Məhkəmə qərarları › İş №2-1(102)-597/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-597/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-597/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, arxiv arayışı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və İddi açı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi”tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1769/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.

2. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək traktorçu, xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Salyanneft” X2 İdarəsinin Xüsusi Texnika sexində maşinist, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” İtd Şirkətinin Xüsusi Texnika sexində maşinist, xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “xxxx” İtd Şirkətinin X1 Təmiri sexində qazmaçı köməkçisi işləmiş, xx.xx.2015-ci il tarixdən halhazıradək “xxxx” ltd Şirkətinin X1 Təmiri sexində qazmaçı vəzifəsində işləyir.

3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının ərizəsinin icra etməkdən imtina edərək göstərmişdir ki, onun xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etmişdir və buna görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLM İŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,1978-1979-cu illərdə Neftçala rayonu “Azərbaycan” adına kolxozda işlədiyi dövrün sığorta stajı hesab olunaraq hüququnun yarandığı vaxtdan - 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iş stajı nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi iş stajı 25 ildən çoxdur. 19781979-cu ill ərdə Neftçala rayonu “Azərbaycan” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Lakin kolxozda işlədiyi dövr əmək kitabçasına qeyd olunmamışdır. Buna görə də Neftçala rayon dövlət arxivinə müraciət edərək kolxozda işləməsinə dair arxiv arayışı almışdır. Məlumat üçün bildirir ki, işlədiyi dövrdə 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında “Əmək pensiyaları haqqında” Qanununun 9.1, 9.8-ci maddələrinin və Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinin şərtlərini açıqlamış və göstərmişdir ki, iddiaçının idarəyə təqdim etdiyi sənədlərə görə iddiaçının x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-953/2020 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qərarını “Əmək pensiyaları haqqında” Qan unun 9.8-ci maddəsi, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə əsaslandırmışdır.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1769/2020 nömrəli qərarı ilə (hakimlər A.Huseyn (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-953/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci in stansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsindən göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün, iddiaçının x xxxxxx 2006-ci il tarixinədək güz əştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.

16. Lakin iddiaçının əmək kitabçasına görə onun ümumi iş stajı 24 il 10 ay 18 gün təşkil edir.

17. Bundan başqa, arayışın özünün hansı sənədlər əsasında tərtib olunması da müəmmalıdır. Çünki arayışda onun tərtibinə əsas olan hər hansı sənədə istinad edil məyib və həmin sənədlər də arayışa qoşulmayıb. Məhkəmə bu hala da qiymət verməyib.

18. İddiaçının xx.xx.1988-xx.xx.2005-ci illərdə çalışdığı peşənin adı əmək kitabçasında “Xüsusi texnika sexində maşinist” kimi qeyd edilib. Məhkəmənin bu peşənin “qaldırıcıların maşinisti” kimi qəbul etməsinin heç bir əsası yoxdur.

19. Digər tərəfdən, diqqət edilsin ki, iddiaçı l4.04.1983-xx.xx.1988-ci illərdə “traktorçu” peşəsində çalışıb. Eyni zamanda, iddiaçı “Azneft” İB-nin “Azərineftinformatika” HM tərəfindən verilmiş 06926 saylı vəsiqəni məhkəməyə təqdim edib. Həmin vəsiqədə qeyd edilir ki, “Azərineftinformatika” HM ixtisas komissiyasının xx xxxxxx 2004-cü il tarixli 101 saylı protokoluna əsasən iddiaçıya “Qaldırıcı maşinist” peşəsi üzrə ixtisas dərəcəsi verilmişdir. b. Kassasiya şikayətinə qarşı eti raz

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı məhkəmə iclasında vəkillə iştirak etmədiyinə görə onun izahatı dinlənilmədi.

22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təmina t hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə

22. Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

25. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalar ını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin az ı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə 13. “b” bəndi Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər, - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... (xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydal arı Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

27. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzif əsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim o lunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinin əlaqəli təhlilindən göründüyü kimi bu bəndə əsasən o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 55 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında göstərilən işlərdə işləmiş olsun.

33. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən iddianın təmin edilməsi mümkün olmayacaqdır.

34. İddiaçının xx.xx.2019-cu il tarixdə 57 yaşa çatması işin mübahisəsiz halıdır.

35. Yuxarıda qeyd olunduğu kimi, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

36. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. İddiaçının barəsində “Salyan Oil” LTD tərəfindən verilmiş xx.xx.2019cu il tarixli arayışda onun xx.xx.1988-ci il tarixdən “Salyanneft” X2 İdarəsinin Xüsusi Texnika sexində maşinist, xx.xx.1999-cu il tarixdən Xüsusi Texnika sexində qaldırıcı maşinist, xx.xx.2005-ci il tarixdən X1 Təmiri sexində qazmaçı köməkçisi, xx.xx.2015-ci il tarixdən X1 Təmiri sexində qazmaçı vəzifəsində gö rdüyü işlərin Nazurlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının X bölməsinin İİ yarımbölməsinə uyğun olduğu göstərilmişdir.

37. İşə baxmış məhkəmələr həmin arayışda, habelə əmək kitabçasında göstərilən məlumatlar əsasında iddiaçının işlədiyi peşələri, həmin dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı”nda Xİİ bölmədə nəzərdə tutulmuş Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçiləri ndən başqa), kömürün və şistin emalı” bölməsində “qaldırıcıların maşinistləri (kod 2130200a-14012) koduna uyğunlaşdırmışdır. Bu uyğunlaşdırma düzgündür.

38. İddiaçının bu peşələrdə iş stajı 12 il 6 aydan çoxdur. Yəni iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün zəruri olan xüsusi stajı vardır və bu fakt cavabdeh tərəfindən mübahisələndirilmir.

39. Ümumiyyətlə cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtina barədə məktubunda, həm iddia tələbinə qarşı etirazda, həm də apelyasiya və kassasiya şikayətlərində iddiaçıya pensiya təyin edilməsinin mümkün olmadığı barədə yeganə dəlil, iddiaçının zəruri olan ümumi iş stajının olmamasından ibarətdir. Cavabdeh iddiaçının 1978-1979-cu illərdə kolxozda işlədiyi müddəti nəzərə almır.

40. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublik ası Neftçala Rayonu Dövlət Arxivinin 106 nömrəli xx.xx.2019-cu il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı 1978-ci və 1979-cu ildə “Azərbaycan” adına kolxozda işləmiş və əmək haqqı almışdır.

41. Məhkəmələr iddiaçının kolxozda işlədiyi dövrü də haqlı olaraq sosial sığorta stajına daxil etmişdir.

42. Belə ki, iddiaçının kolxozda işlədiyi dövrdə qüvvədə olan, yəni SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

43. Həmçinin iddiaçının xx.xx.1988-ci il tarixdən işlədiyi vəzifənin adı rus dilində tərtib edilmiş şəxsi vərəqədə “maşinist” kimi qeyd edilsə də, daha sonra azərbaycan d ilində tərtib edilmiş şəxsi vərəqədə vəzifənin adı “qaldırıcı maşinist” kimi qeyd edilmişdir. İş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək fasiləsiz eyni vəzifədə işləmişdir, xx.xx.1999-cu il tarixdə edilən qeyd isə, iddiaçının işlədiyi şirkətin, yəni “Salyanneft” X2 İdarəsinin ləğv edilməsi və onun əvəzinə “xxxx” LTD Şirkətinin yaradılması ilə bağlıdır. Göstərilənlərə əsasən, iddiaçının peşəsinin “qaldırıcı maşinist” olduğundan və onun vəzifəsinin, yəni Əmək kitabçasında vəzifə dəyişikliyi ilə (qaldırıcı maşinist kimi fəaliyyət göstərib) hər hansı qeyd olmadığından, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Salyanneft” X2 İdarəsinin Xüsusi Texnika sexində, daha sonra isə “xxxx” LTD Şirkətinin Xüs usi Texnika sexində “qaldırıcı maşinist” işləməsi iş materialları ilə öz təsdiqini tapmışdır.

44. Bundan başqa iddiaçının kolxozda işlədiyi müddətin onun əmək stajına daxil edilməsi, işlədiyi dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır.

45. Arxiv arayışının mötəbər olmaması, tərtib olunanda hansı əsaslara istinad edilməsinin göstərilməməsi barədə kassatorun dəlilləri də əsassızdır.

46. Çünki “İnzibati icraat haqqında” qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq e dən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əgər təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr varsa, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir.

47. Baxılan işdə iddiaçının barəsində verilmiş arxiv arayışında olan məlumatların yoxlanması üçün inzibati orqanın özü tərəfindən araşdırma aparması müəyyən edilmir. Arayışda olan qeydləri şübhə altına almağa imkan verən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1769/2020 nömrəli qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar