək vəziyyətdə olan buraxılış ili 1993, tünd yaşıl metalik rəngdə **-BL-*** dövlət qeydiyyat nişanlı, Sedan tipli “BMW320” Minik avtomobilinin) hərrac vasitəsilə satılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-420/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh Dövlət Vergi Xi dmətinin 13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır.
2. İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. 3. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli protokoldan görünür ki, cavabdehə məxsus 4000 manat dəyərində, işlək vəziyyətdə olan buraxılış ili 1993, tünd yaşıl metalik rəngdə **-BL-*** dövlət qeydiyyat nişanlı, Sedan tipli “BMW320” minik avtomobilinin iddiaçı tərəfindən siyahıya alınmışdır. 4. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanması üçün cavabdehə təhvil verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2022- ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 643,81 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış əmlakının (4000 manat dəyərində, işlək vəziyyətdə olan buraxılış ili 1993, tünd yaşıl metalik rəngdə **-BL-*** dövlət qeydiyyat nişanlı, Sedan tipli “BMW320” Minik avtomobilinin) hərrac vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan X3 Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvaf iq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə x x.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 1926.08 manat borcuna görə 4000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 643.81 manat ödənilməmiş borcu qalmışdır.
7. Şəki İnzibati Mə hkəməsinin 2- 1(116)-1446/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakim V.Musayev) cavabdeh X1 xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 643,81 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış əmlakının (4000 manat dəyərində, işlək vəziyyətdə olan buraxılış ili 1993, tünd yaşıl metalik rəngdə **-BL-*** dövlət qeydiyyat nişanlı, Sedan tipli “BMW320” Minik avtomobilinin) ticarət şəbəkələrində satılması” tələbinə dair iddiası rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müddəaların a əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.
9. Hazırkı iş üzrə vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə mövcud olan 1926.08 manat borcuna görə 4000 manat məbləğində əmlakı siyahıya alınsa da, iddia ərizəsinin verildiyi tarixə qalıq borc məbləği 643.81 manat olmuşdur. Digər tərəfdən əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən VM-nin 89.6-cı maddəsinin tələblərinə əməl olunmamış, dəyəri 4000 manat olan nəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə ca vabdehin qalıq borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Odur ki, hazırkı iş üzrə borc məbləğinin həmin nəqliyyat vasitəsinin satılması hesabına ödənilməsi vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir.
10. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı, həmin nəqliyyat vasitəsinin dəyərini 4000 manat qeyd etsə də, həmin məbləğin hansı qiymətləndirmə meyarları əsasında müəyyən edilməsinə dair hər hansı sübut təqdim etməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-420/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın təkrarı olaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40-cı, 43-cü maddələr inə, Vergi Məcəlləsinin 89-cu maddəsinə istinad edərək göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X2 qarşı" cavabdehin xx.xx.2022-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 643,81 manat məbləğində borcun ödənilməsi təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış əmlakının satılması" tələbinə dair 2-1(107)-420/2023 nömrəli inzibati işin materiallarına əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cavabdeh VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişd ir. Eyni tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” aktdan müəyyən olunur ki, cavabdeh siyahıya alınmış əmlakı məsul saxlamağa qəbul edərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə (Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər) əsasən məsuliyyət daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Bununla da əmlakın siyahıya alınması ilə gələcək iddia üzrə maddi tələbinin təmin edilməsinə yönəlik müvafiq tədbirlər, iddiaçının özü tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq artıq həyata keçirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin hallarına tətbiq edərək iddia ərizəsinin təmin oluna bilməyəcəyini qeyd edir.
16. Qeyd edir ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı təkcə vergi öhdəliyinin deyil, həmçinin həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınır. Bununla yanaşı, Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur (Vergi Məcəlləsinin 89.5 və 90.4-cü maddələrinin tələbləri nəzərə alınarsa elə həcmdə əmlak satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait həm də «tənbeh tədbirlərinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin» ödənilməsi üçün kifayət etsin). Vergi orqanı elə bu q ədər əmlakı da siyahıya almağa borcludur. Lakin məhkəməyə müraciət edənədək vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız yuxarıda göstərilənləri təmin etmək üçün zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra bilər. Məhkəmə iddiaçının “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” akt əsasında əmlakın cavabdehə verilməsi əmlakın israf edilməsi və özgəninkiləşdirilməsi halını istisna etmədiyinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin halda cavabdehin CM-nin 303-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunması əsasları mövcud olur. Həmçinin, Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman v ergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirildiyi təsbit olunmuşdur ki, bu da vergi orqanın siyahıya alınmış əmlak üzərinə nəzarət imkanlarını təmin edir. Belə ki, göründüyü kimi iddia tələbi maddidir və vergi borcunun alınmasını təmin etmək üçün 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməsi nəticə vermədiyi üçün son tədbir kimi siyahıya alınmış əmlakın satılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Vergi Məc əlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiya larını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunver iciliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məlum olduğu kimi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər idarəsinin cavabdeh X2 qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx. xx.2022- ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 643,81 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış əmlakının (4000 manat dəyərində, işlək vəziyyətdə olan buraxılış ili 1993, tünd yaşıl metalik rəngdə **-BL-*** dövlət qeydiyyat nişanlı, Sedan tipli “BMW320” Minik avtomobilinin) hərrac vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(116)-1446/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
24. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
25. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi qərarı nda göstərmişdir ki, hazırkı iş üzrə vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə mövcud olan 1926.08 manat borcuna görə 4000 manat məbləğində əmlakı siyahıya alınsa da, iddia ərizəsinin verildiyi tarixə qalıq borc məbləği 643.81 manat olmuşdur. Digər tərəfdən əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən yuxarıda qeyd olunan ardıcıllığın tələblərinə əməl olunmamış, dəyəri 4000 manat olan nəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin qalıq borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Odur ki, hazırkı iş üzrə borc məbləğinin həmin nəqliyyat vasitəsinin satılması hesabına ödənilməsi vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir.
26. Bunun yanaşı apellyasiya məhkəməs i qeyd etmişdir ki, iddiaçı həmin nəqliyyat vasitəsinin dəyərini 4000 manat qeyd etsə də, həmin məbləğin hansı qiymətləndirmə meyarları əsasında müəyyən edilməsinə dair hər hansı sübut təqdim etməmişdir.
27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(107)-420/2023 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(116)-1446/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən nəticəsi qanuni və əsaslıdır, işin həll edilməsi zamanı hüquq normalarının tət biq edilməsi düzgün olmuşdur.
29. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müddəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.
30. Bu baxımdan apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün «zəruri və kifayət olan həcmdə» əmlakın satılması barədə məhkəməyə müraciət edə b ilər.
31. Həmçinin apellyasiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur (Vergi Məcəlləsinin 89.5-ci və 90.4-cü maddələrinin tələbləri nəzərə alınarsa elə həcmdə əmlak satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait həm də «tənbeh tədbirlərinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin» ödənilməsi üçün kifayət etsin). Vergi orqanı elə bu qədər əmlakı da siyahıya almağa borcludur. Lakin məhkəməyə müraciət edənədək vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız yuxarıda göstərilənləri təmin etmək üçün zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra b ilər.
32. Məlum olduğu kimi hazırkı iş üzrə vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə mövcud olan 1926.08 manat borcuna görə 4000 manat məbləğində əmlakı siyahıya alınsa da, iddia ərizəsinin birinci instansiya məhkəməsinə, yəni xx.xx.2023-cü il tarixində daxil olunduğu zaman cavabdehin qalıq borcu cəmi 643,81 manat olmuşdur.
33. Başqa sözlə, cavabdeh altı aydan da az müddət ərzində borcun böyük hissəsini 1282.27 manat məbləğini ödəmiş, yəni borcun ödənilməsi istiqamətində aşkar olaraq müsbət dinamika müəyyən olunur.
34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin vergi öhdəlikləri üzrə borcu ümumilikdə 643.81 manat olduğu təqdirdə, ona məxsus 4000 manat məbləğində qiymətləndirilmiş sözügedən avtomobilin nəticə etibarı ilə hərrac vasitəsi ilə satılması mütənasiblik və sə mərəlilik prinsiplərinə uyğun sayıla bilməz.
35. Bununla yanaşı, nəzərə alınmalıdır ki, vergi qanunvericiliyi ilə, yuxarıda artıq göstərildiyi kimi, vergi öhdəliyinin yerinə yetirilməsi üçün zəruri və kifayət olan həcmdə əmlakın satılması müəyyən edilmişdir.
36. Bundan başqa, cavabdeh fəaliyyət göstərən vergi ödəyicisi olmaqla, 6 aydan da az müddət ərzində onun borcun üçdə iki hissəsinin ödəməsini də təsdiq edir.
37. Digər tərəfdən, cavabdeh sözügedən avtomobilinə qoyulmuş 4000 manat qiymət, onun vergi üzrə hazırkı borcundan ən azından 6 dəfədən də çoxdur.
38. Bu da belə tədbirin məqsədə müvafiq və məsələyə vicdanlı yanaşma prinsiplərini şübhə altına alır.
39. Həmçinin Vergi Məcəlləsinin əmlakın siyahıya alınmasının ardıcıllığını müəyyən edən 89.6-cı maddəsi də mövcuddur.
40. Eyni zamanda qeyd edilməlidir ki, bundan əlavə iddiaçı tərəfindən cavabdehin bankdakı hesablaşma hesabına borcun silinməsi üçün müvafiq sərəncam qoyulmuşdur.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-420/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.