Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-598/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2734/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İşin hallarına əsasən, mübahisənin predmetini iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir.
2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, -xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək “Azərkəndkimya Respublika İstehsalat Elm Birliyi”ndə böyük aqronom; -xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək “Azərkəndkimya Respublika İstehsalat Elm Birliyi”nin sədr köməkçisi; -xx.xx.1987-ci ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikasının Plan KomitəsiX2 rəisi; -xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra aparatının “Ərazi idarəetmə orqanları şöbəsi”ndə böyük referent; -xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində “Aqrar-sənaye kompleksi şöbəsi”ndə bölmə rəisi vəzifəsində işləmişdir.
3. İddiaçının ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-cı, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsin ə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 2 ay 11 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. İddiaçının 1980-1987-ci illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatların təqdim edilməsinə dair X3 xx.xx.2021-ci il tarixli, 04/xx-xx/3250 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi xidmətləri üzrə X6 (Азерсельхозхимия) haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən adı çəkilən birlik Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR-də vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” 1979-cu il 2 noyabr tarixli 461 nömrəli Qərarı ilə, SSRİ Nazirlər Sovetinin “Ölkədə vahid aqrokimyəvi xidmətin yaradılması haqqında” 9 sentyabr 1979-cu il tarixli 765 nömrəli Qərarına uyğun olaraq yaradılmışdır. “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “Azərbaycan SSR Dövlət AqrarSənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin “İnzibati və y ardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində dövlət orqanının anlayışı müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. İddiaçının 1980-1987-ci illərdə işlədiyi “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin aparatında nəzərdə tutulmadığı və birlik statusunda fəaliyyət göstərdiyi, yuxarıda qeyd edilən Siyahıda isə yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı üçün həmin illər dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır.
5. İddiaçının 1987-1991-ci illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatların təqdim edilməsinə dair X3 xx.xx.2022-ci il tarixli, PMŞ/3-2-2022-878 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan SSR Dövlət Plan Komitəsinin təşkilati strukturu və fəaliyyətinin yenidən qurulması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 8 sentyabr 1988-ci il tarixli 307 nömrəli X7 sənaye komp leksinin Kənd təsərrüfatı şöbəsi Komitənin aparatının strukturunda nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı üçün iddiaçının 1987-1991-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində işlədiyi müddət dövlət qulluğu hesablanarkən nəzərə alınır. İddiaçının 1991-1993-cü illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin mərkəzi aparatının strukturunda Aqrar sənaye kompleksinin Kənd təsərrüfatı məhsulları istehs alının balansları şöbəsi nəzərdə tutulmuşdur. İddiaçının 1993-1995-ci və 2000-2001-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində işlədiyi müddətlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tarixli 610 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə çevrilmişdir. Yuxarıda qeyd edilən Siyahının 2.9-cu bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olan vəzifələr Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıldığı üçün iddiaçının 1991-1993-cü illərdə İqtisadiyyat və Planlaşdırma Komitəsində, 1993-1995-ci və 2000-2001-ci illərdə İq tisadiyyat Nazirliyində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. İddiaçının 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında işlədiyi müddətlə bağlı bildiririk ki, adı çəkilən Siyahının 2.2-ci bəndində Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük referent vəzifəsi Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırıldığı üçün qeyd edilən illər dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır.
6. İddiaçının mübahisələndirilməyən dövlət qulluğu stajı barədə məlumat təqdim edilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1ci və 20.11.2-ci mad dələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun dövlət qulluğu stajının 15 ildən az (14 il 2 ay 11 gün (“Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyində işlədiyi xx.xx.1987xx.xx.2000-ci il, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işlədiyi xx.xx.2000xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilib. Bu səbəbdən də adıçəkilən şəxsə sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 18 noyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “X1 Elm Birliyi”nin Mərkəzi Aparatında işlədiyi 6 (altı) il, 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətini pensiya təminatında dövlət qulluqçusu kimi hesab edilərək pensiyasının yenidən dövlət qulluqçusu kimi hesablanması üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan ona məxsus əmək kitabçasında əks olunan məlumatlara istinad edərək qeyd etmişdir ki, əmək pensiyasına çıxması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun “Azərkimya Respublika İstehsalat Elm Birliyi”ndə işlədiyi 6 il 8 ay 26 günü nəzərə almadan dövlət qulluğunda əmək stajını 14 il 2 ay 11 gün olaraq hesablamışdır. Bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun İİ fəsil, “Dövlət orqanları” bölməsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublkasının qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda Azərbaycan Respublkasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Həmin Qanunun 8.1.6-cı maddəsində qeyd edilir: Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları-müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri, Nax çıvan Muxtar Respublikası Televiziya və X5 (6-cı kateqoriya dövlət orqanları). Qeyd etmişdir ki, işlədiyi “Azərkimya Respublika İstehsalat Elm Birliyi” dövlət orqanı və onun dövlət qulluqçusu olduğunu adıçəkilən Qanunda 3 fakt təsdiq edir: yaradılması; dövlətin məqsəd və funksiyasının həyata keçirilməsi; maliyyələşməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Dövlət qulluqçualarının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifatı To plusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siayhısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən, siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirlməsi nəzərdə tutulmuşdur. “Azərkimya Respublika İstehsalat Elm Birliyi”nin 1997-ci ildə ləğv olunması səbəbindən onun adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin ed ilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na daxil olunması nəzərdən qaçırılmışdır. İddiaçı yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 12, 38 və 71-ci, həmçinin İPM-nin 34.1, 45, 46, 68, 69, 73, 75 və 85.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tələbin “İddiaçı dövlət qulluğu stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının y enidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş və məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3884/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçıya dövlət qulluğu vəzifəsində qulluq stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, X8 tərəfindən təqdim edilən sənədlərə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi x idmətləri üzrə X6 (Азерсельхозхимия) haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən adı çəkilən Birlik Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR-də vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” 1979-cu il 2 noyabr tarixli 461 nömrəli Qərarı ilə, SSRİ Nazirlər Sovetinin “Ölkədə vahid aqrokimyəvi xidmətin yaradılması haqqında” 9 sentyabr 1979-cu il tarixli 765 nömrəli Qərarına uyğun olaraq yaradılmışdır və öz fəaliyyətində Azərbaycan SSR Nazirlər Sovetinə və Ümumittifaq “Союзсельхозхимия” birliyinə tabedir. 13. “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “Azərbaycan SSR Dövlət AqrarSənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrə li Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına əsasən “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin yanında olan birliklərin siyahısında nəzərdə tutulana qədər “Azərbaycan SSR Nazirlər Soveti yanında olan qurum olmuşdur.
14. Bu səbəbdən də həmin qurumun yaranması, dövlətin məqsəd və funksiyalarını həyata keçirib-keçirməməsini və maliyyələşməsi baxımından iddiaçının “Azərkəndkimya” Elm-istehsalat birliyində aparıcı aqronom vəzifəsində işləməsinə (xx.xx.1981-xx.xx.1984) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixl i 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndi şamil edilməlidir. İddiaçının qeyd edilən qurumda sədr köməkçisi işlədiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, həmin bənddə (1.15-ci bənddən fərqli olaraq) rəhbərin köməkçisi nəzərdə tutulmamışdır.
15. İddiaçının dövlət qulluğunda mübahisələndirilməyən stajı 14 il 2 ay 11 gündür. Həmin d övr X8 tərəfindən təqdim edilən arayışa əsasən dövlət qulluğu stajı olduğu müəyyən edilir. Məhkəmə həmin əsaslandırmanı qanunauyğun hesab edir. Mübahisələndirilən dövr qeyd edilən hissədə nəzərə alındığı təqdirdə (aparıcı arqonom vəzifəsinin uyğunlaşdırıldığı aparıcı məsləhətçi vəzifəsində işlədiyi dövr), iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajının ən azı 15 il olduğu müəyyən edilir.
16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2734/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.Ə.Baxışo va) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3884/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. İddiaçının 1980-1987-ci illərdə işlədiyi “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Dövlət AqrarSənaye Komitəsinin aparatında nəzərdə tutulmadığı və birlik s tatusunda fəaliyyət göstərdiyi, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyah ısı”nın 1-ci bəndinə əsasən aparıldığı, həmin Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıldığı üçün, mübahisəli illər iddiaçıya münasibətdə dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilməz.
19. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlillərinin əsasını təşkil edir. Kassasiyaçı şikayətdə MPM-nin 82.3-cü və İPM-nin 1, 58, 68, 69, 82, 90.0.6, 95 və 96-cı maddələrinə istinad e tmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun:... Maddə
20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanını n müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1 dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin o rta aylıq məbləğinin 50 faizi miqdarında qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.... 23. “Dövlət qulluğu haqqında” Qanun:... Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və d igər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir; Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir; Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır; Maddə 8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası ( ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları); Maddə
9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəx sin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir; Maddə 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır; Maddə 14.2. İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir; Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl veri lir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir; Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8” publik hüquqi şəxsin Nizamnaməsinin: -1.1. Azərbaycan Respublikasının X8 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir; -2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: -2.1.1. dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; -2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir; -2.1.21. müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ümumi şərtlərə uyğun hazırlanmasını təmin edir; -2.1.36. dövlət qulluqçularının reyestrini aparır və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin edir.
25. Azərbaycan R espublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Topl usunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
27. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. İş üzrə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırma ları yetərli hesab olunur.
34. Hazırkı işin materiallarına əsasən, iddiaçı dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının dövlət qulluğunda iş stajının 15 ildən az olduğunu bildirərək pensiya təyin etməkdən imtina etmişdir.
35. Cavabdeh imtinasının səbəbini iddiaçının 1980-1987-ci illərdə işlədiyi “Azərkəndkimya Respublika İstehsalat Elm Birliyi"-nin Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin aparatında nəzərdə tutulmadığını və birlik statusunda fəaliyyət göstərdiyi ilə əsaslandırmışdır.
36. Mübahisələndirilən dövr ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X3 xx.xx.2021-ci il tarixli 04/xx-xx/3250 nömrəli məktubuna əsa sən iddiaçının 1980-1987-ci illərdə işlədiyi “Azərkəndkimya Respublika İstehsalat Elm Birliyi" Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin aparatında nəzərdə tutulmadığı və birlik statusunda fəaliyyət göstərdiyi, siyahıda isə yalnız Azərbaycan SSR dövlət komitəsinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı üçün həmin illər dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır.
37. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmış, dövlət qulluğunda ümumi staj 15 ildən az olmuşdur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericili yin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2734/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.