Məhkəmə qərarları › İş №2-1(102)-596/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-596/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-596/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-771/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4429/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, iddia çının xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi Üzümçülük üzrə Respublika Sənaye Birliyində rəis müavini, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi yanında Üzümçülük, Meyvə və Tərəvəzçilik üzrə Respublika Sənaye Birliyində şöbə rəisi işlədiyi dövrlərin dövlət qulluğu stajına daxil edilməklə pensiyasının hesablanması üçün əsas götürülən dövr üçün dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqq, dövlət qulluqçularına hər il ödənilən 1 vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2016-cı ildən həmin dövrdə qüvvədə olan « Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

4. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-771/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.T.Həsənov, hakimlər: Ü.A.Mayılov və X.Ə. Sarıyev) cavabdehin verdiyi şikayət üzrə apelyasiya icraatı mümkün sayılmamışdır.

6. Məhkəmə hesab etmişdir ki, cavabdeh qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermiş, buna baxmayaraq buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunması barədə vəsatət verilməmişdir.

7. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

8. Cavabdeh ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Respublika ərazisində karantin rejiminin elan olunması ilə əlaqədar hazırki kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. TƏRƏFLƏRİN DƏLİLLƏRİ: Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının i clasında cavabdehin vəkili ərizənin təmin edilməsini və buraxılmış müddətin bərpa olunmasını və şikayətin mümkün sayılmasını xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosess ual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.

13. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

14. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-771/2020 saylı qərardadı xx xxxx 2020-ci il tarixdə cavabdehə göndərilmiş, cavabdeh isə qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddəti ötürdükdən sonra kassasiya şikayəti vermişdir.

15. Cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini məhkəmə prosesində də etiraf etmiş və müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunmasını xahiş etmişdir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Respublika ərazisində karantin rejiminin elan olunması ilə əlaqədar hazırkı kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür.

16. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir. Belə ki, elan olunmuş karantin rejimi vətəndaşların və ya inzibati orqanların məhkəmələrə müraciət etməsinə, kassasiya şikayəti təqdim etməsinə maneə olan hal deyildir. Karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur. Hazırkı iş üzrə cavabdeh də göstərilən qaydalara uyğun olaraq məhkəmə qərardadından kassasiya şikayəti verə bilərdi.

17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üz ürlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-771/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar