Məhkəmə qərarları › İş №2-1(102)-593/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-593/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-593/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: stajı təsdiq edən sübutlardakı məlumatlar arasında ziddiyyət; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: OV32F1T) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-326/2022 saylı, 2 noyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir.

2. İddiaçı əmək kitabçalarını, hərbi biletini və diplomunu cavabdehə təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin 24 dekabr 2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, əmək kitabçasında qeyd edilən dövrlər, xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək olan təhsil dövrü və xx.xx.1974-cü il tarixdən 1976-cı il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla iddiaçının sosial sığorta stajı 22 il 11 ay 4 gün təşkil edir (əmək haqqı ödənilmədiyindən xx.xx.1996-xx.xx.1996-cı il tarixinədək Qazıməmməd dəmiryol distansiyasındakı staj nəzərə alınmamışdır) və bu qanunvericiliklə tələb edilən sosial sığorta stajından (25 il) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 11 ay 4 gün sosial sığorta stajına uyğun olaraq 17471,72 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır. Əlavə olaraq fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, id diaçının tələb olunan 25 il sığorta stajının və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiya almaq hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “2287959 və ******* nömrəli əmək kitabçalarında qeyd edilmiş əmək fəaliyyəti dövrlərinin, həmçinin, hərbi biletdə və diplomda qeyd edilmiş müddətlər nəzərə alınmaqla hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandı rmışdır ki, onun qanunla tələb olunan 25 il stajı olmasına baxmayaraq cavabdeh əsassız olaraq ona pensiya təyinindən imtina etmiş və sosial təminat hüququnu məhdudlaşdırmışdır.

6. Cavabdehin iddiaya dair təqdim etdiyi etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1997xx.xx.1999-cu il tarixləri arasında işlədiyi Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativinin əmək haqqı cədvəllərində iddiaçının adı olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-797/2022 saylı iş üzrə 29 iyul 2022-ci il tarixli (hakim V.Musayev) qərarı ilə iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxs in Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ******* və ******* nömrəli əmək kitabçalarında qeyd edilmiş əmək fəaliyyəti dövrləri, həmçinin hərbi biletdə və diplomda qeyd edilmiş müddətlər nəzərə alınmaqla hüququnun yarandığı - xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan, ИТ-0028326 nömrəli və ИТ-2287959 nömrəli əmək kitabçalarında, diplomda və hərbi biletdə qeyd edilmiş iddiaçının ümumilikdə əmək stajı 25 il 2 ay 2 günə bərabərdir. Həmçinin, cavabdeh iddiaçının Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi illəri mübahisələndirsə də, həmin illər nəzərə alınmadan da, Qazıməmməd dəmiryol distansiyasındakı staj nəzərə alınmaqla da iddiaçının 25 ildən artıq stajı olduğu müəyyən olunur. Bundan əlavə, cavabdeh imtinasında əmək haqqı ödənilmədiyindən xx.xx.1996-xx.xx.1996-cı il tarixinədək Qazıməmməd dəmiryol distansiyasındakı stajın nəzərə alınmadığını qeyd etsə də, cavabdehin bu dəlilləri əsassızdır. Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-326/2022 saylı 2 noyabr 2022-ci il tarixli (hakimlər R.R əfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) qərarı ilə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətinə imtinanın dəlilləri ilə oxşarlıq təşkil etmişdir. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 7-ci maddələrinə, İPM-nin 12.1 və 58.7-ci maddələrinə istinad edərək əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi dövrlə bağlı aparılan monitorinqinin nəticəsində tərtib edilən akta əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək İddiaçı əmək haqqı hesablanmamış və xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir. Beləliklə qeyd edilən səbəblərə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

16. Qüvvədə n düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 67-ci maddənin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 69-cu maddədə isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərb aycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına mə lumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, ş ikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

21. Hazırkı iş üzrə iddiaçının tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsidir.

22. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının (xx.xx.1956-cı il təvəllüdlü olduğundan) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda 65 yaşdan pensiya hüququ vardır.

23. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir.

24. İddiaçının 25 il sığorta stajı olmasının mövcud olması ilə bağlı isə aşağıdakılar qeyd edilməlidir.

25. Cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinasının əsası kimi ona istinad edir ki, iddiaçıya məxsus olan əmək kitabçalarında olan qeydlərin dəqiqləşdirilməsi ilə bağlı müvafiq araşdırmalar aparılsa da, müsbət nəticə əldə olunmamışdır (Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi dövrlə bağlı aparılan monitorinqin nəticəsində tərtib edilən akta əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək İddiaçı əmək haqqı hesablanmamış və xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir; xx.xx.1996xx.xx.1996-cı il tarixinədək iddiaçıya Qazıməmməd dəmiryol distansiyası tərəfindən əmək haqqı ödənilməmişdir).

26. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

27. Digər tərəfdən isə məhkəm ə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

28. Bununla yanaşı nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqq ında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasın da məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq, hər bir halda, iddiaçının qanunla tələb olunan iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.

29. İş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada, iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azər baycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir.

30. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsindən irəli gələn işin hallarının hərtərəfli araşdırılması vəzifəsini tam icra etməmiş, işdəki sübutları hərtərəfli qiymətləndirməmiş, ziddiyyətli halları aradan qaldırmamış, başqa sözlə, şübhədən kənar sübutlara istinad etməklə qərar qəbul etməmişdir.

31. Belə ki, hazırkı iş üzrə iddiaçı iş stajını təsdiq edən sənəd kimi aşağıdakıları qeyd etmişdir: - hərbi bilet (H3 ******* saylı; iş v.5-6); - diplom (Ю 018817 saylı; iş v.62); - ИТ-0028326 nömrəli və ИТ-2287959 nömrəli əmək kitabçaları.

32. Qeyd edilməlidir ki, ИТ-0028326 nömrəli əmək kitabçası iş materiallarında 2 ədəddir (iş v. 33-34; 98-106; 118-127). Həmin əmək kitabçasının yalnız bir vərəqi notarial qaydada təsdiq edilib (iş v. 34), digər səhifələri isə kserosurət olmaqla. Üzərindəki məlumatlar çətinliklə oxunur. Bundan əlavə, eyni nömrəli əmək kitabçalarında əks olunan məlumatlar arasında da uyğunsuzluq var. Belə ki, işin 34-cü vərəqindəki əmək kitabçasında iddiaçının xx.xx.1991-xx.xx.2005-ci illərdə Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativində mexanik işlədiyi qeyd edilsə də, işin 125-127-ci vərəqlərində olan əmək kitabçasında onun xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək həmin kooperativdə sədr vəzifəsini icra etdiyi, həmçinin, əmək kitabçasında xx.xx.1995-xx.xx.1996, xx.xx.1996-xx.xx.1999-cu illərdə müxtəlif vəzifələrdə çalışdığı qeyd edilmişdir (əmək kitabçası oxunmadığından müəssisənin adını v ə iddiaçının işlədiyi peşələri dəqiqliklə qeyd etmək mümkün olmamışdır). Eyni zamanda, iddiaçının xx.xx.1999-cu ildən işsiz hesab edildiyi və xx.xx.2000-ci ildən işsizlik müavinəti aldığı da əmək kitabçasında qeyd edilmişdir.

33. Göründüyü kimi, eyni nömrəli əmək kitabçaları olmasına baxmayaraq, orada əks olunan məlumatlar bir-biri ilə uyğunsuzluq təşkil etmişdir.

34. Digər tərəfdən, ИТ-2287959 nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1990xx.xx.1999-cu illərdə Qazıməmməd dəmiryol distansiyasında işlədiyi qeyd edilmişdir. Başqa sözlə, iddiaçının adına olan iki müxtəlif nömrəli əmək kitabçalarında eyni dövrlər üzrə iş stajı ilə bağlı məlumatlar bir-birindən fərqlənmişdir.

35. Həmçinin, iddiaçının təhsil aldığı dövrlə (xx.xx.1973-xx.xx.1977) hərbi xidmətdə olduğu dövr də (xx.xx.1974-xx.xx.1975) üst-üstə düşür.

36. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi bu hallara qiymət verməmiş, hər iki əmək kitabçasında məlumatların ziddiyyət təşkil etdiyinə münasibət bildirməmiş, bu və digər dövrün staja daxil edilməsi zamanı həmin əmək kitabçalarının birinin hansı səbəblə digərinə münasibətdə mötəbər olmasını əsaslandırmamış, yalnız əmək kitabçasının mötəbərliliyi prezumpsiyasından çıxış etmiş, bununla da, İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, yuxarıda qeyd edilən hallar əmək kitabçasının mötəbərliliyini şübhə altına alır. 37.Odur ki, təkrar apellyasiya baxışı zamanı, iddiaçıya məxsus əmək kitabçalarının əsli tələb edilməli, eyni dövrlər üzrə iddiaçının müxtəlif müəssisələrdə və peşələrdə işləməs i ilə bağlı ziddiyyətli hallar araşdırılmalı və aradan qaldırılmalı (iddiaçının işlədiyi müəssisələr barədə və onun sığorta stajı ilə bağlı müvafiq sorğular verilməklə, iddiaçıdan izahat alınmaqla və sair), son nəticədə iddiaçının Qanunla tələb olunan 25 il sığorta stajı şübhədənkənar, mötəbər sübutlarla təsdiqləndiyi halda iddia tələbi təmin edilməlidir.

38. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 21(107)-326/2022 nömrəli qərarı l əğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar