Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-593/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin nümayəndəsi x2 iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2253/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında ba xaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 4 il əyani təhsil almış, 2015-ci il 30 iyun tarixdə Moskva Dövlət Maşınqayırma Universitetini bitirmiş və ona hüquqşünas ixtisası üzrə № 107704 ******* nömrəli, 2015-ci il 16 iyun tarixli diplom verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Rusiya Federasiyası Moskva Dövlət Maşınqayırma Universiteti tərəfindən ona verilmiş № 107704 ******* nömrəli, 2015-ci il 16 iyun tarixli diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh 2016-cı il 4 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin a li təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın (bundan sonra mətndə - Qaydalar) 2.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənlərə və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2-ci maddəsinə (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisa sların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən ərizənin təmin olunması mümkün hesab edilmir. İddiaçı 2018-ci il 3 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Rusiya Federasiyası Moskva Dövlət Maşınqayırma Universiteti tərəfindən ona verilmiş № 107704 ******* nömrəli, 2015-ci il 16 iyun tarixli diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia çının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı Rusiya Federasiyası Moskva Dövlət Maşınqayırma Universitetində hüquqşünaslıq üzrə təhsil almış və həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. Həmin Universitet tərəfindən ona № 107704 ******* nömrəli, 2015-ci il 16 iyun tarixli diplom verilmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 34.1, 69, 73, 75-ci maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 6.1, 6.6, 17.1.5, 27.1, 27.2, 29.0 və 29.0.21-ci maddələrinə, Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli, 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1.1, 6cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşk il edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 iyun tarixli 2-1(82)-2486/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Rusiya Federasiyası Moskva Dövlət Maşınqayırma Universiteti tərəfindən iddiaçıya verilmiş № 107704 ******* nömrəli, 2015-ci il 16 iyun tarixli diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunverici şərtləndirilmiş hər hansı bir məsələ barəsində mənfi rəyin olmasını, ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün mütləq əsas kimi müəyyən etməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelly asiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2253/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ixtisas üzrə bilik səviyyəsi Qaydalara və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq yoxlanılaraq onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 21 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 29 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarı n ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Qaydaların 3.6, 3.7-ci bəndlərinin tələbləri nəzərə alınmamışdır. Bundan başqa, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazı rkı iş üzrə iddiaçı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Hazırkı iş üzrə cavabdeh iddiaçının diplomunun tanınmasına dair mövqeyini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İşd ə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili Xəlilov Hikmət Əjdər oğlu 2019-cu il 12 mart tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Cəlilov Haqqı Elman oğlu məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qə rarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33-cü maddəsinin müddəalarına əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (33.2). İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxt dan 30 gün müddətində qaldırıla bilər. İşin materiallarına görə, inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya 2016-cı il 4 noyabr tarixli məktubla məlumat verilmişdir. İddiaçı həmin məktubu 2016-cı ilin noyabrında aldığını təsdiq etmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə 2018-ci il 3 may tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı İPM-in 38.2-ci maddəsində təsbit edilmiş 30 günlük müddəti ötürmüşdür. İddia İPM-in 38.2-ci maddəsinin tələbinə uyğun olmadığından mümkünsüzdür. İddia mümkünsüz olduğundan şikayət iddianın təmin olunması hissəsində təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)- 2253/2018 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-593/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-593/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver