Məhkəmə qərarları › İş №2-1(102)-598/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-598/2017

28.03.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-598/2017 28.03.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-598/2017) Bakı şəhəri 28 mart 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı vəkili X3, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “30.08.1999-cu il tarixli 1104 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2382/ 2016 saylı, 02 noyabr 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28 mart 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 26.07.1999-cu il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavabdehin fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması haqqında 04 avqust 1999-cu il tarixli 910 saylı sərəncamına əsasən, Bakıxanov qəsəbəsi, Novruz küçəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə 300 kv.m torpaq sahəsinin ayrılması qərara alınmış, sərəncamın 2.2-ci bəndində tikintiyə Sabunçu RİH başçısının sərəncamını alan gündən 1 ildən gec olmayaraq başlanması, 3 ildən gec olmamaq şərti ilə qurta rılması, əks halda sərəncamın öz qüvvəsini itirmiş hesab ediləcəyi qeyd edilmişdir. Cavabdehin 04 avqust 1999-cu il tarixli 910 saylı sərəncamına əsasən Bakıxanov qəsəbəsi, Novruz küçəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 300 kv.m torpaq sahəsinin eskiz sxemi təsdiq edilmişdir. Cavabdehin 01.08.99-cu ildən 27.08.99-cu il tarixədək fərdi evlərin tikintisinə torpaq sahələrinin ayrılması, ilkin hüquqi qeydiyyat, köşk qoyulması və s. barədə verdiyi bəzi sərəncamların ləğv edilməsi barədə cavabdehin 30.08.1999-cu il tarixli, 1104 saylı sərəncamının arxiv çıxarışına əsasən 01.08.99-cu ildən 27.08.99-cu il tarixədək cavabdehin sabiq başçısı tərəfindən fərdi evlərin tikintisinə torpaq sahələrinin ayrılması, ilkin hüquqi qeydiyyat, köşk qoyulması və s. barədə verdiyi bəz i sərəncamlarda Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanunun 19-cu və 133-cü maddələrinin tələbləri, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları kobud surətdə pozulması nəzərə alınaraq bəzi vətəndaşlara, o cümlədən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması barədə verilmiş 04 avqust 1999-cu il tarixli 910 saylı sərəncam qeyri-qanuni hesab edilərək ləğv edilmişdir. Sərəncamın 2-ci bəndində ləğv edilmiş sərəncam barədə vətəndaşlara dərhal məlumat verilməsi təsərrüfat şöbəsinin müdirinə tapşırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04.08.1999-cu il tarixli 910 saylı sərəncama əsasən, iddiaçıya 300 kv.m torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmiş və hazırkı vax tadək ailəsi ilə birlikdə etirazsız və fasiləsiz olaraq qeyd edilən evdə yaşamışdır. 2016-cı ilin mart-aprel aylarında iddiaçı, inşa etdiyi və hazırda yaşadığı evə çıxarış almaq məqsədilə “ASAN” Mərkəzə müraciət etdikdə, şifahi olaraq torpaq sahəsinin ayrılmasına dair sərəncamın ləğv edilməsindən xəbər tutmuş, sərəncamın arxiv surətini almaq üçün iddiaçı 01.03.2016-cı il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, sərəncamın surətinin ona verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq 18.03.2016-cı il tarixli məktubla bildirilmişdir ki, ərizədə qeyd edilən sərəncamın surətini almaq üçün Mərkəzi Arxiv İdarəsinə müraciət edilməlidir. İddiaçı Mərkəzi Arxivə müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən iddiaçının nümayəndəsi M.M.Quliyevə ün vanlanmış 15.04.2016-cı il tarixli məktubla bildirilmişdir ki, cavabdehin arxiv fondu üzrə 04.08.1999-cu il tarixli 910 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncam 30.08.1998-cu il tarixli, 1104 saylı sərəncamla ləğv edildiyindən verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı 11 may 2016-cı il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,Cavabdeh başçısının iddiaçının adına fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş 04 avqust 1999-cu il tarixli 910 saylı sərəncamın ləğv edilməsi barədə 30 avqust 1999-cu il tarixli 1104 saylı sərəncamın ləğv edilməsi və Sabunçu RİH başçısının 04 avqust 1999-cu il tarixli sərəncamın əslinin iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 04.08.1999-cu il tarixli 910 saylı sərəncamın ləğv edilməsi barədə 30.08.1999-cu il tarixli 1104 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi üzrə baxılması qərara alınmışdır. İddiaçı qeyd edilən sənədlərə əsaslanaraq “İnzibati icraat hqqında” Qanunun 62.1, 64, 67, 72.1, İPM-in 8.1.2, 32.1 və 38.1-ci maddələrinə istinad edib iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz verərək bildirmişdir ki, onun 04 avqust 1999-cu il tarixli 910 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün iddiaçıya Bakıxanov qəsəbəsi, Novruz küçəsində 300 kv.m torpaq sahəsi ayrılmış və torpaq sahəsi ayrılarkən torpaq qanunvericiliyinin tələbləri kobud surətdə pozulduğu üçün cavabdehin yeni təyin olunmuş başçısının 30.08.1999-cu il tarixli 1104 saylı sərəncamı ilə 04 avqust 1999-cu il tarixli 910 saylı sərəncam ləğv edilmişdir. İddiaçı iddia ərizəsində sərəncamın ləğv edilməsindən 15 aprel 2016-cı il tarixindən xəbərdar olduğunu bildirərək iddia müddətinin həmin tarixdən başlamasını əsas gətirmişdir. 30 avqust 1999-cu il tarixli 1104 saylı sərəncamın 2-ci bəndində barəsində sərəncam verilmiş şəxslərin təcili olaraq məlumatlandırılması göstərilmişdir. Həmin tarixdən etibarən adı çəkilən vətəndaşlar sərəncamın ləğv olunması barəd ə poçt vasitəsilə məlumatlandırılmışlar. “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə” Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Arxivə təhvil verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı əsasında İcra Hakimiyyəti başçısının təsdiq etdiyi akt üzrə məhv edilir. Cavabdeh tərəfindən vətəndaşların məlumatlandırıması üçün göndərilmiş poçt bildirişləri arxivə verilməli olmayan sənədlər olduğu üçün məhv edilmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan sərəncamı 1999-cu ildə mübahisələndirməmiş, 30.08.1999-cu il tarixli 1104 saylı sərəncamla raz ılaşmışdır. İddiaçının mübahisələndirdiyi sərəncamın ona rəsmi surətdə təqdim olunduğu müddətdən 17 ilə yaxın müddət ötdüyünə görə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində müəyyən edilən 30 günlük iddia müddəti ötürülmüşdür. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-2049/2016 saylı iş) 10 avqust 2016-cı il tarixli qərarı ilə iddia təmin olunaraq cavabdehin 30 avqust 1999-cu il tarixli sərəncamı 04 avqust 1999-cu il tarixli sərəncamın qeyri-qanuni hesab edilərək ləğv edilməsinə dair hissəsində ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, qeyd edilən sərəncamlar qəbul edilən zaman qüvvədə ola n qanunvericiliyin tələbinə əsasən, torpağın ayrılmasına dair qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməməsi əsası ilə qərarı qəbul edən inzibati orqanın özü tərəfindən, məhkəməyə müraciət etmədən ilkin qərarını ləğv etməsi və bununla da, ayrılmış torpaq sahəsi üzərində vətəndaşların hüquqlarına xitam verməsi səlahiyyəti nəzərdə tutulmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8məruzəçi, X5 və X4, 2-1(103)-2382/2016 saylı iş) 02 noyabr 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 19 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilib iddianın rədd e dilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Şikayət cavabdehin etirazının dəlilləri ilə eynidir, şikayətin hüquqi əsası kimi “İnzibati icraat haqqında” Qanunun 67, 67.1, 72.1, 73.1, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasından kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci madd əsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı 300 kv.m torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə cavabdehin 1999-cu il 04 avqust tarixli sərəncamının ləğvi barədə cavabdehin 1999-cı ilin avqustun 30-da qəbul etdiyi sərəncamı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia mümk ünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh 04 avqust 1999-cu il tarixli sərəncamında qeyd etmişdir ki, Bakıxanov qəsəbəsi, Novruz küçəsində 300 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi iddiaçıya ayrılsın. Tikintiyə sərəncamı alan gündən 1 ildən gec olmayaraq başlayıb 3 ildən gec olmamaq şərti ilə qurtarsın, əks halda sərəncam qüvvəsini itirmiş hesab edilsin. Cavabdeh bu sərəncamdan 26 gün sonra verdiyi 30 avqust 1999-cu il tarixli sərəncamında isə qeyd etmişdir ki, (iddiaçıya aid hissədə) sərəncamlarda Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” qanunun 19-cu və 133-cü maddələrinin tələbləri, BŞİH başçısının müvafiq sərəncamları kobud surətdə pozulma sı nəzərə alınaraq bəzi vətəndaşların, o cümlədən İddiaçı fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması barədə verilmiş 20 avqust 1999-cu il tarixli 910 saylı sərəncam qeyri qanuni hesab edilərək ləğv edilsin, ləğv edilmiş sərəncam barədə vətəndaşlara dərhal məlumat verilməsi təsərrüfat şöbəsinin müdiri X.Mustafayevə tapşırılsın. Cavabdeh iddiaçı tərəfindən mübahisə edilən sərəncamın ləğvini “Torpaq islahatı haqqında” Qanunun 19 və 133-cü maddələrinin tələbləri, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarının kobud surətdə pozulması ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsi bələdiyyə torpaqları ilə bağlı olmuş, adı çəkilən Qanunda 133-cü maddə olmamışdır. Həmçinin cavabdeh Bakı şəhə r İcra Hakimiyyətinin hansı sərəncamlarının pozulmasına da aydınlıq gətirməmişdir. Cavabdeh məhkəmə iclaslarında, habelə şikayətlərində də gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Mübahisə olunan sərəncam iddiaçıya ayrılmış torpaq sahəsinə dair sərəncamın ləğvi ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq sərəncam verilən zaman qüvvədə olmuş Torpaq Məcəlləsinin müddəalarına istinad etmişdir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; t orpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və ya qeyri kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlıqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verdikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi ( icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Cavabdeh sərəncamında sadalanan əsasların hər hansı birinə istinad etməmişdir. Cavabdeh etiraz və şikayətlərində də Torpaq Məcəlləsinin 73-cü maddəsində qeyd edilən əsasların hər hansı birinə istinad etməmiş, həmin əsasların hər hansı biri məhkəmə iclaslarında da sübuta yetməmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə h üququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Məhkəmə kollegiyası daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı halda fərdi yaşayış evinin hüquqi rejimi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 15 yanvar 2010-cu il tarixli qərarındakı mövqeyini xatır latmağı zəruri hesab edir. Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, “mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətd ən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər”. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh kassasiya şikayətində iddiaçının mənzil növbəsində olmadığını və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olmadığını bildirsə də, iddiaçıya torpaq sahəsi ayrılması barədə 04 avqust 1999-cu il tarixli sərəncamda onun mənzil növbəsində olması nəzərə alınmaqla torpaq sahəsi verilməsi qeyd edilməmişdir. 1999-cu ilin avqust ayında isə iddiaçının mənzil şəraitinin ağır olmasını təkzib edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Odur ki, şikayətin bəhs olunan dəlili əsaslı sayıla bilməz. Cavabdeh kassasiya şikayətində iddiaçının iddia müddətini buraxdığını bildirsə də, şikayətin bu dəlili məhkəmə iclasında təsdiqini tapmamışdır. 02 iyul 2011-ci ilədək qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı ş əxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). Eyni norma 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Mülki Prosessual Məcəllədə də əksini tapmışdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddət ində qaldırıla bilər. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı sərəncam 1999-cu ilin avqustunda verilmişdir. Həmin vaxt qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. Cavabdeh mübahisə olunan 30 avqust 1999-cu il tarixli sərəncamı verdikdən sonra həmin sərəncamın iddiaçıya təqdim edilməsi, iddiaçının hər hansı formada məlumatlandırılması, yaxud sərəncamın icrasından irəli gələn vəzifələr barədə konkret işin görülməsinə dair məhkəmələrə hər hansı sübut təqdim etməmişlər. Sərəncamın 3-cü bəndində onun icrasına nəzarətin Bakıxanov, Sabunçu, Zabrat və Ramana qəsəbə nümayəndələrinə, təsərrüfat şöbəsinin müdirinə və müvafiq polis bölmələrinə tapşırılması qeyd edilsə də, iddiaç ıya münasibətdə sərəncamın icrası ilə bağlı işlərin görülməsi (torpaq sahəsinin alınması, yaxud tikinti aparılmasının qadağan edilməsi və sair) işdə olan sənədlərlə sübuta yetməmişdir. Odur ki, iddia müddətinin buraxılması barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kol legiyasının 2-1(103)-2382/2016 saylı, 02 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar