Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-598/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardaddan verilən şikayətin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “qərarın mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hissəsində ləğv edilməsi” tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 dekabr tarixli 2-1(103)-2886/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını açıq məhkəmə iclasında nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı, X5 və Abdullayev Rövşən Hüseyn oğlu 2015-ci il 22 yanvar tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3rşı 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Vergilər Nazirliyi yanında X4 səyyar vergi yoxlamasının nəticəsi kimi 2014-cü il 29 yanvar tarixdə qəbul olunmuş **********829522 saylı aktının ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraci ət edərək iş üzrə X5 və Abdullayev Rövşən Hüseyn oğlunun iddiaçılar qismindən çıxarılması və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin cavabdeh hesab edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 2015-ci il 5 fevral tarixli **********860949 saylı qərarının mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hissəsində ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 16 iyun tarixli 2-1(82)-954/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 22 oktyabr tarixli 2-1(103)-1544/2015 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Az ərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 23 iyun tarixli 2-1(102)-343/2016 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 22 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 2016-cı il 23 iyun tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 məhkəməyə ərizə təqdim edərək iş üzrə icraatının yeni açılmış hallarla bağlı təzələnməsini xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Zilfalı oğlu, X5 və Abdullayev Rövşən Hüseyn oğlu ünvan 1 ünvanında fərdi yaşayış evi adı altında faktiki olaraq 1 girişli, 7 mərtəbəli çoxmənzilli yaşayış binasını inşa etmiş və 2014- cü il 24 iyun tarixdə həmin mənzillərin satışını həyata keçirmişlər. Tikilmiş binanın sahəsinə uyğun olaraq vergi orqanı tərəfindən MTFSV hesablansa da, iş üzrə məhkəmələrin gəldiyi qənaətə görə binanın satış, yəni sahibkarlıq məqsədləri üçün tikildiyi sübuta yetirilməmişdir. Lakin, əvvəllər məlum olmayan yeni açılmış halların və sübutların aşkar edilməsi nəticəsində binanın faktiki olaraq satış məqsədləri üçün tikildiyi və binadakı 40-dan artıq mənzillərin və qeyriyaşayış sahələrinin müxtəlif şəxslərə satıldığı məlum olmuşdur. Belə ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin 2018-ci il 19 mart tarixli məktubuna əsasən qeyd olunan ünvanda məhz çoxmənzilli yaşayış binasının tikintisinə sərəncam verilmişdir. Bundan başqa, 2014-cü il 24 iyun tarixli alğı-satqı müqavilələrinə əsasən q eyd olunan binadakı 40 ədəddən artıq yaşayış və qeyri-yaşayış sahələri 38 saylı Dövlət Notariat Kontorunda alğı-satqı müqavilələri əsasında müxtəlif şəxslərə satılmışdır. Başqa sözlə, mübahisələndirilən qərara hesablanmış vergilərin əsasını təşkil edən və iddiaçının fərdi yaşayış evi adlandığı, əslində isə çoxmənzilli yaşayış binası olan daşınmaz əmlak 2014cü il 24 iyun tarixli AN İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında müxtəlif şəxslərə təqdim edilmişdir. Qeyd edilən hal həmçinin DƏDRX-nin çıxarışları ilə təsdiq olunmuşdur. Göründüyü kimi, əvvəl məhkəmə qaydasında ləğv edilmiş MTFSV vergi orqanı tərəfindən əsaslı şəkildə hesablanmışdır. Mənzillərin təqdim edilməsi isə bir daha sübut edir ki, inşa edilmiş bina vergidən yayınma məqsədilə fərdi yaşayış evi kimi qələmə verilsə də, fa ktiki olaraq sahibkarlıq məqsədləri üçün inşa edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi məhkəməyə ərizə təqdim edərək iş üzrə ərizəçi qismində tanınmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 oktyabr tarixli 2-1(82)954/2019 nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 oktyabr tarixli 2-1(82)954/2019 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı ərizə təmin edilmiş, iş üzrə icraat təzələnmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və yeni açılmış hallarla bağlı ərizənin rədd ol unmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 dekabr tarixli 2-1(103)-2886/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında mövcud olan inzibati mübahisə üzrə yekun məhkəmə aktı qəbul ediləndən və həmin məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra vergi orqanı tərəfindən müvafiq orqanlara ünvanlanmış müraciətlər əsasında ünvan 1 ünvanında yerləşən mənzillərin alğı-satqı müqavilələrinin bağlanılması ilə satışının həyata keçirilməsi məlum olmuşdur. Məhkəmənin qərardadı iddiaçıya 2019-cu il 25 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardadda n 2019-cu il 29 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, ərizəçi iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. 2016-cı il 27 oktyabr tarixli məktubda təqsirləndirilən şəxslər İddiaçı, X5 və Abdullayev Rövşən Hüseyn oğlu barəsində cinayət işinə xitam verildiyi göstərilmişdir. Həmin vaxtdan 3 il keçməsinə baxmayaraq, heç bir iddia irəli sürülməmisdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35.1, 35.3, 100, 103-cü maddələrinə istinad edərək yeni açılmış hallarla bağlı ərizənin rədd olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxsl ərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını yeni açılmış hallarla bağlı ərizədə göstərilənlər təşkil edir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi ). Şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 107.1-ci maddəsinə əsasən, müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin normaların əlaqəli təhlili, habelə yeni açılmış hallar üzrə icraat qaydalarını müəyyən edən İPM-in Xİİ fəslində icraatın təzələnməsi barədə ərizənin təmin olunmasından şikayət verilməsinin nəzərdə tutulmadığı nəzərə alındıqda, yeni açılmış hallar üzrə icraat zamanı yalnız İPM-də bilavasitə nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından şikayət verilə bilər. Başqa sözlə, hazırkı halda, icraatın təzələnməsi barədə ərizənin təmin edilməsi deyil, onun rədd edilməsi (tələbin təmin olunmaması) haqqında qərardad mübahisələndirilə bilərdi. İddiaçının mübahisələndirdiyi – icraatın təzələnməsi barədə qərardadla iddiaçının hər hansı tələbi rədd edilməmiş, onun hüquq və vəzifələrinə dair məsələ həmin qərardadla həll edilməmişdir. İPM-in 107.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. İPM-in 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada müba hisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Beləliklə, iddiaçı icraatın təzələnməsi barədə qərardadı iş üzrə yekun qərarla birlikdə, həm də həmin qərarla onun tələbi təmin edilmədikdə mübahisələndirə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 dekabr tarixli 2-1(103)-2886/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Qərardad qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-598/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-598/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver