Məhkəmə qərarları › İş №2-1(102)-594/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-594/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-594/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, metropolitendə qatar maşinisti; hüquq varisliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyin olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2212/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 13 may 1980-ci ildə metropolitendə elektrik avadanlıqları üzrə çilingərelektrik işinə qəbul edilmiş, 14 noyabr 1980-ci il tarixdə ağır iş şəraitində elektrik qatarı maşinisti köməkçisi vəzifəsinə keçirilməklə, həmin vəzifədə 11 noyabr 1981-ci il tarixinədək işləmişdir. 11 noyabr 1981-ci ildən 1983-cü ilin dekabr ayına qədər hərbi xidmətdə olmuşdur. 12 yanvar 1984-ci il tarixdən metropolitendə lokomotivlərin təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 24 iyul 1984-cü il tarixdə zərər li iş şəraitində istismar sexinin elektrik qatarı maşinistinin köməkçisi vəzifəsinə, 17 dekabr 1985-ci il tarixdən zərərli iş şəraitində elektrik qatarının maşinist vəzifəsinə keçirilmişdir. 22 avqust 1988-cu ildə elektrik qatarının maşinisti kimi 3-cü, 18 iyul 2014-cü il tarixdə isə 10-cu dərəcə verilmişdir. 2. "xxxx" QSC-nin 16 oktyabr 2021-ci il tarixli arayışına əsasən, iddiaçının xüsusi zərərli əmək şəraitində əmək şəraiti üzrə əmək stajı xx.xx.2006-cı il tarixinə 22 il 05 ay 08 gün, xx.xx.2021-ci il tarixinə isə 38 il 02 ay 22 gün təşkil edir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maşının 16% məbləğində eləcə də aylıq qrafik üzrə axşam və ge cə saatlarına görə əlavə ödənişlər edilir”. 3. 29 yanvar 2019-cu il tarixdə iddiaçının 57 yaşı tamam olmuş, o, 2021-ci ilin oktyabr ayında cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda metropoliten qatarlarının maşinistləri vəzifəsi zərərli iş kimi göstərilməmişdir, bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2006cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2019-cu il tarixdən (57 yaşım tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”ya əsasən güzəştli stajı 19 il 6 ay 26 gün metropolitendə elektrik qatarının maşinist köməkçisi və maşinisti kimi işlədiyi vəzifə xüsusilə zərərli və ağır iş şəraitində iş hesab olunduğundan o, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən (57 yaşım tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyas ının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir.

7. Cavabdeh inzibati orqan tərəfindən qanunun tələbinə zidd olaraq müraciətin təmin olunmasından imtina edilmişdir.

8. Əlavə olaraq bildirir ki, xüsusi zərərli əmək şəraitində əmək şəraiti üzrə əmək stajı xx.xx.2006-cı il tarixinə 22 il 05 ay 08 gün xx.xx.2021-ci il tarixinə isə 38 il 02 ay 22 gün təşkil edir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maşının 16% məbləğində eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkə məsinin 2-1(112)-4296/2022 saylı 11.2.2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, xx.xx.2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır.

10. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyi n edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

11. İddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdən yaranmış, xx.xx.2021-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. Odur ki, pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üçün hüququnun yarandığı tarixdən hesablanan pensiya fərqi iddiaçıya ödənilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası mə hkəməsində icraat

13. İddiaçı 28 mart 2022-ci il tarixdə ölmüşdür.

14. İddiaçının oğlu X2 ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum atasının hüquq varisi kimi qəbul olunmasını və icraata cəlb edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2212/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və İddiaçı prosessual hüquq varisi X2 ilə əvəz edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2212/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmiş, cavabdehin üzərinə mərhum İddiaçı 57 yaşını n tamam olduğu xx.xx.2019-cu il tarixdən öldüyü xx.xx.2022-ci il tarixədək hesablanmalı olan pensiya məbləğinin onun hüquqi varisi X1 ödənilməsi öhdəliyi qoyulmuşdur.

17. Məhkəmə kollegiyası mərhum iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğu barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, həmçinin iddiaçının xx.xx.2022-ci il tarixdə vəfat etdiyini nəzərə almışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində imtina məktubunun dəlillərini təkrarlamış, əlavə o laraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həm işə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diq qətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.

20. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəməl ər işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qan unla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun (29.1.2019-cu il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 2 0 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Madd ə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”. 23000000 XXVİİİ Nəqliyyat 23001000-16887 - elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri; 23001000-14409 - elektrik qatarlarının (seksiyalarının) maşinistləri.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayət i verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

28. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" QSC-də müxtəlif vəzifələrdə fasiləsiz olmaqla xx.xx.2006-cı il tarixə iddiaçının ümumilikdə 25 ildən artıq iş stajı mövcuddur ki, ondan ən azı 22 ilini (22 il 05 ay 06 gün) əmək şəraiti zərərli və ağır olan işlərdə (23000000 XXVİİİ. Nəqliyyat 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; 2300100016887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) işləmişdir.

29. Cavabdeh imtina, etiraz və şikayətlərində müvafiq siyahıdakı nəqliyyat bölməsinin metropolitenlər bəndində yalnız g ecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələrin nəzərdə tutulduğunu, bunun qatar maşinistləri və maşinist köməkçilərinə aid olmadığını bildirir.

30. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdeh metropolitendə fəaliyyət göstərən elektrik qatarlarının və yerüstü elektrik qatarlarının relsli dəmiryol nəqliyyatına aid olmaqla, onların iş mexanizmlərinin və funksional təyinatının oxşarlığını, habelə yeraltı dəmiryol nəqliyyatındakı əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatındakından daha ağır olduğunu inkar etməli və ya mübahisələndirməli deyil.

31. Məhkəmə kollegiyası məhkəmələrin qənaəti ilə razılaşaraq hesab edir ki, istinad edilən siy ahının müddəalarının mübahisəyə formal tətbiqi ədalət mühakiməsinin əsl mahiyyətinə və məqsədinə uyğun olmayan qərar qəbul edilməsinə səbəb olar.

32. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ özü-özlüyündə insan və vətəndaş hüquqları və azadlıqlarından biri olmaqla bərabər, həm də Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Başqa sözlə, bu hüquq, yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də ehtiva edir.

33. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, elə cə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına uyğun olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiym ətləndirməsi ilə də razılaşır.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)-2212/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar