Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-596/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “0.14 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsi” tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 0.14 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-(112)-8908/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə qərardadında qe yd edilmişdir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17 iyun 2022-ci il tarixli **********44 nömrəli məktubdan görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazi hüdudları daxilində yerləşir.
4. Bakı İnzibati Məhkəməsi hesab etmişdirki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-(118)-2590/2 022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-(118)-2590/2022 saylı inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsi öz qərardadında qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir.
7. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır;... Maddə
9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; 9.1.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda; 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. İPM-in 8.1.1-ci maddəsinin məzmunundan görünür ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.
11. Hazır kı işin hallarından da görünür ki, iddiaçının tələbi 0.14 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Odur ki, İPM-in 8.1.1-ci maddəsi hazırkı iddia tələbinə də şamil olunmalıdır.
12. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsinə ünvanladığı 23 dekabr 2022-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonunun istifadəsində olmaqla faktiki olaraq Bakı şəhəri inzibati ərazisinə aiddir.
13. Müvafiq reyestr xidmətləri bəzi hallarda Bakı şəhərinin ərazisində yerləşən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi ilə bağlı məktublar versə də, məh kəmə təcrübəsindən müəyyən edilmişdir ki, Abşeron rayonu keçmiş Quşçuluq sovxozuna aid torpaq sahələri Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla, faktiki olaraq Bakı şəhəri inzibati ərazisində yerləşir.
14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “0.14 ha torpaq sah əsinə mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.