Məhkəmə qərarları › İş №2-1(102)-597/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-597/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-597/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qəhrəman oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Qəhrəman oğlunun (təvəllüd: xx.xx.1956-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qa rşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)3231/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona pensiya təyin olunması üçün Fondun 14 saylı regional ərazi filialına (indiki 1 saylı Şəki-Zaqatala regional filialına) müraciət etmişdir.

2. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. İmtinanın əsasları kimi göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən sığorta stajı xx.xx.2006-c ı il tarixədək 2 il olmaqla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 413,04 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır. Həmçinin, Milli Arxiv İdarəsinin İsmayıllı Filialının xx.xx.2021-ci il tarixli № 27 saylı arayışında qeyd edilən 1972-ci il tarixdən 1996-cı il tarixədək olan dövr üzrə əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığı üçün sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “İsmayıllı rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixli 119 saylı arxiv arayışının ona məxsus o lması və 1972-1996-cı illərdə sabiq “Oktyabr” adına kolxozda işləmə faktının müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tələbini dəyişərək “19721996-cı illərdə sabiq İsmayıllı rayonu “Oktyabr” adına kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsi ndə icraat zamanı iddiaçı iddia tələbini dəyişdirərək ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olub. 19721996-cı illərdə İsmayıllı rayon Mican kənd sabiq "Oktyabr" adına kolxozda mexanizator olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətdə ona əmək günü 1972-ci il tarixdən 1996-cı il tarixədək hesablanaraq ödənilmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli **********1 saylı imtina məktubu verərək işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edil məsindən imtina edilmişdir. Halbuki, 19721996-cı illərə aid iş stajı olmuş və iş stajının olması barədə İsmayıllı rayon Arxiv arayışı almışdır. 1972-1996-ci illərdə İsmayıllı rayonu "Oktyabr" kolxozunda işlədiyi dövrü nəzərə alınmış olsa, hüququnun yarandığı tarixdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən oluna bilər.

9. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli,119 nömrəli arxiv arayışı kolxozun şəxsi hesab kitablarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etməlidir. Ona görə ki, qeyd olunanlara əsasən iddiaçının 1972-1996-ci illərdə İsmayıllı rayonu “Oktyabr" kolxozunda işləməyi və onun əmək kitabçasında qeyd olunmaması iddiaçının əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Buna görə də hərbi xidmətdə olduğu müd dət, işlədiyi iş illəri nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir.

11. İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. 12. “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsində 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, iddiaçının ümumi sığorta stajı xx.xx.2006-cı il tarixədək 2 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. xx.xx.2020-ci il tarixindən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 413,04 manat olmaqla tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır.

13. İddiaçı tərəfindən inzibati orqana əmək kitabçası təqdim edilməmiş, yalnız Milli Arxiv İdarəsinin İsmayıllı Filialının xx.xx.2021-ci il tarixli № 21 saylı arxiv arayışı təqdim edilmişdir.

14. Arxiv arayışından görünür ki, iddiaçı N.Mehtiyevin 1972-ci il tarixdən 1996-cı il tarixədək sabiq “Oktyabr” adına kolxozda işlədiyini i ddia etdiyi dövrlər arxiv arayışında qeyd olunmasına baxmayaraq, həmin illər əmək kitabçasında öz əksini tapmamışdır.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

19. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğı n, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir.

20. A zərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv idarəsi haqqında Əsasnamə”yə əsasən Milli Arxiv İdarəsi və dövlət arxivləri arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onların sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir.

21. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilmişdir ki, İddiaçı sabiq “Oktyabr” adına kolxozda işlədiyini iddia etdiyi illər, yəni 1972-ci il tarixdən 1996-cı il tarixədək olan dövrlər əmək kitabçasında qeyd olunmadığından və ümumilikdə iddiaçı ona əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab vers ə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, o cümlədən 25 il sığorta stajına malik olmadığı üçün iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.

22. Eyni zamanda, arxiv arayışı nəzərə alınsa belə, İddiaçı 25 il sosial sığorta stajı tamamlanmır. Arxiv arayışı nəzərə alınaraq iddiaçının sosial sığorta stajı 19 il+26 ay=21 il 02 aydır. Beləliklə, İddiaçı ümumi sosial sığorta stajı 21 il 02 ay+2 il 26 gün (hərbi xidmət dövrü)=23 il 02 ay 26 gündür. Bu isə tələb olunan müddətdən (25 ildən) azdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-601/2023 saylı qərarı ilə iddia təmin edilm iş, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 25. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 012 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə vəzifəsində işləmişdir.

26. İddiaçının həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığorta stajı (cəmi 3 il 6 ay) mübahisələndirilmir. 2

7. Cavabdeh tərəfindən iddiaçının arxiv arayışında qeyd olunan 1972-ci il tarixdən 1996-cı il tarixədək “Oktyabr” adına kolxozda işlədiyi iddia etdiyi dövrlər arxiv arayışında qeyd olunmasına baxmayaraq, əmək kitabçasında olmadığına görə nəzərə alınmamışdır.

28. Məhkəmə hesab edir ki, 1972-ci il tarixindən 1996-cı il tarixinədək (1976, 1997-ci illər dövründə adı var, ancaq əmək haqqı qeyd olunmayıb, 1977-ci ildə isə adı aşkar olunmadığına görə nəzərə alınmır) iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müv afiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövr ü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Ona görə də məhkəmə hesab edir ki, arxivdən verilmiş arayış ilə iddiaçının stajını təsdiq etmək olar.

29. Arxiv arayışlarının qəbul edilməsinə münasibətdə, artıq vahid məhkəmə təcrübəsinin olmasına baxmayaraq, cavabdeh qurumun etibarlılığı şübhə doğurmayan həmin arayışı nəzərə almaması anlaşılan deyil. 30. “Oktyabr” adına kolxozun kişilər və qadınlar üçün il ərzində minimum adam günü norması qeyd olunmadığına görə İsmayıllı rayon Dövlət Arxivinin verdiyi məlumatlara əsasən analoji Müdrü “Qəbələ” kolxozunda kişilər üçün 120 adam günü minimum adam günü norması ilə hesablanmalıdır.

31. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən arxiv arayışına əsasən 1972-ci il tarixindən 1996-cı il tarixinədək sosial sığorta stajı 21 il 9 ay 6 gündür (19731975, 1978-1989, 1991-1996-cı illər minimum 120 adam gün qazanıldığı üçün tam, 1972ci il 36 adam gün qazandığı üçün (120 adam günə mütənasib olaraq) 3 ay 19 gün, 1990-cı ildə 55 adam gün qazandığı üçün (120 adam günə mütənasib olaraq) 5 ay 17 gün).

32. Beləliklə, iddiaçının müvafiq dövr üzrə işləməsi arayışda əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Cavabdehin sığorta s tajını müəyyən etməyin mümkün olmamasına və ya nəzərə alınmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Odur ki, mübahisələndirilməyən həmin arayışla müəyyən olunan 21 il 9 ay 6 gün və mübahisələndirilməyən 3 il 6 ay sığorta stajı nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il sığorta stajı mövcuddur.

33. Lakin iddiaçının 25 il sığorta stajı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə deyil (həmin tarixə stajı 24 il 9 ay 2 gündür), xx.xx.2021-ci i tarixdə tamam olduğundan pensiya məhz həmin vaxtdan ona təyin olunmalıdır.

34. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının 65 yaşının tamam olduğu və xx.xx.2021-ci il tarixə ən azı 25 il sığorta stajının və bununla da yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. 35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

36. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2021-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.

37. Odur ki, iddia təmin edilməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

38. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

39. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3231/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-601/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

41. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsin i və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

42. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir.

43. Şikayətdə, həmçinin qeyd olunur ki, iddiaçı inzibati orqana ilkin müraciət edən zaman qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı ) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

44. Fondun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının ikinci müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2 il 22 gün sığorta stajına uyğun olaraq 2.082,99 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1.678,72 manat olmaqla, ümumilikdə 3.761,71 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200,00 mana t) az olmayan pensiya təminatına imkan vermir.

45. Məlumat üçün bildirilir ki, xx.xx.2022-ci il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560,00 manat, minimum əmək pensiyasının məbləği isə 240,00 manat müəyyən edilmişdir. 46. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinin 5-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən müəyyən edilir.

47. İddiaçı tərəfindən kolxozçunun əmək kitabçası təqdim edilmədiyi üçün Mican kəndi C.Məmmədov adına (“Oktyabr”) kolxozundakı əmək fəaliyyəti dövrlərinin (xx.xx.1972-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

48. İddiaçının 1972-ci il tarixdən 1996-cı il tarixədək kolxozda işlədiyi müddətin məhkəmə tərəfindən 120 adam günü normasına əsasən hesablanması ilə bağlı mövqeyinə münasibətdə bildirilir ki, İsmayıllı rayon Dövlət Arxivinə göndərilmiş sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubunda analoji kolxozlar olan Təzəkənd Cavanşir adına kolxozda 1975-ci ilə kimi kişilər üçün adam günü normasının 180, Müdrü “Qələbə” kolxozunda 1979-cu ilə kimi kişilər üçün 120, Diyallı S. Vurğun adına kolxozda 1980-ci ilə kimi 210 gün olduğu bildirilmiş, bu kolxozların qeyd olunan illərdən sonra sovxoz kimi fəaliyyət göstərdiyi qeyd edilmişdir.

49. Eyni zamanda, Milli Arxiv İdarəsi İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 65 nömrəli arayışında “Mican kənd C.Məmmədov (Oktyabr) adına kolxoz” da əməkhaqqı ödənişi üzrə hesablaşma kitablarında minimum adam günü norması qeyd olunmadığı bildirilmiş və 3 ayrı-ayrı kolxozun adam günü norması təqdim olunmuşdur. Məhkəmə hüququn ümumi ədalət prinsipini pozaraq, ən aşağı (yəni 120) adam günü normasını məqbul hesab edərək, iddiaçının sığorta stajının hesablanmasını ona uyğun aparmışdır.

50. Həmçinin, arxiv arayışında məhkəmənin hesablamanı apardığı 120 gün adam normasının “Müdrü Qəbələ kolxozu”nda 1979-cu ilə qədər mövcud olduğu, həmin tarixdən sonra isə bu kolxozun sovxoz kimi fəaliyyət göstərdiyi q eyd edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının sığorta stajının hesablanmasında 1974 və 1979-cu illəri də nəzərə almışdır. Halbuki, qeyd olunmuş arxiv arayışında iddiaçının 1974 və 1979-cu illərin kitablarında adının Namik kimi qeyd edildiyi bildirilmişdir.

51. İddiaçının xx.xx.2006-cı il tarixədək olan müddət ərzində mübahisələndirilməyən sığorta stajı hərbi xidmət dövrü olan xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 22 gündür.

52. Digər tərəfdən, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2021-ci il tarixədək xeyrinə maaş hesablanmamış və məcburi dövlət sosial sığorta haqları ödənilməmiş aylar götürüldükdə belə, 1 il 2 ay sosial sığorta stajı mövcud olacaqdır. Belə olan halda iddiaçının kolxoz fəaliyyəti üzrə məhkəmənin hesabladığı 21 il 09 ay 6 gün, hərbi xidmət dövrü 2 il 22 gün və bütün ayları belə götürülməklə xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 1 il 2 ay götürüldükdə belə onun 25 illik sosial sığorta stajı tamamlanmayacaqdır. Odur ki, məhkəmə iddiaçının xx.xx.2021-ci il tarixdə qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının tamamlanması qənaətinə gələrək iddia tələbini təmin etməkdə haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

53. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 54. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az o lmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır..

55. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahid liyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

58. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

60. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbə rlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

61. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

62. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr iddiaçının kolxozda işlədiyi müddəti arxiv arayışına əsasən nəzərə almaqda haqlı olmuşlar. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliy yətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır.

63. Şikayətdə iddiaçının 1972-ci il tarixdən 1996-cı il tarixədək kolxozda işlədiyi müddətin məhkəmə tərəfindən 120 adam günü normasına əsasən hesablanması ilə bağlı mövqeyinə münasibətdə bildirilir ki, İsmayıllı rayon Dövlət Arxivinə göndərilmiş sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubunda analoji kolxozlar olan Tə zəkənd Cavanşir adına kolxozda 1975-ci ilə kimi kişilər üçün adam günü normasının 180, Müdrü “Qələbə” kolxozunda 1979-cu ilə kimi kişilər üçün 120, Diyallı S. Vurğun adına kolxozda 1980-ci ilə kimi 210 gün olduğu bildirilmiş, bu kolxozların qeyd olunan illərdən sonra sovxoz kimi fəaliyyət göstərdiyi qeyd edilmişdir. Eyni zamanda, Milli Arxiv İdarəsi İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 65 nömrəli arayışında “Mican kənd C.Məmmədov (Oktyabr) adına kolxoz” da əməkhaqqı ödənişi üzrə hesablaşma kitablarında minimum adam günü norması qeyd olunmadığı bildirilmiş və 3 ayrı-ayrı kolxozun adam günü norması təqdim olunmuşdur. Məhkəmə hüququn ümumi ədalət prinsipini pozaraq, ən aşağı (yəni 120) adam günü normasını məqbul hesab edərək, iddiaçının sığorta stajının hesablanmasını ona uyğun aparmışdır.

64. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, arxiv arayışının məzmunundan da göründüyü kimi iddiaçının işləmiş olduğu “Mican kənd C.Məmmədov (Oktyabr) adına kolxoz”da əməkhaqqı ödənişi üzrə hesablaşma kitablarında minimum adam günü norması qeyd olunmamış, 3 ayrı-ayrı kolxozun adam günü norması təqdim olunmuşdur ki, həmin kolxozlarda minimum adam günü norması müxtəlif olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, istər məhkəməyədək inzibati icraat çərçivəsində inzibati orqan, istərsə də məhkəmə icraatı zamanı məhkəmə maraqlı şəxsin (iddiaçının) xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Hazırkı halda, iddiaçının işlədiyi kolxozdakı minimum a dam və ya əmək gününün arxiv məlumatlarında qeyd olunmaması iddiaçının sosial təminat hüquqlarını məhdudlaşdırmamalı, onun xeyrinə olan halların nəzərə alınması imkanını aradan qaldırmamalıdır. Digər tərəfdən, iddiaçının kolxozdakı iş illərinin analoji qaydada məhz 120 adam (əmək) günü əsas götürülməklə hesablanmasını aşkar mümkünsüz edən hər hansı hal da müəyyən edilməmişdir.

65. Şikayətin dəlilinə görə, iddiaçının kolxozdakı fəaliyyəti üzrə məhkəmənin hesabladığı 21 il 09 ay 6 gün, hərbi xidmət dövrü 2 il 22 gün və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 1 il 2 ay götürüldükdə belə, onun 25 illik sosial sığorta stajı tamamlanmayacaqdır. Odur ki, məhkəmə iddiaçının xx.xx.2021-ci il tarixdə qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının tamamlanması qənaətinə gələ rək iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

66. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin qeyd etdiyi - iddiaçının kolxozda işlədiyi 21 il 09 ay 06 gün və hərbi xidmətdə olduğu 02 il 22 gün nəzərə alındıqda xx.xx.2006-cı il tarixədək iddiaçının sığorta stajı 23 il 09 ay 28 gün təşkil edir. Cavabdehin qeyd etdiyi 1 il 2 ay müddətin iddiaçının işə qəbul olunduğu xx.xx.2020-ci il tarixdən başladığı nəzərə alındıqda, xx.xx.2021-ci il tarixə onun ümumi stajı 24 il 11 ay 28 gün, yəni 25 ildən az təşkil edir. Bu səbəbdəndir ki, birinci instansiya məhkəməsi əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin edilməsinə qərar vermişdir.

67. Apellyasiya instansi yası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

68. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3231/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar