Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-598/2021 30.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe liyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1610/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu ildə doğulmuş, xx.xx.1975-ci ildə “Armatur, Elektrik qaynaqçı” ixtisası üzrə Sumqayıt şəhərinin 17 №-li peşə məktəbinə daxil olmuş və xx.xx.1977-ci ildə həmin peşə məktəbini bitirmiş, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Sovet Ordusu sıravi xidmət etmişdir.
2. İddiaçı xx.xx.1977-ci il tarixində n xx.xx.1979-cu il tarixədək 27 №-li Tikinti İdarəsində armatur qaynaqçı, xx.xx.1981-ci ildən həmin tikinti idarəsində 4-cü dərəcəli armatur-qaynaqçı, xx.xx.1984-cü ildən 5-ci dərəcəli elektrik-qaynaqçı, xx.xx.1985-ci ildən 6-cı dərəcəli elektrik-qaynaqçı, xx.xx.1988-ci ildən 5-ci dərəcəli elektrik-qaynaqçı, xx.xx.1992-ci ildən 6-cı dərəcəli elektrik qaynaqçı, xx.xx.1995-ci ildən 27 №-li Tikinti İdarəsinin ləğvi ilə bağlı 24 №-li tikinti idarəsinin 6-cı dərəcəli elektrik qaynaqçı, xx.xx.1995-ci ildən PMK-168 2 saylı İdarəsində 6-cı dərəcəli elektrik-qaynaqçı, xx.xx.1995ci ildən Sənaye Kommunal Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçı vəzifəsində çalışmış və xx.xx.2000-ci il tarixində öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2000-ci il tarixdən “X1” Səhmdar Cəmiyyətinin 2 nömrəli m üəssisəsində elektrik-qaynaqçısı vəzifəsində, xx.xx.2000-ci ildən 5-ci dərəcəli qazla kəsmə vəzifəsində işləmiş və xx.xx.2011-ci il tarixində öz arzusu ilə işdən azad edilmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubla cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi “X1” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi tərəfindən 19992002-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi, bu səbəbdən həmin dövrün əmək stajına daxil edilməsi mümkün olmadığından iddiaçının ümumi iş stajının 25 ildən az təşkil etməsini göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci inst ansiya məhkəməsindəki icraat
4. İddiaçı cаvаbdеhə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının 1999-cu ildən 2002-ci illərdə “X1” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işlədiyi illəri və texniki peşə məktəbində oxuduğu dövrü sosial sığorta stajına daxil edilməklə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. İlk əmək fəaliyyətinə peşə məktəbində oxuduğu zaman 1975-ci ildə başlamışdır. Həmin tarixdən elektrik-qaynaqçı vəzifəsində çalışmışdır. Bu barədə əmək kitabçasında qeydlər də olmuşdur. Lakin 1999-2002-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi aşkar edildiyindən həmin dövrdə çalışdığı illər əmək stajına daxil edilməmişdir. Lakin həmin dövrdə müəssisə tərəfindən hesabat verilmiş, sığorta hesablanmışdır və həmin borclar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il 484 saylı Fərmanına uyğun olaraq 2003-cü il 01 noyabr ayı tarixinə olan borclar silinmişdir. Bununla bağlı iddiaçı cavabdeh təşkilata müraciət etsə də, iddiaçının müraciəti təmin olunmamışdır.
6. Cavabdeh iddiaya dair etirazını təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətim müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü hissəsinin ikinci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. İddiaçıya məxsus HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “X2”nin 3 nömrəli filialında və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “X1” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində qeyd olunan ə mək stajı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyatı üzrə sorğu verilmiş, cavab olaraq “X1” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi tərəfindən 1999-2002-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi aşkar edilmişdir. Bu səbəbdən də həmin dövrün iddiaçının əmək stajına daxil edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması mümkün deyildir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2495/2020 saylı qərarı ilə (hakim – Aytən Oruczadə) iddia təmin edilməsi, iddiaçıya xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək “Armatur, Elektrik qaynaqçı” ixtisası üzrə Sumqayıt şəhərinin 17 nömrəli peşə məktəbində əyani təhsil aldığı müddəti və 1999-2002-ci ilədək “X1” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işlədiyi illəri sosial sığorta stajına daxil edilməklə, xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından və iddiaçıya aylıq təyin olunmuş maaş ilə bağlı forma 2-dən məlum olmuşdur ki, iddiaçı xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək armatur-qaynaqçı, xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilədək armatur-qaynaqçı və elektrik-qaynaqçı, xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək elektrik-qaynaqçı və qazla kəsmə vəzifəsində çalışmışdır. İddiaçının həmin sahələr üzrə çalışdığı sığorta stajı ümumilikdə 26 il 9 gün təşkil edir. Sözügedən peşə də Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda göstərilən vəzifələrə daxildir. Odur ki, iddiaçının 26 il 9 gün güzəştli stajı olmuşdur və təhsil illəri və hərbi illəri sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 30 il 11 gün sığorta stajı mövcuddur.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1610/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aidə Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2495/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarını cavabdeh xx.xx.2021-ci il tarixində almışdır.
13. Cavabdeh həmin qərardan xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1610/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “X2”nin 3 nömrəli filialında və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “X1” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində qeyd olunan əmək stajı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq “X1” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi tərəfindən 19992002-ci illər üçün məcburi dövlət sosi al sığorta haqlarını ödəməməsi aşkar edilmişdir. Bu səbəbdən də həmin dövrün iddiaçının əmək stajına daxil edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının aparılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü hissəsinin ikinci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilm əyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə göstərilənləri nəzərə almadan əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qan un qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik oldu qda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublik ası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixindən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1 993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000-19906 kodla əl ilə elektrik qaynaqçısı, 23200000-11618 kodla qazla kəsicilər peşəsi qeyd olunmuşdur.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcud luğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya inst ansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Hazırkı qərarın 18-21-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının təhsil və hərbi xidmət dövrü (4 il, 2 gün) də n əzərə alındıqda xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur.
31. Hazırkı qərarın 23-cü bəndində göstərilən normadan aydın olduğu kimi, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda təsbit olunmuşdur və bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.
32. Cavabdehin mübahisələndirdiyi hal iddiaçının “X1” Səhmdar Cəmiyyətinin 2 nömrəli müssisəsində işlədiyi illərdə həmin müəssisənin 1999-2002-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyindən həmin dövrün əmək stajına da xil edilməsinin mümkün olmamasıdır. Cavabdeh kassasiya şikayətinin dəlillərində də bu hala istinad etmiş, məhkəmənin göstərilən halı nəzərə almayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin tələblərini pozduğunu bildirmişdir.
33. Aşağıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir.
34. Hazırkı qərarın 22-ci bəndində göstərilən normadan görünür ki, xx.xx.2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslər ə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının 1999-2002-ci illərdəki işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır.
35. Həmçinin, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə üzrə məcburi sosial sığorta haqları üzrə 2003-cü ilin noyabr tarixinə qədər olan borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 487 nömrəli Fərmanına uyğun olaraq silinmişdir.
36. Göründüyü kimi, iddiaçının xx. xx.2006-cı il tarixinədək tələb olunan 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1610/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.