Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-594/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəs inin nümayəndəsi Nümayəndə, vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə edilmiş müvafiq dəyişikliyi nəzərə alaraq ailə başçısını itirməyə görə iddiaçıya təyin edilmiş əmək pensiyasına mərhum atasının təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 1 iyul 2017-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1798/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə A li Məhkəmənin binasında 12 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı X-ci il tarixdə ÜNVANşəhərində anadan olmuş, uşaqlıqdan İİ qrup əlildir, Şuşa rayonundan məcburi köçkündür. Ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının atası X2 ürək-qan-damar çatışmamazlığından X-cu il tarixdə vəfat etmişdir. 2007-ci ildən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək, 10 mart 2017-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə edilmiş müvafiq dəyişikliyi nəzərə alaraq, ailə başçısını itirməyə görə ona təyin edilmiş əmək pensiyasına mərhum atasının təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 1 iyul 2017-ci il tarixdən hesablanaraq bi rdəfəlik ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun ərizəsinə cavab verilməmişdir. Bu səbəbdən də o, 17 yanvar 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 10 mart 2017-ci il tarixli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə edilmiş müvafiq dəyişikliyi nəzərə alaraq ailə başçısını itirməyə görə ona təyin edilmiş əmək pensiyasına mərhum atasının təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 1 iyul 2017-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli, 2inz(81)-3296/2014 saylı qərarı əsasında cavab deh tərəfindən iddiaçının müvafiq pensiyasına mərhum atasının təminat xərcliyinin 35 faizi miqdarında əlavə müəyyən edilməklə, ona 1 yanvar 2007-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən ona ailə başçısını itirməyə əmək pensiyası təyin edilərək, həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsində hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla əlavənin müəyyən edildiyi qeyd olunmuşdur. 2017-ci il 10 mart tarixli Qanunla (həmin Qanun 2017-ci il 1 iyul tarixdə qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə dəyişiklik edilərək, qeyd edilmişdir ki, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəl miləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla əlavələr edilir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38 və 149-cu maddələrinə istinad edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pe nsiyası hüququnun yarandığı tarixdən, lakin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə uyğun olaraq və həmçinin hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 1 yanvar 2007-ci il tarixdən tam olaraq ödənilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliklərə istinad edərək, ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi məbləğində təyin edilmiş əmək pensiyasının müvafiq təminat xərcliyinin 35 faizi məbləğindən 80 faiz məbləğinə keçirilməsi ni tələb etmişdir. Lakin iddiaçıya onun hüququnun yarandığı tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və Qanunun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-1149/2018 saylı iş) 17 aprel 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, hərbi qulluqçu (xüsusi rütbəli şəxs) sırasından olan əmək pensiyaçısının pensiyası təminat xərcliyindən hesablandığından, “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya mərhum atasının təminat xərcliyinin 35 faizi miqdarında pensiya cavabdeh tərəfindən təyin edilib ödənildiyindən iddia əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X4 və X5, 2-1(103)-1798/2018 saylı iş) 11 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018 -ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçının ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasına mərhum atasının təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 1 iyul 2017-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanun iş üzrə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum atasının təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına 1 iyul 2017-ci il tarixdən hesablanaraq, birdəfəlik ödənilməlidir. Cavabdeh 19 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 6 dekabr 20 18-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, tələbin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1 və 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə gör ə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olmuş 20.17.2-ci maddəsinə əsasən mərhum atasının təminat xərcliyinin 35 faizi əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən “hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilmişdir. Qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının hüquq qazandığı tarix Qanundan əvvəlki dövrü əhatə etdiyindən iddiaçıya şamil edilməsi qanunvericiliyə uyğun deyildir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında hakimlər tərəfi ndən verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir, Qanunda olan dəyişiklik bu tarixdən öncə pensiya hüququ yaranan şəxslərə şamil edilməməlidir. İddiaçının ailəsində iddiaçıdan başqa ailə başçısını itirməyə görə pensiya hüququ olan, yəni ailə başçısını itirməyə görə pensiya alan şəxs yoxdur. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin olunmamasını xahiş etmiş, Qanunda olan dəyişiklik iddiaçının vəziyyətini yaxşılaşdırdığından ona tətbiq edilməli olduğunu bildirmişdir. əsаslаndırmа hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan so nra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyek tiv hüquqa malik olmuşdur. İşin mübahisə olunmayan hallarına görə iddiaçı X-ci il tarixdə anadan olmuşdur və uşaqlıqdan ömürlük İİ qrup əlildir. Mərhum atası X6 uzun illər daxili işlər orqanlarında xidmət etmiş və 28 iyun 1999-cu il tarixdə vəfat etmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə uyğun olaraq iddiaçının mərhum atasının təminat xərcliyinin 35 faizi miqdarında əlavə müəyyən etməklə, ona 1 yanvar 2007-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin etmişdir. İddiaçıdan başqa ailədə digər şəxslərin ailə başçısını itirməyə görə pensiya hüququ olması işdə olan sənədlərlə təsdiq edilmir. İddiaçı ona təyin edilmiş pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ildən qüvvədə olan 20.17.2-ci maddəsinin yeni redaksiyası əsasınd a yenidən hesablanmasını xahiş edir. Cavabdehin mövqeyinə görə iddiaçının pensiya hüququ 1 iyul 2017-ci ilə qədər yarandığından pensiya hüququ yaranan vaxt (1 iyul 2017-ci ilədək qüvvədə olmuş) “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin müddəalarına uyğun ona pensiya təyin edilmişdir. Odur ki, hazırkı norma iddiaçıya şamil edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nət icəsində vəfat etmiş qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla əlavənin müəyyən edildiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ildən qüvvədə olan 20.17.2-ci maddəsinin hazırkı redaksiyasına əsasən, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları apa ran ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin 1 iyul 2017-ci ildən sonra qüvvəyə minmiş hazırkı redaksiyası bu kateqoriyadan olan şəxslərin (iddiaçının) pensiya təminatı ilə bağlı sosial vəziyyətini yaxşılaş dırmışdır. Tərəflər məhkəmə iclasında bildirmişlər ki, ailə üzvü kimi iddiaçı yeganə şəxsdir ki, ailə başçısı kimi pensiya alır, ailədə iddiaçıdan başqa heç kimə ailə başçısını itirməyə görə pensiya təyin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Qanunvericiliyin bu normalarının hazırkı işə tətbiqi baxımından məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2ci maddəsinin redaksiyası iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum atasının təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına 1 iyul 2017-ci il tarixdən hesablanmalıdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxı larkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və bu iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qər ara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1798/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-594/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-594/2019
12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver