Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-598/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Heydərov Çingiz Məmmədxan oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti) “torpaq sahəsinin dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)-1966/2018 nöm rəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 yerləşən və istifadəsində olan 1000 kv.m torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciətinə cavab verilməmişdir. İddiaçı 2014-cü il 6 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 yerləşən və istifadəsində olan 1000 kv.m torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırmas ı: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 yerləşən 1000 kv.m torpaq sahəsi uzun müddət onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin öz adına rəsmiləşdirmək üçün Səbail rayon Badamdar Bələdiyyəsinə müraciət etmiş və Bələdiyyənin 2007-ci il 3 iyul tarixli, 136 saylı qərarı ilə həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. O, həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinə heç bir cavab verməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, müvafiq daşınmaz əmlaka dair İdarəyə müraciət daxil olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 7 iyul tarixli 2-1(81)-3255/2014 nömrəli qərarıilə iddia təmin edilmiş, ünvan 1 yerləşən və istifadəsində olan 1000 kv.m torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 20 oktyabr tarixli 2-1(81)3255/2014 nömrəli qərardadı ilə apellyasiya şikayəti ilə bağlı icraata xitam verilmişdir. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəsatətlə müraciət edərək üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 2014-cü il 16 dekabr tarixli 2-1(81)3255/2014 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 7 iyul tarixli qərarı ləğv edilmiş, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 5 mart tarixli 2-1(81)-3255/2014 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 2014-cü il 1 noyabr tarixli reyestrdən çıxarışın və eyni tarixli torpaq sahəsinin planı və ölçüsü və həmin sənədlərdən irəli gələn nəticələrin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 2015-ci il 21 may tarixli 2-1(81)3255/2014 nömrəli qərardadı ilə ərizə qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 7 iyul tarixli qərarın icrasında dönüş edilmiş, 2014-cü il 1 noyabr tarixli reyestrdən çıxarış və eyni tarixli torpaq sahəsinin planı və ölçüsü ləğv edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 8 oktyabr tarixli 2-1(103)-1767/2015 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 21 may tarixli qərardadı ləğv edilmiş, iş ərizəyə təkrar baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 dekabr tarixli 2-1(81)4893/2015 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 5 mart tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-ci il 19 yanvar tarixli 2-1(103)-312/2016 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 5 mart və 2015-ci il 2 dekabr tarixli qərardadları ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin 2017-ci il 13 oktyabr tarixli 2-1(81)141/2017 nömrəli qərarıilə iddia təmin edilmiş, ünvan 1 yerləşən və istifadəsində olan 1000 kv.m torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)-1966/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin Səbail rayon Badamdar Bələdiyyəsinin torpaqlarına aid olduğu iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 15 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 14 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və onları düzgün tətbiq etməmiş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə düzgün qiymət verməmişdir. Belə ki, məntiqlə cavabdeh qərardan apellyasiya şikayəti verməli deyildi. Çünki hələ ilk qər ar qəbul edilib icraya göndəriləndə cavabdeh qərarla razılaşmış və məhkəmə qərarını dərhal icra etmişdir. Necə olur ki, eyni qərardan indiki halda apellyasiya şikayəti verilir? Məhkəmə qərarını onunla əsaslandırır ki, guya iddiaçıya Badamdar Bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsi bələdiyyə torpaqlarına daxil deyil. Məhkəmənin həmin qənaəti əsaslı deyil. Belə ki, qeyd edilən torpaq sahəsi Bələdiyyəyə məxsus olduğundan iddiaçı bələdiyyə ilə alğı-satqı müqaviləsi bağlamışdır. Əgər doğrudan da bələdiyyənin göstərilən ərazidə torpaq sahəsi yox idisə, bəs həmin torpaq hansı əsasla rəsmi qaydada iddiaçıya satılırdı? Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələri ndə proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hüquq müəyyənedici yazılı sübutlara düzgün qiymət verə bilməmiş və nəticədə, qanunsuz qərar qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili 2019-cu il 01 may tarixli məhkəmə iclasında kassasiya şikayətinə əlavə təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxm ayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inziba ti aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bəl ədiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən, (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaks iyada), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyini alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Hazırkı işdə həmin normaların, deməli həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələblərinin təmin olunduğuna dair sübut yoxdur. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Kassasiya şikayətinə əlavəyə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qey d edir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçıya 2018-ci il 15 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 14 dekabr tarixdə kassasiya şikayəti vermiş, həmin şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddətdə şikayətə hər hansı əlavə təqdim olunmamışdır. Digər tərəf dən, şikayətə ilk dəfə baxılması 2019-cu il 13 fevral tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə iclası keçirilməmiş, 2019-cu il 12 mart tarixə təxirə salınmışdır. Bundan sonra məhkəmə iclasları məhz iddiaçı tərəfin vəsatətlərinə əsasən 2019-cu il 10 aprel və 1 may tarixlərinə təxirə salınmışdır. İddiaçı yalnız 2019-cu il 1 may tarixli məhkəmə iclasında (sonuncu iclasda) kassasiya şikayətinə əlavə təqdim etmişdir. Məhkəmə aktının təqdim edildiyi vaxtdan cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət və şikayətə əlavə vermək imkanı olmuşdur. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Prosessual müddətin ötürülmədiyinə dair sübut və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır. Nəticəv i hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)-1966/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Kassasiya şikayətinə əlavə mümkün sayılmır və qəbulundan imtina edilir. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-598/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-598/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver