Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-598/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ötürülmüş prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilm əsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)2026/2023 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-1156/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
2. İddiaçı qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il ta rixli 2-1(103)-2026/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1156/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Apellyasiya instansiyası məhkəməsinin qərarı məhkəmə aktından kassasiya şikayəti verilməsi qaydasında dair izahla birlikdə xx.xx.2023-cü il tarixdə saat 09:40-da iddiaçının həm də nümayəndəsi olan vəkili X1 qızının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir.
4. İddiaçının nümayəndəsi (həm də vəkili) xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti və xx.xx.2024-cü il tarixdə prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, lakin kabinetə qərarın yüklənməsi barədə heç bir elektron poçt, SMS və s. vasitəsilə məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixdə digər məhkəmə işləri ilə bağlı elektron kabinetə daxil olduqda qərarla tanış olmuşdur, qərarın onun tərəfindən oxunulması vaxtı da elektron kabinetdə qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.
1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ə rizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
8. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
9. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 1 ay müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
10. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəm ə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
11. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2026/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, iddiaçının kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir.
12. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş və bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, lakin qərarın kabinetə yüklənməsi barədə heç bir elektron poçt, SMS və s. vasitəsilə məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixdə digər məhkəmə işləri ilə bağlı elektron kabinetə daxil olduqda qərarla tanış olmuş və qərarın onun tərəfindən oxunulması vaxtı da elektron kabinetdə qeyd olunmuşdur.
13. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9 4.1-ci maddəsi ilə müəyyən edilmiş 1 ay müddət keçdikdən sonra təqdim edilmişdir.
14. İddiaçını təmsil edən nümayəndəsi (həm də vəkili) vəsatətində müddətin ötürülməsinin üzrlü səbəbi kimi məhkəmə qərarının elektron kabinetə yerləşdirilməsi barədə ona məlumat verilməməsini göstərmiş, beləliklə də buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
15. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
16. Hazırkı mübahisəyə münasibətdə ərizəçi tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Ərizəçinin vəsatətdə istinad etdi yi hal isə, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Belə ki, Elektron Məhkəmə İnformasiya Sisteminə (EMİS) məhkəmələr tərəfindən hər hansı sənəd yerləşdirildiyi təqdirdə, elektron kabinet yaratmış proses iştirakçılarına, onların EMİS-də qeydiyyatdan keçmə üsullarından asılı olaraq sistem tərəfindən müvafiq xəbərdarlıq göndərilir. Belə olan halda, məhkəmə sənədləri elektron qaydada oxunma günündən deyil, elektron kabinetə yerləşdirildiyi tarixdən rəsmi təqdim edilmiş sayılır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə ” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqı nda lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.
18. Bu qərarın 17-ci bəndində sadalanan hüquq normalarının birgə təhlili onu deməyə əsas verir ki, məhkəmə sənədləri EMİS-də qeydiyyatdan keçən şəxslərin elektron kabinetində yerləşdirilir və bu zaman məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilərkən onlara bu barədə məlumat məhz həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, iddiaçının nümayəndəsinin dəlili müddətin şikayət verən şəxsin təqsiri olmadan buraxılması qənaətinə gəlməyə və buraxılmış müddətin bərpa edilməsinə əsas vermir.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəbulundan imtina olunmaqla, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2026/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.