Məhkəmə qərarları › İş №2-1(102)-597/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-597/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-597/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyası, peşə uyğunsuzluğu, işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(106)-354/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxx 1961-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, H3 seriyalı, ******* nömrəli hərbi biletlə onun xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olduğu, 17 iyun 1982-ci il tarixli NT-İ seriyalı, ******* nömrəli əmək kitabçası ilə onun 14 may 1982-ci il tarixdən əmək fəaliyyətinə başladığı, hal hazırdadək əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 28 aprel 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Salyan Oil” LTD-in ona dair verdiyi xx.xx.2023-cü il tarixli HR23-026 nömrəli arayışında xx.xx.2000-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində həmin şirkətin Nəqliyyat sahəsində sürücü-maşinist vəzifəsində işlədiyi qeyd olunub. Sürücü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı (10) bölməsi ndə nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir və A.Nağıyevə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə ərizə ünvanlayaraq “hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 19 77-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1977-1979-cu illərdə Şamaxı rayonu Poladlı kənd Ə.Qarayev adına sovxozda işləmiş, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra əmək kitabçasında qeyd olunan illərdə müxtəlif güzəştli sahələrdə işləmişdir. Hazırki vaxta qədər işləyir. Onun işlədiyi iş, vəzifə, peşə ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşələrə aiddir. Bunlar da təqdim etdiyi arayışlarda öz əksini tapmışdır. Lakin cavabdeh əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

8. Şirvan İnzibati Məh kəməsinin 2-1(120)-892/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışması Salyan OİL LTD Nəqliyyat sexinin Arayışında qeyd edilmişdir. Həmin arayışda göstərilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə quyuların əsaslı yeraltı təmir sexində qazmaçı köməkçisi, qazmaçı, Nəqliyyat sahəsində qızdırıcı avtomaşının maşinisti vəzifələrində işləmiş və stajı 16 il 11 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri-ADPM qızdırıcı avtomaşın maşinisti yəni- Neft laylarına buxar vuran generator qurğusunun maşinisti nəzərdə tutulur (Temperatur 160-170 dərəcə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10.2.a) bəndinin 2-ci yarımbəndində 5-ci abzasına vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10.2.a) bəndinin 2-ci yarımbəndinin 5-ci abzasında-Neft laylarına buxar vuran generator qurğusunun maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi qeyd olunmuşdur. Belə olduğu halda həm əmək kitabçasına, həm işəgötürən Salyan OİL LTD şirkətinin məhkəməyə təqdim etdiyi arayışlara əsasən, iddiaçının xx.xx.2021-ci il tarixədək güzəştli iş stajının 12 il 6 aydan çox təşkil etdiyini müəyyən edir.

10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apel lyasiya instansiyası məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(106)-354/2024 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X4 və X3) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)892/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. Bununla yanaşı birinci instansiya qərarını əsaslandırarkən iddiaçının xx.xx.2000- xx.xx.2015-ci illər üzrə "xxxx" LTD Şirkətində əmək fəaliyyətini bütövlükdə güzəştli iş stajı kimi hesab etsə də, nəzərə almamışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin müəssisədə qızdırıcı avtomaşının sürücüsü işləmişdir ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Siyahı”da zərərli iş stajı kimi nəzərdə tutulmamışdır. İddiaçının xx.xx.1982-xx.xx.1984 (2 il 10 gün- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 15 və 19-cu abzasları), xx.xx.1998-xx.xx.2000 (1il 6 ay 10 gün- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 1 və 2-ci abzasları) və xx.xx.2005- xx.xx.2015 (9 il 9 aysiyahının 10.2-ci bəndinin a) yarımbəndinin 7-ci abzası)=13 il 3 ay 20 gün müddətdə işlədiyi dövr müvafiq “Siyahı”da zərərli iş kimi nəzərdə tutulmuşdur. Odur ki, güzəştli iş stajının 12 il 6 ay olması iddiaçıya həmin şərtlərə uyğun pensiyanın təyin ed ilməsi üçün kifayət etdiyindən birinci instansiya məhkəməsinin qeyd olunan qənaəti qərarın ləğvi üçün əsas vermir.

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

15. Belə ki, Salyan Oil” LTD-nin xx.xx.2023-cü il tarixli HR-23-026 nömrəli arayışında xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixədək iddiaçının həmin şirkətin nəqliyyat sahəsində sürücü-maşinist vəzifəsində işlədiyi qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının iddia tələbi əsaslı tələb kimi qəbul edilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır ola n işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli ş ərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

19. Azərbaycan Respublikasının İnzibat i Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağl ı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göst ərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iş həmin hissədə təkrar apelyasiya baxışına göndərilməlidir.

23. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

24. İddiaçının mövqeyini əsaslı hesab edən birinci instansiya məhkəməsi, eləcə də onun gəlmiş olduğu nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun mövcud olduğunu, bunun üçün onun qanunla müəyyən edilmiş 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajını tamamladığını qeyd etmişlər.

25. Cavabdeh isə apelyasiya instansiyası m əhkəməsinin gəlmiş olduğu nəticəni qanuni hesab etməyərək vermiş olduğu kassasiya şikayətində iddiaçının işlədiyi vəzifələrin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermədiyini bildirmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə qismən razılaşaraq gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

27. Şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün üç şərt mövcud olmalıdır.

1. Yaş,

2. Ümumi iş staj,

3. Güzəştli iş stajı

28. İddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün qanunla müəyyən edilmiş yaş və ümumi iş stajı mövcuddur. Eyni zamanda bu hal cavabdeh tərəfindən də mübahisə edilmir. Başqa sözlə, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxması üçün yaşının və ümumi stajının qanunda nəzərdə tutulmuş meyara uyğun gəldiyi ilə razılaşır.

29. Mübahisə edilən məqam iddiaçının işlədiyi vəzifələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarında göstərilən vəzifələrə uyğun olmaması ilə bağlıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və məhkəmələr tərəfindən iddianın təmin edilmə əsası kimi qəbul edilmiş arayışlar iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün kifayət deyil.

31. Belə ki, “SALYAN OİL LTD” şirkəti tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli arayışda iddiaçının xx.xx.2000-xx.xx.2005 və xx.xx.2005-xx.xx.2015-ci illərdə Nəqliyyat sahəsində URAL ADPM Qızdırıcı avtomaşının sürüc üsü və ADPM qızdırıcı avtomaşının maşinisti işlədiyi, həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu bölməsinin 2-ci yarım bölməsindəki vəzifə kodlarına uyğun gəldiyi qeyd edilmişdir (iş vər 157).

32. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu bölməsinin 2-ci yarım bölməsində 10-dan artıq vəzifələrin adları sadalanmışdır. İşəgötürən tərəfindən verilmiş arayışda isə iddia çının əmək fəaliyyətinin 10-cu bölməsinin 2-ci yarım bölməsində konkret hansı vəzifəyə uyğun gəldiyi göstərilməmişdir.

33. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi da şımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

34. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçını n zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

35. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi növbəti məhkəmə baxışında iddiaçının işlədiyi peşələr üzrə güzəştli stajının olub-olmaması ilə bağlı icmal məktubda qeyd edilənlərə uyğun araşdırılma aparılmalı, iddiaçının işlədiyi peşənin Siyahının 10.2-ci bəndində sadalanan hansı peşə ilə üst-üstə düşməsi, eyni funksiya və vəzifələri yerinə yetirməsi müəyyən edilməlidir.

36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilmə li, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iddianın təmin edilməməsi hissəsində şikayət təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(106)-354/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar