Məhkəmə qərarları › İş №2-1(102)-598/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-598/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-598/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirmiş şəxsin əlilliyinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası) “əlilliyin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021-ci il tarixli 2-1(103)-2664/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1986-cı il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 31 saylı, 16 iyul 2018-ci il tarixli qərarında qeyd olunur ki, Rzayev Əbdülkərim Əli oğlu, Xəstəlik: “Postradision ensefa lopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom”. Bəli, DİO-da xidməti vəzifələrin icrası zamanı alınmışdır. Əsas: Xəstəliklərin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyi, Xüsusi Həkim Komissiyasının 16 iyul 2018-ci il tarixli protokolu.

3. Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası Ekspert Şurasının ekspert rəyinin təsdiq olunmuş surətindən (iş v. 13) görünür ki, iddiaçıya "Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom" diaqnozu qoyulmuş və müəyyən edilmişdir ki, "xəstəlik Çernobıl AES-də baş vermiş qəzanın ləğv i işlərində radioaktiv şüalanma ilə əlaqədardır".

4. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, 4399003AAAGN saylı Forma 88 arayışı üzrə əlilliyin təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb olaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Həkimin rəyi: 1986-cı ildən xəstə olmasına baxmayaraq, son illərə qədər xəstəliyi təsdiq edən ambulator və stasionar müalicələr qeyd edilməyib. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Rzayev Əbdülkərim Əli oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ücnüçü) şəxs Azərbaycan Respub likası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası) iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli X1 Komissiyasının 13 yanvar 2020-ci il tarixli, ******* AAAGN nömrəli bildirişinə əsasən tibbi sənədlərdə qeyd edilmiş xəstəliyin onda olması ilə əlaqədar əlilliyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1985-ci ildə Belarusiya Respublikasının Mogilyov şəhərində yerləşən Milis məktəbinə daxil olmuşdur. 1986-cı ildə Mogilyov şəhər Milis məktəbinin rəhbərliyi tərəfindən 30 gün müddətinə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə cəlb edilmişdir. 30 gün müddətin də orada xidmət aparmış və bu müddət ərzində şüalanmaya məruz qalmışdır. Ona 10 sentyabr 1991-ci il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etməsi barədə vəsiqə, radioaktiv şüalanma barədə 29 noyabr 1986cı il tarixli qeydiyyat vəsiqəsi və Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməsi barədə isə Azərbaycan Respublikası Çernobıl İttifaqı tərəfindən vəsiqə verilmişdir. Səhhətində olan problemlərlə əlaqədar 29 iyun 2017-ci il tarixdən 17 iyul 2017-ci il tarixə qədər, 16 noyabr 2019-cu il tarixdən 27 noyabr 2019-cu il tarixə qədər olan müddət ərzində DİN-nin A.Heydərov adına Respublika Hospitalında müalicə olunmuşdur. Ona “Toksiki ensefalopatiya Postradison ensefalopatiya, Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Postradision mielopatiya. Aşağı ətrafın paraparezi” rəyi verilmiş və bunların DİO-da xidmət vəzifələrinin icrası zamanı alınması, əsas olaraq xəstəliklərinin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 16 iyul 2018-ci il tarixli, 231 nömrəli protokolu olması göstərilmişdir. 10 dekabr 2019-cu il tarixdə, 13 yanvar 2020-ci il tarixdə Həkim Məsələhət Komissiyası tərəfindən qeyd edilmiş şüalanma ilə əlaqədar xəstəliklərin onda olması qeyd edilmiş, əlilliyin verilməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Bundan əvvəl də dəfələrlə göndəriş verilmiş, lakin cavabdeh təşkilat ona əlillik vermək dən imtina etmişdir. Lakin 15 yanvar 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası təlvöD“ səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: 1986-cı ildən xəstə olmasına baxmayaraq, son illərə qədər xəstəliyi təsdiq edən ambulator və stasionar müraciətlər qeyd edilməmişdir” deyə əlillik verməkdən imtina etmişdir. Halbuki, lıbonreÇ“ qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 06 dekabr 1993-cü il tarixli Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 5-ci maddəsinin 1-ci bəndinin “a”, “b” və “v” yarımbəndlərində və 2-ci bəndində göstərilən şəxslərə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi iş tirakçılarının vəsiqələri verilir. Qanunun 5-ci maddəsinin 3-cü bəndində göstərilmiş şəxslərə isə Slavutiç şəhərinin tikintisində iştirak etmiş və şüadan müəyyən qədər zərərçəkmiş digər şəxslərin vəsiqəsi verilir. Həmin vəsiqələr Qanunda nəzərdə tutulmuş güzəşt hüquqlarını təsdiq edən sənəddir. Hesab edir ki, cavabdehin ona əlilliyin verilməməsi barədə rəyi qanuni və əsaslı hesab edilə bilməz və qeyd edilmiş xəstəliklə əlaqədar ona əlilliyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Rzayev Əbdülkərim Əli oğlunun əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAD8T saylı göndərişi əsasında 31 avqust 2018-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərmişdir ki, xəstəlik 26 aprel 1986-cı il tarixdə başlanmışdır. Əsas diaqnoz kimi şaB“ beynin digər zədələnmələri, Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” xəstəliyi, ağırlaşma kimi “Kəskin ifadə olunmuş astenonevrotik sindrom” xəstəliyi göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Serebral ateroskleroz, Qasıq yırtığı, Prostat vəzinin hipertrofiyası. Essensial (birinci) hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə. Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, sol tərəfli qasıq yırtığı.” xəstəlikləri qeyd edilmişdir. Qeyd edilmiş diaqnoz və ağırlaşmalar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin v ə sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Buna görə də İddiaçı əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq onun əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsinin göndərişində İddiaçı olan sinir sisteminin xəstəliyi kimi göstərilmiş şaB“ beynin digər zədələnmələri, Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” xəstəliyi, ağırlaşma kimi “Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” xəstəliyinin “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə uyğun əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməyib. Həmçinin, xəstəliyin başladığı dövrdən dinamikası və aparılmış müalicələr barədə heç bir məlumat qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyac olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 439900AAAGG saylı göndərişi əsasında 6 dekabr 2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərmişdir ki, xəstəlik 26 aprel 1986-cı il tarixdə başlamışdır. Əsas xəstəlik “Toksiki ensefalopatiya, Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Postradiasion mielopatiya. Aşağı ətrafların paraparezi”, ağırlaşma kimi isə “Paraplegiya və tetraplegiya, Aşağı ətrafların paraparezi. Postradiasion mielopatiya. Digər neqa tiv pozğunluqlar, kəskin ifadə olunmuş astenonevrotik sindrom” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Prostat vəzinin hiperplaziyası. Hipertenziv ensefalopatiya, dissrkulyator ensefalopatiya. Postradision ensefalopatiya. Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ.” xəstəliyi qeyd edilmişdir. Əvvəlki göndərişdə qeyd edilməyən ağırlaşma olan ığaşA“ ətrafların paraparezi” xəstəliyi heç bir müayinə ilə təsdiq edilmir. Digər ağırlaşmalar isə yuxarıda qeyd edildiyi kimi, əlilliyin təyininə əsas vermir. Bu göndərişdə də xəstəliyin başladığı dövrdən dinamikası və aparılmış müalicələr barədə heç bir məlumat qeyd edilməmişdir. Buna görə də bu göndəriş əsasında əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişd ir. Ə,Rzayevin əlillik vəziyyəti sonuncu dəfə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4399003AAAGN saylı göndərişi əsasında 29 dekabr 2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirilməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik 26 aprel 1986-cı il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşmaları, eləcə də yanaşı xəstəliklər əvvəlki göndərişdə olduğu kimi təkrarən qeyd edilmişdir. Yenə də ağırlaşma kimi qeyd edilmiş ığaşA“ ətrafın paraparezi” xəstəliyi heç bir müayinə ilə təsdiq edilmir. Digər ağırlaşmalar isə yuxarıda qeyd edildiyi kimi, əlilliyin təyininə əsas vermir. Bu göndərişdə də xəstəliyin başladığı dövrdən dinamikası və aparılmış müalicələr barədə heç bir məlumat qeyd edilməmişdir. Buna görə də bu göndə riş əsasında əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçıya əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətlərə və ya hərəkətsizliyə yol verilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1436/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarı ilə (hakim Fərid Mədətli) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, istər iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı, istərsə də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ona əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsasdır. İş materiallarında iddiaçının eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının 29.06.2017-ci il tarixdən 17.07.2017- ci il tarixədək, 16.11.2019-cu il tarixdən 27.11.2019-cu il tarixədək stasionar müalicədə olması, 13.11.2019-cu il və 17.11.2020-ci il tarixdə laborator müayinələrdən keçməsi müəyyən edilmişdir ki, bu isə qeyd edilən tələblərə cavab vermir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, şikayətini iddia ərizəsinə uyğun əsaslandı rmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Cahangir Yusifov) 15 noyabr 2021-ci il tarixli, 21(103)-2664/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1436/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasın ı xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci ilk tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin qiymətləndirilməsi Qaydalarının 1.5.2.4-cü bəndinə əsasən, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar şüalanan şəxslərin əlilliyi xüsusi səbəblərlə əlaqədar müəyyən edilir. Əlilliyi olan şəxslərin hüquqları haqqındaQanunun və qeyd edilən Qaydaların tələbləri baxımından cavabdehin və məhkəmələrin istinad etdiyi şərt (eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay mü ddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması) Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar şüalanan şəxslərə, o cümlədən iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi isə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

15. Həmçinin, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsində də səhvə yol verilmişdir. Belə ki, iddiaçı 24 iyun 2021-ci il tarixindən 28 iyun 2021-ci il tarixinədək olan müddət ərzində Azərbaycan Tibb Universitetinin X2 stasionar qaydada müalicə almasına dair məhkəməyə sənəd təqdim etmişdir. Məhkəmə isə bu sənədə qiymət verməmiş, onu araşdırmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim o lunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci ilk tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydaları" Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsa sən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: (-) 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; (-) 1.5.2. xüsusi səbəblərdən: (-) 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamə Bənd 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reab ilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası" Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki ) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (-) Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. M addə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılı ğı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, iddiaçının şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı "Əlilliyin qiymətləndirilməsi Qaydaları"nın 1.5.2.4-cü bəndində nəzərdə tutulmuş ambulator və ya stasionar müalicədə olma şərtinin ona aid edilməsini qanunauyğun hesab etmir. Belə ki, cavabdeh həmin bəndə uyğun olaraq iddiaçının ambula tor və stasionar müalicədə olmadığını əsas gətirərək ona əlillik təyin etməkdən imtina etmişdir. İddiaçı isə bunu əsassız hesab edərək həmin şərtin ona aid edilməsini qanunsuz hesab edir

26. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ona əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsasdır (bax: hazırkı qərarın 20-ci bəndi). İddiaçı, "Əlilliyin qiymətləndirilməsi Qaydaları"nın 1.5.2.4-cü bəndində göstərilən ambulator və ya stasionar müalicədə olma şərtinin ona aid edilməsinin qanunsuz olduğunu bildirsə də, istinad edilən qanunvericilik aktlarında şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olma şərtinin Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmiş şəxslərə aid olmaması barədə qeyd nəzərdə tutulmamışdır.

27. Buna uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, qanunvericiliyə əsasən həmin şərt iddiaçıya da şamil olunmalıdır. Lakin məhkəmə araşdırmaları ilə iddiaçının eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması öz təsdiqini tapmamışdır.

28. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının 26 aprel 1986-cı il tarixdən 29 iyun 20 17-ci il tarixədək, yəni DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 saylı poliklinikada tibbi qeydiyyata alındığı tarixədək xəstəliyi üzrə səhhətini əks etdirən hər hansı məlumat, müayinə və aparılmış müalicə tədbirləri barədə heç bir sübut yoxdur.

29. İddiaçıya Xüsusi Həkim Komissiyası tərəfindən 16 iyul 2018-ci il tarixində “Postradision ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” diaqnozu ilə “DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır” məzmununda qərar verilmiş, qərarın verilməsinə əsas iddiaçının 29 iyun 2017-ci il tarixdən 17 iyul 2017-ci il tarixədək A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olması barədə 3884 saylı xəstəlik tarixindən çıxarış, Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzan ın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyi, iddiaçının 1986-cı il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etməsi barədə vəsiqə göstərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası DİN-in Xüsusi Həkim Komissiyası tərəfindən qərar qəbul edilən zaman iddiaçının xəstəliyin əvvəlki dövrlər üzrə davam etmə dinamikası və aparılmış müalicələri barədə hər hansı sənədə istinad olunmamışdır.

30. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 029-3320-1220 saylı məktubda iddiaçıya təyin olunmuş diaqnoz üzrə xəstəliyin 26 aprel 1986-cı il tarixdən başlanması və xroniki gedişi olması göstərilsə də, lakin ona təyin olunmuş diaqnozlar üz rə xəstəliyin əvvəlki dövrlər üzrə davam etmə dinamikası və aparılmış müalicələr barədə hər hansı məlumat öz əksini tapmamışdır.

31. Məhkəmələr tərəfindən iddiaçının 29 iyun 2017-ci il tarixdən 17 iyul 2017-ci il tarixədək, 16 noyabr 2019-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək stasionar müalicədə olması, 13 noyabr 2019-cu il və 17 noyabr 2020-ci il tarixdə laborator müayinələrdən keçməsi müəyyən edilmişdir ki, bu isə qeyd edilən tələblərə cavab vermir.

32. Göründüyü kimi, məhkəmələr tərəfindən iş üzrə tam, hərtərəfli araşdırma aparılmış, proses iştirakçılarının təqdim etdiyi sübutlar və məhkəmənin sorğularına müvafiq qurumların verdiyi cavablar əsasında müəyyən edilmişdir ki, iddiaçının eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilə lərlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması öz təsdiqini tapmamışdır.

33. Beləliklə, işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə sonuncu müayinə zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 4399003AAAGN nömrəli göndərişi əsasında ona əlilliyin təyin edilməsi mümkün olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

34. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021ci il tarixli, 2-1(103)-2664/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 21(103)-2664/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar