Məhkəmə qərarları › İş №2-1(102)-595/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-595/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-595/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, kassasiya şikayətinin qeyri mümkün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavab deh Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(106)-417/2024 saylı qərarından cavabdeh tərəfindən kassasiya şikayəti ilə bağlı buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 26792.91 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-2729/2024 saylı, 05 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 26792.91 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən 40000 manat məbləğində siyahıya alınmış əmlakı (İmişli rayonu, Bəhrəmtəpə ŞTQ ünvanında yerləşən istehsal sahəsində olan 1 ədəd 40000 manat dəyərində, Rusiya istehsalı dəmir beton istehsal edən qurğu) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qər ar alınmışdır.

3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-417/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X1 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-2729/2024 saylı, 05 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizədə cavabdeh kassasiya şikayəti verilməsi üçün müddətin üzrlü səbəbdən ötürüldüyünü bildirmişdir. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının İnzibati Prose ssual Məcəlləsi: Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitə si ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

8. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

9. İş materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(106)-417/2024 saylı qərarı 14 oktyabr 2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş (iş vər 61), kassasiya şikayəti isə 1 (bir) aylıq prosessual müddət ötürüldükdən sonra, yəni 20 noyabr 2024-cü il tarixdə elektron kabinetə yerləşdir mişdir.

10. Cavabdeh özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.

11. Cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini etiraf edərək müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Qeyd edilmişdir ki, 13 noyabr qeyri-iş gününə təsadüf etdiyindən, eyni zamanda səhhətində narahatçılıqlar olduğundan kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməmişdir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, vəsatətdə qeyd edilmiş hal müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hall arda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

13. Lakin hazırkı iş üzrə müddətin cavabdehin təqsiri olmadan ötürüldüyü müəyyən edilmir. Belə ki, əvvəla hazırkı iş üzrə kassasiya şikayəti verilməsi üçün son müddət 14 noyabr 2024-cü il olmuşdur. Təqvimə əsasən həmin gün (14 noyabr 2024-cü il) istirahət günü, nə də qanunvericiliklə müəyyən edilmiş bayram günü olmamışdır. Odur ki, kassasiya şikayəti verilməsi üçün son günün qeyri-iş gününə düşməsi əsası ilə müddətin ötürülməsi barədə cavabdehin dəlili qəbul edilən sayıla bilməz.

14. Prosessual müddətin bərpasına dair ərizədə müddətin ötürülməsi səbəbi kimi həm də cavabdehin nümayəndəsinin səhhətini pisləməsi qeyd edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, vəsatətdə göstərilmiş bu xüsusatın təsdiqi ilə əlaqədar hər hansı sübut təqdim edilməmişdir. Odur ki, cavabdehin nümayəndəsinin səhhəti ilə əlaqədar müddətin ötürülməsi barədə vəsatətin dəlilləri qəbul edilə bilən hesab edilməməlidir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

17. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(106)-417/2024 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar