Məhkəmə qərarları › İş №2-1(102)-597/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-597/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-597/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “müvafiq tədbirin görülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2-1(103)-2839/2021 nömrəli 2021-ci il tarixli qərardadından iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmlakına qəsdən ziyan vurulması ilə bağlı müraciəti üzrə müvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(112)-8385/2021 saylı qərardadı ilə (hakim A.Oruczadə) iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, tətbiq ediləcək hüquq “İnzibati icraat haqqında” AR Qanununun 1-ci maddəsində təsbit olunan qaydada inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətə aid olmayacaqdır. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların məhz bu qəbildən fəaliyyətinin qanuniliyi və əsaslılığı yoxlanılır. Cavabdehdə aparılan cinayət işinin istintaqı zamanı həyata keçirilən fəaliyyətlə bağlı tətbiq edilən hüquq isə, ümumi hüquq sahəsinə daxil olsa da, inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə aid hüquqdur ki, bu da iddiaçının tələbinin “İnzibati icraat haqqında” AR Qanununun 3.2-ci maddəsinin təsirinə düşdüyünə dəlalət edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikay əti verərək qərardadın ləğv edilməsini, işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Nağıyeva sədrlik edən və məruzəçi, H.Həmidov və C.Yusifov) 4 noyabr 2021-ci il tarixli 2-1(103)2839/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaya dair müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunmasını xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi qərardadında “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə istinad edərək göstərir ki, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə və cinayət prosessual fəaliyyətinə şamil olunmur. Əgər bu məsələ “İnzibati İcraat haqqında” Qanununa əsasən İnzibati Xətalara aid olmasını məhkəmə qeyd edib və onun şikayətini bu əsasla təmin etməyibsə, belə olan halda, məhkəmə aidiyyəti müəyyənləşdirilməli və İPM-nin 8.2-ci maddəsi tətbiq edilməlidir. Belə ki, həmin qanuna əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisələrə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati icraat haqqında Qanun: Maddə 3.2. Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil edilmir.

11. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzi bati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımd an lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun.

15. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı onun əmlakına qəsdən ziyan vurulduğunu bəyan edərək müvafiq tədbirlərin görülməsini və cinayət işinin açılmasını tələb e tmişdir.

16. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə, cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər.

17. Beləliklə, iddiaçı ilə cavabdeh arasındakı münasibətlər inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən, irəli sürülən tələbin məzmunu inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid olmadığından və mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyə n edildiyindən həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

18. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2839/2021 nömrəli, 4 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar