Məhkəmə qərarları › İş №2-1(102)-594/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-594/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-594/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (İş № 2-1(102)-594/2022) Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddət Hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2-1(103)-1655/2021 saylı qərardadından liddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı “Müharibə veteranı vəsiqəsi və adının verilməsi” ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsin in 29 mart 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

6. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

94. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə

96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

7. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

8. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addı mları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya məhkəməsinin mövqeyi

9. İddiaçı kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması 11 aprel 2022-ci il tarixə təyin edilmiş, bu barədə iddiaçıya 14 fevral 2022-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-1(103)-1655/2021 saylı qərarı iddiaçı tərəfə 22 sentyabr 2021-ci il tarixdə təqdim edilmiş və işə əlavə olunmuş vəkilin orderi 30 sentyabr 2021-ci il tarixdə tərtib olunmuşdur. İddiaçı tərəfin vəkili həmin işlə 11 oktyabr 2021-ci ildə tanış olmuş, lakin həmin qərardan kassasiya şikayəti 17 yanvar 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.

11. Kassasiya şikayəti iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kassasiya mümkün sayılmayaraq kassasi ya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır

12. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2-1(103)-1655/2021 saylı qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar