Məhkəmə qərarları › İş №2-1(102)-599/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-599/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-599/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayonu 2 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-599/19) Bakı şəhəri 23 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayonu 2 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı 2-ci dərəcə əlilliyin bərpa edilməsi və hər bir ay üçün pensiyanın 152 manat miqdarında hesablanıb ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 05 oktyabr 2018-ci il tarixli 2-1(103)-2455/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hərbi zavodda zərərli işdə işləmiş və iş zamanı ağır xəstələnmişdir. 16.08.1991-ci ildə Bakı şəhər 1 saylı xəstəxanaya aparılmış və ona bronxial astma infeksion allergik forma orta ağ ciyərində diaqnozu qoyulmuş, uzun müddət xəstəxanada müalicə olunmuşdur. Bundan başqa 06.11.2003-cü ildə ağır bədən xəsarəti (travma) bud-çanaq oynağının sümüyünün başının yerdəyişm iş sınığı, barmaq sınığı, hər iki dizlərindən ağır xəsarət almışdır. Xəstəxanada cərrahiyyə əməliyyatı olunmuşdur. Cərrah həkiminin səhlənkarlığı qeyri-düzgün apardığı cərrahiəməliyyat nəticəsində o, 8 ay yataq xəstəsi olmuşdur. 80 faiz əmək qabiliyyətini itirmişdir. Xəstəliyinin ağır olmasına görə 2007-ci ildə Xətai rayon TSEK tərəfindən ona əlillik qrupu verilmiş, 2009-cu ildən isə 2-ci dərəcəli əlillik verilmişdir. 02.10.2014-cü ildə Xətai rayon TSEK sədri X2 da onun ağır xəstəliyinə görə 2-ci dərəcəni yazmış, əmək qabiliyyətsizdir haqqında arayışı imzalayıb təsdiq etmişdir. Amma, 28.10.2015-ci il tarixində növbəti komissiyadan keçən vaxtı TSEK sədri Əli Əsgərov öz şəxsi maddi marağını, tamahını üstün tutaraq ondan soruşmuşdur ki, neçə ildir ki ikinci dərəcəli əlillik qrupu alır, nə qəd ər pensiya pulu alır. Sonra ona aid sənədlər olan tibbi kartanı vərəqləyib hamısını çevirib alt-üst edəndən sonra isə müxtəlif bəhanələrlə vasitələrlə pul anladırdı ki, 2-ci dərəcəni təsdiq etsin, qüvvədə saxlasın. O da ona öz iradını bildirmişdir ki, o, uzun illərdir ağır xəstədir. Əli Əsgərov isə onu birbaşa hədələmiş və bildirmiş ki, elə eləmə ki, sənə əlillik dərəcəsi heç vermərəm. Sonra bildirib ona demişdir ki, gəl səni göndərim nazirliyə kuratorun yanına razılıq versinlər onda sənə 2 dərəcəli təsdiqləyim verim. Onun sosial vəziyyəti maddi imkanı çox aşağıdır, pulu olmamışdır ki, o istədiyi pulu ona versin. Ona görə də, bu il TSEK sədri Əli Əsgərov özünün marağına, istədiyinə nail olmadığı üçün ona qarşı qərəzli, məkrli mövqe tutaraq, komissiyadan keçdiyi gündən 9 gün keçəndən sonra, yəni 05.11.2015-ci il tarixində onun 2-ci dərəcəli əlillik qrupunu aşağı endirib əsassız olaraq qəsdən 3 qrup yazmışdır. Bu onun iradəsindən asılı olmamışdır. TSEK sədri həmdə saxtakarlıq etmişdir. Qəsdən, əsasız olaraq onun 2-ci dərəcəli əlillik qrupunu aşağı yazmaqla qəzəbini bildirərək tibbi reabilitasiya müalicə olmaq və digər əlillik imtiyazlarından məhrum etmiş, sosial vəziyyətinin daha da ağırlaşdırılmışdır. Əhsən belə həkimə. Bu faktın özü də göstərir ki, TSEK sədri Əli Əsgərov uzun müddət ondan pul rüşvət gözləmişdir. Onlar öz vəzifəsinə, qulluq mövqeyinə, “Əlilliyin müəyyən olunmasına dair Əsasnaməyə” biznes gəlir mənbəyi kimi baxırlar, xəstə əlillərin haqqına girirlər, həm maddi mənəvi həm-də tibbi-sosial cəhətdən ağır zərbə vurmuşlar. Xətai rayon TSEK sədri Əli Əsgərov Azərbay can Respublikasının mövcud olan bütün qanunlarını kobud şəkildə pozaraq, onun konstitusion hüquqlarını tapdalamışdır. Onun xəstəliyi günü-gündən getdikcə ağırlaşır, fəsadlar dərinləşir, artır. Mütəmmadi tibbi reabilitasiya müalicə kursu almaqdan əlillik imtiyazlarından isə Əli Əsgərov qəsdən onu məhrum etmiş, fiziki məhv olmağını tezləşdirmiş, bu da insan həyatına qəsd etməyin bir növlü üsulu sayıla bilər. İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayonu 2 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı 2-ci dərəcə əlilliyin bərpa edilməsi və hər bir ay üçün pensiyanın 152 manat miqdarında hesablanıb ödənilməsi cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci i nstansiya məhkəməsinin 21 dekabr 2017-ci il tarixli iş № 2-1(82)-88/2017, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianınrədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 05 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-2455/2018 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və V.Ağayev) qərarı ilə birinci instansiya məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayəti nin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir, məhkəmə işə baxıb iddianı təmin edilməsi barədə qərar qəbul etmək əvəzinə formal mülahizələrlə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul etməklə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-88/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası işin hallarına lazımi hüquqi qiymət verməyərək, qərarını əsaslandırmadan əsassız və ədalətsiz qərar qəbul etmişdir. İddiaçı tərəfindən iddia tələbini əsaslandırdığı zəruri sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə həm in sübutlara hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiklər i sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 2.2 və 2.2.2-ci maddələrinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddiala ra və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Bundan başqa, iddiaçı kasasiya şikayətində digər bir sıra qanunlara, o cümlədən “Əmək pensiyaları haqqında” Qanunun 4, 11.1-ci maddələrinə, Konstitusiyan ın 60-cı maddəsinin İ bəndinə, İnzibati Prosessual Məcəllənin 69.4, 90.1, 90.2, 91, 92.0.6, 94.1-ci maddələrinə də istinad etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2455/2018 saylı qərarının ləğv edilməsini və işin materiallarını yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, k asasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin materiallarını yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, onun vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin materiallarını yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabde hin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 05 oktyabr 2018-ci il tarixli, 21(103)-2455/2018 saylı qərarla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2-1(82)-88/2017 saylı qərarının dəyişdirilmədən qüvvədə sax lanılması, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən, «Əlillərin sosial müdafiəsi haqqında» Qanunun 2, 3, 4-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası İddiaçı kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin “Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri” adlanan 91-ci maddəsində deyilir ki, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasından, eləcə də İnsan Hüquqlarının və X1 haqqında Konvensiyadan tutmuş, İnzibati Prosessual Məcəllədən bir sıra maddələrinə qədər (Cəmi 12 prosessual norma) olan normalara istinad etsə də, konkret şəkildə İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinin tələb etdiyi kimi – apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının iddiaçının qənaətinə görə düzgün tətbiq edilməməsinin nədən ibarət olması kasasiya şikayətində öz əksini tapmamışdır ki, bu da iddiaçının həmin dəlilinin, yəni, maddi və prosessual normalarının apelyasiya instansiyası məhkəməsi tərəfindən pozulması dəlilinin sırf formal və deklarativ, nəticə etibarı ilə də əsassız xarakter daşıdığını dəlalət edir. Digər tərəfdən, işin faktiki halı ilə bağlı iddiaçının yazdığı yeganə dəlil ondan ibarətdir ki, o, əlillik qrupun müəyyən edilməsi üçün həkim əmək ekspert komissiyasında ekspert müayinəsindən keçməyə maraqlı və istəkli olduğu halda, 38 nömrəli şəhər poliklinikası onu bu məsələ ilə əlaqədar məlumatlandırmamış, xəbərdar etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 38 nömrəli şəhər Poliklinikasının 28 avqust 2017-ci il tarixli məktubuna əsasən İddiaçı sonuncu dəfə 03 noyabr 2016-cı il tarixdə poliklinikaya müraciət etmiş və Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin gücləndirilməsi üçün T.S.E.K-ə göndərilmişdir. İddiaçı poliklini kaya dəvət olundu. Ona yenidən müvafiq müayinələrdən keçərək sənədlərini TSERAS-a salmaq təklif olundu. O isə qətiyyətlə imtina etdiyini bildirdi. Məlum olduğu kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən TSEK-in qər arından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Beləliklə, şəxsin əlillik dərəcəsinin müəyyən edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. Həmin Qanunun 3-cü maddəsinə əsasən şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Həkim-əmək ekspert komissiyası haqqında əsasnaməni, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsinə dair əsasnaməni Azərbaycan Respublikasın ın Nazirlər Kabineti təsdiq edir. Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə vəsiqə verilir. Vəsiqənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti əlillərin ictimai təşkilatları ilə razılaşdırmaqla təsdiq edir. Həmin Qanunun 4-cü maddəsinə görə əlilliklə bağlı tələbatın müəyyənləşdirilməsi qaydası və şərtləri tibbi-sosial ekspertiza rəyinə əsasən və əlilin peşə və məişət fəaliyyəti qabiliyyəti nəzərə alınmaqla təyin edilir. Əlilin zəruri sosial müdafiəsinin növləri və həcmləri tibbi, sosial-əmək bərpasına və uyğunlaşmasına dair fərdi proqram şəklində təqdim olunur. Belə olan halda, məhkəmə kollegiyasının iddiaçının sözügedən dəlilini də əsaslı saymır. Eyni zamanda onu qeyd etməyi zəruri hesa b edir ki, yuxarıda göstərilmiş maddi hüquq normalarından göründüyü kimi, İddiaçı istədiyi vaxt əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasına müraciət etmək hüququna malikdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 21(103)-2455/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar