Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-595/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: daşınmaz əmlakla bağlı iddia üzrə ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair ç ıxarışın verilməsi” tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışın (arayışın) iddiaçının adına verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1709/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim İ.R.Quliyev) iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə qərardadında qeyd edilmişdir ki, hazırkı iddiaya xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən baxılmalıdır. İş materiallarında olan Abşeron rayon XDS İK-nin 204 saylı 26 noyabr 1988-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, torpaq sahəsi Sabunçu rayonu ərazisində, Bilgəh qəsəbəsində yerləşir. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Bakı İnzibati Məhkəməsində baxılmasını şərtləndirir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10728/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, məhkəmə işi qeyd edilən torpaq sahəsinin Abşeron rayon inzibati ərazisi daxilində yerləşdiyi müəyyən olunduğundan müvafiq qərardadla aidiyyəti üzrə baxılması üçün göndərmiş Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, işə baxmaqda səlahiyyətli deyil. Ona görə də mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2-1(03)-3352/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi, A.S.Hüseynov) iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə Abşeron rayonu, Bilgəh Zəfəran sovxozunun ərazisinin müvafiq xəritədən (koordinatları göstərilməklə) çıxarış təqdim etməklə Bakı və ya Abşeron rayon inzibati ərazi vahidi hüdudlarında yerləşməsi haqqında ətraflı məlumatın təqdim edilməsinə dair sorğu göndərilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi 25 avqust 2022-ci il tarixdə məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, qeyd olunan torpaq sahəsi elektron kadastrı baza məlumatlarına əsasən Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilində yerləşir.
8. Həmçinin iddiaçı hər iki inzibati orqana müraciət etmiş (həm 1 saylı Bakı ərazi idarəsi, həm də 4 saylı Abşeron ərazi idarəsi), 4 saylı Abşeron ərazi idarəsi məsələnin mahiyyəti üzrə iddiaçının tələbini təmin etməkdən imtina etsə də, 1 saylı Bakı ərazi idarəsi qeyd edilən torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilində yerləşdiyi üçün 4 saylı Abşeron ərazi idarəsinə müraciət edilməsinin məqsədəuyğunluğu bildirilmişdir. Hazırkı mübahisə Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsi ilə bağlı hüquq münasibəti ilə bağlı olduğu üçün İPM-in 8.1-ci maddəsinin tələbinə görə inzibati işə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə baxılmalıdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1374/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarda dı ilə (hakim İ.R.Quliyev) məhkəmə aidiyyətinin müəyyən olunması üçün 21(118)-1374/2023 saylı inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, məhkəmə təcrübəsində yaranmış bu qeyrimüəyyənliklərə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən aydınlıq gətirilməli, vahid məhkəmə təcrübəsinin formalaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu y erin məhkəməsi tərəfindən baxılır;... Maddə
9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir:... 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. 12. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, i nzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” (Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir) AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. İPM-in 8.1.1-ci maddəsinin məzmunundan görünür ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.
15. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarında (İş № 21(102)-446/2023) ifadə olunmuş hüquqi mövqeyə əsasən qeyd edir ki, Abşeron rayonunun idarəçiliyində o lan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaq sahələri üzərində Abşeron rayon İcra Hakimiyyətinin sərəncam vermək hüququ olsa da, həmin ərazilərdə dövlət xidmətləri Abşeron rayon İcra Hakimiyyətinə deyil, torpağın yerləşdiyi rayonun müvafiq qurumlarına aid edilir.
16. Oxşar işlər üzrə məhkəmə təcrübəsindən müəyyən edilmişdir ki, keçmiş Bilgəh Zəfəran sovxozuna aid torpaq sahələri Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla, Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşir.
17. Hazırkı iş üzrə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli, **********70 saylı məktubunda da araşdırma zamanı sözü gedən torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində saxlanılmış Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində yerləşdiyi və Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə aid edildiyi qeyd olunmuşdur.
18. Beləliklə, torpaq sahəsi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisənin ərazi aidiyyəti torpaq sahəsinin kimin idarəçiliyində və ya istifadəsində olması baxımından deyil, inzibati-ərazi bölgüsü üzrə həmin torpaq sahəsinin yerləşdiyi və aid olduğu yer baxımından müəyyən edilməlidir. Odur ki, mübahisəli torpaq sahələri inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün həmin sahələrlə bağlı mübahisələrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “torpaq sahəsin ə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilir.