Məhkəmə qərarları › İş №2-1(102)-593/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-593/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-593/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər-"xxxx" ASC və X2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzillərə hüquqların qeydiyyatı haqqında çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər-"xxxx" ASC və X 3) qarşı cavabdehin imtinasının qanunsuz sayılması və mənzillərə hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışların verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2021 nömrəli iş üzrə 26 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-859/2019 saylı iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı, 3 mərtəbəli, 28/31 saylı mənzil (RX seriyalı ******* saylı reyestrdən çıxarış), həmin küçədə 50 saylı ünvanda yerləşən ümumi sahəsi 86,2 kv.m o lan 29/30 saylı mənzil (RX seriyalı ******* saylı reyestrdən çıxarış) X3 və iddiaçının birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklara iddiaçının 1/2 payı müəyyən edilmişdir.

2. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)2864/2019 saylı iş üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən 17/18 saylı mənzil də onların birgə nikah dövründə əldə edildiyindən, iddiaçının mənzil üzrə də 1/2 payı müəyyən edilmişdir.

3. İddiaçının həmin əmlaklara olan payları üzrə ona reyestrdən çıxarışın verilməsi barədə nümayəndəsi tərəfindən 30 yanvar 2020-ci il tarixdə cavabdeh orqana ərizə verilmiş, lakin cavabdeh orqan tərəfindən 3 mart 2020-ci il tarixli məktubla həmin əmlaklar üzərinə məhkəmə qəra rdadları ilə həbs qoyulması, həmçinin yoxlama ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmaması səbəbi ilə imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı cavabdehin imtinasının qanunsuz sayılması və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı, 3 mərtəbəli, 28/31 saylı mənzilə, ümumi sahəsi 86,2 kv.m olan 29/30 saylı mənzilə və 17/18 saylı mənzilə iddiaçının payları üzrə hüquqlarının qeydiyyatı haqqqında reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

5. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlaklar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə iddiaçının 1/2 payı müəyyən edilmişdir. O, həmin əmlaklar üzərində məhkəmə və digər orqanın həbs qərarının olmasını mübahisələndirmir. O, payları üzrə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsini istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla, qanuna zidd olmaqla onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətl əndirilməlidir.

6. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında ünvan 2aylı və 28/31 saylı mənzillərinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, 28 avqust 2019-cu il tarixli qərardadı ilə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 saylı evin 29/30 saylı və 28/31 saylı mənzillərinin üzərinə həmin məhkəmənin 2(009)-859/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuş, sözügedən mənzillərin üzərinə "xxxx" ASC-nin cinayət işi ilə əlaqədar Daxili İşlər Nazirliyinin 6/45-243m saylı məktubuna əsasən məhdudiyyət qoyulmuş və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 saylı evin 28/31 saylı mənzili "xxxx" ASC-nin 25 dekabr 2012-ci il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin, yoxlamaölçü işlərini n aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa 3 mart 2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

7. Birinci instansiya məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(112)862/2021 nömrəli qərardadı ilə "xxxx" ASC və X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

8. Birinci instansiya məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)862/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Rüstəm Kərimli) iddianın rədd edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən 28/31, 29/30 və 17/18 saylı mənzillərə hazırkı İddiaçı 1/2 payı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunsa da, məhkəmə aktları ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və həbsin götürülməsi hazırkı məhkəmə icraatına müəyyən edilmir. Belə olan halda nə qədər ki, həmin mənzillər üzərində həbs və ipoteka yüklülüyü mövcuddur, məhkəmənin qənaətinə görə onlara iddiaçının məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 14.5, 15-ci maddələrinin, «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinin tələblərinə zidd deyil.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2529/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsa slandırmışdır ki, o, payları müəyyən edilən əmlaklar üzərində məhkəmə və digər orqanın həbs qərarının olmasını mübahisələndirmir, payları üzrə mülkiyət hüququnu təsdiq edən çıxarışın verilməməsinin qanunsuz və əsassız olması barədə cavabdeh orqanın imtinasını mübahisələndirir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla, qanuna zidd olmaqla onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Lakin Apellyasiya məhkəməsi göstərilənləri nəzərə almamışdır. Eyni zamanda, iddiaçı kassasiya şikayətində bildirmişdir ki, Bakı şəhəri Səbail rayonu Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(009)-859/2019 saylı qətnaməsi ilə müvafiq paylar üzrə Çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir.

15. Üçüncü şəxs "xxxx" ASC tərəfindən etiraz təqdim edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 8(009)-241 saylı qərardadı ilə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək X1 adma qeydiyyatda olan ünvan 3 ünvanında yerləşən 17,18,28/31,29/30 nömrəli mənzillər, ünvan 4 ünvanda yerləşən ü/s-66,6 kv. m. və ü/s-37,5 kv. m. olan qeyri yaşayış sahələri və Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu 300-cü metr sağ tərəf, 32A ünvanında yerləşən qeyri yaşayış binası (3-cü mərtəbədən ü/s 141/1 kv. m. (1,2,1 6,1 7,1 8,1 9,2 2,2 3 saylı sahələr) açıq eyvan 38,4 kv. m. (36,37,38,39 saylı sahələr) üzərlərinə həbs qoyulmuşdur.

16. Daşınmaz Əmlaklar üzərində həbs qoyulduğund an həmin əmlakların iddiaçının 2/1 payı müəyyən edilmiş hissəsinə mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi qanunvericiliyin tələbinə əsasən mümkünsüzdür.

17. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 mart 2019-cu il taı 2(009)-859/2019 saylı qətnaməsinin nəticə hissəsində yuxarıda qeyd olunan əmlaklara Çıxarış verilməsi öhdəliyi deyil, əmlakların 2/1 hissəsinə İddiaçı (hazırkı iş üzrə “iddiaçı”) mülkiyyət hüquqlarının müəyyən edilməsi ilə bağlı göstəriş öz əksini tapmışdır. Lakin iddiaçı əsassız olaraq kassasiya şikayətində qeyd edir ki, paylar üzrə ona (iddiaçıya) Çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(009)-859/ 2019 saylı qətnaməsinin nəticə hissəsi iddiaçı tərəfindən təhrif olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) – qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqla rın əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forma sı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Maddə

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

19. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkr et halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin Azərbaycana qarşı” işi üzrə 11 fevral 2010-cu il tarixli Qərarı. “Məzahir Cəfərov KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfər ov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Belə ki apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-859/2019 saylı iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanda yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı 3 mərtəbəli 28/31 saylı mənzil (RX seriyalı, ******* №-l i çıxarış), Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanda yerləşən ümumi sahəsi 86,2 kv.m, yaşayış sahəsi 55,1 kv.m, yardımçı sahəsi 31,1 kv.m, 3 otaqlı 3 mərtəbəli 29/30 saylı mənzil (RX seriyalı, ******* №-li Çıxarış), ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 66,6 kv.m olan 1- ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi (RX seriyalı, ******* №-li Çıxarış), ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 37,5 kv.m olan 1- ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsinin (RX seriyalı, ******* №-li Çıxarış) X3 ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlaklarının hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə İddiaçı mülkiyyət hüquqlarının müəyyən edilməsi, hazırkı qətnamənin İddiaçı ilə X1 yuxarıda sadalanan əmlakların 1/2 hissəsinə mülkiyyət hüquqlarının DƏDRX-nin Bak ı şəhər Ərazi İdarəsi tərəfindən rəsmiləşdirilməsi üçün əsas olduğu qət edilmişdir.

27. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-241/2019 saylı iş üzrə 28 avqust 2019cu il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, X1 adına qeydiyyatda olan ünvan 7 ünvanında yerləşən 17, 18, 28/31, 29/30 nömrəli mənzillər, ünvan 8 ünvanda yerləşən ü/s-66,6 kv.m və ü/s-37,5 kv.m olan qeyri-yaşayış sahələri və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu 300-cü metr sağ tərəf, 32 A ünvanında yerləşən qeyriyaşayış binası (3-cü mərtəbədən ü/s 141,1 kv.m (1, 2, 16, 17, 18, 19, 22, 23 saylı sahələr) açıq eyvan 38,4 kv.m (36, 37, 38, 39 saylı sahə lər) üzərlərinə həbs qoyulmuşdur.

28. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına görə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən 28/31, 29/30 və 17/18 saylı mənzillərə hazırkı İddiaçı 1/2 payı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunsa da, məhkəmə aktları ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və həbsin götürülməsi hazırkı məhkəmə icraatına müəyyən edilmir. Belə olan halda nə qədər ki, həmin mənzillər üzərində həbs və ipoteka yüklülüyü mövcuddur, məhkəmənin qənaətinə görə onlara iddiaçının məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması «Daşınmaz əmlakın dövləy reyestri haqqında» AR Qanununun 14.5, 15-ci maddələrinin, «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinin tələblərinə zidd deyil.

29. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2529/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar