Məhkəmə qərarları › İş №2-1(102)-593/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-593/2017

28.03.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-593/2017 28.03.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-593/2017) Bakı şəhəri 28 mart 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və məhd udiyyətin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2623/16 saylı, 05 dekabr 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28 mart 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin 16 may 2016-cı il tarixli məktubunda qeyd olunur ki, iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulub-qoyulmamasına dair məlumat verilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlandığı 20 aprel 2016-cı il tarixli müraciətinə baxılmışdır və bildirilir ki, cavabdehin icraatında olan ********* №-li cinayət işinin istintaq zərurəti ilə əlaqədar iddiaçının sərhədkeçməsinə “Qa dağandır” statusu ilə məhdudiyyət qoyulmuşdur. İddiaçı 11 iyul 2016-cı il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,ona tətbiq edilmiş ölkədən çıxışına “Qadağandır” statusu ilə məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 20 noyabr 2015-ci ildə Gürcüstan Respublikasına gedərkən Qazax rayonu ərazisində yerləşən Tovuz Gömrük İdarəsinin X8 X1 Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Ona deyiblər ki, onun ölkədən çıxışına qadağa var və həmin qadağada “saxla” göstərişi verilib. İddiaçını Qazax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil veriblər. Onlar isə iddiaçını Qaz ax RPŞ-ə gətirərək həmin gecə orada saxlayıb və 21 noyabr 2015-ci il tarixdə səhər saat 10-11 arası buraxıblar. 20 aprel və 20 may 2016-cı ildə iddiaçı Baş Prokurorluğa və digər qurumlara ərizə yazaraq xahiş edib ki, onun ölkədən çıxışına kim tərəfindən, hansı əsaslarla (faktiki və qanuni əsasları) qadağa qoyulması barədə rəsmi, yazılı məlumat verilməsinə göstəriş verilsin. Nəhayət, cavabdehin 16 may 2016-cı il tarixli məktubu ilə iddiaçıya bildirilib ki, onun ölkədən çıxışına başlanmış cinayət işi iİə bağlı “Qadağandır” statusu ilə məhdudiyyət qoyulub. İddiaçı hesab edir ki, cavabdehin iddiaçının ölkədən çıxışına qoyduğu “Qadağandır” statusu ilə məhdudiyyət qanunsuzdur və bu qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və v ətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. İddiaçı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Əlavə Protokolunun 2-ci maddəsinə istinad edərək hesab edir ki, onun hərəkət etmək azadlığı pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İddiaçının ölkədən çıxmasına məhdudiyyət qoyulması üçün heç bir qanuni əsas olmayıb. İddiaçı sözügedən cinayət işi üzrə təqsirləndirilən və ya şübhəli şəxs kimi tanınmayıb. İddiaçının ölkədən çıxışına qadağa qoyulması məhz onun Meydan TV ilə əməkdaşlıq etməsiylə bağlı olub. Hət ta cavabdehin 16 may 2016-cı il tarixli məktubunda da bildirilib ki, iddiaçıya Meydan TV-yə başlanmış cinayət işi ilə bağlı ölkədən çıxmasına məhdudiyyət qoyulub. Halbuki bu araşdırmada iddiaçı nə zərərçəkmiş şəxs, nə də təqsirləndirilən şəxs qismində tanınmayıb. İddiaçının Meydan TV ilə əməkdaşlıq etməsinə görə ölkədən çıxışına qadağa qoyulması Konvensiyanın 10-cu maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi ilə müdafiə olunan söz və fikir azadlığının pozulmasıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-3448/2016 saylı iş) 11 oktyabr 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddia düzgün olan cavabdehə qarşı yönəlməmişdir. 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qərardadı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, Hüseynov Sərvət Qeybəli oğlu və X4, 2-1(103)-2623/16 saylı iş) 05 dekabr 2016-cı il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçı 19 dekabr 2016-cı il tarixdə qərardadın surətini almış, 23 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. əsаslаndırmа hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qəra r qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddianı mümkün saymayan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının sərhədkeçməsinə məhdudiyyətin qoyulmasının əsasını cinayət işinin istintaqının həyata keçi rilməsi təşkil edir ki, bu əsasın aradan qalxması, yəni bu cinayət işi üzrə istintaqın başa çatması və ya həmin cinayət işi məhkəmənin yekun qərarının qəbul olunması işdən müəyyən olunmur. Cavabdeh iddiaçıya ünvanladığı məktubunda istintaq idarəsinin icraatında olan cinayət işinin istintaq zərurəti ilə əlaqədar iddiaçının sərhəd keçməsinə “Qadağandır” statusu ilə məhdudiyyət qoyduğunu bildirmişdir. İddiaçı da ərizəsində təsdiq etmişdir ki, 22 avqust 2015-ci ildə Mingəçevir şəhərində apardığı çəkilişlə bağlı müstəntiq tərəfindən dindirilmişdir. İddiaçı bu iş üzrə şahid kimi ifadə vermişdir. Buna baxmayaraq 20 noyabr 2015-ci il tarixdə Gürcüstan Respublikasına gedərkən sərhəd buraxılış məntəqəsində onu saxlamışlar. Bu səbəbdən ölkədən çıxa bilməmiş və sərhəddən geri qaytarılmışdır. İddiaçını n ölkədən çıxışına qadağa cinayət prosesini həyata keçirən orqanın məktubu ilə qoyulmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 iyul 2016-cı il tarixli qərarından görünür ki, iddiaçı onun ölkədən çıxışına qadağa qoyulması barədə cavabdehin hərəkətini məhkəmə nəzarəti qaydasında mübahisələndirmiş, məhkəmə şikayətdə qeyd edilən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmasının nəzərdə tutulmaması, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması əsası ilə şikayətin icraata qəbulundan imtina etmişdir. Qərarda həmçinin ondan 3 gün müddətinə şikayət və ya protest verilməsi qeyd edilsə də, iddiaçının həmin qərardan şikayət verməsi işdə olan sənədlərlə təsdiq olunmur. Belə görünür ki, iddiaçı həmin məhkəmənin mövqeyi ilə razılaşaraq inzibati məhkəmə icraatı qaydasında iddia ilə mürac iət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi-cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə görə bu Məcəllənin 44 9.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayətməhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 avqust 2009-cu il tarixli qərarında qeyd edilir ki, “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent hüququnda CPMdən fərqli qayda müəyyən edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, Avropa Konvensiyasının maddələrinin şərh edilməsi sahəsində Avropa Məhkəməsi tərəfindən konkret işlər üzrə qəbul olunmuş qərarlar mühüm əhəmiyyət daşıyır və presedent h üququ kimi Avropa Məhkəməsi tərəfindən və Avropa Şurasına üzv qəbul olunmuş ölkələrin milli məhkəmələri tərəfindən tətbiq olunur. Avropa Məhkəməsi Deweer Belçikaya qarşı 27 fevral 1980-ci il tarixli qərarında bildirmişdir ki, ittiham – fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir. Neumeister Avstriyaya qarşı 27 iyun 1968-cı il tarixli qərarında isə Avropa Məhkəməsi göstərmişdir ki, şəxsə qarşı cinayət təqibinə başlandığı barədə ona rəsmi məlumat verildikdə, bu ittiham anlayışına daxildir. Avropa Məhkəməsinin mövqeyindən çıxış edilərsə, müstəntiq tərəfindən qəbul edilmiş 01 avqust 2007-ci il tarixli cinay ət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, A.Mədətovun əməllərində CM-in 186.2. və 306.1-ci maddələrinin tərkibinin olması istintaq materialları ilə sübuta yetirilmədiyindən onun barəsində cinayət təqibinə xitam verilməsi A.Mədətovun şübhə altında olmasını təsdiq etmişdir. Avropa Konvensiyanın 13-cü maddəsində deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin digər iştirakçılarının, o cümlədən şahidin şikayət vermək hüququna malik olmasının mümkünlüyü həm Konstitu siyanın, həm Avropa Konvensiyasının, həm də qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun hesab oluna bilər. Bu məsələ ilə bağlı Rusiyanın məhkəmə təcrübəsini formalaşdıran “Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin qaydasında şikayətlərin baxılması təcrübəsinə dair” Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun 10 fevral 2009-cu il tarixli qərarı maraq doğurur. Həmin Qərarda məhkəmələrə izah olunur ki: “… cinayət işinin başlanmasından imtina olunması haqqında və cinayət işinə xitam verilməsi barədə təhqiqatçı, müstəntiq və istintaq orqanı rəhbərinin qərarlarından başqa Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə müvafiq olaraq cinayət məhkəmə icraatının məhkəməyədək mərhələlərində vəzifəli şəxslərin digər qə rarları və hərəkətləri (hərəkətsizliyi) məhkəməyə şikayət verməyə o şərtlə aid olunmalıdır ki, onlar hüquqları və qanuni maraqları pozulmuş cinayət məhkəmə icraatının iştirakçılarının və ya digər şəxslərin Konstitusiya ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə bilər və yaxud vətəndaşların ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilər. Konstitusiya ilə təsbit olunmuş hüquqlara və azadlıqlara zərər vurula biləcək digər qərarlara və hərəkətlərə (hərəkətsizliyə), məsələn təhqiqatçının, müstəntiqin və istintaq orqanının rəhbərliyinin cinayət işinin başlanması, ödənişlərin həyata keçirilməsi və ya bəraət almış şəxsə mülkiyyətinin qaytarılması, müdafiəçinin təyin olunmasından və yaxud qanuni nümayəndəsinə icazə verməkdən imtina edilməsi, məhkəmə qərarı ilə tətbiq olunan girov, ev dustaqlığı və həbsə alınması istisna olmaqla şübhəli və ya təqsirləndirilən şəxsə qarşı prosessual məcburiyyət tədbirlərin seçilməsi və tətbiq edilməsi haqqında qərarlarını aid etmək olar. Vətəndaşların ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirən vəzifəli şəxslərin elə hərəkətləri (hərəkətsizliyi) və ya qərarları aid olunmalıdır ki, onlar vətəndaşların cinayət işi üzrə məhkəməyədək mərhələlərində iştirak etmək hüquqlarını məhdudlaşdıraraq pozulmuş hüquqların gələcəkdə məhkəmə müdafiəsinə görə müraciəti üçün maneə yaradır. Bunlara, məsələn, şəxsin zərər çəkmiş şəxs kimi tanınmasından imtina, cinayət barədə məlumatının qəbul edilməsindən imtina və yaxud bu məlumatların yoxlanılması zamanı hərəkətsizlik, ibtidai istintaqın dayandırılması barədə qərar və sairə aiddir. Göründüyü kimi, Azərbaycan Respublikası kimi keçmiş SSRİ-nin tərkibində olmuş və yeni hüquqi dəyərlərə oxşar keçid dövrü yaşayan Rusiya Federasiyasında da vətəndaşlara cinayət prosesinin məhkəməyədək mərhələlərində vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququndan fəal istifadə olunması tövsiyə olunur. Bununla bağlı şərtlər ondan ibarətdir ki, həmin vətəndaşlar bir qayda olaraq hüquqları və qanuni maraqları pozulmuş cinayət məhkəmə icraatının iştirakçıları olsun və onların Konstitusiya ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə bilən və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilən məqamlar mövcud olsun.” Konstitusiya Məhkəməsi nəticədə bildirmişdir ki, Azərbaycan Resp ublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququ istisna edilmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. İddiaçı da iddia ərizəsində cinayət işi üzrə şahid kimi dindirilməklə Miqrasiya Məcəlləsinin 9.3-cü bəndində qeyd edilən vətəndaşın ölkədən getmək hüququnu məhdudlaşdıran halların olmadığını və cavabdeh tərəfindən onun sərbəst hərəkət etmək hüququnun pozulduğunu bəyan etmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122-ci maddəsinə əsaslanaraq hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları tərəfindən, hazırkı vəziyyətdə isə iddiaçı məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-c i maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur”. Avropa Məhkəməsi Bezımyannaya Rusiya Federasiyasına qarşı iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında bildirmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. İPM-in 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı müraciət cavabdehin cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan həmin müraciətə inzibati prosessual qanunvericiliyə uyğun inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. İPM-in 96.7-ci maddəsində qeyd edilir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normaların ın məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia deyil, lakin apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində hüquq normasının pozuntusu baş versə də, bu pozuntu nəticəyə təsir etməyərək. Qərardad digər əsaslar üzrə düzgün olduğundan, Ali Məhkəmə şikayəti təmin etməyəcəkdir. İddia mümkün iddia olmadığından kassasiya şikayətinin iddianın əsaslılığı ilə bağlı dəlilləri araşdırmanın predmeti ola bilmir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən ap ellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2623/16 saylı, 05 dekabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar