Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-595/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: ( “çıxarışın və texniki pasportun verilməsi” ) Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Səyyad Kərimov Rahib Nəbizadədən ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “çıxar ışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-2810/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyinin 9 oktyabr 1990-cı il tarixli 6/317 nömrəli qərarı ilə ona Sabunçu rayonu Ləhiş bağları ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh bildirmişdir ki, onun yerinin nömrəsi ilə bağların nömrəsi xəritədə öz əksini tapmamışdır. Onun torpağı ilə bağlı digər şəxsin müraciəti daxil olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ayrılmış 0,12 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyinin 9 oktyabr 1990-cı il tarixli 6/317 nömrəli qərarı ilə ona Sabunçu rayonu Ləhiş bağları ərazisində 0,12 ha to rpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün 05.09.2020-ci il tarixində ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən onun məktubuna cavab olaraq bildirilmişdir ki, onun yerinin nömrəsi ilə bağların nömrəsi xəritədə öz əksini tapmamışdır. Onun torpağı ilə bağlı digər şəxsin müraciəti daxil olmuşdur. Amma iddia edənin kim olduğu və hansı əsasla onun torpağına iddia etdiyini qeyd etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, qeyd edilən 85/86 a saylı bağ sahəsi sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin göstərilən ərazi ilə bağlı digər şəxsin müraciəti daxil olmuşdur. Bununla bağlı iddiaçıya 13.10.2020-ci il tarixli, **********26 saylı cavab ünvanlanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(112)-2379/2021 saylı qərarı (hakim A.Oruczadə) ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 №-li kooperativin 31 №-li orderini təqdim etsə də, iddiaçıya orderdə istinad edilən Bakı şəhər icraiyyə komitəsi tərəfindən 9 oktyabr 1990-cı il tarixli 6/317 №-li qərarı ilə torpaq sahəsi ayrılmamış, Dövlət Arxivinin Bakı filialının sorğuya cavab məktubundan görünür ki, 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarı mövcuddur, lakin həmin qərarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmçinin, cavabdeh tərəfində\n təqdim edilmiş sorğulara cavab məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsinin sxematik xəritəsində orderdə qeyd edilmiş 85/86a nömrəli bağ sahəsi öz əksini tapmamışdır. İddiaçı isə iddia tələbində göstərdiyi hallara dair heç bir mötəbər sübut, o cümlədən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinəd qeyd edilən əsaslardan hər hansı birini təqdim edə bilməmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli **********81 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 və X3 bağlar sahəsində 106 nömrəli bağ tikinti kooperativinin 31 nömrəli orderi İdarənin arxivində aşkar olunmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq, müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-2810/2021 nömrəli (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov ) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(112)-2379/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun verilmişdir. Bundan başqa qeyd olunmuşdur ki, məhkəmə kollegiyası işin faktiki halları və qanunvericiliyin qeyd edilən müddəaların ı nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə tələb olunan sənədlər inzibati orqana təqdim edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin bağ sahəsi ilə bağlı imtinasının qanunazidd olmadığı qənaətinə gəlmişdir (qərar, səh. 6 abzas 3).
14. Mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə tələb olunan sənədin order olduğu 8.0.7-ci maddədən aşkardır. Belə olan halda sənədin təqdim edilmədiyi haqda gəlinən nəticə ilə razılaşmaq olmaz.Tərəfimizdən inzibati orqana təqdim edilən hüquqmüəyyən edici sənəd orderdir. Həmin sənədin həqiqətə uyğun olmadığı ilə bağlı əsaslı dəlil yoxdur. Nəzərə alınmalıdır ki, təqdim edilən sənədin əsli mövcuddur, sənədin əslində səlahiyyətli şəxsin imzası və möhürü var. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: (-). Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əm lak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (-). Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqa vilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-).
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. İş üzrə apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İddiaçı Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 №-li kooperativin 31 №-li orderini təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağl ar sahəsində 85/86a nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini xahiş etmiş, iddianın faktiki əsası kimi həmin torpaq sahəsinə səlahiyyətli orqan tərəfindən verilmiş orderə istinad etmiş, mübahisə ilə bağlı yuxarıda bəhs edilən məhkəmə qərarları qəbul edilmişdir.
21. İddiaçının şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbinə görə bağ torpaq sahəsi üzərində hüququn əmələ gəlməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər əsas hesab olu nur.
23. İddiaçıya məxsus 31 nömrəli orderdə onun verilməsinə əsas kimi Bakı şəhər icraiyyə komitəsinin 9 oktyabr 1990-cı il tarixli 6/317 nömrəli qərarına istinad edilmişdir.
24. Lakin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının 09 dekabr 2020-ci il tarixli 7-3735/17 məktubundan görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 1990-cı ilə dair qərarları Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.
25. Bundan başqa, Milli Arxiv İdarəsinin Bakı Filialı məhkəməyə təqdim etdiyi 10.12.2020-ci il tarixli, 994 nömrəli məktubda bildirmişdir ki, Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur.
26. Bundan əlavə Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.12.2020-ci il tarixli **********92 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 85/86a nömrəli bağ sahəsinə dair hüquq müəyyənedici sənəd İdarənin arxivində aşkar olunmamışdır.
27. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli **********81 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 və X3 bağlar sahəsində 106 nömrəli bağ tikinti kooperativinin 31 nömrəli orderi İdarənin arxivində aşkar olunmamışdır.
28. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 10 iyun 2021-ci il tarixli BA-02494-2021 nömrəli məktubda qeyd edilmişdir ki, 25.05.2021-ci il tarixli, 2-1(112)-2379/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. İddiaçı barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin qərarın təsdiq edilmiş ksero surəti 10 (on) vərəqdən ibarət sizə təqdim olunur. Keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarına 106 nömrəli BTK-nin siyahısı əlavə edilməmişdir.
29. İddiaçının istinad etdiyi 31 nömrəli orderdə torpaq sahəsinin 106 nömrəli BTK (X2) nəzdində ayrıldığı və orderin 106 nömrəli BTK tərəfindən verildiyi qeyd edilmi şdir.
30. Apellyasiya instansiyası məhkəməsinin əldə etdiyi digər sübutlardan görünür ki, 106 saylı BTK-nın bağçılıq-yoldaşlıq təsərrüfatının bağ sahələrinin ayrıldığı şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
31. Yuxarıda qeyd edilən halları nəzərə alan apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, bağ sahəsinin ayrılmasına dair order hüquq müəyyənedici sənəd hesab edilsə də, hazırkı halda iddiaçının adına olan 31 nömrəli orderin verilməsinə əsas olan qərarda iddiacının adının olmaması, həmin orderin mötəbərliliyini şübhə altına alır və hüquq müəyyən edən sübut kimi qəbul edilməsi imkanını istisna edir.
32. Odur ki, iddianın rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, iddiaçının kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2810/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.