Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-597/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddət bərpasından imtina; kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər: X1 və Əhmədova Şəhla Rza qızı) qarşı “3-cü şəxslər X1 və Əhmədova Şəhla Rza qızının mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(103)-2594/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərarından üçüncü şəxs Əhmədova Şəhla Rza qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 və Əhmədova Şəhla Rza qızının ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, X2 və Əhmədova Şəhla Rza qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
3. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Rza Əhmədova münasibətdə qeyri-mümkün hesab edilmiş və həmin şəxsə münasibətdə şikayətin qəbulundan imtina edilmiş, Şəhla Əhmədovaya münasibətdə isə mümkün sayılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə Əhmədova Rza Əli oğlu və Əhmədova Şəhla Rza qızı iş üzrə zəruri cəlb edilən şəxslər qismində tanınmışlar.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2594/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) üçüncü şəxs Şəhla Əhmədovanın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndiriləniddianın 3-cü şəxs Əhmədova Şəhla Rza qızına münasibətdə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
7. Üçüncü şəxs Əhmədova Şəhla Rza qızı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
8. Üçüncü şəxs Əhmədova Şəhla Rza qızının kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. İddiaçı kassasiya şikayəti nə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayəti onun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülərək verilmişdir.
10. Belə ki, iş üzrə 3-cü şəxs Əhmədova Şəhla Rza qızı Bakı Apellyasiya Məhkəməsinin qərarını xx.xx.2022-ci il tarixdə almışdır. Kassasiya şikayəti Vəkil tərəfindən elektron imza ilə imzalanaraq xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş, lakin Əhmədova Şəhla Rza qızı tərəfindən Vəkil verilmiş etibarnamə şikayətə təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Vəkil tərəfindən elektron kabinet vasitəsilə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə" ərizə və Əhmədova Şəhla Rza qızı tərəfindən Vəkil verilmiş eti barnamə, xx.xx.2023-cü il tarixdə isə elektron kabinet vasitəsilə kassasiya şikayəti təqdim edilmişdir. Lakin, “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə’" ərizə ilə yanaşı təqdim edilmiş etibarnamə Əhmədova Şəhla Rza qızı tərəfindən Vəkil xx.xx.2023-cü il tarixdə verilmişdir.
11. Göründüyü kimi, Vəkil tərəfindən kassasiya şikayəti elektron imza ilə imzalanaraq xx.xx.2022-ci il tarixdə təqdim edilərkən Əhmədova Şəhla Rza qızı tərəfindən Vəkil verilmiş müvafiq etibarnamə mövcud olmamışdır. Belə bir etibarnamə, məhz Vəkil tərəfindən elektron kabinet vasitəsilə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizənin verildiyi tarixdən (xx.xx.2023-cü il tarixdən) 2 gün əvvəl, yəni xx.xx.2023cü il tarixdə verilmişdir. Vəkil kassasiya şikayətini imzalamaq hüququ xx.xx.2022 -ci il tarixdə deyil, məhz xx.xx.2023-cü il tarixdən etibarən yaranmışdır. Nəzərə alaraq ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı iş üzrə 3-cü şəxs Əhmədova Şəhla Rza qızı tərəfindən xx.xx.2022-ci il tarixdə alınmışdır, kassasiya şikayəti ən geci xx.xx.2022-ci tarixədək verilə bilərdi, Vəkil tərəfindən elektron imza ilə imzalanaraq “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə’' ərizə ilə yanaşı təqdim edilmiş etibarnamə Əhmədova Şəhla Rza qızı tərəfindən Vəkil xx.xx.2023-cü il tarixdə verilmişdir, odur ki, kassasiya şikayəti onun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür və müddətin ötürülməsi ilə bağlı üzürlü səbəblər mövcud deyil.
12. Digər tərəfdən isə, Vəkil tərəfindən müvafiq vəkil orderi təqdim edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəm əsinin qərarı əsaslı və qanunidir. Belə ki, şikayətdə kassatorun hüquqlarının pozulduğu hallar göstərilsə də, həmin halları təsdiq edən sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.
14. Digər tərəfdən, ünvan 1 ünvanında yerləşən mənzil hal-hazırda mənim mülkiyyətimdədir və həmin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Eləmin daşınmaz əmlaka dair çıxarış və ya dövlət reyestrinin məzmunu bu günədək mübahisələndirilməmiş və bu barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcud deyildir.
15. Bununla yanaşı, Əhmədova Şəhla Rza qızının adı gedən mənzilə dair mülkiyyət hüququ mövcud olmamışdır. Eləmin mənzil tərəfimdən Məmmədov Fazil adlı şəxsdən satın alınmışdır və Əhmədova Şəhla Rza qızı isə həmin mənzildə sadəcə qeydiyyatdadır.
16. Eyni zamanda, o, həmin mənzili satın alarkən, X2 və Əhmədova Şəhla Rza qızı adı gedən mənzilin satılmasına notarial qaydada razılıq vermişlər, onlar həmin mənzildən istifadə hüququnu itirmişlər, onların həmin mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır və onların həmin mənzildən qeydiyyatdan çıxmaması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Birinci instansiya məhkəməsi inzibati məhkəmə olaraq iddia ərizəsini təmin etməklə haqlı olaraq X1 və Əhmədova Şəhla Rza qızının həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyini Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoymuşdur, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq Əhmədova Şəhla Rza qızının apellyasiya şika yətini təmin etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəal arı tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilmə sini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
18. Mülki Prosessual Məcəllə: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkə mə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, kassasiya mümkünsüz sayılmalı və şikayətin qəbulundan imtina edilməlidir.
20. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarının surəti poçt rabitəsi vasitəsi ilə üçüncü şəxs 2 noyabr 2022-ci il tarixdə almışdır. Üçüncü şəxs həmin qər ardan 10 yanvar 2023-cü il tarixdə kassasiya şikayəti vermişdir.
21. Göründüyü kimi, üçüncü şəxs prosessual qanunvericilikdə nəzərdə tutulmuş kassasiya şikayətinin verilməsi müddətini 1 aydan çox ötürmüşdür.
22. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
23. İddiaçının vəkili və nümayəndəsi müddətin bərpası barədə ərizə ni onunla əsaslandırmışdır ki, kassasiya şikayətini imzalamaq üçün etibarnamə iş materiallarında təsbit edilməməsi müəyyən olunmuş və bu səbəbdən də şikayət geri qaytarılmışdır. Hesab edir ki, kassasiya şikayəti vaxtında ötürülmədən verildiyindən bu hal üzürlü hesab edilməli və buraxılmış müddət bərpa edilərək şikayət aidiyyəti üzrə göndərilməlidir.
24. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu dəlilini əsassız sayır və hesab edir ki, müddətin üzürlü səbəblərdən ötürülməsi qənaətinə gəlmək üçün əsas yoxdur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə a ktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.
26. Həmçinin qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından müddətlərin mühüm əhəmiyyət kəsb etməsini bir sıra qərarlarında vurğulamışdır.
27. Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üz rə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".
28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda, üçüncü şəxsin şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Üçüncü şəxs Əhmədova Şəhla Rza qızının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2594/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından 3-cü şəxs Əhmədova Şəhla Rza qızı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbu