Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-595/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: Mənzil hüququ ilə bağlı mübahisələr, sərəncamın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, İddiaçı və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Hüsü Nuriyevin, cavabdehin və üçüncü şəxsin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsini n İİK-nın xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-2349/2019 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 89 “c” (9 “a”) saylı evin X3 adına sənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 276 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimano v rayonu, Əliyar Əliyev küçəsi, 89 “c” (9 “a”) saylı evin X3 adına sənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X8 ilə 2003-cü ildə nikaha daxil olmuş, nikahları Nərimanov rayonu VVADQ şöbəsində 2003-cü il iyunun 10-da bağlanmış və bu barədə 282 nömrəsi ilə qeyd aparılmışdır. Həmin vaxt iddiaçı ərinin valideynlərinin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdulrəhimov küçəsi, 132 saylı evin 31 və 32-ci mənzilinə köçmüş, ailə üzvləri arasındakı razılığa əsasən orada iki otaqdan ibarət olan 32-ci mənzil iddiaçı və onun ərinin istifadəsində olmuşdur. 2006-cı il də həmin mənzil özəlləşdirilmiş və 2007-ci ilin fevralın 08-də notariat kontorunda rəsmiləşdirilməklə (rəsmiyyətdə 48.253 manat göstərilsə də) 65.000 manata satılmış, əldə olunmuş vəsait hesabına Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 9 “a”, hazırkı 89 “c” saylı evi 42.000 manata almışlar. İddiaçı əri və azyaşlı qızı ilə birlikdə ora köçmüş, ev köhnə tikili olduğundan sökülüb yerində iki mərtəbəli, birinci mərtəbədə iki otaq, tualet və hamam, ikinci mərtəbədə üç otaq, tualet və hamam, həmçinin evin üçüncü mərtəbəsində mansard tikilmişdir. İddiaçı və ailə üzvləri sözügedən mənzildə yaşamağa başlamış, 2007-ci ildə iddiaçının əri, 2011-ci ildə özü və 2016-cı ildə isə qızı Əminə həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sözügedən evin tikintisi tam olaraq onun və əri nin vəsaiti hesabına aparılmışdır. Ər-arvad arasındakı münasibətlər normal olmadığından iddiaçı əri tərəfindən fiziki təzyiqlərə və mənəvi təhqirlərə məruz qalmış, əri tərəfindən sözügedən mənzildən istifadə etməsinə məhdudiyyət yaradılmış, bu səbəbdən də iddiaçı qızı ilə birlikdə qohumlarının mənzilinə sığınmış, habelə iddiaçı və onun qızına məxsus bütün əmlakları mübahisə edilən evdə qalmışdır. İddiaçı ilə onun əri arasında olan nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(005)3002/18 nömrəli qətnaməsi ilə pozulmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 276 nömrəli sərəncamı ilə birgə nikah dövründə əldə edilmiş həmin ev keçmiş ərinin X1nın adına sənədləşdirilmiş və həmin sərəncama əsasən DƏDR X-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sonuncunun adına RX seriyalı, xx xxxxxx 2018-ci il tarixli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-1517/2019 nömrəli (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Cavabdeh başçısının “Fərdi yaşayış evinin vətəndaş Ç.Ə.Ələsgərovanın adına sənədləşdirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh və üçüncü şəxs apelyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2349/2019 nömrəli (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə məlum qərarı qəbul edərkən mübahisə ilə bağlı qüvvədə olan maddi və inzibati hüquq normalarının tələblərini düzgün tətbiq etməmiş, işin həqiqi hallarına obyektiv hüquqi qiymət verməmiş, ilkin özbaşına tikili olmuş, daha sonra (2006-cı ildə) sökülərək yenidən inşa edilmiş evə dair Çiçək Ələsgərovanın adı na verilmiş həmin sərəncam iddiaçının həmin tikiliyə olan hansı hüquqlarının (istifadə, sahiblik, sərəncam və ya mülkiyyət) pozulması ilə verilməsini əsaslandırmamış, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli, 648 saylı fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin hansı norması və ya maddəsi ilə yerli icra hakimiyyəti başçısının özbaşına tikililərin sənədləşdirilməsinə icazə vermək səlahiyyəti nəzərdə tutulmasına istinad edilməmiş, bununla əlaqədar məhkəmə əsassız və həqiqətə uyğun olmayan şəxsi mülahizələrini rəhbər tutaraq qanunsuz qərar qəbul etmişdir. Apelyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli, 648 saylı fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»d ə özbaşına tikililərin sənədləşdirilməsinə icazə vermək səlahiyyətləri yerli icra hakimiyyəti başçısının hüquq və vəzifələrinə daxil olmadığına dair gəldiyi hüquqi nəticə tamamilə əsassız və qanunsuz hesab edilməlidir. Bu əsasla da hesab edilir ki, məhkəmə kollegiyasının «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə istinad edərək müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın etibarsız sayıldığına dair gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qeyri-qanuniliyi onunla sübuta yetirilir ki, məhkəmə kollegiyası ümumiyyətlə apelyasiya şikayətlərində istinad edilmiş dəlillərə əhəmiyyət verməmiş, maddi hüquq normalarına diqqət yetirməmişdi r. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdehin xx xxxx 2018-ci il tarixli, 276 nömrəli sərəncamı ilə X4 adına Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi ev 9a saylı evin sanədləşdirilməsinə dair sərəncam verilərkən Azərbaycan Respublikası «İnzibati icraat haqqında» Qanununun 65.1-ci maddəsinin tələbləri pozulmamış, tam qanuni əsaslarla verilmiş həmin sərəncam əsasında da mübahisə edilən evə dair X4 mülkiyyət hüquqları xx xxxxxx 2018-ci il tarixli, ******* saylı çıxarışla dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı, X4 adına verilmiş Bakı şəhəri Cavabdehin xx xxxx 2018-ci il tarixli 276 saylı sərəncamı mübahisələndirmiş, lakin həmin sərəncam əsasında verilmiş xx xxxxxx 2018-ci il tarixli, ******* saylı çıxarışı mübahisələndirməmişdir. Eyni zamanda məhkəmə məlum nəticəyə gələrkən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1-ci maddələri ilə dövlət tərəfindən qorunan və müdafiə olunan mülkiyyət hüquqlarını da pozmuşdur. İddiaçı 2011-ci ildə mübahisə edilən evə pasport qeydiyyatına alınması ona həmin evə dair Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 276 saylı sərəncamı mübahisələndirmək, etibarsız hesab edilməsini tələb etmək hüququnu vermir. Belə ki, «Qeydiyyat və yaşayış yeri haqqında» Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə görə qeydiyyat o halda yaşayış sahəsinə hüquq verə bilirdi ki, həmin yaşayış sahəsinə iddiaçı qanuni əsaslarla (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınma sı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) köçmüş olsun. İş materiallarından məlum olur ki, mübahisə edilən evə iddiaçı heç bir hüquqverici sənəd olmadan qeydiyyata düşmüş, iddiaçının 2011-ci ildə mübahisə edilən evə qeydiyyata alınması ona həmin evə dair heç bir hüquqi nəticələr yaratmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2349/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi, İddiaçı Sadiq qızının cavabdeh Bakı şəhəri Cavabdehə qarşı qaldırdığı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, ev 9a saylı evin axırıncının adına sənədləşdirilməsinə dair Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 276 saylı sərəncamın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli, 648 saylı fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4-cü fəslində Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri nəzərdə tutulmuş, həmin Əsasnamənin 4.11.11.5-ci maddəsinin tələblərinə əsasən yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə «İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə ic azə sənədi vermək və 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək kimi səlahiyyətləri nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş, iş üzrə üçüncü şəxs X4 adına Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89C-ya dair tərtib edilmiş fərdi yaşayış evin texniki pasportundan məlum olur ki, mübahisə edilən ünvanda inşa edilmiş iki mərtəbəli mansarlı evin ümumi hündürlüyü (2,85 + 2,95 + 1,45 = 7,25) x 7,25 metr təşkil etdiyindən Çiçək Ələsgərovaya məxsus ev bununla bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarla İİİ aşağı məsuliyyət səviyyəli bina və qurğulara aid olması müəyyən edildiyindən, yerli icra hakimiyyətinin başçısının Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli, 648 saylı fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11.12-nin tələblərinə uyğun olaraq İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyətinə malik olmuşdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qeyri-qanuniliyi onunla sübuta yetirilir ki, məhkəmə kollegiyası ümumiyyətlə apelyasiya şikayətlərində istinad edilmiş dəlillərə əhəmiyyət verməmiş, maddi hüquq normalarına diqqət yetirməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Cavabdehin xx xxxx 2018-ci il tarixli, 276 saylı sərəncamı ilə X4 adına Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, ev 9a saylı evin sənədləşdirilməsinə dair sərəncam verilərkən Azərbaycan Respublikası «İnzibati icraat haqqında» Qanununun 65.1-ci maddəsinin yuxarıda istinad edilmiş bəndlər in tələbləri pozulmamışdır. İddiaçı 2011-ci ildə mübahisə edilən evə pasport qeydiyyatına alınması ona həmin evə dair Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx xxxx 2018 saylı, 276 saylı sərəncamı mübahisələndirmək, etibarsız hesab edilməsini tələb etmək hüququnu vermir. Belə ki, «Qeydiyyat və yaşayış yeri haqqında» Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə görə qeydiyyat o halda yaşayış sahəsinə hüquq verə bilərdi ki, həmin yaşayış sahəsinə iddiaçı qanuni əsaslarla (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) köçmüş olsun. İş materiallarından məlum olur ki, mübahisə edilən evə iddiaçı heç bi r hüquqverici sənəd olmadan qeydiyyata düşmüş, iddiaçının 2011-ci ildə mübahisə edilən evə qeydiyyata alınması ona həmin evə dair heç bir hüquqi nəticələr yaratmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2349/2010·saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi, İddiaçı Sadiq qızının cavabdeh Bakı şəhəri Cavabdehə qarşı qaldırdığı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 9a saylı evin axırıncının adına sənədləşdirilməsinə dair Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx xxxx 2018 tarixli, 276 saylı sərəncamın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi haqqında yeni qərarın qəbul edilməsini xahi ş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsinvəkili Vəkil1 kasasiya şikayətlərində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətlərinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı Sadiq qızının cavabdeh Bakı şəhəri Cavabdehə qarşı qaldırdığı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, ev 9a saylı evin axırıncının adına sənədləşdirilməsinə dair Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 276 saylı sərəncamın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi haqqında yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Nuriyev da vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi, İddiaçı Sadiq qızının cavabdeh Bakı şəhəri Cavabdehə qarşı qaldırdığı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 9a saylı evin axırıncının adına sənədləşdirilməsinə dair Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx xxxx 2018 tarixli, 276 saylı sərəncamın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi haqqında yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətlərində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətlərinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətlərinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin, üçüncü şəxsin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin və üçüncü şəxsin kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2349/2019 saylı qərarla, cavabdeh Bakı şəhəri Cavabdehin və üçüncü şə xs X4 apelyasiya şikayətlərinin təmin edilməməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1517/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, Mülki Məcəllənin 19cu maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 58.1, 65.1.2, 67.1, 67.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 82, 87.6-cı maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməklə işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, üçüncü şəxsin və cavabdehin apelyasiya şikayətlərində göstərdiyi dəlillər qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazı rkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarla və həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətlərindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiasından məlum olduğu kimi İddiaçı Sadiq qızı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs – X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 89 «c» (9 «a») saylı evin X3 adına sənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 276 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 89 «c» (9 «a») saylı evin X3 adına s ənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Beləliklə, mübahisə predmeti cavabdehin verdiyi xx xxxx 2018-ci il tarixli, 276 saylı sərəncamdır. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, həm cavabdehin və həm də üçüncü şəxsin kasasiya şikayətlərində işə baxmış məhkəmələrə irad şəklində dəlil kimi «Apelyasiya instansiya məhkəməsinin Möhtərəm Prezidentimizin xx xxxx 2012-ci il tarixli, 648 saylı fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də özbaşına tikililərin sənədləşdirilməsinə icazə vermək səlahiyyətləri yerli icra hakimiyyəti başçısının hüquq və vəzifələrinə daxil olmadığına dair gəldiyi hüquqi nəticə tamamilə əsassız və qanunsuz hesab edilməlidir», yazdıqları halda cavabdeh sözügedən mübahisəli sərəncamı qəbul etdiyi zaman nəinki adıçəkilən Əsasnaməyə, ümumiyyətlə heç bir hüquqi normaya istinad etməmişdir. Halbuki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən sərəncamla sənədləşdirilməsinə icazə verilmiş ev işdə olan sənədlərə görə özbaşına tikili olmuşdur. İddiaçı 2011-ci ildə, keçmiş əri X8 2007-ci ildə, qızı X9 2016cı ildə, keçmiş ərinin X1 2018-ci ildə yaşayış yeri üzrə həmin evə qeydiyyata alınmışlar. Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 276 nömrəli sərəncamı verilərkən X6 həmin ünvanda yox, Ə.Rəcəbli küçəsi, ev 3V, mənzil 28 ünvanında qeydiyyatda olmuşdur (Əliyar Əliyev küçəsi, 89C ünvanına xx xxxxxx 2018 -ci ildə qeydiyyata alınmışdır). Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də özbaşına tikililərin sənədləşdirilməsinə icazə verilməsi ilə bağlı səlahiyyət yerli icra hakimiyyətinin başçısının hüquq və vəzifələrinə daxil edilməmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri 38 saylı dövlət notariat kontoru tərəfindən xx xxxxxx 2007-ci il tarixdə qeydə alınmış ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəs ində yerləşən 132 saylı evin 32-ci mənzilini 48253 manata alıcı X2 satmışdır. Bununla yanaşı artıq yuxarıda göstərildiyi kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli 276 nömrəli sərəncamı ilə Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində Ç.Ə.Ələsgərovanın adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. 30 saylı MKİS-in 232070 saylı arayışında X4 Ə.Əliyev küçəsi, 9a saylı evdə qeydiyyatsız yaşadığı, həmin evin uzun müddət onun istifadəsində olması göstərilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X8 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 348 nömrəsi ilə qeyd aparılmışdır. Lakin 30 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 050734 saylı 2 saylı formada arayışdan müəyyən edilir ki, Ə.Əliyev küçəsində yerləşən 89c (9a) saylı evdə İddiaçı 2011-ci ildə, keçmiş əri X8 2007-ci ildə, qızı X9 2016-cı ildə, keçmiş ərinin X1 2018-ci ildən qeydiyyatdadırlar. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə hər bir şəxs onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunan inzibati aktın mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Hazırkı iş üzrə iddiaçının 2001-ci ildən faktiki, 2003-cü ildən qanuni n ikahı dövründə əldə edilmiş əmlakın onun iştirakı və məlumatı olmadan üçüncü şəxsin adına sənədləşdirilməsi barədə qəbul edilmiş inzibati akt birbaşa olaraq onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğuna görə həmin inzibati aktın qanuniliyini mübahisələndirmək onun hüququdur və bu hüququn məhdudlaşdırılması inzibati prosessual qanunvericiliyin tələblərinə zidd hesab olunur. Bu arada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi xx xxxxxx 2011-ci il tarixindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının qanunu qüvvəyə minmişdir. Həmin qanunun preambulasında deyilir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qa nunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun «İnzibati icraat» adlanan 25 maddədən ibarət olan İV fəsli mövcuddur ki, cavabdeh tərəfindən mübahisə predmeti olan sərəncam qəbul edilərkən sözügedən qanunun İV fəslinə ümumiyyətlə müraciət edilməmiş, yəni, inzibati icraat açılmamış, nəticə etibarı ilə də hazırkı məsələdə maraqlı şəxs olan iddiaçının sərəncam qəbul edilməsi ilə bağlı məlumatı olma mışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 36.3-cü maddəsinə müvafiq olaraq qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, həm cavabdehin, həm də üçüncü şəxsin kasasiya şikayətlərində eyni dəlil yazılmış, belə ki, cavabdehin və üçüncü şəxsin qənaətlərinə görə apelyasiya məhkəməsi «ümumiyyətlə apelyasiya şikayətlərində istinad edilmiş dəlillərə əhəmiyyət verməmiş, maddi hüquq normalarına diqqət yetirməmişdir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin bu dəlili də əsassızdır, belə ki, əvvəla cavabdeh və üçüncü şəxs apelyasiya instansiyası məh kəməsi tərəfindən apelyasiya şikayətlərində istinad edilmiş hansı dəlillərə əhəmiyyət vermədiyini konkret şəkildə göstərməmişlər, digər tərəfdən apelyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdıraraq onlara düzgün maddi və prosessual hüquq normalarını tətbiq etmişdir («İnzibati icraat haqqında» Qanunun 58.1, 65.1.2, 67.1, 67.2-ci maddələrini, Mülki Məcəllənin 19-cu maddəsini, İnzibati Prosessual Məcəllənin 87.6, 87.8ci maddələrini). Xatırlatmaq zəruridir ki, İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instan siyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2349/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-595/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-595/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver