Məhkəmə qərarları › İş №2-1(102)-599/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-599/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-599/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəhid bacısının güzəştli şərtlər əsasında mənzil növbəsinə götürülməsi, şəhidin qardaş və bacılarının yalnız uşaq evlərində tərbiyə olunduğu halda, şəhid ailəsinin üzvü hesab olunması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil oğlunun, cavabdehin vəkili X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “mənzil növbəsində saxlanılma” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-964/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının qardaşı X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olduğu üçün iddiaçının anası şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə (özü, qızı İddiaçı, oğlu xxxx) Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən güzəştli mənzil növbəsinə götürülmüşdür. İddiaçının güzəş tli mənzil növbəsinə götürülmüş anası vəfat etdikdən sonra mənzil uçotu qızı İddiaçı Ağababa qızının adına keçirilmiş və mənzil növbəsində 2 nəfər ailə tərkibi (özü və qardaşı) hesab olunmaqla ümumi siyahıya daxil edilmişdir.

2. İddiaçı güzəştli şərtlər əsasında mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh **********5 saylı 23 may 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun şəhid ailəsi statusu olmadığından mənzil şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyəti xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiаçı 29.07.2019-cu il tarixdə iddiа ərizəsi ilə məhkəməyə müraciət еdərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 22 aprel 2011-ci il tarixli, 129 saylı Sərəncamı ilə şəhid ailəsi kimi özü də daxil olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsində duran anası X2 13 iyun 2012-ci il tarixində vəfat etdikdən sonra, Yasamal rayon İcra Hakimiyyətinin 27 mart 2013-cü il tarixində verilən 104 saylı Sərəncami ilə həmin mənzil növbəsinə götürülənin qızı kimi, Qarabağ Müharibəsində şəhid olanların ailələrinin mənzil uçot siyahısında saxlanıldığı üçün onun mənzil ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X4 1992-ci ildə Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1994-cü ilin fevral ayında döyüş əməliyyatları zamanı itkin düşmüş, 2009-cu ildə m əhkəmə qaydasında ölmüş elan edilmişdir. Bundan sonra, iddiaçının anasına şəhid ailəsi statusu verilmişdir. 22.04.2011-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 129 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi iddiaçının anası, iddiaçı da daxil olmaqla 3 nəfər ailə tərkibi ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsinə götürülmüşlər. Anası 13.06.2012-ci ildə vəfat etmiş, həmin növbə isə qızı – hazırkı İddiaçı adına keçirilmişdir. İddiaçı cavabdehə mənzil uçotunun siyahısında mənzil növbəsində saxlanılması barədə müraciət etsə də, cavabdeh onun müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.

5. İddiaçı daha sonra 02.10.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bakı şəhəri Yasamal rayon İcr a Hakimiyyətinin 22 aprel 2011-ci il tarixli 129 saylı Sərəncamı ilə şəhid ailəsi kimi özü də daxil olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsində duran anası X2 13 iyun 2012-ci il tarixində vəfat etdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin 27 mart 2013-cü il tarixli, 104 saylı Sərəncamı ilə növbə onun adına keçirildiyindən, həmin əsaslarla da onun mənzil növbəsində saxlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2-1(81)3371/2019 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, 22.04.2011-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilən 129 nömrəli sərəncam ilə şəhid ailəsi kimi iddiaçı da daxil olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsində duran anası X3 13.06.2012-ci il tarixdə vəfat etdikdən sonra, rayon icra hakimiyyətinin 27.03.2013-cü il tarixdə verilən 104 nömrəli sərəncamı ilə həmin növbə iddiaçının adına keçirildiyindən iddiaçının həmin əsaslarla mənzil növbəsində saxlanılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının anası vəfat etdiyi üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsi İddiaçı Ağababa qızının adına keçirilmiş və mənzil növbəsində 2 nəfər ailə tərkibi ilə (özü, qardaşı) hesab olunmaqla siyahıya daxil edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı güzəştli mənzil növbəsində yaşayış sahəsi ilə təmin edilməyə ehtiyacı ol an şəxs olaraq qaldığından iddia əsaslıdır və təmin edilməlidir.

8. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-964/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.M.Məmmədov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir.

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-964/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2-1(81)- 3371/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən, şəhidin bacı və qardaşları uşaq evlərində tərbiyə olunduqda şəhidin ailə üzvləri hesab olunurlar. Hazırkı halda iddiaçı şəhid ailəsinin üzvü hesab edilə bilməz. Məhkəm ə hesab etmişdir ki, iddiaçı şəhid ailəsinin üzvü olmadığından, onun güzəştli mənzil növbəsinə götürülməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Odur ki, iddia rədd edilməlidir.

12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

13. Şikayətdə qeyd edilir ki, iddiaçının qardaşı Azərbaycan Respublikasının ərazi bölüvlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və mənzillə təmin edilməsi üçün iddiaçı anası ilə birlikdə güzəştli mənzil növbəsinə götürülmüşdür. Anası vəfat etdiyi üçün Bakı şəhəri Yasamal rayon İcr a Hakimiyyəti tərəfindən mənzil növbəsi iddiaçının adına keçirilmiş və o, mənzil növbəsində 2 nəfər ailə tərkibi hesab olunmaqla siyahıya daxil edilmişdir. Yəni, iddiaçı güzəştli şərtlərlə mənzil növbəsində mənzillə təmin edilməyə ehtiyacı olan şəxs olaraq qalmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərək bu xüsusata diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

16. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə

4. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mə nzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Maddə

5. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1. Şəhid — Azərbaycan Respublik asının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcə lləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Belə ki, iddiaçı şəhidin ailə üzvü kimi güzəştli şərtlər əsasında mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apelyasiya instansiyası məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na istinad edərək, iddiaçının şəhid ailəsinin üzvü olmadığı qənaətinə gəlmiş, ona görə də iddianı rədd etmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan id diaçı həmin qərardan kassasiya şikayəti verərək iddianın təmin olunmasını xahiş etmişdir.

25. İşdən görünür ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 22.04.2011-ci il tarixli, 129 nömrəli sərəncamında qeyd edilmişdir ki, X2 Bakı şəhəri, Ə.Cavad küçəsi, 204 saylı özbaşına tikili olan evin yaşayış sahəsi 58,5 kv.metr olan mənzilində 8 nəfər ailə üzvü ilə birlikdə pasport qeydiyyatında olmaqla yaşayır. O, rayon İcra Hakimiyyətinə müraciətində oğlu Məhərrəmov Aftilin 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşdüyünü və hal-hazırda şəhidlik statusu aldığını bildirir. Bununla əlaqədar onun özünə də şəhid ailəsi statusunun verilməsini və yaşayış şəraiti nəzərə alınınmaqla mənzil uçotuna götürülməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq X2 3 nəfər ailə tərk ibi ilə (özü, qızı Nərgiz, oğlu-İsmayıl) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülsün və Qarabağ Müharibəsində şəhid olanların ailələrinin mənziluçot siyahısına daxil edilsin.

26. Həmçinin, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 27.03.2013-cü il tarixli, 104 nömrəli sərəncamında qeyd edilmişdir ki, X2 22.04.2011-ci il tarixdən ailəsi ilə birlikdə yaşayış yeri üzrə şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsində olmuşdur. Hal-hazırda onun qızı İddiaçı rayon İcra Hakimiyyətinə müraciətində anasının vəfat etdiyini bildirir, mənzil uçotunun adına keçirilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq X1 vəfat etməsi ilə əlaqədar mənzil uçotu tarixi saxlanılmaqla qızı İddiaçı adına keçirilsin və mənzil növbəsində 2 nəfər ailə tərkibi (özü, qardaşı) hesab olunmaqla, ümumi siyahıya daxil edilsin.

27. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarına əsasən, şəhid olmuş şəxsin qardaş və bacıları yalnız uşaq evlərində tərbiyə olunduğu halda şəhidin ailə üzvü hesab edilirlər. Hazırkı halda iddiaçının belə müəssisədə olması ilə bağlı sübut mövcud olmadığından o, şəhid ailəsinin üzvü hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının şəhidin ailə üzvü kimi güzəştli şərtlər əsasında mənzil növbəsinə götürülməsi üçün əsas olmadığından iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

28. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyas iya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-964/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar