Məhkəmə qərarları › İş №2-1(102)-595/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-595/2019

19.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-595/2019 19.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Məmmədov Xəqani Səyyad oğlunun sədrliyi, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə qarşı əmrin ləğv edilməsi və boşdayanmaya görə əmək haqqı hesablanaraq ödənilməsitələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2531/2018 saylı iş üzrə 25 oktyabr 2018-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 19 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. T ƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1360/2018 saylı, 25 iyun 2018ci il tarixli qərarı (hakim – Z.M.Tağıyev) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə qarşı əmrin ləğv edilməsi və boşdayanmaya görə əmək haqqı hesablanaraq ödənilməsitələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2531/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abıyeva) ilə iddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1360/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə qalmışdır. Bundan sonra i sə iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmadığından və şikayətə vəkilin orderi əlavə edilmədiyindən iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı maddi imkanı aşağı olduğu üçün vəkillə müqavilə bağlaya bilmədiyini və buna görə də, şikayətin vəkil tərəfindən tərtib edilərək imzalanmadan verildiyini bildirməklə şikayətin mümkün sayılmasını xahiş etdi. Cavabdehin vəkili isə kassasiya şikayəti verilərkən buraxılmış nöqsanların iddiaçının diqqətinə çatdırılmasına baxmayaraq onun tərəf indən üzürsüz səbəblərdən aradan qaldırılmadığını nəzərə almaqla şikayətin mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 407.3-407.4-cü maddələrinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dö vlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İnzibati Prosessual Məcəllənin 95.1-ci maddəsinə əsasən kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrində isə təsbit edilmişdir ki, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, iddiaçının verdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Kassasiya şika yəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, yol verilmiş pozuntular göstərilməklə iddiaçıya ünvanlanmış07 yanvar 2019-cu il tarixli, 2-1(102)-595/19 saylıbildirişdə təyin edilmiş məhkəmə iclasınadək göstərilən konkret çatışmazlıqların aradan qaldırılması ona təklif olunmuş, həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr aydın şəkildə izah olunmuşdur. Lakin ötən müddət ərzində iddiaçı nə vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti vermiş, nə də maddi imkanı aşağı olduğu üçün dövlət hesabına vəkillə təmin edilməyə dair ərizə vermişdir. Belə bir ərizə olmadığı üçün ona məhkəmə tərəfindən dövlət hesabına vəkil təy in edilməsi məsələsinin müzakirəsi də mümkün olmamışdır. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq iddiaçı tərəfindən aradan qaldırılmadığından kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2531/2018 saylı iş üzrə 25 oktyabr 2018-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar