Məhkəmə qərarları › İş №2-1(102)-597/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-597/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-597/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, Rüstəmova Minayə Allahverdi qızı, İddiaçı7 və İddiaçı8 Natik oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: hündürmərtəbəli binanın tikintisinə icazə barədə qərarın ləğvi, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı1, vəkili X8, iddiaçılar İddiaçı4, İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 (bundan sonra iddiaçılar) Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs x oğlu, bundan sonra üçüncü şəxs) “Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən x oğluna yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazəyə dair verilmiş 15.08.2016-cı il tarixli, 342 saylı və 10.02.2017-ci il tarixli, 50 nömrəli sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2235/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qərarından üçüncü şəxsin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən üçüncü şəxs 09.10.2012-ci i ldə Bakı şəhər Vergilər Departamentində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınmışdır. Üçüncü şəxs tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin başçısına ünvanlanmış 01.08.2016-cı il tarixli ərizədə ünvan 2aylı binanın yaxınlığında yaşayış binasının layihələndirilməsi ilə bağlı müvafiq sərəncamın verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 342 saylı, 15.08.2016-cı il tarixli sərəncamının təsdiq edilmiş surətindən aydın olur ki, həmin sərəncamla üçüncü şəxsin 01.08.2016-cı il tarixli müraciəti nəzərə alınaraq, ünvan 2aylı binanın yaxınlığında yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün x oğluna icazə verilmişdir. Sərəncamın 7-ci bəndinə əsasən sah ənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətə nəzarət Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 04.10.2016-cı il tarixli, 1212 saylı torpaq icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, cavabdeh adından çıxış edən, gələcəkdə “İcarəyəverən” adlandırılacaq, bir tərəfdən, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsində və digər tərəfdən, gələcəkdə “İcarəçi” adlandırılacaq üçüncü şəxsin şəxsində Bakı şəhər İcra Hakimiyyəti başçısının 15.08.2016-cı il tarixli, 342 saylı sərəncamı, 13197 saylı, 07.09.2016-cı il tarixli inşaat pasportuna əsasən ünvan nömrəli binanın yaxınlığında yerləşən torpaq sahəsinin icarə müqaviləsi b ağlanılmışdır. Sözügedən müqaviləyə əsasən “İcarəyəverən” icarə əsasında 1521 kv.metr sahədən ibarət torpaq sahəsini (su ilə örtülmüş sahə yoxdur) “İcarəçiyə” 49 (qırx doqquz) il müddətinə istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 31 nömrəli, 31.01.2017-ci il tarixli məktubda bildirilmişdir ki, “Xətai rayon İcra Hakimiyyətinə x oğlu müraciət edərək, X.Məmmədov küçəsi, 25 saylı binanın arxa hissəsində uzun müddət istifadədə olan torpaq sahəsində təqdim etdiyi layihəyə uyğun yaşayış binasının tikintisinə icazə verilməsini xahiş edir. Xətai rayon İcra Hakimiyyəti qeyd edilən məsələni məqsədəmüvafiq hesab edərək, Sizin müzakirənizə təqdim edir”. Üçüncü şəxs tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin başçısına ünvanlanmış 27.01.2017-ci il tarixli ərizədə göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 342 saylı, 15.08.2016-cı il tarixli sərəncamı ilə ünvan 2aylı binanın yaxınlığında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş, 13197 saylı inşaat pasportu hazırlanmış, şəhərsalma əsaslandırılması, eskiz və işçi layihələri razılaşdırılmış, müvafiq ekspertiza rəyləri alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, təqdim etdiyi sənədlərə əsasən sözügedən yaşayış binasının tikintisi üçün müvafiq sərəncamın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən ünvan 2aylı binanın yaxınlığında yaşayış binası ilə əlaqədar verilmiş 23056 saylı, 20.12.2016-cı il tarixli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis-Geoloji Mərkəz tərəfindən ünvan 2aylı binanın arxasında zirzəmili və mansardlı, 7(yeddi) mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədilə aparılmış mühəndis geoloji işlərə dair verilmiş 06-10265 saylı, 03.11.2016-cı il tarixli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti tərəfindən verilmiş x oğluna torpaq sahəsinin ayrılması barəsində YTNƏŞ-0173 saylı, 31.08.2016-cı il tarixli rəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 30 avqust 2016-cı il tarixli, ER-15/634 saylı ekoloji ekspertiza rəyi, Azərb aycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 24.08.2016-cı il tarixli 04-30/72-25 saylı rəyi, inşaat pasportu ərizəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 14 noyabr 2016-cı il tarixli, ER-15/869 saylı ekoloji ekspertiza rəyinin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 15.08.2016-cı il tarixli 342 nömrəli sərəncamı ilə ünvan nömrəli binanın yaxınlığında, ümumi sahəsi 0.1521 ha olan ərazidə yaşayış binası tikintisinin layihələndirilməsi məqsədilə (icarə qaydasında) x oğluna icazə verilmişdir. Qeyd edilmişdir ki, ərazi əvvəllər tikinti məqsədi üçün istifadə olunmamış, tikinti sahəsi yaşıllı qlardan azaddır. Ərazinin qeyd edilən məqsədlə ayrılması Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, FHN X11 Xidməti, ETSN Dövlət Ekspertiza İdarəsi və digər aidiyyəti təşkilatlarla razılaşdırılmışdır. Ərazidə nəzərdə tutulmuş tikinti işlərinin layihə sənədləri x oğlunun layihə tapşırığı əsasında “xxxx” MMC tərəfindən hazırlanmış və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 28.10.2016-cı il tarixli 18/04-292 nömrəli məktubu ilə razılaşdırılmışdır. Həmçinin, qeyd edilmişdir ki, tikinti işləri zamanı ətraf mühitə olan təsirlər bünövrə qazıntısı işləri və tikintinin davam etmə müddəti ərzində baş verəcəkdir. Qeyd olunan işlərin icrası müddətində ətraf mühitin əsasən qeyri-üzvi tozlarla, nəqliyyat vasitələrinin yanma qazları və qaynaq prosesinin tullantıları ilə çirk ləndirilməsi halları baş verəcəkdir. Eyni zamanda, işlərin icrası müddətində ətraf mühitin səs-küy və vibrasiya təsirləri ilə çirkləndirilməsi halları baş verəcəkdir. Nəzərdə tutulmuş tikinti işləri fasilələrlə və ardıcıl surətdə həyata keçirildiyindən tullantılar yol verilə bilən orta sutkalıq hədlər daxilində olmaqla lokal xarakterli olacaqdır. Tikinti nəzərdə tutulmuş ərazi şəhərdaxili mənimsənilmiş sahə olduğundan sakinlərin sosial təsirlərə məruz qalması labüddür və bu təsirlərin yumşaldılması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir. Rəyin “qeyd” hissəsində “ərazinin yerləşmə mövqeyi nəzərə alınaraq tikinti işləri başa çatdıqdan sonra ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri zamanı simmetrikliyin təmin olunması məqsədilə zərurət olduğu halda ətrafda olan yaşıllıqların qanunvericiliyin tələblərinə müvafiq qaydada yerdəyişdirilməsinin (çıxarılaraq yenidən əkilməsinin) təmin edilməsi” qeyd olunmuşdur. Layihə məhsulunun yaradılması üçün 005-16 saylı, 21 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən həmin müqavilə “Sifarişçi” adlanan fiziki şəxs X.Q.Əliyev ilə “İcraçı” adlanan “xxxx” MMC arasında layihə məhsulunun yaradılması barədə bağlanılmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, müqavilə üzrə “İcraçı” “Sifarişçi”nin tapşırığı əsasında ünvan nömrəli binanın arxa hissəsində zirzəmili və mansardlı yaşayış binasının layihə sənədlərinin hazırlanmasını öz üzərinə götürür. Müqavilə imzalandığı tarixdən qüvvəyə minmiş və “İcraçı” layihə işlərini 2016-cı il tarixə qədər “Sifarişçi”yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Gigiyena v ə Epidemiologiya Mərkəzi tərəfindən verilmiş ünvan nömrəli binanın yaxınlığında tikintisi nəzərdə tutulan x oğluna məxsus yaşayış binasının işçi layihəsinə dair verilən rəyin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, təqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, ünvan nömrəli binanın yaxınlığında yerləşən tutulan x oğluna məxsus yaşayış binasının işçi layihəsi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən razılaşdırılmışdır. Rəydə, həmçinin, qeyd edilmişdir ki, tikinti işləri başa çatdıqdan sonra həyət ərazisi abadlaşdırılacaq, yaşıllıq salınacaq, uşaq və istirahət meydançaları inşa ediləcək, keçidlər və səkilər asfalt örtüklə və keramik taval arla döşənəcəkdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsi tərəfindən verilmiş torpaq sahəsinin ayrılmasına dair 13197 saylı inşaat pasportunun notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, sözügedən torpaq sahəsi ünvan nömrəli binanın yaxınlığında yerləşməklə təyinatı yaşayış binasının tikintisidir və sifarişçi üçüncün şəxsdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti tərəfindən verilmiş ünvan nömrəli binanın arxasında x oğluna məxsus 2 girişli, zirzəmili (avtodayanacaq), 7 mərtəbəli və mansardlı yaşayış binasının tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barəsində YTNƏŞ-1007 saylı, 25.11.2016-cı il tarixli rəyin notarial qayda da təsdiq edilmiş surətindən müəyyən edilir ki, “xxxx” MMC tərəfindən tərtib olunmuş layihə sənədləri, qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-ın, 2.08.01.-89 “Yaşayış binaları” TN və Q-ın, 2.04.02-84 “Su təchizatı. Xarici xətlər və qurğular” TN və Qın, 2.04.01-85 “Binaların daxili su kəmərləri və kanalizasiya” TN- və Q-nın, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-ın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-ın, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun hesab edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 50 saylı, 10.02.2017-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən aydın olur ki, həmin sərəncamla x oğlunun ərizəsi, Azərbaycan Respubl ikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri və Bakı şəhəri İcra Hakimiyyətinin 15.08.2016-cı il tarixli, 342 saylı sərəncamı nəzərə alınaraq ünvan 2aylı binanın yaxınlığında yaşayış binasının tikintisi üçün üçüncü şəxsə icazə verilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Hacıbala Abutalıbova ünvanlanmış İ-46-151 nömrəli məktubun surətindən müəyyən edilir ki, 25.02.2019-cu il tarixli dərkənarla daxil olmuş ünvan, 25c, 27 və 29 saylı binaların sakinlərinin kollektiv ərizəsi araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan nömrəli binanın yaxınlığında 0.1521 ha torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin 342 saylı, 15.08.2016-cı il tarixli sərəncamına əsasən h ündürmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün üçüncü şəxsin istifadəsinə verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən ərazidə ağacların köçürülməsi və yaşıllığın mühafizəsi üçün 14.11.2016cı il tarixli ER-15/869 saylı müvafiq rəy verilmişdir. Həmçinin, müraciətlə əlaqədar müvafiq tədbirlərin görüldüyü və sakinlərin narazılığının aradan qaldırılması üçün ərazinin nəzarətdə saxlandığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Hacıbala Abutalıbova ünvanlanmış 08.04.2019-cu il tarixli, 04/09-NK/kol-60-1995 saylı məktubun surətindən aydın olur ki, ünvan, 25c, 27 və 29 saylı binaların həyətində x oğlu tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisinə hazırlıq aparılması barədə sözügedən ünvanda yaşayan bir qrup sakinlərin kollektiv müraciətinə baxılmışdır. Bildirilmişdir ki, sözügedən ərazidəki bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.02.2017-ci il tarixli 50 nömrəli sərəncamı ilə x oğluna Xudu Məmmədov küçəsi, 25 və 29 saylı binaların arxasında 2 girişli, 7 mərtəbəli və mansardlı, 67 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Həmçinin, qeyd edilmişdir ki, tikintisi nəzərdə tutulan yeni yaşayış binası məhəllənin tikinti sıxlığı əmsalını normadan çox artırmaqla həyətyanı sahəsində abadlıq elementlərinin, yaşıllıqların, uşaqların, yaşlı sakinlərin istirahəti üçün nəzərdə tutulan meydançaların, yerüstü parklanma yerlərinin normadan xeyli aş ağı düşməsinə səbəb olacaqdır. Sonda bu məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildiyi və Komitə tərəfindən görülən tədbirlə bağlı həmin ünvanda yaşayış sakinlərə məlumat verildiyi bildirilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs x oğlu) 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən x oğluna yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazəyə dair verilmiş 15.08.2016-cı il tarixli, 342 saylı və 10.02.2017-ci il tarixli, 50 nömrəli sərəncamların qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı nın 15.08.2016-cı il tarixli, 342 saylı sərəncamı ilə ünvan 2aylı binanın yaxınlığında yerləşən torpaq sahəsində x oğluna yaşayış binasının layihələndirilməsinə, 10.02.2017-ci il tarixli digər sərəncamla x oğluna ünvan 2aylı binanın yaxınlığında yaşayış binasının tikintisinə icazə verilmişdir. İddiaçılar hesab edir ki, hər iki sərəncam qanunsuz və əsassızdır ona görə ki, sözügedən ərazidə bina tikmək arzusu olan x oğlunun iddia etdiyi və yuxarıda adları qeyd edilmiş sərəncamlarda göstərilmiş 25 saylı binanın yaxınlığındakı torpaq sahəsi 25, 25c, 27 və 29 saylı binaların sakinlərinin ümumi istifadələrində olan istirahət yerləridir. Təqribən keçən əsrin 70-ci illərindən həmin binalarda yaşayırlar və həmin illər ərzində həm onlar, həm digər sakinlər, həm də müvafiq dövlət qurumları tərəfindən sakinlərin istirahətini təşkil etmək üçün sözügedən ərazidə yaşıllaşdırma işləri aparılmış, uşaqlar üçün əyləncə və istirahət yerləri düzəldilmiş və digər abadlıq işləri aparılmışdır. Buna baxmayaraq, 2017-ci il mart ayının 9-dan 11-dək naməlum şəxslər binanın qarşısındakı yaşıllıq ərazini məhv etməyə başlamışlar. Bundan sonra sözügedən ərazidən istirahət üçün istifadə edən 25, 25c, 27 və 29 saylı binaların sakinlərinin şikayətləri əsasında yaşıllıq ərazinin məhv edilməsi prosesi dayandırılmış, qeyd edilən halla bağlı araşdırma aparılmış və rəsmi qaydada müəyyən edilmişdir ki, qeyd edilmiş yaşıllıq ərazidə 5 ədəd Eldar şamı, 3 ədəd qarağac, 1 ədəd zeytun ağacı qanunsuz olaraq kəsilmişdir. Araşdırmanın nəticəsinə uyğun olaraq ağacların kəsilməsi fəaliyyətini həyata keçirmiş “xxxx” MMC adlı təşkilat məsuliyyətə cəlb edilmişdir. Bundan sonra iddiaçılara məlum olmuşdur ki, ağacların kəsilməsi sözügedən ərazidə yaşayış binasının tikintisinə icazə almış x oğlu tərəfindən təşkil edilmişdir. Onların müvafiq müraciətləri əsasında x oğlunun tikinti üçün iddia etdiyi əraziyə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və digər aidiyyəti orqanlar tərəfindən baxış keçirilmiş, sakinlərin narazılığının haqlı olduğu qənaətinə gəlinmiş və həmin sakinlərin iştirakı ilə sözügedən ərazidə abadlıq işləri aparılmış, kəsilmiş ağacların yerində 130 ədəd şam ağacı əkilmiş, istirahət üçün oturacaqlar quraşdırılmış və digər əlavə abadlıq işləri aparılmışdır. Bundan sonra x oğlunun təşkilatçılığı ilə bərpa olunmuş ərazidə yeni əkilmiş ağacların bəzilərinin (10 ədəd) qurudulması və məhv edilməsi üçün gec ə vaxtlarında ağacların diblərinə kimyəvi maddələr tökülmüş, lakin sakinlər tərəfindən bu halla bağlı yenidən şikayət verildikdən sonra yaşıllıq ərazinin məhv edilməsinə yönəlmiş hərəkətlərin qarşısı alınmış, əkilmiş ağaclar uçota alınmışdır. Bakı şəhəri Xətai rayonunun inzibati ərazisində yaşıllıqların məhv edilməsi və həmin ərazilərdə tikinti işlərinin aparılması, binaların tikintisi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq sərəncamlar ekoloji tarazlığı pozur, əhalinin sağlamlığına mənfi təsir göstərir və onların Azərbaycan Respublikası Konstitusiyası ilə təminat altına alınmış sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçılar hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ləğv edilməlidir. Məhk əmənin 13 noyabr 2018-ci il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimİmanov Xaliq Xalıq oğlu,2-1(82)1381/2019 saylı iş) 18 iyun 2019-cu il tarixli qərarı ilə iddia rəddedilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, sərəncamın verilməsindən keçən iki ildən artıq müddətdə üçüncü şəxs tərəfindən ərazidə heç bir tikinti işləri aparılmamış, iddiaçıların mənafelərinə və iddia etdikləri istirahət hüquqlarına zərər gətirə biləcək heç bir hərəkət edilməmişdir. Ehtimal olunan halların nə vaxt baş verəcəyi vaxtın belə hazırki vəziyyətdə müəyyən edilməsi işin faktiki hallarından görünmür. Belə olan halda, mübahisələnd irilən sərəncamların iddiaçılara münasibətdə əlverişli və ya əlverişsiz inzibati akt olması özü mübahisəli hal kimi iddianın predmetindən kənarda qalır. İddiaçılar mübahisələndirilən sərəncamların qüvvədə qalması və ya ləğv edilməsi ilə onların maraqlarının pozulması arasında səbəbli əlaqəsini sübut etmək yükünü öz üzərinə götürməli və mübahisələndirilən inzibati aktın ləğv edilməsi haqqın-da faktları məhkəməyə məruzə etməlidirlər. Lakin hazırki vəziyyətdə qeyd edilən halın və ya halların təsdiqinə yönələn heç bir sübut işə əlavə edilməmiş və eləcə də, məhkəməyə təqdim edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş, lakin mübahisə ilə bağlı rəy və mülahi zə təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19.11.2019-cu il tarixli qərardadı ilə İddiaçı3 iddiası mümkün sayılmamışdır. BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X7, 2-1(103)-2235/2019 saylı iş) 19 noyabr 2019-cu il tarixli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, “üçüncü şəxsə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 15.08.2016-cı il tarixli, 342 saylı və “Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq x oğluna tikintiyə ic azə verilməsi haqqında” 10.02.2017-ci il tarixli, 50 saylı sərəncamları və hüquqi nəticələri ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki,Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 və 29 saylı binaların yaxınlığında tikilməsi nəzərdə tutulan yaşayış binasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin şəhərsalma əsaslandırılması sənədlərindən görünür ki, layihələndirilən binaların tikinti sahəsinin ayrılan 1521 kv.metr sahənin 942,08 kv.metrini təşkil etməsi nəzərdə tutulur. Belə olan halda yaşıllıq məqsədi üçün qalan sahənin 578,92 kv.metr təşkil etdiyi müəyyən olunur ki, bu isə ayrılan ümumi sahənin 40 faizindən azdır. 25.10.2011-ci il tarixdən qüvvədə olan “Şəhər, qəsəbə və kənd yaşayış m əskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması ilə bağlı dövlət şəhərsalma norma və qaydalarına ( AzDTN 2.6 -1)” əsasən 4.11-ci bəndinə əsasən sahəsi 30 ha-dək olan mikrorayonun (məhəllənin) yaşıllaşdırma ərazisinin sahəsi orada yaşayacaq əhalinin sayından asılı olaraq, orta hesabla, adambaşına 6m2-dən (ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin sahələri nəzərə alınmadan) az olmamaq şərti ilə qəbul edilməlidir. 3cü şəxs tərəfindən tikilməli olan binanın şəhərsalma əsaslandırılmasında qeyd edilənlərə əsasən araşdırılan ərazinin sahəsi 39,62 ha olmaqla (mikrorayondan daha böyük) əhalinin sayına görə yüksək sıxlıqlı məskunlaşma zonasına aiddir və araşdırılan məhəllə üzrə əhali sayı 22496 nəfər təşkil edir. Layihələndirilən bina tikildikdən sonra əhali sayı 340 nəfər artara q 22836 nəfər olacağı proqnozlaşdırılır. 05.01.2018-ci ildə təsdiq edilmiş “Yaşayış sahələrinin yaşıllıqla yəmin edilməsi” normalarına (1 saylı əlavə) əsasən yaşıllıq sahəsi ilə bağlı norma daha da artırılmış, qəsəbələr üçün adambaşına düşən yaşıllıq sahəsi 8 kv.m müəyyən edilmişdir. Mübahisələndirilən inzibati aktlar qəbul edilərkən bu norma qüvvədə olmadığından məhkəmə həmin dövrdə qüvvədə olmuş normaları nəzərə alaraq müəyyən edir ki, dövlət şəhərsalma norma və qaydalarına əsasən tikinti aparılacaq yaşayış zonasında bina tikildikdən sonra əhalinin sayına görə ən azı 137016 kv.m (22836 əhalinin sayı x 6 kv.m) yaşıllıq zonası olmalıdır. İnşası nəzərdə tutulan tikintinin şəhərsalma əsaslandırılmasında ərazi üzrə yaşıllaşdırma sahəsinin 30368,90 kv.m olduğu qeyd edilmişdir ki, bu da nəzərdə tutulan normadan xeyli azdır. Belə olan halda səlahiyyətli orqanlar tərəfindən mövcud yaşıllıq sahələrinin azalmasına səbəb olacaq tikintilərin layihələndirilməsi və buna icazə verilməsi dövlət şəhərsalma norma və qaydalarının pozuntusudur.Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və Xətai rayon İcra Hakimiyyətinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25,25c, 27 və 29 saylı binaların sakinlərinə və sakinlərin şikayəti üzrə araşdırma aparan digər orqanlara ünvanlanmış məktublarından görünür ki, qeyd edilən yaşayış binalarının həyətində təmizlik işləri aparılmış, ağaclar əkilmiş, oturacaqlar quraşdırılmış, ərazidə digər abadlıq işlərinin aparılması, “Abad həyət” salınması, uşaq əyləncə qurğuları və vasitələrinin quraşdırılması “Tədbirlər planı”nda nəzərdə tutu lmuşdur. Üçüncü şəxs 14 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 28 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10.02.2017-ci il tarixli, 50 saylı sərəncamı ilə tikinti işlərinin aparılacağı ərazidə mövcud yaşıllığın məhv edilməsi ehtimalı ilə bağlı iddiaçıların dəlillərini təkzib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 14 noyabr 2016-cı il tarixli, ER-15/869 saylı ekoloji ekspertiza rəyində göstərilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15.08.2016-cı il tarixli, 342 saylı sərəncamı ilə ünvan 2aylı binanın yaxınlığında yaşayış binası tiki ntisinin layihələndirilməsi məqsədilə üçüncü şəxsə icazə verilmiş ərazi əvvəllər tikinti məqsədi üçün istifadə olunmamış, tikinti sahəsi yaşıllıqlardan azaddır. Rəyin “qeyd” hissəsində “ərazinin yerləşmə mövqeyi nəzərə alınaraq tikinti işləri başa çatdıqdan sonra ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri zamanı simmetrikliyin təmin olunması məqsədilə zərurət olduğu halda ətrafda olan yaşıllıqların qanunvericiliyin tələblərinə müvafiq qaydada yerdəyişdirilməsinin (çıxarılaraq yenidən əkilməsinin) təmin edilməsi” qeyd olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin həmin rəyindən də görünür ki, göstərilən ərazidə yaşıllıq, ağaclar, bitkilər olmamış və rəylə bütün bunlar tam sübuta yetirilir. İddiaçılar həmin ərazinin yaşıllıq, istira hət yerləri kimi çoxillik ağac və bitkilər əkib becərdiklərini göstərsələr də, əslində həmin ərazi qonşu binalarda yaşayan sakinlərin zibil atdıqları yer olmuşdur. Bu səbəbdən də, yəni orada tikinti işlərini aparmaq mümkün olmadığına görə öz. vəsaitim hesabına onlarla yük maşınları vasitəsilə uzun illər toplanmış məişət tullantılarını oradan daşıtdırmış və ərazidə antisanitariya vəziyyətini aradan qaldırmışam. Apardığım abadlıq işlərindən sonra iddiaçılar həmin ərazidə guya istirahət etmələri üçün yaşıllığın salınması və ağacların əkilməsi üçün müxtəlif orqanlara şikayət ərizələri yazaraq, başladığım işin başa çatdırılmasına maneçiliklər yaratmışdırlar. Halbuki, iddiaçıların mübahisələndirdiyi sərəncamlarla tikintisinə icazəsi verilmiş tikilinin iddiaçılara və qonşuluqda yerləşən binalarda yaşayan sakinlərə heç bir maneəsi yoxdur. Həmin ərazinin iddiaçılara aidiyyətini təsdiq edən heç bir sübut yoxdur. Əksinə, məlum sərəncamlara əsasən ünvan 2aylı binanın yaxınlığında yaşayış binası tikintisi həmin ərazinin abadlaşdırılması və əlavə yaşıllığın yaradılması deməkdir. İddiaçıların sərəncamlardan sonra ərazidə yaşıllığın məhv edilməsi və onların istirahətlərinə maneçiliklərin yaradılması ilə bağlı nə qədər əsasız olmasını daha bir faktla sübuta yetirmək mümkündür ki, həmin ərazidən günlərlə məişət tullantılarını daşıyan yük maşınları onların özlərinin və qonşu binada yaşayan sakinlərin gözü qarşısında gedib gəlmişdirlər (bununla bağlı fotoşəkillər tələfimdən məhkəməyə təqdim olunmuşdur). Uzun müddət tökülüb qalmış məişət tullantılarının altında antisanitariya vəziyyətində olan ərazidə yaşıllığın, ağacların mövcud olması mümkün deyildir. Yuxanda göstərdiyim kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 14 noyabr 2016-cı il tarixli, ER- 15/869 saylı ekoloji ekspertiza rəyində də həmin ərazinin əvvəllər tikinti məqsədi üçün istifadə olmadığı, tikinti sahəsinin yaşıllıqlardan azad və uzaq olması xüsusi olaraq göstərilmişdi. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 24.08.2016-cı il tarixli 04-30/72- 25 saylı rəyi ünvan 2aylı binanın yaxınlığında tikintisi nəzərdə tutulmuş yaşayış binasının işçi layihəsi ilə “Sanitariya- epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən razılaşdırılmışdır. Həmin rəydə qeyd edilmi şdir ki, tikinti işləri başa çatdıqdan sonra həyət ərazisi abadlaşdırılacaq, yaşıllıq salınacaq, uşaq və istirahət meydançaları inşa ediləcək, keçidlər və səkilər asfalt örtüklə və keramik tavalarla döşənəcək. Bakı Apelyasiya Məhkəməsi işə baxarkən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 57-ci “İnzibati icraat haqqında” Qanunun 65.1, 68.1, 68.2-ci maddəsinin, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayaraq İPM-nin 12-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə, məhkəmə sübutları tam və hərtərəfli araşdırmadan qiymət verərək İPM-nin 58-ci maddəsini pozmuşdur. Əvvəllər daim zibilliklər, üfunət iyi verən, baxımsız vəziyyətdə olan, sonradan mən orada abadlıq işləri apardıqdan sonra həmin əraziyə qonşuluqda yaşayan sakinlərin və kimlərinsə maraql arı artıb. Buna görə də, hər tərəfdən təzyiqlər artmağa başladılmışdır. Ərazinin icarəyə verilməsinə və bunun üçün hər il 1327 manat vergi ödənilməsinə baxmayaraq bir neçə şəxsin qərəzli və haqsız iddiasına görə dövləti tərəfindən icarəyə verilən bu sahədə üçüncü şəxs sahibkarlıq fəaliyyətini həyata keçirə və inkişaf etdirə bilmir. Orada göstərilən binalardan yalnız 29 saylı binanın, qismən isə 27 saylı binanın həmin əraziyə çıxışı var. Digər binaların isə çıxışları tamamilə əks tərəfdədir. Yəni, o binaların özlərinə məxsus öz həyətyanı sahələri vardır. İddiaçıların, sakinlərin dincəlməsi üçün yer olmaması barəsindəki fikirlərinə gəlincə isə parka olan məsafə cəmi 114 metrdir. Bu məsafə ərazinin sputnikdən çəkilmiş və məhkəməyə təqdim etdiyimiz foto şəkillərdən açıq-aydın görünür. Bundan ə lavə tikiləcək binanın uzunluğu boyunca sağdan və soldan elə sakinlərin özləri tərəfindən hər biri 12-15 metr uzunluğunda olmaqla torpaq sahələri qeyri-qanuni zəbt olunaraq hasara alınmışdır ki, burada da hər cür şəraiti olan istirahət guşəsi yaratmaq mümkündür. Qeyd edək ki, tikiləcək binanın qonşu binalarla ara məsafəsi hər iki tərəfdən 30 metrdir. tərəflərin izahatları: İddiaçı1 vəkili X8 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçılar İddiaçı4, İddiaçı6 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün çıxışlarda iştirak etməmişlər. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar q əbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxsin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçılar cavabdehin 15 avqust 2016-cı il və 10 fevral 2017-ci il tarixli sərəncamlarının ləğv ed ilməsini xahiş edirlər. Cavabdehin 15.08.2016-cı il tarixli sərəncamına görə üçüncü şəxsin müraciəti nəzərə alınaraq, ünvan 2aylı binanın yaxınlığında yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ona icazə verilmişdir. Həmçinin cavabdehin 10.02.2017-ci il tarixli sərəncamına əsasən üçüncü şəxsin ərizəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri və Bakı şəhəri İcra Hakimiyyətinin 15.08.2016-cı il tarixli, 342 saylı sərəncamı nəzərə alınaraq ünvan 2aylı binanın yaxınlığında yaşayış binasının tikintisi üçün ona icazə verilmişdir. İddiaçılara görə cavabdeh üçüncü şəxsə hündürmərtəbəli bina tikintisinə icazə verərkən şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh in 15.08.2016-cı il tarixli və 10.02.2017-ci il tarixli sərəncamları ilə iş üzrə üçüncü şəxsə Xudu Məmmədov küçəsi, iddiaçıların yaşadığı 25 və 29 saylı binalarının yaxınlığında 2 girişli, 7 mərtəbəli və mansardlı, 67 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun 30.10.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, tikilməsi nəzərdə tutulan binanın layihəsi tərtib edilərkən binanın layihə hündürlüyünün 27,45 metr, ona qonşu olan mövcud 5 mərtəbəli 25 və 29 saylı yaşayış binalarının təxmini hündürlüyü 16 metr qəbul edilərək 25 saylı bina ilə ara məsafəsi 27,20 metr təşkil edir, 29 saylı bina ilə 30 metr təşkil edir. Həmin binalarla tikiləcək binanın hündürlüyünün 0,6 hissəsini götürsək ara məsafəsi (27,45+16)x0,6=26,07 m-dən az olmamalıdır. Bu da təqdim edilən layihə sənədlərində nəzərə alınmışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. İşin hallarından görünür ki, cavabdeh tikintiyə icazə ilə bağlı icraat barədə tikilinin qonşuluğunda olan iddiaçılara məlumat verməmişdir. “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəs inə əsasən, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Cavabdeh qəbul etdiyi inzibati aktlar iddiaçıların mənafeyinə toxunmasına baxmayaraq icraatda onların iştirakını təmin etməmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinə görə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.7. ərazinin tikinti əmsalı-tikinti sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti; 3.0.8. ərazinin tikinti sıxlığı əmsalı-bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti... Həmin Məcəllənin 22.7-ci maddəsinə əsasən, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 21 fevral 2014-cü ildə “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar” təsdiq edilmişdir. Qaydaların 4.13-cü bəndində ərazi zonalarında yolverilən tikintinin miqyası aşağıdakı cədvəl üzrə müəyyən edilir: yaşayış zonaları kimi çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üçün tikinti əmsalı 0.4, tikinti sıxlığı əmsalı isə 1.2-dir. Qeydlər:

1. Tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır: 1.1. ərazinin tikinti əmsalı - bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti; 1.2. ərazini n tikinti sıxlığı əmsalı - bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti. Cavabdeh mübahisə olunan sərəncamları qəbul edərkən ərazinin tikinti əmsalını və tikinti sıxlığı əmsalını nəzərə almamışdır. Binanın torpaq sahəsi 1521 kv.m, tikinti sahəsi 1029 kv.m, binanın ümumi sahəsi isə 9740 kv.m-dir. Yuxarıdakı qaydaların tələbi nəzərə alınarsa, ərazinin tikinti əmsalı 608,4 kv.m-dən, tikinti sıxlığı əmsalı isə 1825 kv.m-dən çox olmamalıdır. Göründüyü kimi, binanın torpaq sahəsi 1521 kv.m, tikinti sahəsi 1029 kv.m, binanın ümumi sahəsi isə 9740 kv.m olmaqla qaydalarda nəzərdə tutulan tələblərdən çox olmuş, nəticədə Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Mübahisələndirilən sərə ncamlarla yaşayış binasının tikintisi məqsədləri üçün nəzərdə tutulmuş Xudu Məmmədov küçəsi, 25 və 29 saylı binaların yaxınlığında yerləşən sahə apelyasiya məhkəməsi tərəfindən yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, hazırkı halda bilavasitə tikinti aparılacaq sahə yaşıllıqdan azad olsa da, 3-cü şəxsə ayrılmış sahədə ağaclar, üstü açıq və üstü örtülü oturacaqlar qoyulmuşdur. Həmin sahədə yaşayış binası inşa ediləcəyi halda ətrafda olan yaşıllıqlara ziyan dəyməklə faktiki olaraq 25 və 29 saylı binaların istirahət yerləri azalmış, ərazinin tikinti sıxlığı artmış olacaq. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbova ünvanlanmış 08.04.2019-cu il tarixli məktubunda da eyni mövqe nümayiş e tdirilərək qeyd edilmişdir ki, ünvan, 25c, 27 və 29 saylı binaların həyətində x oğlu tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisinə hazırlıq aparılması barədə sözügedən ünvanda yaşayan bir qrup sakinlərin kollektiv müraciətinə baxılmışdır. Tikintisi nəzərdə tutulan yeni yaşayış binası məhəllənin tikinti sıxlığı əmsalını normadan çox artırmaqla həyətyanı sahəsində abadlıq elementlərinin, yaşıllıqların, uşaqların, yaşlı sakinlərin istirahəti üçün nəzərdə tutulan meydançaların, yerüstü parklanma yerlərinin normadan xeyli aşağı düşməsinə səbəb olacaqdır. Sonda bu məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildiyi və Komitə tərəfindən görülən tədbirlə bağlı həmin ünvanda yaşayan sakinlərə məlumat verildiyi bildirilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 11-ci maddəsinə əsasən, yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları aşağıdakılardır: 11.0.1. bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə, yaşıllıqlardan istifadə etmək; 11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq; 11.0.3. şəhərsalma və tikinti layihə sənədlərinin yaşıllıqlarla bağlı hissəsinin hazırlanması və qəbulu prosesində iştirak etmək; 11.0.4. yaşıllıqların mühafizəsinə dair məsələlərin müzakirəsində iştirak etmək; 11.0.5. yaşıllıqların mühafizəsi sahəsində tələblərin pozulması ilə bağlı inzibati qayda da və məhkəməyə şikayət vermək. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən texniki-iqtisadi əsaslandırmada, ətraf mühitə təsirin qiymətləndirilməsində, habelə şəhərsalma və tikinti layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə həmin ərazidəki yaşıllıqların vəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulmalıdır. Qanunun 17.3-cü maddəsinə əsasən, tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumat tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir. Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 və 29 saylı binaların yaxınlığında tikilməsi nəzərdə tutulan yaşayı ş binasının sənədlərindən görünür ki, layihələndirilən binaların tikinti sahəsinin ayrılan 1521 kv.metr sahənin 942,08 kv.metrini təşkil etməsi nəzərdə tutulur. Belə olan halda yaşıllıq məqsədi üçün qalan sahənin 578,92 kv.metr təşkil etdiyi müəyyən olunur ki, bu isə ayrılan ümumi sahənin 40 faizindən azdır. 25.10.2011-ci il tarixdən qüvvədə olan “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması ilə bağlı dövlət şəhərsalma norma və qaydalarına (AzDTN 2.6 -1)” əsasən 4.11-ci bəndinə əsasən sahəsi 30 ha-dək olan mikrorayonun (məhəllənin) yaşıllaşdırma ərazisinin sahəsi orada yaşayacaq əhalinin sayından asılı olaraq, orta hesabla, adambaşına 6 kv.m-dən (ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin sahələri nəzərə alınmadan) az olmamaq şərti ilə qəbul edilməlidir. Apelyasiya məhkəməsinin araşdırmasına görə 3-cü şəxs tərəfindən tikilməli olan binanın şəhərsalma əsaslandırılmasında qeyd edilənlərə əsasən araşdırılan ərazinin sahəsi 39,62 ha olmaqla (mikrorayondan daha böyük) əhalinin sayına görə yüksək sıxlıqlı məskunlaşma zonasına aiddir və araşdırılan məhəllə üzrə əhali sayı 22496 nəfər təşkil edir. Layihələndirilən bina tikildikdən sonra əhali sayı 340 nəfər artaraq 22836 nəfər olacağı proqnozlaşdırılır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və Xətai rayon İcra Hakimiyyətinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25,25c, 27 və 29 saylı binaların sakinlərinə və sakinlərin şikayəti üzrə araşdırma aparan digər orqanlara ünvanlanmış məktublarından görünür ki, qeyd edilən yaşayış binalarının həyətində təmizlik işləri aparılmış, ağaclar əkilmiş, oturacaqlar quraşdırılmış, ərazidə digər abadlıq işlərinin aparılması, “Abad həyət” salınması, uşaq əyləncə qurğuları və vasitələrinin quraşdırılması “Tədbirlər planı”nda nəzərdə tutulmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında Qanunun 1.4-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək hüquqları vardır. Qanunun 43-cü maddəsinə əsasən şəhərlərin və başqa yaşayış məntəqələrinin layihələşdirilməsi, tikintisi və yenidən qurulmasında əhalinin yaşayışı və istirahəti ilə ə laqədar əlverişli şəraitlərin təmin edilməsi üçün ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq ekoloji tələblər nəzərə alınmalıdır. Cavabdeh 15.08.2016-cı il tarixli və 10.02.2017-ci il tarixli sərəncamları verərkən yuxarıda sadalanan hüquq normalarının tələblərinə əməl etmədiyindən, sərəncamların ləğvi barədə apelyasiya məhkəməsi haqlı olmuşdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs x oğlunun kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2235/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar