Məhkəmə qərarları › İş №2-1(102)-593/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-593/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-593/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi v əzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-525/202N nömrəli, 5 oktyabr 202N-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.202N-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

2. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.202N-cü il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.202N-cü il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.202N-cü il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.202N-cü il tarixli məktublarından görünür ki, iddiaçı barəsində c inayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına görə, İddiaçı ondan ötrü ki, N65-ci il təvəllüdlü, Qəbələ RHK- dan çağırılmış X2 N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir (əsas: § 8, sıra 72, əmrdə soyadı Ağasiyev yazılıb). 2 MAT-ın hərbi qulluqçusu, sıravi X1 müalicə olunmaq üçün 22N nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin N may N94-cü il tarixli N №-li hərbi hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışd ır (əsas: § 7, sıra N, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb). N (üç) aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün 2 MAT-ın hərbi qulluqçusu, sıravi XN N nömrəli hərbi hissə komandirinin N sentyabr N94-cü il tarixli 99 №-li təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır (əsas: səh.279, sıra N94, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırıl mışdır ki, o, xx xxxxxx N65-ci ildə Qutqaşen (Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarında xx.xx.N84-xx.xx.N86-cu illərdə müddətli hərbi xidmətdə sıravi əsgər olmuşdur. N aprel N94-cü ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün Qəbələ rayon Hərbi Komissarlığından səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.N94-cü il tarixindən N nömrəli hərbi hissə komandirinin N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına sıravi əsgər olaraq daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir. xx.xx.N94-cü ildə döyüşlərdə yaralandığından stasionar müalicə olunmaq 22N nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır. Müalicə olunduğu hərbi hospitalda stasionar müalicədə N aydan artıq qaldıqdan sonra yenidən N94-cü ilin sentyabr ayının ortalarında N0 №-li hərbi hissəyə qayıtsa da onu hərbi hissə qəbul etməyərək xx.xx.N94-cü il 99 №-li təşkilati əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır. Bildiyinə görə ən azı N gün döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara müharibə veteranı adı və statusu verilir. Lakin hal-hazıradək Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə və ya yaralanaraq hərbi xidmətə yararsız hesab olunmağına baxmayaraq, nə əlillik qrupu, nə də müharibə veteranı statusu ala bilməmişdir. Bunun nəticəsində yuxarıda qeyd edilən qanunda müharibə veteranları üçün nəzərdə tutulmuş bir sır a güzəşt və imtiyazlardan istifadə etmək imkanından məhrum olmuşdur.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı İ.C.Ağasevin döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N94-cü il tarixdən sonra müalicədən xidmət yerinə qayıtması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına və bununla əlaqədar N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 99 nömrəli əmrlə ştatdan kənar edildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-958/202N, 21 iyun 202N-cü il tarixli qərarı ilə (hakim V.Musayev) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 2N yanvar N96-cı il tarixli, 4NN nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla e htiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.

9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir.

10. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-525/202N nömrəli, 5 oktyabr 202N-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, N aprel N94-cü ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün Qəbələ rayon Hərbi Komissarlığından səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.N94-cü il tarixindən N nömrəli hərbi hissə komandirinin N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına sıravi əsgər olaraq daxil edilərək, bütün növ təminatl arla təmin olunmuşam və 2 MAT-a göndərilmişəm. xx.xx.N94-cü ildə döyüşlərdə yaralandığından stasionar müalicə olunmaq 22N nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışam. Müalicə olunduğum hərbi hospitalda stasionar müalicədə N aydan artıq qaldıqdan sonra yenidən N94-cü ilin sentyabr ayının ortalarında N0 №-li hərbi hissəyə qayıtsam da məni hərbi hissə qəbul etməyərək, xx.xx.N94-cü il 99Ne-li təşkilati əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarıldığını bildirmişlər. 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyimə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə bir çox təşkilatlara müraciət etməyimə baxmayaraq hal-hazıradək döyüşlərdə iştirak etdiyimə və ya yaralanaraq hərbi xidmətə yararsız hesab olunmağına baxmayaraq, nə əlillik qrupu, nə də müharibə veteranı statusu ala bilməmişəm. Bunun nəticəsində mən yuxarıda qeyd edilən qanunda müharibə veteranları üçün nəzərdə tutulmuş bir sıra güzəşt və imtiyazlardan istifadə etmək imkanından məhrum olmuşam. Həmçinin, bildirirəm ki, müharibə veteranı adının alınması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dəfələrlə etdiyim müraciətim müsbət nəticə verməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşam.

15. Məhkəmə tərəfindən araşdırma zamanı da hərbi xidmətdən yayınaraq hərbi hissəni özbaşına tərk etməyim, fərari olmağım və s. hallar öz təsdiqini tapmadığından, barəmdə hər hansı cinayət işi də açılmadığı Daxili İşlər Nazirliyinin və Hə rbi Prokurorluğun sorğu əsasında verdikləri cavablarda da öz təsdiqini tapmışdır. Lakin, xx.xx.N94-cü ildə döyüşlərdə yaralandığından stasionar müalicə olunmağım üçün hərbi hospitala göndərildiyim, aldığım travmaya görə orada müalicə olunmağı, tam müalicə olunduqdan sonra isə hərbi hissə tərəfindən qəbul edilmədiyi məhkəmələr tərəfindən araşdırılmamışdır. Nəticədə isə mənim əsaslı iddia tələbim qanunsuz olaraq təmin olunmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9

4. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1N1.N-cü və 1N2.N-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafi q apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi m övqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X2 xx xxxxxx N65-ci ildə Qutqaşen (Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarında xx.xx.N84-xx.xx.N86-cu illərdə müddətli hərbi xidmətdə sıravi əsgər olmuşdur. N aprel N94-cü ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün Qəbələ rayon Hərbi Komissarlığından səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.N94-cü il tarixindən N nömrəli hərbi hissə komandirinin N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına sıravi əsgər olaraq daxil edilərək, bütün növ təminatla rla təmin olunmuş və 2 MAT-a göndərilmişdir. xx.xx.N94-cü ildə döyüşlərdə yaralandığından stasionar müalicə olunmaq 22N nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır.

22. Şəki İnzibati Məhkəməsinin 21 iyun 202N-cü il tarixli, 2-1(116)-958/202N nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-525/202N nömrəli, xx.xx.202N-cü il tarixli qərarla İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 21 iyun 202N-cü il tarixli, 2-1(116)-958/202N nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən belə hesab etmişdir ki, “iddiaç ının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 2N yanvar N96-cı il tarixli, 4NN nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxı lması (tərxis olunması) da baş verməlidir. iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir.”

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razı deyil və hesab edir ki, iş üzrə geniş həcmdə sübutların araşdırılması aparılmamışdır.

25. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçının 1-ci Qarabağ müharibəsində aparılmış döyüşlərdə hansı şəraitdə iştirak etməsi, necə və harada yaralanması, ümumiyyətlə N0 saylı hərbi hissənin döyüşlərdə iştirak etməsi araşdırılmamış, məhkəmələr sözügedən məsələlərin təhqiq edilməsinə çox səthi və formal yanaşmış, əslində bu istiqamətdə araşdırma aparmamışlar.

26. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilmiş qənaətində də ziddi yyətli məqamlar mövcuddur, belə ki, apellyasiya məhkəməsi qərarında “onun (burada iddiaçı nəzərdə tutulur, Qeyd-Ali Məhkəmənindir) xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur”, yazdığı halda, növbəti cümlədə göstərir ki, “hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 2N yanvar N96-cı il tarixli, 4NN nömrəli Fərmandan sonra başlamışdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir”.

27. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən sözügedən Fərmandan əvvəl, yəni 2N yanvar N96-cı il tarixindən öncə hərbiçilərin ordudan tərxis olunma sının hansı qaydada aparılması qeyd edilməli və bu qaydanın iddiaçıya tətbiq olunub-olunmamasına aydınlıq gətirilməli idi.

28. Ələlxüsus ki, iddiaçı qulluq etdiyi hərbi hissədə fərarilik etməmiş, hərbi xidmətdən hansısa digər formada yayınmamış, qaçmamış, sözügedən məsələlərlə bağlı cinayət təqibinə məruz qalmamışdır ki, bu da işdə olan məhkəmənin hüquq müdafiə orqanlarına göndərmiş olduğu sorğuların çoxsaylı cavablarından aşkar şəkildə müəyyən olunur.

29. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin mərkəzi arxivinin xx.xx.2022-ci il tarixli arayışına əsasən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ondan ötrü ki, N65-ci il təvəllüdlü, Qəbələ RHK- dan çağırılmış X2 N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir (əsas: § 8, sıra 72, əmrdə soyadı Ağasiyev yazılıb). 2 MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı stasionar müalicə olunmaq üçün 22N nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin N may N94-cü il tarixli N №-li hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır (əsas: § 7, sıra N, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb). N (üç) aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün 2 MAT-ın hərbi qulluqçusu, sıravi XN N nömrəli hərbi hissə komandirinin N sentyabr N94-cü il tarixli 99 №-li təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır (əsas: səh. 279, sıra N94, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb).

30. Burada qeyd edilməlidir ki, sözügedən arxiv arayışında N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, xx.xx.N94-cü il tarixli və N sentyabr N94-cü il tarixli əmrlərinə istinad edilsə də, həmin əmrlər tam və hərtərəfli araşdırılması üçün arxivdən tələb edilməmişdir.

31. Halbuki, iddiaçı məhz N aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün xx.xx.N94-cü il tarixli, 99 nömrəli təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır, yəni faktiki olaraq qulluq etdiyi hərbi hissədən tərxis olunmuşdur.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 5 oktyabr 202N-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-525/202N nömrəli, 5 oktyabr 202N-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar